26 milyon manat hardadır: BİR SORUŞUN... .....                     Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? .....                     Neft pulları necə həzmə verilir... .....                     Tramp savaşı udmaq üçün VAXT UDUR? .....                     Tramp İrana hücum etməsə... BİZ BATDIQ! .....                     ABŞ müharibə istəsə, biz də döyüşəcəyik .....                     İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq .....                     Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... .....                     YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. .....                     83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... .....                     ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır .....                     " “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." .....                     Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... .....                     Qurumların sayğac oyunu: Bunun sonu görünmür .....                     Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA .....                     Goranboyda məmur atası MEYDAN SULAYIR .....                     Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? .....                     ADSEA işçiləri ÖZBAŞINA QALIB .....                     İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib .....                     Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı .....                     Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib .....                     İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib .....                     Nə qədər alsaq da, çatmır: .....                     MİDA-nın direktoruna yeni müavin təyin olundu .....                     Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb .....                     Nail Kəmərli gördüyü dəhşəti danışdı: .....                     Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb .....                     44 ilin fotoqrafı anbardara çevrildi .....                     Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib .....                     Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin .....                     Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb .....                     "Hər aktyordan müəllim olmaz... .....                     “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir .....                     “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir” .....                     Xamenei hələ də dəfn edilməyib .....                     "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" .....                     Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var .....                     "Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi .....                     Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib .....                 

Raket dilənən ölkənin güclü görünmək taktikası: - Qərb bu “tələyə” düşəcək?
Tarix: 9-01-2024, 05:43 | Çap et
Raket dilənən ölkənin güclü görünmək taktikası:
Şimali Koreya və İrandan Rusiyaya mümkün raket tədarükü məlumatları göstərir ki, Rusiya Federasiyası bu gün özünü təmin edə bilmir və Ukraynaya qarşı terror hücumlarını gücləndirə bilmək üçün başqa dövlətlərə üz tutmağa məcburdur.

Əgər Rusiya ayda yüzə yaxın qanadlı raket istehsal edirsə, indi onun ballistik raketlərlə bağlı problemləri var – belə raketlərin ehtiyatını sürətlə tükəndirir. Bununla belə, Moskva hamını inandırmaq istəyir ki, güclü olaraq qalır, xüsusən də gələn il müdafiə sənayesi üçün xərcləri artırıb, çoxlu silahı olacaq, ona görə də ondan qorxmalıdırlar. Ancaq əslində hər kəsə demək lazımdır ki, Rusiya bu gün nümayiş etdirmək istədiyindən də zəifdir. Əks halda Şimali Koreya və İrandan raket istəməzdilər.

Əgər bilavasitə raketlərin özləri və onların miqdarı haqqında danışsaq, Ağ Evin strateji kommunikasiyalar üzrə müşaviri Con Kirbinin açıqlamasından belə nəticəyə gələ bilərik ki, söhbət Şimali Koreyanın Rusiyaya tədarük etdiyi və artıq istifadə olunduğu kiçik bir partiyadan gedir. Düşünürəm ki, bu kiçik raket partiyası Rusiyanın onlardan necə yaxşı istifadə edəcəyini başa düşməsi, nəyisə öyrənməsi və sınaq buraxılışları keçirməsi üçün gəldi.

Bu fikrə dəstək olaraq əlavə edə bilərik ki, Kirbinin sözlərinə görə, ilk buraxılış 2023-cü il dekabrın 30-da baş tutub və raket Zaporojye bölgəsinə düşüb. Aydındır ki, 900 kilometr mənzilli raket sadəcə düşmək üçün buraxılmayıb, ruslar haranısa hədəfə alıblar. Bu vəziyyət onu göstərir ki, ən azı bir raket buraxılışı, hərbçilərin dediyi kimi, “təcili eniş” olub. Yəni hələ də bu raketlərin keyfiyyətini yoxlamaq lazımdır.

Şimali Koreyadan Rusiyaya döyüş sursatı gətiriləndə rus hərbçiləri bu sursatların lülələrdə partlamasından, onlardan istifadə zamanı problemlərin yaranmasından şikayətlənirdilər...

Əgər tədarük oluna biləcək raketlərin mümkün sayından danışsaq, mən etiraf edirəm ki, Şimali Koreya bir neçə onlarla ədəd raketi Rusiyaya göndərə bilər. Söhbət xüsusən nəzəri cəhətdən “İskəndər” buraxılış qurğularına uyğunlaşdırıla bilən raketlərdən gedir. Rusiya ya uzun müddətdir ki, “İsgəndər-K” raketlərini istehsal etmir, ya da çox az istehsal edib. Ona görə də onların Şimali Koreyanın raketləri ilə əvəzlənməsi mümkündür.

Rusiyanın İranla əməkdaşlığına gəlincə, sonuncunun 300 və 700 kilometr mənzilli iki növ “Fateh Zülfüqar” raketləri var. Bununla belə, İranı onların transferi ilə bağlı yekun qərar verməkdən daim nə isə geri çəkirdi - 2022-ci ilin payızında ruslarla iranlılar arasında ilkin razılıq əldə edilmişdi, lakin hələ də icra olunmayıb. Və Yaxın Şərqdəki hazırkı çətin vəziyyəti nəzərə alsaq, Rusiyanın İrandan raket alması çətinləşib. Ən azı aprel ayına qədər İran bu raketləri özündə saxlayacaq və Rusiya Federasiyasına tədarük etməyəcək.

Bununla belə, Şimali Koreya və İrandan Rusiyaya göndərilə biləcək raketlərlə bağlı bir vacib məqam var: potensial olaraq, belə bir çatdırılma Çinin göstərişi ilə baş verə bilər. Çünki Çin həm Şimali Koreyaya, həm də İrana ciddi təsir edir...

Bəs beynəlxalq ictimaiyyət? Birləşmiş Ştatların təşəbbüsü ilə yanvarın 10-da BMT Təhlükəsizlik Şurasının çağırılması problemi həll etməyəcək və Rusiyaya raket ötürülməsini dayandırmayacaq. BMT və ya başqası Şimali Koreyanın nüvə proqramını həyata keçirməsinə mane oldu? Xeyr. Şimali Koreyanın öz nüvə başlıqları var...

Amma Ukrayna üçün bu görüş, ilk növbədə, medianın diqqətini Rusiya Federasiyası tərəfindən vəziyyətin gərginləşməsinə cəlb etmək üçün vacibdir. Şimali Koreya Rusiya ilə birlikdə bu istiqamətdə kifayət qədər ciddi addımlar atır. Rusiya terror hücumlarını intensivləşdirməyin unikal taktikasını (yəqin ki, Şimali Koreyadan yalvarılaraq istənilən raketlərin köməyi ilə) həyata keçirir: guya Rusiya müəyyən potensialı saxlayır və müharibə aparmaq imkanına malikdir. Buna görə də bəzi dairələr bəyan edir: Moskva ilə danışıqlar masası arxasında oturmaq və razılığa gəlmək lazımdır.

Lakin hazırda Qərbin bu tələyə düşməməsi vacibdir. Hamı başa düşməlidir ki, Şimali Koreya Rusiyaya bir neçə onlarla ballistik raket ötürə bilər. Ona görə də müttəfiqlər tərəfindən “Taurus”, “Storm Shadow”, “Scalp” raketləri və daha çox ATACMS raketlərini Ukraynaya tədarük etmək düzgün addım olardı. Bu, Qərbin Ukraynaya cavab verməli və dəstəkləməli olduğunun nümayişi olardı. Və təbii ki, Ukraynanı hələ də ehtiyacı olan əlavə hava hücumdan müdafiə sistemləri ilə təmin etmək vacibdir.

Qərb bunu Ukraynaya verə bilir. Sual budur ki, belə bir iradə və istək varmı, olacaqmı?

Müəllif: Aleksandr Musienko – Ukrayna Hərbi Hüquq Araşdırmaları Mərkəzinin rəhbəri
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur
diaaz.space









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
26 milyon manat hardadır: BİR SORUŞUN... - YEYİNTİ
Bu gün, 06:40
Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Neft pulları necə həzmə verilir... - İTTİHAM RƏSMİDİR, amma...
Bu gün, 06:00
Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33
Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26
ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22
İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq - Tramp belə deyir...
Bu gün, 05:20
Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... - "Artıq 14 gündür..."
Bu gün, 05:17
YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:08
83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... - ARAŞDIRMA
Bu gün, 05:00
ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır - "CNN"
Bu gün, 04:57
" “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." - AXI NİYƏ?..
Bu gün, 04:56
Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... - BU DA FAKT...
Bu gün, 04:34
Qurumların sayğac oyunu: Bunun sonu görünmür - NƏ ETMƏLİ?
Bu gün, 04:24
Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 04:22
Goranboyda məmur atası MEYDAN SULAYIR - BU NƏDİ BELƏ?
Bu gün, 04:08
Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58
ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56
İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47
Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11
İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01
Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57
MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31
Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16
Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12
44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54
"Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48
“Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Dünən, 16:45
Xamenei hələ də dəfn edilməyib
Dünən, 16:36
"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Dünən, 16:27
Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Dünən, 16:26
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:24
Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Dünən, 16:20
Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Dünən, 16:09
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Dünən, 15:59
Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Dünən, 15:53
Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Dünən, 15:50
İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Dünən, 15:47
"Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Dünən, 15:43
Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 15:40
Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb - ƏMƏLİYYAT DAVAM EDİR
Dünən, 15:37
"Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" - Eldar Mansurov
Dünən, 15:35
Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb - Daha bir neçə rayonda da...
Dünən, 15:28
Mayda ƏFV OLACAQ? - MÜHÜM AÇIQLAMA
Dünən, 15:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru