Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb .....                     Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq .....                     İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA .....                     İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi .....                     Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib .....                     XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi .....                     Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? .....                     Danışıqlara da, müharibəyə də hazırıq .....                     Evlərə "kupça" veriləcək: Əfv gəlir .....                     İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək .....                     “Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb .....                     Azərbaycan insanı çox yemir, bahalı yeyir .....                     Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib .....                     Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... .....                     TƏBİB-in yeni rəhbəri daha iki nəfəri .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu .....                     Dostunu boğazından bıçaqlayana .....                     Bakı Dövlət Sirkinin yerinə bina tikilir? .....                     Daha bir direktor işdən çıxarıldı .....                     Avropa İttifaqı Ermənistana girir .....                     Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş .....                     “Simonyan Türkiyəni şantaj edir” .....                     "Çəkilmə araq qoxusu var" .....                     Melonidən Solovyov barədə: .....                     Könül Ələkbərov vəzifəsindən azad edildi .....                     SEPAH sağa-sola hədə yağdırır .....                     Uşağın cinayətində əsas günahkar valideyndir .....                     YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? .....                     Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? .....                     "Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB .....                     Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb .....                     Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib .....                     Qadının üzərinə benzin töküb yandıran sevgilisi: .....                     Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər .....                     Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq .....                     Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək .....                     “Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT .....                     YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib .....                     “Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? .....                     TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq .....                 

Fransa yolayrıcında: Makron və düşməni uduzdular - Elçin Alıoğlu yazır...
Tarix: 9-07-2024, 10:34 | Çap et
Fransa yolayrıcında: Makron və düşməni uduzdular
Elçin Alıoğlu - TREND


Fransada növbədənkənar parlament seçkilərinin ikinci turu başa çatdı.

Solçulardan ibarət "Yeni Xalq Cəbhəsi" (Nouveau Front Populaire, NFP) koalisiyası 182, Fransa prezidenti Emmanuel Makronun başçılıq etdiyi "Birlikdə Respublika uğrunda!" koalisiyası 168, Marin Le Penin lider və Jordan Bordellanın sədr olduğu sağçı "Milli Vəhdət" (Rassemblement National, RN) Partiyası 143, mühafizəkar Respublikaçılar Partiyası 45 deputat mandatı qazanıb. Fransa parlamentinin aşağı palatası olan və 577 yerdən ibarət Milli Assambleyada qalan mandatları müstəqil namizədlər və kiçik partiyaların mənsubları öz aralarında bölüşdürəcəklər.

İfrat solçular, kommunistlər, sosial-demokratlar və "yaşıllar"dan ibarət "Yeni Xalq Cəbhəsi"nin lideri Jan-Lyuk Melanşon bəyan edib ki, hökumət koalisiyasını formalaşdırmaq üçün heç bir halda Makronun rəhbərlik etdiyi "Birlikdə!" ilə danışıqlara getməyəcək.

Emmanuel Makron da "solçularla koalisiya qurmaq niyyətimiz yoxdur" deyib.

Marin Le Pen və Jorjan Bardellaya gəldikdə, onlar vədlərinə sadiq qalaraq, E.Makronla hər hansı tərəfdaşlığa başlamaq fikrində deyillər.

Növbədənkənar parlament seçkilərinin ilk turunda Marin Le Pen 34 faizlik səslə lider idi.

Əksər analitiklər və siyasi ekspertlər seçkilərin 2-ci turunda sağçı "Milli Vəhdət"in mövqelərini möhkəmləndirəcəyini, daha çox səs qazanacağını deyirdilər.

Bəs yaxşı, nə baş verdi, sağçılar niyə lider yox, 3-cü yeri tutan siyasi qüvvə oldular?

Əsas səbəb Fransa vətəndaşları və siyasi qüvvələri arasında köhnə "Kim olursa-olsun, amma Le Pen olmasın!" şüarına sadiq qalanlarının sayının azalmamasıdır. Mərkəzçilər və solçular sağçıların qarşısında "respublikaçı" səddini qurdular. Özü də bu sədd 2012, 2017 və 2022-ci illərdəki parlament seçkiləri ilə müqayisədə sola xeyli meyilləndi.

Marin Le Penin hakimiyyət yürüşü beləcə, hədəfin yaxınlığında dayandırıldı.

O, seçkilərin ilk turundan əvvəl və sonra "parlamentdə tam çoxluğu əldə edəcəyik" tipli bəyanatlar verdiyindən, sağçıların əldə etdikləri nəticələri fransızlar az qala "Milli Vəhdət"in faciəsi kimi qəbul edirlər.

Halbuki Marin Le Penin partiyası tarixində ən böyük uğura nail olub.

2017-2022-ci illərdə Fransa parlamentində 6, 2022-ci ildə 88 sağçı deputat vardısa, indi Le Penin partiyası 150 deputat mandatı ilə Milli Assambleyada yer ala bilər.

Beləliklə, ifrat sağçılar parlamenti idarə etmək rıçaqlarına yiyələnməsələr də, solçuların NFP koalisiyası da bu imkanlara malik deyil.

Solçular nəticələrdən çox razıdırlar: niyə də yox, onlar "Milli Vəhdət"i qələbədən məhrum etməyə nail oldular.

"Bərabərlik" solçularla sağçılar üçün, əslində, yeni mübarizənin ilk mərhələsidir.

Marin Le Penin "Milli Vəhdət"i yekcinsdirsə, "Yeni Milli Cəbhə"də "qırmızı"lardan tutmuş, "yaşıllar"adək fərqli siyasi qüvvələr təmsil olunublar.

Solçuların uğur sirri də elə budur.

Orta statistik fransalı "Məğlub edilməmiş Fransa"nın lideri Jan-Lyuk Melaşonun qatı trotskiçi olduğunu bilsə də, onun başçılıq etdiyi "Yeni Xalq Cəbhəsi"ndə sosial-demokratların, "yaşıllar"ın və b. olduğunu gördüyü üçün solçulara üstünlük verib.

Fransanın daxili siyasətindəki qüvvələr nisbəti və konfiqurasiyalar parlament seçkilərinin nəticələrinə uyğun olaraq yenidən formalaşacaq. Seçicilərdən heç nə asılı olmayacaq: qaliblərlə məğlublar vəzifə və fraksiyalarda yerlər uğrunda siyasi alverlə sövdələşmələrə başlayacaqlar.

Parlamentin aşağı palatası olan Milli Assambleyada qrupların heyətinin müəyyənləşdirilməsi, sədr və müavinlərin seçilməsi, komissiyaların fraksiyalar arasında bölüşdürülməsi proseslərinə start veriləcək, amansız mübarizə olacaq.

Eyni zamanda, hökumətin tərkibi uğrunda qarşıdurmalar və müzakirələr yaşanacaq.

Baş nazirin kim olacağı əsas məsələdir. Solçular bu postu tutmağa hazır olduqlarını desələr də, tərəflərin heç birində kəskin etirazlara və qıcığa səbəb olmayacaq neytral fiqur axtarışlarının aparılacağı şübhəsizdir.



Bu fiqur Makronun düşərgəsindən çıxa bilər.

Milli Assambleyada gərgin günlər olacaq. Marin Le Penin "Milli Vəhdət"i seçkiqabağı çıxışlarında vəd etdiyi qanunları qəbul edə bilməycək, çünki buna solçu "Yeni Xalq Cəbhəsi" imkan verməyəcək.

Solçular da vəd etdikləri qanun layihələrini reallaşdıra bilməyəcəklər: Le Penin partiyası buna hər vəchlə mane olacaq.

E.Makronun başçılıq etdiyi mərkəzçilərə isə hər iki tərəfdən - soldan və sağdan - zərbələr səngiməyəcək.

Beləcə, Fransa parlamentində yerli siyasi analitiklərin proqnozlaşdırdıqları "bataqlıq durumu" yaranacaq.

Fransada keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı illüziyalar da yersizdir.

E.Makronun gözlənilən məğlubiyyətindən sonra istefa verməsi ehtimalı azdır. Belə bir addım atmaq üçün siyasi cəsarət və şərəf lazımdır - bu keyfiyyətlərin Makronda olub-olmaması ritorik bir sualdır. Buna görə də onun zərərli təsiri xarici siyasətdə yox olmayacaq.

Fransadakı erməni icmasının sağçılarla solçulara təzyiq göstərərək, onları təmsil edən deputatların əksəriyyətini pulla ələ almağa çalışacağı da şübhə doğurmur.

Bu, Bakı ilə Paris arasındakı münasibətlərin yenidən qurulmasının mümkün olmadığı anlamına gəlmir, əgər Parisin xarici siyasətində rasional meyillər yaranarsa. Axı, mövcud vəziyyətin təşəbbüskarı Bakı deyil.

Seçkilərin nəticələrinin diqqət çəkən digər məqamı Emmanuel Makronun planının uğursuzluğa düçar olmasıdır.

Belə ki, Avropa Parlamentinə keçirilmiş seçkilərdə "Milli Vəhdət"in uğurunu görən Fransa prezidenti Emmanuel Makron parlamenti buraxmış, növbədənkənar seçkilər elan etmişdi.

Məqsəd 2027-ci ildə keçiriləcək prezident seçkilərində Marin Le Penin qələbəsinə imkan verməmək üçün "Milli Vəhdət"in parlament seçkilərində qələbəsinə mane olmamaq, sonra hakimiyyətin daxili və xarici siyasətindəki tam uğursuz qərarlarına, həmin qərarların yaratdığı ağır fəsadlara yaxın 3 il ərzində sağçıları da şərik etmək, bu minvalla seçicilərin nəzərində onları gözdən salmaqdır.

Çünki sağçıların növbədənkənar parlament seçkilərində qalib gələcəyi təqdirdə hökuməti onlar formalaşdıracaq, Fransa "mərkəzçi prezident, sağçı baş nazir" konfiqurasiyası ilə barışmalı olacaq, sağçılar isə bütün hallarda orta statistik vətəndaşın razılıqla qarşılamayacağı qərarlar verməli olacaqdılar.

Fəqət, E.Makronun ssenarisi baş tutmadı, növbədənkənar parlament seçkilərinin ikinci turunda lider solçular oldular və hökumətin formalaşması üçün koalisiya qaçılmaz perspektivə çevrildi.

Beləliklə, sağçılar hakimiyyətin yaxın üç ildəki uğursuzluqlarına və qeyri-populyar qərarlarına görə məsuliyyət daşımayacaqlar, 2027-ci ildəki prezident seçkilərində Marin Le Penin də "mənfi yüklü baqaj"ı böyük olmayacaq.

Parlamentdə 65 mandat alan sosialistlərlə 36 mandata yiyələnmiş "yaşıllar"a gəldikdə, onlar da E.Makronun başçılıq etdiyi "Birlikdə!" koalisiyası ilə əməkdaşlıq etmək niyyətindən uzaq olduqlarını bildiriblər.

Nəticədə, Fransanın yeni hökumətinin tərkibi və ümumiyyətlə, formalaşması çox çətin prosesə çevriləcək. Almaniya, İtaliya, İspaniya və ya Hollandiya kimi Avropa ölkələrindən fərqli olaraq, Fransada hakimiyyət koalisiyasının yaradılması təcrübəsi çox olmadığından iqtidarla bağlı paylaşma müzakirələri və danışıqlar uzun çəkə bilər.

Ehtimallar özünü doğruldarsa, 2027-ci il Marin Le Penin ili olacaq. Yaxın üç ildə onun tərəfdarlarını artırmaq və əsas məqsədinə çatmaq, yəni prezident olmaq üçün şansları az deyil.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb
Bu gün, 16:06
Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq - DİQQƏT
Bu gün, 16:05
İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA - Görün, kimin qardaşıdır...
Bu gün, 16:03
İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi
Bu gün, 15:34
Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib
Bu gün, 15:27
XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi - VİDEO
Bu gün, 15:26
Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? – Heyrət doğuran FAKTLAR YAYILDI
Bu gün, 15:17
Danışıqlara da, müharibəyə də hazırıq - İrəvani
Bu gün, 15:14
Evlərə "kupça" veriləcək: Əfv gəlir - AKTUAL
Bu gün, 15:13
İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək - Şevtsov
Bu gün, 15:11
“Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 15:08
Azərbaycan insanı çox yemir, bahalı yeyir - EKSPERTDƏN İZAH
Bu gün, 15:05
Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib - DETALLAR
Bu gün, 15:01
Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... - İNCƏLƏMƏ
Bu gün, 14:59
TƏBİB-in yeni rəhbəri daha iki nəfəri işdən çıxardı
Bu gün, 14:55
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu – FOTO
Bu gün, 14:52
Dostunu boğazından bıçaqlayana AĞIR CƏZA tələbi
Bu gün, 14:49
Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA
Bu gün, 14:47
Daha bir direktor işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 14:44
Avropa İttifaqı Ermənistana girir - Cənubi Qafqazda gizli mübarizə başlayır
Bu gün, 14:07
Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
Bu gün, 14:02
“Simonyan Türkiyəni şantaj edir”
Bu gün, 13:07
"Çəkilmə araq qoxusu var" - Paşinyanın məktəbdə dedikləri diqqət çəkdi
Bu gün, 13:04
Melonidən Solovyov barədə: - Bu karikaturaya görə yolumuzu dəyişməyəcəyik
Bu gün, 13:02
Könül Ələkbərov vəzifəsindən azad edildi - ÖZÜ TƏSDİQLƏDİ
Bu gün, 12:59
SEPAH sağa-sola hədə yağdırır - Göründüyü kimi...
Bu gün, 12:57
Uşağın cinayətində əsas günahkar valideyndir - Sosioloqdan AÇIQLAMA
Bu gün, 12:54
YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? - SİYAHI
Bu gün, 12:53
Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? - ŞƏRH
Bu gün, 12:45
"Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB - AÇIQLAMA
Bu gün, 12:40
Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb
Bu gün, 12:38
Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib
Bu gün, 12:35
Qadının üzərinə benzin töküb yandıran sevgilisi: - “Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim, lakin...”
Bu gün, 12:34
Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər - “Hraparak”
Bu gün, 12:31
Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq -Paşinyan
Bu gün, 12:26
Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək - Rəsmi Kiyev
Bu gün, 12:25
“Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT - ƏMR
Bu gün, 12:18
YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib - SİYAHI
Bu gün, 12:13
“Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? - Asiman Həsənovun əli ilə….
Bu gün, 12:11
TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq - Paşinyan
Bu gün, 12:02
Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 11:59
Heydərov onu Xankəndiyə rəis təyin etdi - ƏMR
Bu gün, 11:56
SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... - Buna hüquqi qiymət verilərsə...
Bu gün, 11:51
SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub - ƏMR
Bu gün, 11:44
SEPAH generalı İranın qonşularını HƏDƏLƏDİ
Bu gün, 11:42
Nazirlik 71 min manata “Toyota” alır
Bu gün, 11:38
Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" - Kibermüharibə nəzarətdən çıxır
Bu gün, 11:36
"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var
Bu gün, 11:34
Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün 1,4 milyon manat xərcləyəcək
Bu gün, 11:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: - Növbətçi həkim palatanı tərk edərək yatmağa gedib
Bu gün, 11:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru