Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? .....                     Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... .....                     Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? .....                     ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib .....                     Azərbaycanda çörək bahalaşacaq? .....                     Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR .....                     Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? .....                     Yerində sayan sektor: milyonları niyə itiririk? .....                     "İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." .....                     Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı .....                     "Verilişə gələrkən maşını vurdum..." .....                     TƏBİB-in TƏCİLİ olmayan yardımı... .....                     Niyazi Bayramovun korrupsiya ortaqları .....                     Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? .....                     Təzə başçı gələndə camaat düşündü ki... .....                     Pensiyalarla bağlı vacib xəbər .....                     Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir .....                     Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: .....                     Bu gün BMT canlı meyitdir .....                     Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub .....                     Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? .....                     Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... .....                     Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı .....                     Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... .....                     Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı .....                     Siraqəddin Cabbarov onu işdən çıxardı .....                     Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb .....                     Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama .....                     Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır .....                     “İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” .....                     Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı .....                     General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular .....                     “Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” .....                     Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" .....                     Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi .....                     Ayda 925 manata kim ev ala bilər? .....                     İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib .....                     Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik .....                     Azərbaycan səhiyyəsi ÇALXALANIR .....                     Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş .....                 

Böyük güclərin çəkişməsi olmasa, HƏMAS bölgədə at oynada bilməzdi - FAKT BUDUR...
Tarix: 30-04-2024, 06:16 | Çap et
Böyük güclərin çəkişməsi olmasa, HƏMAS bölgədə at oynada bilməzdi
Fələstinin müdafiəçiləri çoxaldıqca onun tam müstəqil dövlət olması, beynəlxalq hüququn subyekti olaraq tanınması çətinləşir.

İndiyədək Fələstin dövlətini 140 ölkə rəsmi olaraq tanıyıb. BMT Təhlükəsizlik Şurasının daimi 5 üzvündən üçü - ABŞ, Böyük Britaniya və Fransa hələ ki bu addımı atmayıb.

ABŞ-ın dövlət katibi Antoni Blinken Fələstin dövlətinin yaranmasını müsbət qarşıladıqlarını bildirsə də, dövlət olaraq bu istiqamətdə real addım atmayıblar. Əksinə, bu günlərdə Fələstinin BMT-nin tam hüquqlu üzvü olması ilə bağlı qətnaməsinə veto qoyub.

Böyük Britaniyanın xarici işlər nazir Devid Kemeron bu ilin fevralında “Associated Press” agentliyinə müsahibəsində bildirib ki, HƏMAS Qəzza zolağını tərk edərsə, krallıq rəsmi olaraq bu addımı ata bilər.

Fransa Xarici İşlər Nazirliyinin Avropa İşləri üzrə nazir-nümayəndəsi apreldə “Sud Radio”ya müsahibəsində deyib ki, mütəşəkkil sülh prosesi çərçivəsində, vaxtı çatarsa, ölkəsi Fələstin dövlətini tanımağa hazırdır.

Rusiya 2014-cü ildə Fələstini tanıyıb. Çin Xalq Respublikası isə 1988-ci il noyabrın 20-də Fələstin dövlətini tanıyıb, 1989-cu ildə isə onunla diplomatik əlaqə qurub. Bir il sonra Fələstinə diplomatik nümayəndəsini göndərib. O vaxtadək Çin Tunis vasitəsi ilə Fələstinlə diplomatik əlaqə saxlayırdı.

Fələstinin tanınmasında böyük güclərin rəqabəti görünən qədər olub. Fələstin dövlətinin yaranması ideyasını müdafiə edənlərdən biri o vaxtkı SSRİ olub. O da 1988-ci ildə İsrailin muxtariyyəti saydığı ölkəni tanıyıb, bir il sonra Moskvada nümayəndəliyin səfirlik olması haqqında qərar qəbul edib.

Həmin illərdə SSRİ ilə Çin qərbdən gələn demokratik hərəkat dalğasına bu kimi məsələlərlə mane olmağa, yaxud acıq verməyə çalışırdı. Çünki Çin hakimiyyətinin Fələstinlə diplomatik münasibətləri inkişaf etdirməsi 1989-cu il iyunun 4-də Tyananmen meydanında törətdiyi zorakılıqdan sonraya təsadüf edir.

SSRİ-nin hüquqi varisi olsa da, Rusiya Fələstini 2014-cü ildə tanıyıb. Həmin il Ukraynanın Rusiyanın nəzarətindən, nüfuz dairəsində çıxması prosesi güclənirdi.

Deməli, birinci çətinlik. Məşhur beşlik Fələstinin tanınmasından bir-birinə qarşı diplomatik güc nümayişi kimi istifadə edir.

Bu günlərdə HƏMAS-ın məsul şəxslərindən biri Xəlil əl-Hayya İstanbulda “Associated Press”ə müsahibəsində bildirib ki, 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövləti yaradılarsa, onda bu silahlı-siyasi qruplaşma beş il və ya daha uzun müddətə atəşkəsə razılıq verməyə hazırdır. Onun sözlərinə görə, bu halda qruplaşmanın silahlı qanadını buraxıb, siyasi partiyaya çevrilə bilərlər.

Hələ 2006-cı ildə parlament seçkilərindən sonra Fələstinin dövlət başçısı Mahmud Abbas qruplaşmaya qanunsuz silahlı birləşməni buraxaraq, silahları təhvil verməyi təklif etmişdi. O, HƏMAS-ı Fələstin dövlətini quruculuğu ilə məşğul olmağa dəvət etmişdi. Ancaq onda qruplaşma bu təklifləri rədd edərək, Qəzza zolağında öz hökumətini qurmuş, bununla da Mahmud Abbas hakimiyyətinə qarşı müxalifət kimi çıxış etməyə başlamışdı. Həmin dövrdə FƏTH-lə HƏMAS arasında əlaqələr kəsilib.

Qruplaşmanın atəşkəs, əsir və girovların mübadiləsi ilə bağlı çağırışına İsrail hökuməti cavab verib. Bunu HƏMAS-ın Qəzza zolağındakı müavini Xəlil əl-Hayya bildirib.

Ağ evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan əsir və girovların mübadiləsinə dair HƏMAS-la İsrail arasında Qətər və Misirin əldə etdikləri razılaşmanı yeni impuls adlandırıb. İsrailin Baş naziri Binyamin Netaniyahuya hökumətdə təzyiqlər var. Maliyyə naziri Betsalel Smotriç baş naziri Misir təşəbbüsünə razılıq verəcəyi halda kabinetə tərk edəcəyi ilə hədələyib.

Bu görüş aprelin 30-na nəzərdə tutulub.

İkinci maneə, HƏMAS və FƏTH arasında küsülülükdür. Yeri gəlmişkən, Çində bu təşkilatlar arasında barışıq üzrə danışıqlar keçirilib.

Üçüncü isə İsrail hökumətində Fələstin məsələsinin dinc yolla həllinə nail olmaqla bağlı fikir ayrılığıdır.

Ərəb dövlətləri ilə İsrail arasında münasibətlər birmənalı deyil. Onların yəhudi dövləti ilə siyasi-diplomatik əlaqələri zəifdir, bir sıra hallarda isə yoxdur. Olan əlaqələr isə problemin həllinə yardım etməkdə yetərli sayılmır.

Bu gün - aprelin 29-da Səudiyyə Ərəbistanında ABŞ və Böyük Britaniya XİN başçılarının iştirakı ilə Qəzza zolağı üzrə görüşü keçiriləcək. Bir gün sonra dövlət katibi Antoni Blinkenin İsrailə səfər edəcəyi planlaşdırılır.

Tərəflər danışıqlara üstünlük verdiyi bir halda Tehran hakimiyyəti İsraili hədələməkdə davam edir. İranın hərbi komandanlığı İsrailin lazım olan ərazilərinə raket zərbələri endirəcəklərini bildiriblər.

HƏMAS-ın, eləcə də İranyönümlü başqa qanunsuz silahlı qrupların zolaqdan çıxması və ya neytrallaşdırılması İranın bölgədən çıxmasını sürətləndirər. Ona görə də Tehran uçun Fələstinin gələcəyindən daha çox həmin qruplaşmaların regionda mövcudluğunu qorumaq vacibdir.

Bu kimi səbəblərdən dördüncü, bəlkə görünən ən böyük maneə İran sayılır.

Fələstin dövlətinin BMT-nin tamhüquqlu üzvü olaraq tanınmasına əngəl olan çoxlu problemlər var. 74 ildir, onun tanınması ilə bağlı oxşar maneələr davam edir. Ən başlıca əngəl isə beynəlxalq güclər arasında çəkişmələrdir. Yoxsa, HƏMAS və başqaları Yaxın Şərqdə belə asanlıqla at oynada bilməzdi.

Sədrəddin Soltan - Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27
Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... - ŞƏRH
Bu gün, 07:20
Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16
ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib - "The War Zone"
Bu gün, 07:10
Azərbaycanda çörək bahalaşacaq? – İqtisadçı izah edir
Bu gün, 07:05
Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR - ONA GÖRƏ DƏ...
Bu gün, 06:58
Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? - Görünəni odur ki...
Bu gün, 06:55
Yerində sayan sektor: milyonları niyə itiririk? - AKTUAL
Bu gün, 06:52
"İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." - FAKT BUDUR!
Bu gün, 06:50
Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:48
"Verilişə gələrkən maşını vurdum..."
Bu gün, 06:45
TƏBİB-in TƏCİLİ olmayan yardımı... - "Ümid edək ki..."
Bu gün, 06:34
Niyazi Bayramovun korrupsiya ortaqları - SİYAHI
Bu gün, 06:28
Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25
Təzə başçı gələndə camaat düşündü ki... - FOTO
Bu gün, 06:24
Pensiyalarla bağlı vacib xəbər – İlin sonunda…
Bu gün, 06:19
Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir - Palata
Dünən, 18:06
Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: - 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
Dünən, 18:02
Bu gün BMT canlı meyitdir - Natiq Miri
Dünən, 17:55
Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub – Rəsmi
Dünən, 17:49
Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? - İmtiyazlı podratçı...
Dünən, 17:42
Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... - DETALLAR
Dünən, 17:31
Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib
Dünən, 17:28
Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... - Qarabağın bərpasına da HARAM QATIBLAR
Dünən, 17:24
Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı - DÖVLƏTİ SANKİ QARƏT EDİBLƏR...
Dünən, 17:23
Siraqəddin Cabbarov onu işdən çıxardı - ƏMR
Dünən, 17:20
Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb - DETALLAR
Dünən, 17:11
Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
Dünən, 17:10
Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır
Dünən, 17:06
“İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” -Tofiq Musayev
Dünən, 17:04
Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı - TƏFƏRRÜAT
Dünən, 16:55
General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular - DETALLAR
Dünən, 16:50
“Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” – İlginc açıqlamalar
Dünən, 16:48
Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" - Ekspertdən xəbərdarlıq
Dünən, 16:43
Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 16:42
Ayda 925 manata kim ev ala bilər? - ŞƏRH
Dünən, 16:38
İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib - SAVAŞ GEDƏ-GEDƏ...
Dünən, 16:31
Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik - ƏMR
Dünən, 16:29
Azərbaycan səhiyyəsi ÇALXALANIR – Bir gündə 4 səs-küylü İSTEFA
Dünən, 16:27
Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş
Dünən, 16:24
Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir - MƏQALƏ
Dünən, 16:21
Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir - İsrafil Kərimovun yazısı
Dünən, 16:19
Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb
Dünən, 16:06
Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq - DİQQƏT
Dünən, 16:05
İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA - Görün, kimin qardaşıdır...
Dünən, 16:03
İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi
Dünən, 15:34
Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib
Dünən, 15:27
XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi - VİDEO
Dünən, 15:26
Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? – Heyrət doğuran FAKTLAR YAYILDI
Dünən, 15:17
Danışıqlara da, müharibəyə də hazırıq - İrəvani
Dünən, 15:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru