Kür çayı bu rayonda bəndi uçurdu .....                     "Naxçıvan duzu" adı altında saxtakarlıq... .....                     Serjik Azərbaycana qayıdır? .....                     İrana görə daha bir ölkə çətin vəziyyətdə .....                     Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək .....                     Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz .....                     Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq .....                     "Yeni Klinika"ya direktor təyin olundu .....                     Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... .....                     Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA .....                     Araz qırağının əcəb ZİBİLGAHI VAR... .....                     Azərbaycan neftinin qiyməti 113 dolları keçib .....                     “Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” .....                     Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… .....                     “Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” .....                     Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu .....                     Qarabağda MÜHARİBƏ istəyən ölkə .....                     Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? .....                     Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... .....                     "Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" .....                     Azər Məmmədov yeni gələndə ümid edən işçilər... .....                     Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? .....                     Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... .....                     Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? .....                     ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib .....                     Azərbaycanda çörək bahalaşacaq? .....                     Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR .....                     Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? .....                     Yerində sayan sektor: milyonları niyə itiririk? .....                     "İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." .....                     Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı .....                     "Verilişə gələrkən maşını vurdum..." .....                     TƏBİB-in TƏCİLİ olmayan yardımı... .....                     Niyazi Bayramovun korrupsiya ortaqları .....                     Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? .....                     Təzə başçı gələndə camaat düşündü ki... .....                     Pensiyalarla bağlı vacib xəbər .....                     Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir .....                 

Fransa kəşfiyyatı qalmaqalda - “Observer Online”dan şok silsilə yazılar
Tarix: 4-04-2024, 10:14 | Çap et
Fransa kəşfiyyatı qalmaqalda
Müxtəlif dövlətlərin kəşfiyyat orqanlarının daxilindən sızan məlumatlar əsasında dövri araşdırmaçı məqalələrlə çıxış edən “Observer Online”nın 02 aprel 2024-cü ildə növbəti “Why are French intelligence officers fleeing the countries?” (Fransa kəşiyyatçıları ölkələrdən niyə qaçır) başlıqlı araşdırma yazısında çoxsaylı yeni və qaranlıq məsələlərə toxunub.

Yazıda Fransanın Azərbaycanda və digər dövlətlərdə üzləşdiyi məsələlərə eyham vuran saysız ipucular və sızmalar, digər dövlətlərin marağına səbəb olan Fransa kəşfiyyatının üsul və metodlarını açıqlayan məlumatlar sonuncuları sözün əsl mənasında təşvişə salıb.

Qeyd edək ki, Fransanın həmin strukturlarına yaxınlığı ilə bilinən “İntelligence Online” son zamanlar Azərbaycanla bağlı əsassız yazılara baş vurub.

Trend “Observer Online”ın həmin yazısının Azərbaycan dilinə tərcüməsini olduğu kimi təqdim edir:

Fransa kəşiyyatçıları ölkələrdən niyə qaçır? “İntelligence.online”nın yazmadıqları

Ermənistan yeni koloniya olmaq yolunda

Fransada erməni lobbisinin təşəbbüsləri və Afrikadakı uğursuzluqların fonunda yeni koloniya olmağa tam yarayan Ermənistan Fransa silahlarının satışı üçün cəlbedici bazar olub. Bitərəf müşahidəçilər bunu Qafqaz regionunda beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanla Ermənistan arasında bitmiş müharibənin alovlandırılması cəhdi və dayanıqlı sülhün bərqərar olmasına maneə kimi qiymətləndirir.

Belə ki, Azərbaycan nəinki müasir, çoxsaylı beynəlxalq konfranslara ev sahibliyi edən, zəngin təbii ehtiyatlarını müasir inkişafa transfer etmiş dayanıqlı iqtisadiyyata malik ölkədir. Əgər son on illər ərzində dünyada baş vermiş müharibələrdə heç bir tərəf qəti qalib olmayıbsa, Azərbaycan bu mövzuda yeganə istisnadır. O, 1990-cı illərdə işğal olunmuş və dünya tərəfindən tanınan suveren ərazilərini qonşu Ermənistan üzərində tam qələbə ilə qaytararaq, öz ərazi bütövlüyünü təmin edib və erməni qoşunlarının geriyə çəkilməsinə nail olub.

Təbii ki, belə şəraitdə uzun illər dost Azərbaycanda özünü rahat hiss edən, Asiyaya əl-qol açan, indi isə Azərbaycanın milli maraqlarına qarşı fəaliyyət göstərən Fransa kəşfiyyatının özünü sərbəst buraxmağa vərdiş etmiş nümayəndələri ifşa olunacaqdı. Qafqaz regionunun ən böyük gücü Azərbaycan isə geniş əks-kəşfiyyat və kəşfiyyat imkanlarına malik olan ölkədir, Fransa kəşfiyyatı agenturasına qarşı təbdirlər silsilə həbslər, “persona non grata”lar və digər tədbirlərlə müşayiət olunub.

Həbs olunanlardan biri olan Fransa vətəndaşına Azərbaycanda Britaniya vətəndaşlığı əldə etmək tapşırılıbmış. (Onunla əlbirliyə görə həbs olunmuş azərbaycanlını Şimali İrlandiyaya nə üçün göndərmişdilər? Növbəti yazılarda)

Buraxılan səhvlərin pikində Fransada xarici kəşfiyyat orqanı DGSE rəhbəri və xarici işlər naziri vəzifəsindən azad edildi.

Ən maraqlısı isə Bakının indiyə kimi çox baş qoşmadığı, Azərbaycana və Azərbaycan üzərindən üçüncü ölkələrə qarşı fəaliyyət göstərən geniş kəşfiyyat şəbəkəsinin, onların üsul və metodlarının, beynəlxalq ictimaiyyət üçün şok effekti doğuracaq qanunsuz əməliyyatlarının, rüşvət və bazarlıqlarının, gizliliyə dair buraxılmış biabırçı səhvlərin üzə çıxması olub.

Həyatlarını bədii əsərə köçürən kəşfiyyatçılar qaçanda kitabları qalıb

Azərbaycan və Fransa vətəndaşlarının casus kimi istifadə edilməsi ilə bağlı Azərbaycanda başlanılmış istintaq artıq müxtəlif nüfuzlu beynəlxalq təşkilatlara və regionlara da sirayət edir.

Məlum olur ki, vaxtilə yuxarıda qeyd edilən cinayətlərə yol vermiş kəşfiyyatçılarını Fransa sonradan gizlincə çoxsaylı ölkələrin təmsil olunduğu beynəlxalq təşkilatlara rəhbər postlara yerləşdirməyə nail olubmuş.

Onlardan biri Bakıda 2023-cü ilin dekabr ayında silsilə həbslər başlayan kimi Mərkəzi Asiyadakı beynəlxalq təşkilatın rəhbəri postunu başsız qoyub ilk reyslə Bişkek şəhərindən Fransaya qaçıb və bu aylar ərzində ona Fransadan çıxmağa Bakıda qeydə alınmış oyunlarının qorxusu mane olur (həmin şəxs barədə möhtəşəm mənzərə növbəti nəşrlərimizdə)

Xəfiyyələrin öz həyatlarını və əməliyyatlarını xatirə kitablarına yazması ilə kəşfiyyat sənətində yəqin ki, yeniliklərdəndir. Bu onlara ədalətsiz rəhbər məmurlara öz əməklərini gələcəkdə sübut etmək üçün dolayı bir vasitə imiş.

Azərbaycana marağı artmış “Intelligence Online” qəzetinin yazmadıqları

Yazılarını haradan aldığı məlum olan Fransanın “Intelligence Online” qəzeti demək olar ki artıq müntəzəm olaraq Azərbaycan mövzusunu yad etməyi unutmur.

Bəzən isə qəzet Fransa diplomatiyasının qapıları arxasında baş verən, əvvəl görmədiyi şok qalmaqallardan yazmaqdan da kənar qala bilmir.

Terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlıq harada qaldı?

Xüsusilə həssas bir dövrdə DGSE-nin cari fəaliyyətində beynəlxalq terrorizmə qarşı mübarizədə digər dövlətlərlə effektiv əməkdaşlıq niyyətləri hiss olunmur.

Müstəqil ekspertlər bunu ya terror təşkilatları ilə münasibətlərə dair səbəbli arxayınlıq, ya da iqtisadi-kolonial maraqların fonunda səbəbsiz laqeydlik kimi qiymətləndirir. Hər halda üçüncü ölkələrin ərazisindən İran və İsraili bir-birinin üstünə salan metodlarla məşğul olmağa vaxt olur.

Azərbaycan terrorçuluqla mübarizədə aktiv rolu olan, beynəlxalq terror təşkilatlarına qoşulmuş 500 nəfərdən çox şəxsi vətəndaşlığından məhrum etmək, İŞİD-in mühasiblərinin və digərlərinin həbsi kimi ciddi təcrübəyə malik, bu istiqamətdə beynəlxalq əməkdaşlıqda olan ölkədir.

Təbii ki, bu sferada beynəlxalq əməkdaşlıq istiqamətində atılan addımlar insanlığın qorunmasının tələbidir.

Bu gün “Dərviş Məstəli Şah” Xorasandan Parisi birbaşa hədəfə alır və dünya Mali, Niger, Burkina-Faso və digərlərinin intiqamı adı altında Fransaya yaxınlaşan nəhəng terror dalğasından qaçınmağa çalışır.

Qeyd olunan Afrika ölkələrini böyüyən yerli terror təşkilatları qarşısında aciz qoyan isə məhz uzunmüddətli Fransa müstəmləkəçilik istismarı və nəticədə əhalinin düşdüyü aclıq və səfalət, dövlətlərdəki sosial və siyasi qeyri-stabillikdir.

Fransız jurnalistləri döyənin xarici macəraları

Hamının yaxşı tanıdığı “yiyəsiz” Alexandre Benallanın xarici maqnatlar olan yeni adlardan şəxsi problemlərinin həll edilməsi üçün Fransanın milli maraqlarına zidd aldığı rüşvət məbləğləri tanış olanların gözünü qamaşdırır.

O xatirə üçün bədii əsərlər yaza bilməsə də, hansı məşhur əcnəbi simaların ailə üzvlərindən alışlar edibsə, vecsiz şəkildə izi qalan metodlardan istifadə edib, arxasınca qalaq-qalaq kağız-kuğuz qoyub. Bu gün onu Fransa hüquq-mühafizə orqanlarına təsir edib qorumaq mümkündürsə, adətən maraqlı dəlilləri açıq mətbuatın əlindən heç kim ala bilmir.

Hansı gələcəyə doğru - dünyaya demokratiya nümunəsi ya kolonialist milli maraqlar?

Hər dəfə bir tərəfdaş ölkə ilə suallar yarananda peşəkar əməkdaşlarının qohumçuluq əlaqələrinə görə onların kariyerasını bağlayan DGSE kadrlar bölməsinin mütəxəssisləri heç də az qınaq obyekti olmayıb. Koloniyalıların da nifrətini artıran məqamlar isə bir başqa mövzudur.

Kollektivi iri Fransa şirkətlərinin qonşu bazarlarda ABŞ və Britaniya şirkətlərini əvəz edə biləcəyi metodları araşdırmağa səfərbər edən bəzi kəşfiyyat rəsmiləri sanballı qonorarlarını nəinki tabe əməkdaşlar, saymazyana intim münasibətlərə cəlb etdikləri tabe kolleqaları ilə bölüşdürməsi belə əlavə söz söhbətlər yaradardı.

Bu əməkdaşlıq onlara iqtisadiyyat nəhəngləri ilə xəlvətcə Fransanın daxili siyasi üfüqlərini görüşüb müzakirə etməyə də imkan verir.

Gücü əhalinin razılığı olmadan onların kütləvi datallarını toplamağa çatanlar elə də problem yaşamır. Lakin bu gün Paris ölkədəki siyasətçilərə gizli nəzarətlə məşğul olan kadrların düzgün seçilməsindəki tərəddüdlərin bu informasiya daşıyıcılarının maraqlarına üstün gələ bilmədiyi məkandır.

Kəşfiyyat uğursuzluqları fonunda fürsətkən əslində daxili siyasi auditoriyaya daha dərin şəxsi təsir mexanizmi qurulması üçün daxili kəşfiyyat rəhbərinin xarici kəşfiyyata ötürülməsi gələcəkdə daxili siyasi məkanda daha maraqlı qalmaqallar vəd edir.

Əməkdaşların ərazi bölgüsündə şəxsi münasibətlərin rolundan yaranan narazılıqlar isə belə qalmaqalların yanında az əhəmiyyətli görünür.

Görəsən DGSE hiss edirmi ki, Directorate of Intelligence Collecting and Operations (DRO DGSE) əməkdaşlarının yenilənən siyahısı artıq bir çox ölkələrə onların məqsədli ardıcıl primitiv səfərlərini gülümsəməklə izləməyə imkan verir?!

“İntelligence Online”nın toxunmadığı digər mövzular növbəti yazılarımızda:

“Somaliyə və digərlərinə gizli pul tranzaksiyaları - ünvanlar və arzular”

“Fransa kəşfiyyatı Britaniya şirkətlərində milli maraqlardan başqa nə axtarır?!”

“Xarici ölkələrin mobil telefon nömrələrindən istifadə edən dəvəquşular”

“TutaNota e-mail servisi və ya DGSE agentura şəbəkəsinin məkanı”

“Fransada siyasətçilərə qarşı terror, sadə və tam məxfi mexanizmlər”

“Xidmət haqqı” adı altında 8 sıfırlı rüşvətlərin Yelisey təcrübəsi”

“Fransa kəşfiyyatı 2 daxili casusu niyə tapa bilmir, əqidə vətənpərvərləri”

“Alexandre Benallanın imtiyazlı pasportla Yaxın şərqdə Avropa rəqiblərinin nümayəndələri ilə şok bazarlıqları - sənədlər və səs yazıları ilə ilk dəfə”

“Tilenga-EACOP”, “Cabo Delgado” - sirlər və bəlalar”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kür çayı bu rayonda bəndi uçurdu
Bu gün, 11:27
"Naxçıvan duzu" adı altında saxtakarlıq... - İşbazların yeni "planı"
Bu gün, 11:09
Serjik Azərbaycana qayıdır?
Bu gün, 11:06
İrana görə daha bir ölkə çətin vəziyyətdə – Yarım milyard dollar bloklandı
Bu gün, 11:00
Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək
Bu gün, 10:55
Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz - Hakim
Bu gün, 10:53
Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 10:44
Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq - KİV
Bu gün, 10:40
"Yeni Klinika"ya direktor təyin olundu - ƏMR
Bu gün, 10:36
Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28
Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA - TƏFƏRRÜAT
Bu gün, 10:17
Araz qırağının əcəb ZİBİLGAHI VAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:13
Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Bu gün, 09:50
“Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” - ETİRAZ
Bu gün, 09:45
Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Bu gün, 09:39
“Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” -erməni politoloq
Bu gün, 09:33
Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34
Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11
Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…
Bu gün, 08:09
Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... - GƏLİŞMƏ
Bu gün, 08:07
"Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04
Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46
Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27
Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... - ŞƏRH
Bu gün, 07:20
Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16
ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib - "The War Zone"
Bu gün, 07:10
Azərbaycanda çörək bahalaşacaq? – İqtisadçı izah edir
Bu gün, 07:05
Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR - ONA GÖRƏ DƏ...
Bu gün, 06:58
Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? - Görünəni odur ki...
Bu gün, 06:55
Yerində sayan sektor: milyonları niyə itiririk? - AKTUAL
Bu gün, 06:52
"İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." - FAKT BUDUR!
Bu gün, 06:50
Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:48
"Verilişə gələrkən maşını vurdum..."
Bu gün, 06:45
TƏBİB-in TƏCİLİ olmayan yardımı... - "Ümid edək ki..."
Bu gün, 06:34
Niyazi Bayramovun korrupsiya ortaqları - SİYAHI
Bu gün, 06:28
Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25
Təzə başçı gələndə camaat düşündü ki... - FOTO
Bu gün, 06:24
Pensiyalarla bağlı vacib xəbər – İlin sonunda…
Bu gün, 06:19
Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir - Palata
Dünən, 18:06
Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: - 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
Dünən, 18:02
Bu gün BMT canlı meyitdir - Natiq Miri
Dünən, 17:55
Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub – Rəsmi
Dünən, 17:49
Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? - İmtiyazlı podratçı...
Dünən, 17:42
Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... - DETALLAR
Dünən, 17:31
Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib
Dünən, 17:28
Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... - Qarabağın bərpasına da HARAM QATIBLAR
Dünən, 17:24
Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı - DÖVLƏTİ SANKİ QARƏT EDİBLƏR...
Dünən, 17:23
Siraqəddin Cabbarov onu işdən çıxardı - ƏMR
Dünən, 17:20
Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb - DETALLAR
Dünən, 17:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru