Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu .....                     MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? .....                     Nazirliyin tenderini yenə həmin şirkət uddu .....                     Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI .....                     “Söz vermişdim qızımı xaricdə oxudacam” .....                     İrəvanın bir ayağı yenə “gor”da .....                     Kür çayı bu rayonda bəndi uçurdu .....                     "Naxçıvan duzu" adı altında saxtakarlıq... .....                     Serjik Azərbaycana qayıdır? .....                     İrana görə daha bir ölkə çətin vəziyyətdə .....                     Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək .....                     Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz .....                     Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq .....                     "Yeni Klinika"ya direktor təyin olundu .....                     Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... .....                     Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA .....                     Araz qırağının əcəb ZİBİLGAHI VAR... .....                     Azərbaycan neftinin qiyməti 113 dolları keçib .....                     “Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” .....                     Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… .....                     “Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” .....                     Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu .....                     Qarabağda MÜHARİBƏ istəyən ölkə .....                     Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? .....                     Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... .....                     "Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" .....                     Azər Məmmədov yeni gələndə ümid edən işçilər... .....                     Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? .....                     Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... .....                     Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? .....                     ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib .....                     Azərbaycanda çörək bahalaşacaq? .....                     Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR .....                     Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? .....                     Yerində sayan sektor: milyonları niyə itiririk? .....                     "İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." .....                     Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı .....                     "Verilişə gələrkən maşını vurdum..." .....                 

Türkiyədə NƏ BAŞ VERDİ... NİYƏ BAŞ VERDİ? - GƏLİŞMƏ
Tarix: 2-04-2024, 09:44 | Çap et
Türkiyədə NƏ BAŞ VERDİ... NİYƏ BAŞ VERDİ?
Türkiyədə keçirilən bələdiyyə seçkilərində seçki qutularının 99.81 faizi açılıb. İlkin nəticələrə görə, ölkənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 35,49 faiz səslə müxalif Cumhuriyyət Xalq Partiyasının (CHP) gerisində qalır. CHP-nin topladığı səs faizi 37.74-dür. Üçüncü yerdə isə 6.19 faizlə Yenidən Refah Partiyası qərarlaşıb.

Səsvermə prosesi zamanı seçicilərin aktivliyi 74,88 faiz səviyyədə olub. Gözlənildiyi kimi, əksər böyükşəhər bələdiyyələrində CHP-nin namizədləri qalib gəlib. İstanbulun bələdiyiyyə sədrliyi postunda Əkrəm İmamoğlu, Ankaranın bələdiyyə sədrliyi postunda isə Mansur Yavaş qalıb.

Nəticələrə əsasən demək olar ki, bu bələdiyyə seçkilərinin qalibi müxalif CHP-dir. Hakim AKP-nin sədri, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan dünənki çıxışında partiyasının yerli idarəetmə orqanlarına keçirilən seçkilərdə məğlub olduğunu etiraf edib və bildirib ki, səhvlərdən nəticə çıxarılacaq. Bununla yanaşı, Ərdoğan Türkiyə demokratiyasının qazandığını söyləyib.

Müxalif CHP-nin sədri Özgür Özəl seçkilərlə bağlı çıxışında partiyalarını dəstəklədiyi üçün xalqa təşəkkür edib, daha çox çalışacaqlarına, xalqa xidmət edəcəklərinə söz verib.

Bu bələdiyyə seçkilərinin Türkiyə tarixində önəmli rol oynayacağını bildirən analitiklər hesab edirlər ki, hakim AKP CHP-yə məğlub olmaqla “qan itirmiş” oldu və bu nəticələr gələcək parlament və prezident seçkilərinə də öz təsirlərini göstərəcək. Ekspertlər hesab edirlər ki, bələdiyyə seçkilərində uğur qazanan CHP-nin gələn seçkilərdə Türkiyə iqtidarı olacağına inam çoxdur.

CHP-nin mətbu orqanı “Cumhuriyyet” qəzetinin analitiki Orxan Bursalı seçkiləri şərh edən məqaləsində yazıb ki, ölkədə böyük bir dəyişiklik yaşanır: “Ölkəni, cəmiyyəti hər mənada iflasa sürükləmiş iqtidarın yaratdığı vəziyyətə vətəndaşlar etiraz etdilər. Bu seçkilər xalqın CHP-ni birinci partiya postuna yüksəltməkdə olduğunu göstərir. “Millət İttifaqı”nın parçalanmış olmasına baxmayaraq, seçicilər ağıllı davrandı, hazırkı iqtidara dərs vermək məqsədilə CHP-ni seçdilər”.

“Məlumdur ki, əvvəlki dövrdə İmamoğlu ve Yavaş böyük işlər gördülər, bacarıqlı bələdiyyəçilik ortaya qoydular. Keçən seçkilərdə qalib olan CHP-li digər böyükşəhər bələdiyyə başqanları, rayon və qəsəbə bələdiyyə sədrləri də yaxşı fəaliyyətləri ilə seçicidə özlərinə qarşı etibar yaratdılar. Eyni zamanda, CHP içindəki dəyişiklik, partiyanın sədri Özgür Özəlin uğurlu seçki fəaliyyəti, kütlə arasında etibar qazanması da bu seçkilərdə qalib olmağa səbəb oldu. Sonunda seçici “CHP idarə edə bilər” dedi”, - deyə Bursalı qeyd edib.

Analitik hesab edir ki, bugünkü tablo hakim AKP-nin yıxılan, yıxılmaqda olan bir partiya görüntüsünü yaradır: “Bu seçkidə AKP sədri, Prezident Ərdoğan, AKP-dən olan nazirlər uduzmuş oldular. Demək olar ki, CHP 2028-ə doğru “yürüş məşəlini” yandırdı. Bələdiyyə seçkilərini qazanan CHP qarşıdakı dörd ildə yaxşı fəaliyyət göstərərək iqtidara gəlmək şanslarını çox artırdı. İndi CHP rəhbərliyinin üzərinə bu yöndə böyük iş düşür. Əslində Özəl və silahdaşları bu “yürüş məşəlinin” bayraqdarlığını edə biləcəklərini sübut etdilər. Hesab edirəm ki, Özəl, İmamoğlu və Yavaş daxil, CHP yaxın gələcəyi müəyyənləşdirəcək”.

“AKP-nin taleyinə gəlincə, Ərdoğan müəmmalı siyasətçidir, tam proqnozlaşdırmaq çətindir. İndiki çətin iqtisadi vəziyyətdən ölkəni çıxarmaları çox çətindir. Seçki nəticələrinə əsasən demək olar ki, Ərdoğanın yeni Anayasa müzakirəsi ideyası da arxivə getdi. Hər halda AKP-nin gördüyü “qırmızı kartı” necə dəyərləndirəcəyi maraqla gözlənilir”, - analitik məqaləsini yekunlaşdırıb.

Hakim AKP-yə yaxınlığı ilə seçilən “Sabah” qəzetinin köşə yazarı Yavuz Donat isə seçki ilə bağlı yazısında qeyd edib ki, bu seçkidə Türkiyə demokratiyası qazanmış oldu: “Tərtəmiz, hiyləsiz, davasız bir seçki oldu. 61 milyondan çox seçici səs verdi ki, bu, hər zamankı kimi yüksək göstəricidir. Seçkini qazanan da var, məğlub olan da, bu da təbii seçki nəticəsidir. Tabloya baxarkən tək şey demək olar – qazanan demokratiyadır”.

“Həftələrlə hər kəs danışdı, ağır seçki kampanyası oldu. Nəzərə almaq lazımdır ki, bir il tamam olmadan ölkəmizdə üç dəfə seçki keçirildi – 14 may 2023-də prezident və parlament seçkiləri, 28 may 2023-dı prezident seçkilərinin ikinci turu və 31 mart 2024-ce ildə bələdiyyə seçkiləri. Türkiyə seçki yorğunudur. İndi siyasətin qılınclarını toprağa basdırmaq zamanıdır, görüləcək çox iş var. Bu işlərə konsantrasiya olmaq lazımdır”, - yazar qeyd edib.

Y.Donat deyib ki, məğlubiyyət yetimdir: “Qüsuru gəlin etmək istəyiblər, kimsə onunla evlənmək istəməyib. Seçki nəticələri bəlli olduqdan sonra kimsə “bu nəticələrdə mənim də günahım var” demədi, deməyəcək də... Hər zaman belədir, hər kəs qalibiyyətə ortaq olur, məğlubiyyət zamanı qüsuru başqasında axtarır. Məşhur atalar sözündə deyildiyi kimi – “Qələbənin yüz atası var, məğlubiyyət isə yetimdir”. Məğlub olanlar günahı özlərində axtarmalıdırlar”.

“Dünən dünəndə qaldı, artıq yeni şeyler deməyin zamanıdır. Həftələrdir ki hər şey danışıldı, bitdi. Dünəni dünəndə qoyub gələcəyə baxmaq lazımdır. Çoxlu problemlər var, həm içəridə, həm xaricdə. Məncə, didişməyi bir kənara qoyub problemləri həll etmək üçün fəaliyyətə başlamaq lazımdır. Bundan sonra Türkiyənin qarşısında seçkisiz 4 il var. İqtisadi çətinlik, işsizlik, bahalıq, xarici siyasətdə gərginliklər, ətrafımızda od çəmbəri mövcuddur. Artıq söz yarışına son vermək, problemlərin həlli üçün yarışa başlamaq lazımdır”, - deyə “Sabah”ın yazarı vurğulayıb.

ayna.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu - İNCƏLƏMƏ
Bu gün, 11:46
MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? - DEPUTATLAR AÇIQLADI
Bu gün, 11:45
Nazirliyin tenderini yenə həmin şirkət uddu – Bu dəfə 9,3 milyon manat alacaq
Bu gün, 11:43
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Söz vermişdim qızımı xaricdə oxudacam” - Beş dəfə Məşhədə gedən Məleykə Əsədova
Bu gün, 11:36
İrəvanın bir ayağı yenə “gor”da
Bu gün, 11:33
Kür çayı bu rayonda bəndi uçurdu
Bu gün, 11:27
"Naxçıvan duzu" adı altında saxtakarlıq... - İşbazların yeni "planı"
Bu gün, 11:09
Serjik Azərbaycana qayıdır?
Bu gün, 11:06
İrana görə daha bir ölkə çətin vəziyyətdə – Yarım milyard dollar bloklandı
Bu gün, 11:00
Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək
Bu gün, 10:55
Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz - Hakim
Bu gün, 10:53
Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 10:44
Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq - KİV
Bu gün, 10:40
"Yeni Klinika"ya direktor təyin olundu - ƏMR
Bu gün, 10:36
Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28
Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA - TƏFƏRRÜAT
Bu gün, 10:17
Araz qırağının əcəb ZİBİLGAHI VAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:13
Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Bu gün, 09:50
“Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” - ETİRAZ
Bu gün, 09:45
Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Bu gün, 09:39
“Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” -erməni politoloq
Bu gün, 09:33
Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34
Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11
Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…
Bu gün, 08:09
Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... - GƏLİŞMƏ
Bu gün, 08:07
"Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04
Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46
Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27
Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... - ŞƏRH
Bu gün, 07:20
Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16
ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib - "The War Zone"
Bu gün, 07:10
Azərbaycanda çörək bahalaşacaq? – İqtisadçı izah edir
Bu gün, 07:05
Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR - ONA GÖRƏ DƏ...
Bu gün, 06:58
Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? - Görünəni odur ki...
Bu gün, 06:55
Yerində sayan sektor: milyonları niyə itiririk? - AKTUAL
Bu gün, 06:52
"İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." - FAKT BUDUR!
Bu gün, 06:50
Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:48
"Verilişə gələrkən maşını vurdum..."
Bu gün, 06:45
TƏBİB-in TƏCİLİ olmayan yardımı... - "Ümid edək ki..."
Bu gün, 06:34
Niyazi Bayramovun korrupsiya ortaqları - SİYAHI
Bu gün, 06:28
Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25
Təzə başçı gələndə camaat düşündü ki... - FOTO
Bu gün, 06:24
Pensiyalarla bağlı vacib xəbər – İlin sonunda…
Bu gün, 06:19
Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir - Palata
Dünən, 18:06
Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: - 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
Dünən, 18:02
Bu gün BMT canlı meyitdir - Natiq Miri
Dünən, 17:55
Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub – Rəsmi
Dünən, 17:49
Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? - İmtiyazlı podratçı...
Dünən, 17:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru