Kənd təsərrüfatında maliyyə şumlaması .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Nazirdən yeni direktor təyinatı .....                     İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş .....                     Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı .....                     Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir .....                     “Nar” Kitab Gününü Salyanda qeyd etdi .....                     Kəmaləddin Kafarov millətə qənim kəsilib? .....                     Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib .....                     Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" .....                     Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     “Paşinyan Bakının əlaltısıdır” .....                     "Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." .....                     "Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" .....                     Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək .....                     “Premium Bank”ın dövlətə vergi borcu var .....                     Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu .....                     MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? .....                     Nazirliyin tenderini yenə həmin şirkət uddu .....                     Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI .....                     “Söz vermişdim qızımı xaricdə oxudacam” .....                     İrəvanın bir ayağı yenə “gor”da .....                     Kür çayı bu rayonda bəndi uçurdu .....                     "Naxçıvan duzu" adı altında saxtakarlıq... .....                     Serjik Azərbaycana qayıdır? .....                     İrana görə daha bir ölkə çətin vəziyyətdə .....                     Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək .....                     Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz .....                     Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq .....                     "Yeni Klinika"ya direktor təyin olundu .....                     Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... .....                     Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA .....                     Araz qırağının əcəb ZİBİLGAHI VAR... .....                     Azərbaycan neftinin qiyməti 113 dolları keçib .....                     “Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” .....                     Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… .....                     “Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” .....                 

SEPAH Ərdoğanı niyə hədəfə alıb? - Ankara və Tehranın bölgədəki vəziyyətə münasibəti fərqlidir
Tarix: 30-03-2024, 09:12 | Çap et
SEPAH Ərdoğanı niyə hədəfə alıb?
ABŞ Prezidenti Cozef Baydenin dəvəti ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-da Vaşinqtona rəsmi səfər edəcək. Türkiyə lideri ilk dəfə Ağ evdə amerikalı həmkarı ilə görüşəcək.

Tərəflər sonuncu dəfə ötən ilin iyulunda Litvada keçirilən NATO sammitində bir araya gəlmişdilər. Ötən həftə Türkiyə Milli İstihbarat Təşkilatının başçısı İbrahim Kalın və xarici işlər naziri Hakan Fidan ABŞ-a səfər etmişdi. İndi isə növbə dövlət başçılarınındır.

Ərdoğanla Baydenin görüşündə terrora qarşı mübarizə, Qəzza zolağındakı son vəziyyət və müdafiə sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.

Bu səfərə dair xəbər yayılan günlərdə İranın İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) informasiya vasitələri Türkiyə Prezidentinə qarşı qarayaxma kampaniyası aparmağa başlayıb.

SEPAH-ın təbliğat maşını Rəcəb Tayyib Ərdoğanı “dildə Fələstin, ürəkdə İsrail yanlısı” kimi təqdim edir. Bununla da onu müsəlman və ərəb dünyasında nüfuzdan salmağa çalışır.

Martın 26-da İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Həniyə ilə görüşüb. Ali rəhbər bu görüşdə də HƏMAS-ı tərəddüdsüz dəstəkləyəcəklərini vəd edib.

Bundan başqa, martın 26-da Tehranda hakimiyyətin təşkil etdiyi çoxminli mitinqdə terrorçu “Fələstin İslami cihad” qruplaşmasının lideri Ziyad ən Nahala çıxış edərək, “İsraili məhv edənədək mübarizəni davam etdirəcəklərini” bildirib.

İran hakimiyyəti bütün qüvvəsi ilə HƏMAS-la İsrail arasında dialoqun baş tutmasına çalışır. Belə bir hadisənin baş verməsi bu silahlı-siyasi qruplaşmanın, yaxud bəzi ölkələr tərəfindən terror təşkilatı sayılan qurumun legitimliyinin qəbul edilməsi olardı. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə “əli qana batdığı üçün” HƏMAS-ı Fələstinin siyasi-ictimai həyatında görmək istəmədiklərini bildirib.

Bu, həm də İranın dirijorluğu ilə fəaliyyət göstərən silahlı-siyasi qruplaşmaların aqibətinə işarədir.

SEPAH və onun informasiya kanalları ABŞ ilə Türkiyənin Yaxın Şərqlə bağlı danışıqlarını da qısqanır. Çünki baş verən hadisələr fonunda İranın regionla bağlı məsələlərdə əsas fiqur olaraq qəbul ediləcəyini planlaşdırırdılar. Bununla Tehran qərb qarşısında şərtlər irəli sürəcəyinə ümid edirdi. Ancaq bu baş vermir. İran hakimiyyəti hələ də terror qruplaşmalarının sponsoru statusunda qəbul olunur.

Planı baş tutmadığından hikkə və kinini Türkiyə tuşlayıb.

İsrailin dostları və düşmənləri məlumdur. Bu yəhudi dövlətinə münasibətdə seyrçi qalanlar da tanınır. HƏMAS-ın müdafiəçiləri isə yarımçıq şəkildə görünür. Bunlardan biri İrandakı rejimdir. Tehran rəsmiləri bu qruplaşmanın İsrailə hücuma keçdiyi gününün tarixindən xəbərsiz olduqlarını belə beynəlxalq ictimaiyyətə sırımağa çalışırdı. Seyid Əli Xamənei müharibə başlayandan sonra İsmayıl Həniyə ilə ilk görüşdə hücumun başlayacağı tarixdən xəbərsiz olduqlarını, onlara yardım etməyəcəklərini, bu müharibəyə qatılmayacaqlarını bildirsə də, dəstəklədiklərini vurğulamışdı. Sonrakı günlərdə Tehran rejiminin müxtəlif səviyyəli rəsmiləri HƏMAS-ı dəstəklədiklərini, ona hər cür yardım edəcəklərini bildirdilər.

İran hakimiyyətinin təmsilçiləri gah HƏMAS-a yardım etmədiklərini bildirir, gah da əksinin iddia edirlər. Ancaq onun regionda formalaşdırdıqları silahlı birləşmələr bu və ya başqa şəkildə HƏMAS-İsrail müharibəsində iştirak edirlər.

Bu günlərdə Yəməndə SEPAH, Ənsarullah (husilər) və Hizbullahın HƏMAS-İsrail müharibəsi ilə bağlı məsləhətləşməsi İranyönlü silahlı qruplaşmaların fəaliyyətinin əlaqələndirildiyini deməyə əsas verir.

Tehran rəsmiləri keçirdikləri müxtəlif görüşlərdə də HƏMAS-ı müdafiə edir, bu qruplaşmanın fəaliyyətini Fələstin azadlıq mübarizəsi ilə eyniləşdirirlər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da HƏMAS-ın İsrailə qarşısı mübarizəsində biriniciləri dəstəkləyir. İsrailin baş naziri Binyamin Netaniyahunun ünvanına kəskin ifadələr səsləndirir.

Ölkənin xarici işlər naziri Hakan Fidan Fələstin məsələsi üzrə təmas qrupunun təmsilçisi kimi ABŞ-də səfərdə də olmuşdu. 1947-ci ildə BMT-nin Təhlükəsizlik Şurasında Türkiyə və İran vahid Fələstin dövlətinin yaranmasına səs vermişdi.

Zaman keçib, şərtlər və şərait dəyişib. Türkiyə hesab edir ki, İsrail və HƏMAS arasında getdikcə şiddətlənən münaqişənin davam etməsi iki dövlət prinsipi çərçivəsində suveren və müstəqil Fələstinin qurulmaması ilə bağlıdır.

Rəsmi Ankara Fələstinlə İsrail arasında sülhün bağlanması üçün qarant dövlət rolunda çıxış və vasitəçilik etməyə hazır olduğunu bildirir.

İran rejimini, o cümlədən SEPAH-ı Türkiyənin HƏMAS-la əlaqəsi, İsrail dövlətinə münasibəti qıcıqlandırır. Çünki Ankara ilə Tehranın vəziyyətə, İsrailə münasibət tamamilə fərqlidir. İran tərəfi İsraili dünyanın siyasi xəritəsindən silmək arzusundadır.

İran Prezidenti İbrahim Rəisinin ötən ilin noyabrında Türkiyəyə səfəri ləğv olunarkən Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani demişdi ki, səfər tərəflərin qarşılıqlı razılaşması əsasında təxirə salınıb: “Bəziləri suyu bulandırmaq üçün proqnozlar verməyə çalışır. İran və Türkiyə arasında münasibətlər konstruktivdir. Biz müxtəlif məsələlərdə bir-birimizlə əməkdaşlıq edirik”.

“Suyun bulanmasına” səbəb İran tərəfin müəmmalı çıxış və açıqlamasıdır. Yayılan xəbərlərə əsasən, rəsmi Tehran Ankaranı İsrailə qarşı sərt mövqe nümayiş etdirmədiyi üçün ittiham edib. Qarşı tərəf buna görə də səfəri təxirə salıb.

İran hakimiyyətinin, SEPAH-ın yetişdirdiyi və daim imkanlarından faydalandığı Livanın “Hizbullah” təşkilatının lideri Şeyx Həsən Nəsrullah X səhifəsində Rəcəb Tayyib Ərdoğan haqqında öz ədəbini nümayiş etdirərək “su bulandırmışdı”: “Mətbuatda Fələstinə dəstəyini nümayiş etdirən, lakin pərdə arxasında yenə də İsraillə hər cür sövdələşmə və hərəkətlərdə iştirak edən hər kəs ikiüzlüdür”.

SEPAH-ın Ərdoğan barəsində bu günlərdə yaydığı materialla Nəsrullahın şərhi eyni xəttin göstəricisidir.

İran hakimiyyətinin qonşu və uzaq müsəlman ölkələrə münasibəti kimin neçə üzlü olduğunu çoxdan təsdiqləyib. Elə Azərbaycan torpaqları işğal altında olanda və 44 günlük müharibə zamanı da Tehran özünü ifşa etdi, iddia etdiyi “müsəlman təəssbkeşi” rolundan çox-çox uzaqda olduğunu göstərdi. Odur ki, İran XİN-in sözçüsü və bütövlükdə İran hakimiyyəti, həmçinin SEPAH “Hizbullah” liderinin bulandırdığı suda hələ də balıq tutmaq sevdasını davam etdirir. Bu yerdə atalar sözü vəziyyəti daha aydın xarakterizə edir: İran hakimiyyəti, SEPAH “öz gözündə tiri görmür, başqa gözdə çöp axtarır”.

Sədrəddin Soltan - Pressklub.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kənd təsərrüfatında maliyyə şumlaması - Şumlanmayan sahələrə milyonlarla subsidiyalar necə verilib?
Bu gün, 13:03
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 13:01
Nazirdən yeni direktor təyinatı
Bu gün, 12:59
İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş - FOTO
Bu gün, 12:57
Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı – Vahid Ələkbərov 3-cüdür
Bu gün, 12:53
Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Bu gün, 12:47
“Nar” Kitab Gününü Salyanda qeyd etdi
Bu gün, 12:46
Kəmaləddin Kafarov millətə qənim kəsilib? - Xərçəng və dərman təxribatı
Bu gün, 12:38
Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib - QƏRAR
Bu gün, 12:32
Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" - İdman sarayını hansı şirkət tikib?
Bu gün, 12:30
Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi - "İstəmişəm ki, soyadım atamın adı ilə bağlı olsun"
Bu gün, 12:28
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 12:12
“Paşinyan Bakının əlaltısıdır” - Hayk Nahapetyan
Bu gün, 12:09
"Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." - AXI NİYƏ?
Bu gün, 12:04
"Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" - NARAZILIQ VAR...
Bu gün, 12:00
Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək
Bu gün, 11:53
“Premium Bank”ın dövlətə vergi borcu var
Bu gün, 11:49
Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu - İNCƏLƏMƏ
Bu gün, 11:46
MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? - DEPUTATLAR AÇIQLADI
Bu gün, 11:45
Nazirliyin tenderini yenə həmin şirkət uddu – Bu dəfə 9,3 milyon manat alacaq
Bu gün, 11:43
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Söz vermişdim qızımı xaricdə oxudacam” - Beş dəfə Məşhədə gedən Məleykə Əsədova
Bu gün, 11:36
İrəvanın bir ayağı yenə “gor”da
Bu gün, 11:33
Kür çayı bu rayonda bəndi uçurdu
Bu gün, 11:27
"Naxçıvan duzu" adı altında saxtakarlıq... - İşbazların yeni "planı"
Bu gün, 11:09
Serjik Azərbaycana qayıdır?
Bu gün, 11:06
İrana görə daha bir ölkə çətin vəziyyətdə – Yarım milyard dollar bloklandı
Bu gün, 11:00
Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək
Bu gün, 10:55
Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz - Hakim
Bu gün, 10:53
Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 10:44
Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq - KİV
Bu gün, 10:40
"Yeni Klinika"ya direktor təyin olundu - ƏMR
Bu gün, 10:36
Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28
Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA - TƏFƏRRÜAT
Bu gün, 10:17
Araz qırağının əcəb ZİBİLGAHI VAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:13
Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Bu gün, 09:50
“Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” - ETİRAZ
Bu gün, 09:45
Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Bu gün, 09:39
“Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” -erməni politoloq
Bu gün, 09:33
Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34
Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11
Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…
Bu gün, 08:09
Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... - GƏLİŞMƏ
Bu gün, 08:07
"Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04
Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46
Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27
Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... - ŞƏRH
Bu gün, 07:20
Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16
ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib - "The War Zone"
Bu gün, 07:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru