Kür çayı bu rayonda bəndi uçurdu .....                     "Naxçıvan duzu" adı altında saxtakarlıq... .....                     Serjik Azərbaycana qayıdır? .....                     İrana görə daha bir ölkə çətin vəziyyətdə .....                     Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək .....                     Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz .....                     Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq .....                     "Yeni Klinika"ya direktor təyin olundu .....                     Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... .....                     Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA .....                     Araz qırağının əcəb ZİBİLGAHI VAR... .....                     Azərbaycan neftinin qiyməti 113 dolları keçib .....                     “Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” .....                     Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… .....                     “Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” .....                     Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu .....                     Qarabağda MÜHARİBƏ istəyən ölkə .....                     Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? .....                     Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... .....                     "Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" .....                     Azər Məmmədov yeni gələndə ümid edən işçilər... .....                     Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? .....                     Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... .....                     Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? .....                     ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib .....                     Azərbaycanda çörək bahalaşacaq? .....                     Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR .....                     Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? .....                     Yerində sayan sektor: milyonları niyə itiririk? .....                     "İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." .....                     Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı .....                     "Verilişə gələrkən maşını vurdum..." .....                     TƏBİB-in TƏCİLİ olmayan yardımı... .....                     Niyazi Bayramovun korrupsiya ortaqları .....                     Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? .....                     Təzə başçı gələndə camaat düşündü ki... .....                     Pensiyalarla bağlı vacib xəbər .....                     Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir .....                 

Avropa çempionatında təzə qan - İNCƏLƏMƏ
Tarix: 7-04-2024, 09:49 | Çap et
Avropa çempionatında təzə qan
Bu yay Almaniyada keçiriləcək futbol üzrə növbəti Avropa çempionatının seçmə mərhələsi martın 27-də başa çatdı. Başqaları ilə yanaşı, turnirdə Ukrayna və Gürcüstan da çıxış edəcəklər – sonuncu üçün bu, tarixində ilk dəfədir. “Meduza” çempionatda bu iki komandadan nə gözləməyin mümkünlüyündən və heyətlərində kümə diqqət vermək lazım olmasından danışır.

Ukrayna

Avropa çempionatına necə düşdü?

Müharibə səbəbindən Ukrayna millisi bütün ev oyunlarını başqa ölkələrdə keçirirdi – Almaniya, Çexiya və Polşada. Bu, İngiltərə, İtaliya, Şimali Makedoniya və Maltadan ibarət qrupda yetərincə uğurlu çıxış etməyə mane olmadı. Ukraynalılar ingilislərdən geri qaldılar, italiyalılarla (hazırkı Avropa çempionları) eyni xal topladılar. Doğrudur, İtaliya dörd qol çox vurduğundan qrupda ikinci yeri tutdu, bu da çempionata vəsiqə üçün bəs idi. Ukraynalılar üçüncü oldular və ələnmə matçları keçirməli oldu.

Birinci oyunda Ukrayna Bosniya və Herseqovinanı məğlub etdi. Özü də matç yetərincə dramatik alındı. 56-cı dəqiqədə Nikolay Matviyenko topu öz qapısına göndərdi, amma matçın lap sonunda ukraynalılar gedişatı dəyişə bildilər. 85-ci dəqiqədə Roman Yaremçuk hesabı bərabərləşdirdi, üç dəqiqə sonra isə Artyom Dovbik qələbə topunu vurdu.

Həlledici oyunda rəqib İslandiya idi. Komanda yenə geriyə düşdü, qələbə topunu isə Mixail Mudrik (“Çelsi”nin yarımmüdafiəçisi, Ukrayna tarixində ən bahalı oyunçu) yalnız 84-cü dəqiqədə vurdu.

Avropa çempionatlarında əvvəllər necə çıxış edib?

Ukraynalılar ilk dəfə Avro-2012-də çıxış ediblər. O zaman turnirə seçmə mərhələsiz düşmüşdülər. Belə ki, məhz Ukrayna (Polşa ilə birlikdə) turnirin ev sahibi idi.

Püşkatma Oleq Bloxinin komandasını İngiltərə, Fransa və İsveç ilə bir qrupa saldı. Ukrayna İsveçi uddu (2:1), amma sonrakı iki oyunu uduzdu. Qrupda üçüncü yeri tutan komanda pley-offa çıxa bilmədi.

Dörd il sonra komanda Fransada keçirilən Avro-2016-ya vəsiqə qazandı, amma orada olduqca uğursuz çıxış etdi. Mixail Fomenkonun rəhbərlik etdiyi komanda Almaniya, Polşa və Şimali İrlandiyadan ibarət qrupda bircə qol vura bilməyərək, bütün oyunları uduzdu.

Avro-2020 (COVİD səbəbindən 2021-ci ildə keçirilirdi) Ukrayna tarixində ən yaxşısı oldu. Mavi-sarılar Avstriya, Niderland və Şimali Makedoniyanın olduğu qrupdan çıxaraq, ilk dəfə pley-offa düşdülər. Andrey Şevçenkonun komandası burada İsveçə qalib gəldi – 2:1.

1/4 finalda ingilislər komandanı darmadağın etdilər (0:4), amma bu, ukraynalıların bayram əhvalını korlamadı: hava limanında onları fanatlar kütləsi qarşıladı.

Heyətdə kimə diqqət vermək lazımdır?

Mavi-sarıların tarix boyu ən güclü heyətə malik olduqlarını söyləmək olar. Oyunçuların yarıdan çoxu nüfuzlu Avropa çempionatlarında çıxış edirlər. Məsələn, Vitali Mikolenko “Everton”un, İlya Zabarnı “Bornmut”un, Mixail Mudrik “Çelsi”nin, Ruslan Malinovski “Cenoa”nın, Roman Yaremçuk isə “Valensiya”nın oyunçusudur.

Qapıçı Andrey Lunin Madrid “Real”ında oynayır. İspaniya qrandının əsas qapıçısı Tibo Kurtua ötən il zədə aldı. Madridlilər onun yerinə Kepu Arrisabalaqunu “Çelsi”dən icarəyə götürdülər, amma o, Luninlə rəqabəti uduzdu. Ukraynalı 23 oyunda 19 qol buraxıb, 10 oyunda isə ümumiyyətlə buraxmayıb. Şayiələrə görə, Luninlə “Mançester Yunayted” maraqlanır, Kurtua isə hətta sağalandan sonra belə əsas heyətə düşməyə bilər.

İspaniyanın daha bir təmsilçisinin – “Jirona”nın heyətində iki ukraynalı çıxış edir: Artyom Dovbik və Viktor Sıqankov. Heç də ən güclülərdən olmayan klub əsasən məhz bu cütlüyün sayəsində çempionatın çox hissəsi boyu liderlik uğrunda “Real”la mübarizə aparırdı. “Jirona” bu rəqabəti uduzdu, indi isə ikinci yer uğrunda “Barselona” ilə yarışır.

Dovbik keçən yay 8 milyon avro müqabilində “Dnepr-1”dən “Jirona”ya keçdi və klub tarixində ən bahalı oyunçu oldu. Ukraynalı forvard yeni komandanın heyətində elə ilk oyunda qol vurdu və çox tezliklə klubun əsas ulduzuna çevrildi. İspaniya çempionatının 37 matçında 14 dəfə qol vurub və 5 məhsuldar ötürmə edib. Nəticədə bir il ərzində Dovbikin qiyməti 30 milyona çatıb və şayiələrə görə, “Real” onu almaq barədə düşünür.

Ukrayna millisinin vacib qollarını məhz Dovbik vurur. Avro-2020-də İsveçə qarşı oyunda məhz onun son saniyələrdə vurduğu qol mavi-sarıları 1/4 finala çıxardı, bu yaxınlrda isə Bosniya və Hersoqovinaya qarşı ələnmə matçında son dəqiqələrdə qələbə topunu vurdu.

Amma Ukrayna millisinin əsas ulduzu – London “Arsenal”ında çıxış edən Aleksandr Zinçenkodur.

Donetsk “Şaxtyor”unun yetirməsi olan futbolçunun ailəsi 10 il əvvəl Donbasdakı müharibə üzündən Moskvaya köçüb. Zinçenko Rusiyada “Ufa”da çıxış etməyə başlayıb və burada “Mançester Siti”nin məşqçisi Hosep Qvardiolanın diqqətini çəkib. İngiltərəyə dəvət olunan yarımmüdafiəçi əsas heyətdə özünə yer edib və “şəhərlilər”lə birlikdə 10 mükafat qazanıb, o cümlədən dörd dəfə İngiltərə çempionu olub.

Ukraynalı 2022-ci ildə “Arsenal”a keçib və dərhal aparıcı oyunçulardan birinə çevrilib. Londonlular artıq ikinci ildir ki, çempionluq uğrunda “Liverpul” və “Mançester Siti” ilə mübarizə aparırlar. Ötən il “topçular” uzun müddət lider olsalar da, ikinci yer tutdular. İndi də ikinci yerdədirlər.

Avro-2024-də nə gözləməli?

Ukrayna Avropa çempionatında Belçika, Rumıniya və Slovakiya ilə birlikdə B qrupunda çıxış edəcək. Analitiklər hesab edirlər ki, Sergey Rebrovun məşqçi olduğu komanda pley-offa çıxacaq və hətta bəxti gətirsə, qrupda birinci yer tuta bilər. Hərçənd, ekspertlər onların 1/8 və ya 1/4 finaldan çox gedəcəyinə inanmırlar.

Gürcüstan

Avropa çempionatına necə düşdü?

Gürcüstanın Avropa çempionatının final turnirinə yolu gərgin və həyəcanlı alındı. Seçmə mərhələdəki 8 görüş ərzində cəmi 8 xal topladı və yalnız iki dəfə qalib gəldiyi Kiprdən yüksək yer tutdu.

Amma milli komandalar üçün daha bir turnir olan Millətlər liqasındakı nəticələri sayəsində Avro-2024-ə düşmək üçün daha bir şans qazandı. Bolqarıstan, Cəbəllütariq və Şimali Makedoniyanın yer aldığı qrupda gürcülər birinci yer tutdular və ələnmə görüşlərində iştirak hüququ qazandılar.

Gürcüstan ilk oyunda Lüksemburqu məğlub etdi – 2:0. Yunanıstana qarşı ikinci oyun da Tbilisidə keçirildi. Oyunun əsas və əlavə vaxtında hesab açılmadı, iş penaltilərə qaldı. Burada gürcülər daha dəqiq oldular – 4:2.

Niki Kvekveskirinin həlledici zərbəsindən sonra minlərlə fanat meydana qaçdı və millinin Avropa çempionatına ilk çıxışını futbolçularla birlikdə bayram etdi. Tbilisi bütün gecə qələbəni qeyd etdi. Birinci Respublika meydanında keçirilən mərasimə ölkənin baş naziri İrakli Kobaxidze və paytaxt meri, Gürcüstan millisinin və “Milan”ın keçmiş futbolçusu Kaxa Kaladze qoşuldu.

Heyətdə kimə diqqət vermək lazımdır?

Komandaya Villi Sanyol başçılıq edir – “Bavariya”nın və Fransa millisinin keçmiş müdafiəçisi. Onun komandası ən güclü sayılmır, amma heyətində Avropa çempionatlarında çıxış edən bir neçə oyunçu var. Məsələn, Georgi Koçoraşvili “Kopenhagen”də, Saba Sazonov “Torino”da, Georgi Çakvetadze “Uotford”da, Georgis Mekautadze “Mets”də, Georgi Mamardaşvili “Valensiya”da, Lüksemburqa iki qol vuran Budu Zivzivadze isə “Karlsrue”də oynayır.

Komandanın əsas ulduzu “Napoli”də çıxış edən 23 yaşlı Xviça Kvaratsxeliyadır. Xviça 2019-2022-ci illərdə Rusiyanın “Lokomotiv” və “Rubin” komandalarında oynayıb. O, artıq həmin vaxt çox perspektivli sayılırdı. 2020-ci ildə “Rubin”in məşqçisi Leonid Slutski deyirdi ki, Xviçanın “tavan”ı yoxdur. Avropa klubları da onunla maraqlanırdılar. Tezliklə “Napoli”yə keçdi və ilk oyunlardan klubun aparıcı oyunçularından birinə çevrildi.

Neapolluların heyətində keçirdiyi birinci mövsümdə Kvaratsxeliya 12 qol vurdu və 10 məhsuldar ötürmə etdi. Bununla da “Napoli”nin son 30 ildə ilk dəfə çempion olmasına kömək etdi. İndi Xviça Avropanın ən perspektivli oyunçularından sayılır, qiyməti isə 80 milyon avroya çatır.

Avro-2024-də nə gözləməli?

Sanyolun komandası Çexiya, Portuqaliya və Türkiyənin yer aldığı çox çətin qrupa düşüb. Analitiklər gürcüləri çempionatın autsayderlərindən biri hesab edirlər. Onlar Kvaratsxeliya və yoldaşlarının qrupdan çıxmayacaqlarına əmindirlər. Amma çempionatda iştirakın özü Villi Sanyolun komandası üçün artıq nəhəng nəticədir.

Hazırladı: Yadigar Sadıqlı
Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kür çayı bu rayonda bəndi uçurdu
Bu gün, 11:27
"Naxçıvan duzu" adı altında saxtakarlıq... - İşbazların yeni "planı"
Bu gün, 11:09
Serjik Azərbaycana qayıdır?
Bu gün, 11:06
İrana görə daha bir ölkə çətin vəziyyətdə – Yarım milyard dollar bloklandı
Bu gün, 11:00
Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək
Bu gün, 10:55
Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz - Hakim
Bu gün, 10:53
Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 10:44
Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq - KİV
Bu gün, 10:40
"Yeni Klinika"ya direktor təyin olundu - ƏMR
Bu gün, 10:36
Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28
Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA - TƏFƏRRÜAT
Bu gün, 10:17
Araz qırağının əcəb ZİBİLGAHI VAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:13
Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Bu gün, 09:50
“Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” - ETİRAZ
Bu gün, 09:45
Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Bu gün, 09:39
“Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” -erməni politoloq
Bu gün, 09:33
Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34
Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11
Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…
Bu gün, 08:09
Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... - GƏLİŞMƏ
Bu gün, 08:07
"Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04
Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46
Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27
Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... - ŞƏRH
Bu gün, 07:20
Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16
ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib - "The War Zone"
Bu gün, 07:10
Azərbaycanda çörək bahalaşacaq? – İqtisadçı izah edir
Bu gün, 07:05
Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR - ONA GÖRƏ DƏ...
Bu gün, 06:58
Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? - Görünəni odur ki...
Bu gün, 06:55
Yerində sayan sektor: milyonları niyə itiririk? - AKTUAL
Bu gün, 06:52
"İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." - FAKT BUDUR!
Bu gün, 06:50
Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:48
"Verilişə gələrkən maşını vurdum..."
Bu gün, 06:45
TƏBİB-in TƏCİLİ olmayan yardımı... - "Ümid edək ki..."
Bu gün, 06:34
Niyazi Bayramovun korrupsiya ortaqları - SİYAHI
Bu gün, 06:28
Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25
Təzə başçı gələndə camaat düşündü ki... - FOTO
Bu gün, 06:24
Pensiyalarla bağlı vacib xəbər – İlin sonunda…
Bu gün, 06:19
Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir - Palata
Dünən, 18:06
Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: - 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
Dünən, 18:02
Bu gün BMT canlı meyitdir - Natiq Miri
Dünən, 17:55
Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub – Rəsmi
Dünən, 17:49
Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? - İmtiyazlı podratçı...
Dünən, 17:42
Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... - DETALLAR
Dünən, 17:31
Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib
Dünən, 17:28
Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... - Qarabağın bərpasına da HARAM QATIBLAR
Dünən, 17:24
Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı - DÖVLƏTİ SANKİ QARƏT EDİBLƏR...
Dünən, 17:23
Siraqəddin Cabbarov onu işdən çıxardı - ƏMR
Dünən, 17:20
Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb - DETALLAR
Dünən, 17:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru