Tramp savaşı udmaq üçün VAXT UDUR? .....                     Tramp İrana hücum etməsə... BİZ BATDIQ! .....                     ABŞ müharibə istəsə, biz də döyüşəcəyik .....                     İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq .....                     Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... .....                     YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. .....                     83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... .....                     ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır .....                     " “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." .....                     Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... .....                     Qurumların sayğac oyunu: Bunun sonu görünmür .....                     Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA .....                     Goranboyda məmur atası MEYDAN SULAYIR .....                     Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? .....                     ADSEA işçiləri ÖZBAŞINA QALIB .....                     İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib .....                     Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı .....                     Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib .....                     İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib .....                     Nə qədər alsaq da, çatmır: .....                     MİDA-nın direktoruna yeni müavin təyin olundu .....                     Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb .....                     Nail Kəmərli gördüyü dəhşəti danışdı: .....                     Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb .....                     44 ilin fotoqrafı anbardara çevrildi .....                     Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib .....                     Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin .....                     Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb .....                     "Hər aktyordan müəllim olmaz... .....                     “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir .....                     “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir” .....                     Xamenei hələ də dəfn edilməyib .....                     "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" .....                     Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var .....                     "Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi .....                     Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib .....                     Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının .....                     Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu .....                     Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? .....                 

Moskvaya qarşı cəbhə genişlənir - Təcavüzkar dayandırılmalıdır
Tarix: 10-01-2024, 10:34 | Çap et
Moskvaya qarşı cəbhə genişlənir
Norveç hökuməti ölkə şirkətlərinə Ukraynaya birbaşa silah və müdafiə məhsulları satmağa icazə verib. Onlar bu hüququ 2024-cü il yanvarın 1-dən Norveç Nazirlər Kabinetinin razılığına əsasən əldə ediblər.

Hökumətin hesabatında qeyd olunur ki, Stortinqin (Norveç parlamenti) 1959-cu il qərarı ilə müharibə gedən və ya müharibə təhlükəsi olan ərazilərə silah və sursat satışı qadağan edilib, lakin krallığın hakimiyyət orqanları Ukraynadakı hərbi münaqişə üçün istisna təşkil edib.

Norveç hökuməti Rusiyanın təcavüzünün bir dövlət və millət kimi Ukraynanı təhdid etdiyini bəyana edib. “Ukraynanı dəstəkləməyə davam etməyimiz son dərəcə vacibdir. Ukraynaya dəstək Norveç və Avropanın təhlükəsizliyi üçün vacibdir. Biz qeyri-qanuni müharibənin uzun müddət davam etməsi ehtimalını nəzərə almalıyıq”, – deyə Norveçin xarici işlər naziri Espen Bart Eide bildirib.

Norveç Xarici İşlər Nazirliyinin (XİN) vurğuladığı kimi, silah və müdafiə məhsullarının birbaşa satışı yalnız Ukraynanın rəsmi orqanlarına edilə bilər. XİN Norveç şirkətlərinə fərdi qaydada müvafiq ixrac lisenziyaları verəcək. Təchizatçılardan həmçinin son istifadə zəmanəti və təhlükəsiz daşıma marşrutları təqdim etmələri tələb olunacaq.

Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hərbi təcavüzündən sonra Norveç Moskvanın hərbi təcavüzünü pisləyib və Kiyevə maliyyə və hərbi yardım göstərən ölkələrə qoşulub. 2023-cü ildə Oslo Ukraynaya təxminən 11 milyard kron (təxminən 980 milyon avro) məbləğində hərbi dəstək verib.

2023-cü ilin yayının sonunda Norveçin Baş naziri Jonas Gahr Store F-16 qırıcılarını Ukraynaya verəcəklərini vəd etdi. Bundan əvvəl Oslo bu tip təyyarələri idarə etmək üçün ukraynalı pilotları öyrətməyə başladı. Norveç Nazirlər Kabinetinin rəhbəri dəqiq olaraq neçə təyarənin Ukrayna Silahlı Qüvvələrinə və hansı müddət ərzində veriləcəyini açıqlamayıb. Milli yayımçı NRK-yə görə, söhbət beş-on təyyarədən gedə bilər.

Öz növbəsində ölkənin müdafiə naziri Byorn Arild Qram bildirib ki, ölkəsi Ukraynada müasir hava hücumundan müdafiə sisteminin yaradılması üzrə ABŞ və digər müttəfiqləri ilə dialoqu davam etdirəcək.

Norveç Nazirlər Kabinetinin özəl şirkətlərə Ukraynanı birbaşa silahlandırmaq hüququ vermək qərarı Ukraynanın hərbi dayanıqlığı üçün nə dərəcədə əhəmiyyətli ola bilər? Digər Avropa ölkələrinin də Oslodan nümunə götürməsi şansı varmı?

AYNA-nın suallarını tanınmış əcnəbi ekspertlər cavablandırıblar.

Təqaüddə olan Qərbi Avropa diplomatı, Norveç Krallığının Azərbaycandakı keçmiş səfiri Steynar Gil:

“Norveç hökumətinin qərarı Ukraynaya hərbi dəstək prosedurlarını sadələşdirir və digər ölkələrin də Norveçdən nümunə götürəcəyinə ümid yaradır. Lakin indiki şəraitdə ən önəmlisi odur ki, Ukraynaya dəstək verən bütün ölkələr istənilən yolla Ukraynaya silah, sursat və texnika tədarükünü artırsın.

Danimarka, Hollandiya və Norveçdən Ukraynaya F-16 təyyarələrinin çatdırılması Ukraynanın öz hava məkanının müdafiə qabiliyyətini xeyli gücləndirəcək. Qərb ölkələrinin təcili olaraq Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün hər cür səy göstərməsi də həyati əhəmiyyət kəsb edir. Bu kontekstdə Norveçin NASAMS sistemi təsirli bir töhfə olub, var və olacaq”.

Alman Xarici Əlaqələr Şurasının “Beynəlxalq Nizam və Demokratiya Proqramı”nın rəhbəri Dr. Ştefan Meister:

“Əvvəla, bu, onu göstərir ki, hətta Norveç kimi yeni şəraitdə silah tədarükü və satışına ciddi məhdudiyyətlər tətbiq edən dövlətlər də bu siyasətdən əl çəkir. Eyni şeyi biz Almaniyada da gördük, burada da silah satışına ciddi məhdudiyyətlər qoyulmuşdu.

Biz görürük ki, Rusiyadan gələn təhlükə, demək olar ki, bütün NATO üzvləri tərəfindən həm də öz təhlükəsizliyinə təhdid kimi baxılır. Həmçinin belə bir anlayış var ki, noyabrda keçiriləcək növbəti ABŞ seçkilərinə qədər avropalılar daha çox silah və sursat tədarük etməli ola bilər, çünki Trampın rəhbərliyi altında ABŞ geri çəkilə bilər.

Norveç mühüm sursat və xüsusi silah istehsalçısıdır, ona görə də bu qərar Ukrayna üçün olduqca vacib qərardır. Amma bu il böyük dəyişikliklər olmayacaq, çünki hasilatın artırılması vaxt tələb edir. Qətiyyətlilik də kifayət etməyəcək, amma mən təsəvvür edə bilərəm ki, başqa ölkələr də bu qərarın ardınca gələcək.

Rusiyanın artan silah və sursat istehsalının təzyiqi altında Rusiyanın Şimali Koreya və İranla silah tədarükü sahəsində əməkdaşlığı fonunda getdikcə daha çox Avropa ölkəsi bu nümunəni izləyəcək. Deməli, bu, artıq mövcud olan tendensiyadır (məsələn, Almaniyada) və Ukraynanın buna həqiqətən ehtiyacı var”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33
Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26
ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22
İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq - Tramp belə deyir...
Bu gün, 05:20
Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... - "Artıq 14 gündür..."
Bu gün, 05:17
YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:08
83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... - ARAŞDIRMA
Bu gün, 05:00
ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır - "CNN"
Bu gün, 04:57
" “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." - AXI NİYƏ?..
Bu gün, 04:56
Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... - BU DA FAKT...
Bu gün, 04:34
Qurumların sayğac oyunu: Bunun sonu görünmür - NƏ ETMƏLİ?
Bu gün, 04:24
Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 04:22
Goranboyda məmur atası MEYDAN SULAYIR - BU NƏDİ BELƏ?
Bu gün, 04:08
Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58
ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56
İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47
Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11
İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01
Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57
MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31
Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16
Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12
44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54
"Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48
“Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Dünən, 16:45
Xamenei hələ də dəfn edilməyib
Dünən, 16:36
"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Dünən, 16:27
Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Dünən, 16:26
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:24
Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Dünən, 16:20
Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Dünən, 16:09
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Dünən, 15:59
Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Dünən, 15:53
Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Dünən, 15:50
İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Dünən, 15:47
"Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Dünən, 15:43
Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 15:40
Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb - ƏMƏLİYYAT DAVAM EDİR
Dünən, 15:37
"Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" - Eldar Mansurov
Dünən, 15:35
Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb - Daha bir neçə rayonda da...
Dünən, 15:28
Mayda ƏFV OLACAQ? - MÜHÜM AÇIQLAMA
Dünən, 15:20
Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? - ARAŞDIRMA
Dünən, 15:16
500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur - KİV
Dünən, 15:12
"Onu kim ortaya salıb yaxşı bilirəm" - Seyfəddin Dəmirlini aldatmaq istəyənin İŞİ
Dünən, 15:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru