Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

İran böyük müharibəyə başlayır? – “Nəsrullah uğrunda!”
Tarix: 30-09-2024, 16:37 | Çap et
İran böyük müharibəyə başlayır?
ABŞ dövlət katibi Antoni Blinken sentyabrın 27-də Nyu Yorkda jurnalistlərin suallarını cavablandırarkən deyib ki, qarşıdakı günlər Yaxın Şərqin gələcək yolunu müəyyən edəcək. Maraqlıdır, o, bunu deyərkən İsrailin “Hizbullah” lideri Həsən Nəsrullahı məhv etmək planlarından xəbərdar idimi? Yoxsa amerikalı diplomat “Hizbullah” və İsraili dayanmağa razı sala biləcəyinə ümid edirdi?

Blinkenin arqumentləri nə olursa olsun, əslində onun haqlı olduğu ortaya çıxdı: regionda əsas fitnə-fəsad törədənin aradan qaldırılmasından sonra güc balansının dəyişəcəyini güman etmək olar. Ən əsası odur ki, İsrailə qarşı mübarizədə satellitləri Livanda “Hizbullah”, Qəzzada HƏMAS, eləcə də Suriya, Yəmən və İraqdakı qüvvələr olan əsas oyunçu İranın mövqeləri xeyli zəifləyəcək.

Sual olunur: İranın iki mühüm müttəfiqinin - HƏMAS lideri İsmayıl Haniyə və indi “Hizbullah” lideri Həsən Nəsrullahın aradan götürülməsindən sonra İsrailə qarşı müharibəyə girəcəkmi? İndiyə qədər İran bu iki təşkilatdan İsrailə qarşı çəkindirici vasitə kimi kimi istifadə edib, amma əgər İsrail onları məhv etməyə davam edərsə, rəsmi Tehranın hansı seçimi qalacaq?

Bölgədəki hadisələrin gələcək inkişafı, digər məsələlərlə yanaşı, bundan asılıdır - ya İsrail İranın məcburi hərəkətsizliyi ilə başladığı işi başa çatdıracaq və nəhayət, Yaxın Şərqdə bir müddət nisbi sülh hökm sürəcək, ya da "qaynar" mərhələ başlayacaq. İran müharibəyə girir və yeni oyunçuları cəlb edir.

Münaqişələrin qarşısının alınması təşkilatı olan Beynəlxalq Böhran Qrupunun İran Layihəsinin direktoru Əli Vaez “The New York Times”a deyib ki, İranın seçimləri çirkindən cəlbedici olmayana qədər dəyişir. Avropa Xarici Əlaqələr Şurasının Yaxın Şərq və Şimali Afrika proqramının direktoru Julien Barnes-Dacey hesab edir ki, İsrailin Nəsrullaha sui-qəsd etməsi Yaxın Şərqdə və onun hüdudlarından kənarda təhlükəli alovlanma riskini əhəmiyyətli dərəcədə artırır.

“Sual “Hizbullah”ın hazırda İsrailə qarşı genişmiqyaslı raket hücumları həyata keçirməyə qadir olub-olmamasıdır. Əks halda, bu, İranı nüvə silahına sövq edə bilər, çünki onlar bunu yeganə effektiv çəkindirmə forması kimi görürlər”, - deyə Barnes-Dacey bildirib.

İranın Ali dini lideri Ayətullah Əli Xameneyi Livanda baş verənlərlə bağlı “vacib bəyanat” verəcəyini açıqlamışdı. Lakin o, hələlik bütün müsəlmanları bütün gücləri ilə İsrailə qarşı çıxmağa, “Hizbullah” və Livana dəstək verməyə çağırıb. Xameneyinin sözlərinə görə, İsrailin hücumları “Hizbullah”ın “möhkəm strukturuna” zərər verməyəcək və qrup İsrailə qarşı mübarizəyə rəhbərlik etməyə davam edəcək.

Amma etiraf etməliyik ki, Xameneyinin ən yaxın müttəfiqi, anti-İsrail əhval-ruhiyyəsi nəslinin xarizmatik ilhamvericisi və Xameneyinin ərəbdilli dünyadakı əsas əlaqəsinin fiziki ləğvi İran üçün əhəmiyyətli itkidir. Əgər həftələr əvvəldən başlayaraq, “Hizbullah”ın yüksək komandanlığına və mövqelərinə qarşı ardıcıl, uğurlu İsrail əməliyyatları, o cümlədən “Hizbullah”ı silahla təmin edən Suriya silah zavoduna hücumlar, “Hizbullah”ın peycerlərinə və radio stansiyalarına qarşı əlamətdar təxribat əməliyyatı, neçə-neçə mülki şəxsin, hərbçinin öldürülməsi fonunda, Tehranın bu hücumların pislənməsindən başqa heç əməli addımı olmadı. Bu faktorları nəzərə alsaq, o zaman Nəsrullahın öldürülməsi İran üçün kulminasiya nöqtəsi ola bilərdi.

Xameneyi aprelin 1-də İsrailin Dəməşqdəki İran konsulluğunun binasına endirdiyi və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Əl-Qüds” xüsusi təyinatlılarının komandiri, general Məhəmməd Rza Zahedi və general Məhəmməd Hadi Hacı Rəhimi də daxil olmaqla 7 əməkdaşının ölümü ilə nəticələnən hücumundan sonra, indi apreldə baş verənə bənzər cavab tədbiri həyata keçirməyə qərar verəcəkmi? Bunu söyləmək çətindir.

İran, əlbəttə ki, belə bir qərarın risklərini, xüsusən də HƏMAS və “Hizbullah”ın başının kəsilməsi və digər region ölkələrinin görünən neytrallığı kontekstində başa düşür. Məlum olduğu kimi, Nəsrullahın öldürülməsini indiyədək yalnız İranın özü, Rusiya və Türkiyə pisləyib və Livanda baş verən hadisələrdən təbii olaraq narahat olan ərəb dövlətlərinin rəhbərləri də, böyük ehtimalla, Nəsrullahın ölümünü rahatlıqla qəbul ediblər. Hər halda, onlardan bəziləri, İsraillə əvvəllər diplomatik əlaqələr qurmuş dövlətlərin hələ də taym-aut elan etmədiklərinə baxır. Suriyanın üsyançıların nəzarətində olan İdlib bölgəsində döyüşçüləri ac qoyaraq öldürən Həsən Nəsrullahı qəssab kimi xatırlayan insanlar bayram edir, şirniyyat paylayıblar.

Bundan əlavə, İran müharibəyə girəcəyi təqdirdə Amerika faktoru və onsuz da sanksiyaya məruz qalan ölkə üçün iqtisadi nəticələrlə hesablaşmalı olur. Bu halda ABŞ-la birbaşa hərbi qarşıdurma ehtimalı var. Co Bayden artıq “minlərlə amerikalı, israilli və livanlı mülki vətəndaş” da daxil olmaqla, “Hizbullah”ın çoxsaylı qurbanlarını xatırlayaraq Həsən Nəsrullahın ölümünü “ədalətin idarə edilməsi” adlandırıb.

Yeri gəlmişkən, Livanın özündə insanlar, xüsusən də gənclər küçələrə çıxaraq, sonda “Hizbullah”ı siyasətdəki sərt hökmranlığından məhrum etmək ümidi ilə Livan əhalisinin özünü dəhşətə gətirən silahlı təşkilatın liderinin ölümünü şövqlə qeyd edirdilər.

Çox güman ki, İran hökuməti müharibəyə cəlb olunmaq istəməyəcək, təbii ki, “Hizbullah”ın özünün imkanlarından istifadə siyasətini davam etdirməyə üstünlük verəcək. Üstəlik, islahatçı Prezident Pezeşkianın Qərblə nüvə sazişinin yenilənməsi və ümumiyyətlə, münasibətlərə yenidən baxılması ilə bağlı uğurlu danışıqlar apardığı bir şəraitdə.

Vaşinqtondakı Yaxın Şərq İnstitutunun beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Pol Salem vurğulayır ki, İran uzun oyun oynamağı bilir. İran dərhal İsraili vurmaqla reaksiya vermək əvəzinə geri çəkilə, “Hizbullah”a silah anbarlarına və rəhbərliyinə dəyən ziyanı aradan qaldırmağa səssizcə kömək edə və qalanları bərpa etməyə başlaya bilər. HƏMAS-dan fərqli olaraq, “Hizbullah” İsrailin əhatəsində deyil və nisbətən şəffaf Livan sərhədi vasitəsilə Suriya və İraqdakı İran müttəfiqlərindən silah ala bilər.

Zamanla “Hizbullah” özünə yeni liderlər tapacaq. Bununla belə, təşkilat böyük itkilər verdi, İsrail bir neçə həftə ərzində İranın dəstəyi ilə yaradılmış, onilliklər ərzində İsrail və ya Amerikanın hücumuna qarşı əsas çəkindirici vasitə sayılan ən güclü yaraqlıların başını kəsdi. Və o, hərbi arsenalı tam məhv etməyincə dayanmayacaq.

AYNA.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Dünən, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Dünən, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Dünən, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Dünən, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Dünən, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Dünən, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Dünən, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Dünən, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Dünən, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Dünən, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Dünən, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Dünən, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Dünən, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Dünən, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Dünən, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Dünən, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Dünən, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru