Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                     Keçmiş məmura yüksək vəzifə verildi .....                     Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... .....                     Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb .....                     Su basan evlərin sakinlərini nə gözləyir? .....                     TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? .....                 

Müharibə içində “müharibə” - Və ya şəxsi heç nə yoxdur, sadəcə biznes
Tarix: 9-11-2024, 14:10 | Çap et
Müharibə içində “müharibə”
Polşa ilə Ukrayna arasında münasibətlər gərgin olaraq qalır, o cümlədən Ukrayna rəhbərliyi Polşa rəhbərliyinə qarşı ictimai ittihamlar səsləndirir. Belə ki, ötən həftə Zakarpat vilayətinin ərazi icmaları və rayonlarının rəhbərləri ilə görüşdə Ukrayna Prezidenti Vladimir Zelenski növbəti belə bəyanatla çıxış edib.

Onun sözlərinə görə, Polşa Şimali Atlantika Alyansı (NATO) ilə ilkin razılaşmalara baxmayaraq, MiQ-29 qırıcılarını Kiyevə verməmək qərarına gəlib: “Ukrayna Polşadan təyyarə almaq istəyirdi, lakin Varşava öz ehtiyacları üçün təyyarə çatışmazlığı səbəbindən onları təmin edə bilmədi”.

Buna görə də Kiyev NATO ilə razılaşıb ki, hərbi-siyasi blok 2004-cü ildən səmalarının digər müttəfiqlər tərəfindən qorunduğu Baltikyanı ölkələrdə olduğu kimi Polşaya da polis missiyası ayıracaq: “Bununla razılaşdıq. Bəs bundan sonra Polşa bizə təyyarə verdimi?”.

Polşanın xarici işlər naziri Radoslav Sikorski “Polsat” telekanalında bu açıqlamanı şərh edib: “Biz bu bəyanatın mənbəyini öyrəndik, bu, müharibənin necə getdiyinə dair daha geniş, kortəbii bir bəyanat idi”.

Bu, Ukrayna Prezidentinin bəyanatının mənfi təsirini azaltmaq cəhdi idi. Polşa xarici işlər naziri əlavə edib ki, Ukrayna həqiqətən də çətin günlər yaşayır: “Ona görə də, gəlin çətin anlar yaşayan Prezidentə anlayış göstərək. Bununla belə, biz hər hansı bir ölkədən daha çox iş görmüşük”.

Bu, doğrudur. Polşanın Ukraynaya yardımı təkcə hərbi xarakter daşımırdı. Xüsusən də, Varşava Kiyevə xeyriyyəçilik məqsədilə 60 metro vaqonu bağışlayıb. Onlar ağ və qırmızı rəngdədir. İçəridə onlar rahat qırmızı məxmər divan oturacaqları ilə təchiz olunub. Xüsusən də Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzə başlamasından bir il yarım sonra Polşadan Ukraynaya təmənnasız yardımın çoxlu nümunələri var.

Amma indi Varşava xatırladır ki, Polşa qonşuları Rusiya və Ukrayna olan yeganə Avropa İttifaqı (Aİ) və NATO ölkəsidir. Sikorskinin sözlərinə görə, “Ukrayna başa düşür ki, biz də Putini cilovlamalıyıq” və “bizim öz müdafiə ehtiyaclarımız var”. Onun sözlərinə görə, Donald Tusk hökuməti Ukraynanın bərpadan sonra geri ödəməsi şərti ilə müdafiə krediti təklif edib.

"Bu, əvvəldən edilə bilərdi: burada, zəhmət olmasa, Polşa fabriklərindən kreditlə silah alın və bərpa edildikdən sonra ödəyin", - deyə polşalı nazir söyləyib.

Sadə dillə desək, Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Ukraynaya ən azı silah tədarükü baxımından xeyriyyəçilik dövrünün bitdiyinə işarə edib. Qeyd edək ki, ukraynalı bloger Yuri Romanenko öz “Facebook” səhifəsində yazıb ki, Radoslav Sikorskinin bəyanatı çox düzgün və vaxtında edilən təklifdir.

“Müharibə boyu bizim həvəskarlarımız qonşuları çaşdırdılar və qərara gəldilər ki, hər kəs onların mövcudluğu faktına görə onlara borcludur. Eyni zamanda, Polşa bazarına diktə edə bilərlər. Polşanın Rusiya raketlərini NATO ilə koordinasiya etmədən vurmaq borcu barədə daim axmaq iddialar səsləndirə bilərlər. Beləliklə, Ukrayna hakimiyyəti “95-ci kvartal”ın qürurunu sığallamq üçün bir milyard dolları boş yerə ata, UGS yaxınlığındakı Stryi bölgəsində hava hücumundan müdafiə sistemlərinin quraşdırılması üçün bir milyard dollar tapa bilər. Bizim parlaq menecerlərimizin məntiqlə dostluq etməyə başlamasının vaxtı gəldi”, - deyə Romanenko qeyd edib.

Təkcə onu əlavə edək ki, bu yaxınlarda Ukrayna Prezidenti Zelenski bəyan etdi ki, tezliklə hər bir ukraynalı 1000 qrivna birdəfəlik yardım ala biləcək. Bu pul kommunal xidmətlərin, biletlərin və Ukrayna mallarının ödənilməsinə xərclənə bilər. Prezidentin təşəbbüsü ilə 1000 qrivnanın ödənilməsinə 30 milyard qrivna ayrılacaq. Bu pul Pensiya Fondundan götürüləcək. Bu barədə brifinqdə Ukraynanın xalq deputatı Olqa Vasilevskaya-Smaqlyuk məlumat verib.

Bir çox ukraynalı politoloq, jurnalist və bloger bu addımı yersiz, lakin Zelenskinin yenidən ölkə Prezidenti seçilməyə hazırlaşmasının göstəricisi adlandırıb. Üstəlik, o, reytinqinin sürətlə aşağı düşməsini birtəhər dayandırmalıdır. Bununla bağlı qeyd etmək istərdim ki, Ukrayna Silahlı Qüvvələrinin keçmiş rəhbəri, hazırda isə Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı ukraynalılar arasında ən böyük etimada malikdir - respondentlərin 37,8%-i ona tam etibar edir və daha 37,5% ona daha çox inanır. Eyni zamanda, respondentlərin yalnız 16,2%-i ona tam və ya qismən etimadsızlıq edir. Beləliklə, Zalujnının etibar və etibarsızlıq balansı +59% təşkil edir.

Etibar baxımından ikinci yerdə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov qərarlaşıb. Respondentlərin 20,8%-i ona tam etibar edir, 36,9%-i isə daha çox güvənir. Budanovun ümumi etibarsızlıq səviyyəsi müvafiq olaraq 24%, etibar balansı isə +33,7% təşkil edir.

Və yalnız üçüncü yerdə Ukraynanın hazırkı Prezidenti Vladimir Zelenski dayanır. Respondentlərin 49,2%-i ona tam və ya qismən etibar edir, 44,5%-i isə tam və ya qismən etibar etmir. Beləliklə, Ukrayna Prezidentinə inam balansı +4,7% təşkil edir.

1000 qrivnanın əhaliyə paylanması isə ukraynalı ekspertlərin fikrincə, Zelenskinin reytinqinin aşağı düşməsini dayandırmağın yollarından biridir. Eyni zamanda bütün bu addımları Polşada da görürlər. Fərqli, praqmatik əməkdaşlıq modeli təklif edirlər. Necə deyərlər, şəxsi heç bir problem yoxdur, sadəcə biznes.

AYNA.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00
İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45
Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru