Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... .....                     Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? .....                     ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib .....                     Azərbaycanda çörək bahalaşacaq? .....                     Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR .....                     Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? .....                     Yerində sayan sektor: milyonları niyə itiririk? .....                     "İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." .....                     Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı .....                     "Verilişə gələrkən maşını vurdum..." .....                     TƏBİB-in TƏCİLİ olmayan yardımı... .....                     Niyazi Bayramovun korrupsiya ortaqları .....                     Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? .....                     Təzə başçı gələndə camaat düşündü ki... .....                     Pensiyalarla bağlı vacib xəbər .....                     Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir .....                     Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: .....                     Bu gün BMT canlı meyitdir .....                     Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub .....                     Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? .....                     Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... .....                     Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı .....                     Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... .....                     Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı .....                     Siraqəddin Cabbarov onu işdən çıxardı .....                     Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb .....                     Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama .....                     Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır .....                     “İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” .....                     Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı .....                     General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular .....                     “Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” .....                     Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" .....                     Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi .....                     Ayda 925 manata kim ev ala bilər? .....                     İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib .....                     Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik .....                     Azərbaycan səhiyyəsi ÇALXALANIR .....                     Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş .....                     Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir .....                 

Kimin arzusu çin olacaq? - Hakimiyyət “kəmərləri sıxır”, müxalifət revanş hazırlığında
Tarix: 30-04-2024, 19:02 | Çap et
Kimin arzusu çin olacaq?
Aprelin 29-da, demək olar ki, on saat davam edən müzakirədən sonra Gürcüstan parlamentinin Hüquq Komitəsi qalmaqallı “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib. Bu hadisə fonunda Tbilisidə hakim “Gürcü Arzusu” (GA) partiyasının təşkilatçılığı ilə qanun layihəsinin qəbuluna dəstək məqsədilə böyük mitinq keçirilib.

Müşahidəçilərin fikrincə, aksiyada 100 mindən çox insan iştirak edib. GA mitinqdə iştirak etmək üçün on minlərlə rayon sakinini paytaxta daşımaq üçün öz resurslarını səfərbər edib. GA-nın aksiyadan bir neçə gün əvvəl qəbul etdiyi bəyanatda vətəndaşları “Qərb pulu ilə Gürcüstanda hazırlanan inqilabı” rədd etməyə çağırış var.

Hakim partiyanın nümayəndələri əhalini fəal iştirak etməyə və “siyasi və mənəvi cəhətdən iflasa uğramış siyasi azlığın spekulyasiyaya və xalq adından danışmasına imkan verməməyə” çağırıblar. Hakimiyyətin əsas arqumenti odur ki, Gürcüstanda fəaliyyət göstərən QHT-lərin şəffaflığı sual altındadır və bu, ölkənin təhlükəsizliyini təhdid edir.

Bu məqsədlə “Gürcü Arzusu” Gürcüstan əhalisinin daha mühafizəkar hissəsini səfərbər etməyə çalışır, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin dini dəyərləri qorumaq və LGBT-nin, eynicinsli nikahların təbliğatını qadağan etmək üçün nəzərdə tutulduğuna işarə vurur. Bu səbəbdən aprelin 29-da keçirilən aksiyada iştirak edənlərin böyük əksəriyyəti orta yaşlı və yaşlı insanlar olub.

Müxalifət deyir ki, küçə etirazlarından sonra geri götürülən keçənilki sənədlə eyni olan Xarici Təsirlərin Şəffaflığı qanun layihəsi GA-nın dördüncü müddətə hakimiyyətdə qalması üçün həyati əhəmiyyət kəsb edir. Müxalifət partiyaları və müstəqil jurnalistlər bunu Rusiyanın 2012-ci il “xarici agent” qanunvericiliyi ilə oxşarlığına görə “Rusiya qanunu” adlandırırlar, baxmayaraq ki, Gürcüstan hakimiyyəti bunu inkar edir. Rusiyada bu qanundan müstəqil media və müxalif siyasətçilərin təqib edilməsi üçün istifadə olunur.

Qarşıdan gələn parlament seçkilərində Qərbdən maliyyələşən QHT və medianın fəallığının artması gözlənilir. İlk dəfə səsvermə yalnız müxalifətin uzun müddətdir israr etdiyi proporsional sistem üzrə keçiriləcək.

Belə şəraitdə GA-nın hökuməti formalaşdırmaq üçün parlamentdə yerlərin əksəriyyətini əldə etməsi daha çətin olacaq. Bu səbəbdən də GA gəlirlərinin 20%-dən çoxunu xaricdən əldə edən strukturların xüsusi reyestrdə yer almasına və onların xarici qüvvələrin maraqları üçün fəaliyyətini təşviq edən təşkilat kimi qəbul edilməsinə icazə verən qanun qəbul etməklə QHT və medianın fəaliyyətini nəzarətə götürmək qərarına gəlib.

Ədliyyə Nazirliyi vergi bəyannamələrini yoxlayacaq və siyahı yaradacaq. Qeydiyyatın aparılmaması və gəlir mənbələrinin gizlədilməsi qanunla 25 000 lari (təxminən 10 000 ABŞ dolları) məbləğində cərimə ilə nəticələnəcək.

Qanun layihəsinin əleyhdarları əmindirlər ki, layihə qəbul olunarsa, Gürcüstanda fərqli fikirlərə qarşı təzyiq və repressiya alətinə çevriləcək. GA qanun layihəsini qəbul edərkən ötən ilin mənfi təcrübəsini nəzərə alıb və bu müddət ərzində QHT-lərin fəaliyyətini gözdən salmaqla ictimai rəyi manipulyasiya edib. Belə ki, ötən ilin sentyabrında Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti ölkədə dövlət çevrilişi planlaşdırdığı iddia edilən “xarici düşmənləri” müəyyən edib.

Qurumdan verilən məlumata görə, bunlar bütün dünyada demokratik hərəkatlarla işi və qeyri-zorakı mübarizədə təcrübə mübadiləsi ilə tanınan Serb CANVAS təşkilatının üzvləri olub. Səlahiyyətlilərə görə, CANVAS ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilir və bu da öz növbəsində ABŞ hökumətinin büdcəsindən maliyyələşir.

Mayın 17-də “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin üçüncü və yekun oxunuşda qəbul edilməsi planlaşdırılır. Prezident Salome Zurabişvili artıq buna veto qoymaq istəyini bildirib. Bunun aradan qaldırılması üçün parlamentə deputatların sadə səs çoxluğu, yəni 150-dən 76-nın səsi lazımdır.

GA-nın parlamentdə 83 deputatı var. Buna görə də Prezidentin vetosunu aşmaq parlament üçün çətin olmayacaq. Belə bir ssenaridə, qanun 2024-cü il mayın sonu - iyunun əvvəlində qüvvəyə minəcək ki, bu da hakim partiyaya parlament seçkiləri ərəfəsində müxalifəti Qərbin maliyyəsindən məhrum etməyə və faktiki olaraq, seçkinin nəticələrini öz xeyrinə çevirməyə imkan verəcək.

Avropa İttifaqına (Aİ) və NATO-ya daxil olmağa can atan bir ölkə üçün bu qanun layihəsinin qəbul edilməsinin dəyəri yüksək ola bilər. Gürcüstan Aİ-yə namizəd statusunu qazandıqdan cəmi dörd ay sonra onun Avropaya inteqrasiyası təhlükə altındadır.

Lakin bu fakt GA-nı dayandırmır. Sosial Tədqiqatlar və Təhlillər İnstitutunun (BSTA) sorğusunun nəticələrinə görə, parlament seçkiləri ərəfəsində vəziyyət yenidən GA-nın xeyrinədir. Seçicilərin 31,4%-i hakim partiyaya, yalnız 9,6%-i onun əsas rəqibi olan Vahid Milli Hərəkata səs verməyə hazırdır.

Eyni zamanda, seçicilərin 40%-ə yaxını hələ öz seçimi ilə bağlı qərar verməyib və GA onları öz tərəfinə çəkməyə çalışır. Məsələn, aprelin əvvəlində Gürcüstan hökuməti 145 min fiziki şəxsə şamil ediləcək irimiqyaslı vergi amnistiyası həyata keçirməyi planlaşdırdığını açıqlamışdı.

Qanun layihəsinin qəbuluna dəstək üçün keçirilən böyük mitinqdən sonra Baş nazir İrakli Kobaxidze müxalifətin reytinqinin aşağı olması səbəbindən, ölkədə inqilabın istisna olunduğu fikrini bildirib. Kobaxidze “İmedi” telekanalına müsahibəsində deyib: “Gürcüstanda müxalifət dəstəyini itirib və ölkədə inqilab təşkil etmək üçün resursları yoxdur”.

Onun sözlərinə görə, bu gün Gürcüstan müxalifəti tamamilə nüfuzdan düşüb: “Müxalifətin ümumi reytinqi 2021-ci il yerli hökumət seçkiləri gününə nisbətən yarı aşağı düşüb. Ona görə də inqilab və buna bənzər proseslər istisna edilir”.

Baxmayaraq ki, Kobaxidze belə bir bəyanatla çıxış edəndə hələ də xatırlamaq lazımdır ki, Gürcüstanın yaxın tarixində hər hansı siyasi qüvvəyə dəstək üçün çoxminlərlə mitinq keçirməsi onun seçkilərdə inamlı qələbəsi demək deyildi. Məsələn, 2003-cü ilin payızında parlament binası yaxınlığında Prezident Eduard Şevardnadzeyə dəstək üçün açıq mitinq keçirildi və bir ay sonra onun hakimiyyəti “qızılgül inqilabı” ilə başa çatdı. Daha sonra, 2012-ci il sentyabrın 28-də Prezident Mixail Saakaşvili “Dinamo” stadionunda rekord mitinq toplasa da, cəmi bir neçə gün sonra onun rəhbərlik etdiyi Vahid Milli Hərəkat parlament seçkilərində məğlub oldu...
ayna.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... - ŞƏRH
Bu gün, 07:20
Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16
ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib - "The War Zone"
Bu gün, 07:10
Azərbaycanda çörək bahalaşacaq? – İqtisadçı izah edir
Bu gün, 07:05
Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR - ONA GÖRƏ DƏ...
Bu gün, 06:58
Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? - Görünəni odur ki...
Bu gün, 06:55
Yerində sayan sektor: milyonları niyə itiririk? - AKTUAL
Bu gün, 06:52
"İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." - FAKT BUDUR!
Bu gün, 06:50
Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:48
"Verilişə gələrkən maşını vurdum..."
Bu gün, 06:45
TƏBİB-in TƏCİLİ olmayan yardımı... - "Ümid edək ki..."
Bu gün, 06:34
Niyazi Bayramovun korrupsiya ortaqları - SİYAHI
Bu gün, 06:28
Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25
Təzə başçı gələndə camaat düşündü ki... - FOTO
Bu gün, 06:24
Pensiyalarla bağlı vacib xəbər – İlin sonunda…
Bu gün, 06:19
Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir - Palata
Dünən, 18:06
Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: - 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
Dünən, 18:02
Bu gün BMT canlı meyitdir - Natiq Miri
Dünən, 17:55
Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub – Rəsmi
Dünən, 17:49
Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? - İmtiyazlı podratçı...
Dünən, 17:42
Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... - DETALLAR
Dünən, 17:31
Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib
Dünən, 17:28
Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... - Qarabağın bərpasına da HARAM QATIBLAR
Dünən, 17:24
Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı - DÖVLƏTİ SANKİ QARƏT EDİBLƏR...
Dünən, 17:23
Siraqəddin Cabbarov onu işdən çıxardı - ƏMR
Dünən, 17:20
Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb - DETALLAR
Dünən, 17:11
Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
Dünən, 17:10
Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır
Dünən, 17:06
“İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” -Tofiq Musayev
Dünən, 17:04
Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı - TƏFƏRRÜAT
Dünən, 16:55
General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular - DETALLAR
Dünən, 16:50
“Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” – İlginc açıqlamalar
Dünən, 16:48
Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" - Ekspertdən xəbərdarlıq
Dünən, 16:43
Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 16:42
Ayda 925 manata kim ev ala bilər? - ŞƏRH
Dünən, 16:38
İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib - SAVAŞ GEDƏ-GEDƏ...
Dünən, 16:31
Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik - ƏMR
Dünən, 16:29
Azərbaycan səhiyyəsi ÇALXALANIR – Bir gündə 4 səs-küylü İSTEFA
Dünən, 16:27
Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş
Dünən, 16:24
Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir - MƏQALƏ
Dünən, 16:21
Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir - İsrafil Kərimovun yazısı
Dünən, 16:19
Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb
Dünən, 16:06
Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq - DİQQƏT
Dünən, 16:05
İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA - Görün, kimin qardaşıdır...
Dünən, 16:03
İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi
Dünən, 15:34
Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib
Dünən, 15:27
XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi - VİDEO
Dünən, 15:26
Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? – Heyrət doğuran FAKTLAR YAYILDI
Dünən, 15:17
Danışıqlara da, müharibəyə də hazırıq - İrəvani
Dünən, 15:14
Evlərə "kupça" veriləcək: Əfv gəlir - AKTUAL
Dünən, 15:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru