Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                 

Üçüncü Dünya müharibəsi təhlükəsi? – Yaxın 5 ildə 5 böyük münaqişə...
Tarix: 1-09-2025, 06:40 | Çap et

“Politico” qəzeti ABŞ kəşfiyyatının məlumatları və ekspertlərin rəylərinə istinad edərək yazır ki, yaxın beş ildə dünyada beş böyük münaqişə alovlana bilər.

Nəşrin məlumatına görə, eskalasiya ehtimalı ən çox Hindistanla Pakistan arasındadır. Hər iki ölkə oxşar nüvə arsenalına malikdir. Lakin Pakistanın hərbi doktrinasında nüvə silahından istifadə şərtinin çox aşağı həddə olması xüsusi narahatlıq doğurur.

Potensial münaqişə ocaqlarından biri də Çinlə Tayvan arasındakı qarşıdurmadır. Bu da Asiyada güc balansını dəyişə bilər. “Politico” qeyd edir ki, ABŞ ənənəvi olaraq Tayvanı dəstəkləyib. Amma Donald Trampın bu xətti nə dərəcədə qətiyyətlə davam etdirəcəyi hələlik bəlli deyil.

Digər risklər arasında Rusiyanın Baltik ölkələrinə mümkün müdaxiləsi də var. Bu da NATO üçün sınaq olacaq. Eyni zamanda, Hindistan-Çin sərhədində də gərginlik yüksək olaraq qalır və burada böhranın qarşısını almaq üçün hələ də təsirli mexanizm mövcud deyil.

Nəhayət, ekspertləri ən çox narahat edən məsələ Koreya yarımadasındakı vəziyyətdir. Nüvə silahına malik Kim Çen In rejimini qətiyyən proqnozlaşdırmaq mümkün deyil və onun ölkədə hakimiyyətini gücləndirməyə yönəlmiş istənilən addımı münaqişənin kəskinləşməsinə səbəb ola bilər.

Bütün kəşfiyyat və ekspert hesabatları onu göstərir ki, bəşəriyyət artıq Üçüncü Dünya müharibəsinin astanasındadır? Üstəlik, proqnozlaşdırılan münaqişələrin iştirakçısının çoxunun nüvə silahına malik olduğunu nəzərə alsaq, bu, milyonlarla insanın həyatını itirməsi, eləcə də müasir sivilizasiyanın sonu demək deyilmi?

Bu proqnozlara münasibət bildirən politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu Pressklub.az-a açıqlamasında bildirib ki, hazırda Üçüncü Dünya müharibəsi barədə çoxlu söz-söhbət var, amma onun nə dərəcədə real olduğunu indidən söyləmək çətindir.

“Amma bir fakt artıq aydındır – İkinci Dünya müharibəsindən sonra mövcud olan qlobal təhlükəsizlik sistemi bu gün tamamilə dağılır. Və yeni qlobal müharibə üçün yalnız bu deyil, dəyişən iqtisadi vəziyyət də təhdid yaradır. Yəni, 1990-cı ilə – SSRİ-nin süqutuna qədər dünyada ikiqütblü sistem mövcud idi. O zaman hər şey aydın idi – qarşı-qarşıya duran tərəflər vardı və onların arasında mövcud dünya nizamını qorumaq üçün müəyyən razılaşmalar da mövcud idi. Təhlükəsizlik sistemi də məhz bu nizamın mövcudluğunu təmin edirdi.

Amma bu sistem dağıldı. O, xüsusilə Rusiyanın Ukraynaya hücumundan sonra tam çökdü. Buna görə də indi Üçüncü Dünya müharibəsi riskinin real olması barədə danışmaq əsassız deyil. Bunun üçün real zəminlər mövcuddur.

Yaddan çıxarmayaq ki, 1990-cı ildən sonra yeni nüvə dövlətləri meydana çıxdı – Hindistan, Pakistan, Şimali Koreya, Çin. Bəli, çin bundan əvvəl də nüvə dövləti idi. Amma o zaman bugünkü imkanları yox idi. İsrail də faktiki olaraq nüvə dövlətidir. Müxtəlif mənbələrə görə, İsrailin təxminən 100 nüvə başlığı var”.

Ərəstun Oruclunun fikrincə, nüvə müharibəsi təhlükəsini artıran digər amillər də mövcuddur: “Əgər biz nisbətən bu yaxınlarda nüvə silahı əldə etmiş dövlətlərə nəzər yetirsək, onların əksəriyyəti avtoritar üsullarla idarə olunur. Məsələn, Pakistanın rəsmi hərbi doktrinasında nüvə silahından istifadə şərtinin aşağı həddə olduğu məlumdur. Digər nüvə ölkələrinin doktrinalarında nüvə silahından istifadə üçün konkret mexanizmlər, hərbi və siyasi hakimiyyətdəki bu və ya digər rəsmi şəxslərin razılığı tələb olunur. Amma məsələn, Şimali Koreyada kimsə diktatorun əmrinə tab olmaya və nüvə zərbəsi endirmək barədə sənədi imzalamaya bilərmi? Məncə, mümkün deyil. Hətta eyni sualı Rusiya, Hindistan və ya Pakistan üçün də vermək olar. Bütün bunlar onu göstərir ki, hüquqi kollaps mövcuddur. Bu da kütləvi qırğın silahlarının, o cümlədən nüvə silahının istifadəsi üçün əlverişli zəmin yaradır”.

O, qeyd edir ki, ilk baxışdan Birləşmiş Ştatlarda bütün münasibətlər hüquqi mexanizmlərlə tənzimlənir. “Amma bu ölkədə də hüquqi sistem artıq tənəzzülə uğrayır. Gəlin, son hadisələrə baxaq – açıq-aydın nümunə: ABŞ-ın hərbi kəşfiyyat rəhbəri İranın nüvə obyektlərinə endirilən zərbələrin nəticələri barədə məruzə təqdim edir, bu məruzə Donald Trampın xoşuna gəlmir və nəticədə o, vəzifədən uzaqlaşdırılır. Və indi sual yaranır: məsələn, Pentaqonun nüvə silahının tətbiqinə görə prezidentlə bərabər məsuliyyət daşıyan yüksək vəzifəli şəxsləri Trampın iradəsinə qarşı çıxa bilərlərmi? Halbuki, ABŞ-da hüquqi mexanizmlər hələ tam dağıdılmayıb. Bütün bunlar həqiqətən də, qlobal müharibənin başlaya biləcəyi təhlükəsini real edir.

Artıq bir çox beynəlxalq mərkəzlər proqnozlaşdırıblar ki, 2025-ci ildə dünyada genişmiqyaslı müharibənin başlaya biləcəyi 10 potensial ocaq mövcuddur. Əgər müharibə başlasa (bunu heç kim istisna edə bilməz), iş kütləvi qırğın silahlarına qədər gedib çıxsa, təbii ki, bu, sivilizasiyanın faktiki sonu olacaq. Onlar hansısa mərhələdə dayana biləcəklərmi, bunu önləyə biləcəklərmi? Bunlar çox böyük suallardır. Təəssüf ki, mən bu məsələdə nikbinliyə əsas verəcək səbəblərin yetərli olmadığını düşünürəm.

Halbuki bir daha deyirəm: nüvə doktrinalarının fərqliliyinə baxmayaraq, qlobal təhlükəsizlik sisteminin dağılmasına qədər nüvə təhlükəsizliyi sahəsində müəyyən razılaşdırılmış addımlar mövcud idi. Karib böhranından sonra ABŞ ilə Sovet İttifaqı arasında məhz nüvə təhlükəsizliyi ilə bağlı hətta birbaşa telefon rabitəsi də qurulmuşdu. Bu gün isə Rusiya bəzi rəsmi şəxslərin dili ilə dünyanı nüvə silahı ilə hədələyir, Şimali Koreya isə ümumiyyətlə heç bir beynəlxalq norma ilə hesablaşmır – deməli, onlardan hər cür addım gözləmək olar. Çünki bu gün nüvə silahı əsasən avtoritar, populist və korrupsiyalaşmış liderlərin əlindədir. Bu isə təbii ki, böyük fəlakətlərin, ilk növbədə də nüvə silahının tətbiqi ilə qlobal müharibələrin yaranması riskini daha da artırır.

Ümid edək ki, hələ də müəyyən razılaşdırma mexanizmləri mövcuddur və bəzi əlaqə kanalları işləkdir. Amma bu gün başqa bir təhlükə də realdır: müxtəlif ölkələrin nüvə doktrinalarında əksini tapan müddəalar real həyatda, praktikada işləmir. Sadəcə kağız üzərində formallıq, vəssalam. Əgər bu belədirsə, onda şübhəsiz ki, dünyanı qat-qat həssas və müdafiəsizdir”, – Oruclu yekunlaşdırıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Bu gün, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Bu gün, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Bu gün, 08:13
"Gül salonum var..."
Bu gün, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Bu gün, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Bu gün, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Bu gün, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Bu gün, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Bu gün, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Dünən, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Dünən, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Dünən, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Dünən, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Dünən, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Dünən, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Dünən, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Dünən, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Dünən, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Dünən, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Dünən, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Dünən, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Dünən, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Dünən, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Dünən, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Dünən, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Dünən, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Dünən, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Dünən, 09:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru