Borcu olan şəxslər ölkədən çıxa bilməyəcəklər .....                     Azərbaycana təkcə bu ölkə səs verib .....                     Yeni təhlükə: BUĞDA BÖHRANI... .....                     Devalvasiyanın qarşısını belə almaq olar .....                     “Rabitə Tikinti” ASC-də yeni sədr və üzvlər seçiləcək .....                     Ərdoğanın bu sözləri Azərbaycanda haqlı narazılıq yaradıb .....                     Tikinti mafiyaları ilə ORTAQDIR .....                     Ermənistanda silaha olan həvəs... .....                     "Narkomaniya bəladır və hədəf də bizim uşaqlar, yeniyetmələr, gənclərdir" .....                     Alimlik adı almaqdan ötrü 22 min manatlıq macəra .....                     "Cəmiyyətdə bir çox sahələrdə savadsızlıq həddindən artıq çoxdur" .....                     Nazirlik BUNDAN İMTİNA ETMƏLİDİR .....                     Rusiyada sovet əsgərlərinin abidəsini təhqir edən azərbaycanlı saxlanıldı .....                     Əliyevin qatıldığı toplantıda İLK yaşandı .....                     “Avraam Razılaşmaları” Qafqaza gəlir: böyük siyahıda Azərbaycan da var .....                     Turizm Agentliyi nə etmək istəyir? .....                     Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR .....                     İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? .....                     Qənirə Paşayevanın büstü hazırlandı .....                     Nazirin dostu olan məmur ƏRKÖYÜNLÜK EDİR .....                     Robert Köçəryanın atasının azərbaycanlı olması Ermənistanı qarışdırdı .....                     “Rəhimə xanım bizə bir dəfə zəng vurub dedi ki...” .....                     İlham Tahirovdan akademikin təklifinə sərt reaksiya .....                     Bakı və Brüssel arasında balans bərpa olundu .....                     ADSEA 8 milyonu hara xərclədi? .....                     Deputat, professor dolana bilmirsə, vətəndaş nə etsin? .....                     "Artıq Ermənistan tərəfi faktiki olaraq Azərbaycanın gücünü qəbullanıb..." .....                     "Adam heç bilmir ki, necə baş verdi..." .....                     İsrail və Suriya nümayəndələri Bakıda görüşüb .....                     İmtahanda nə baş verib? .....                     Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi .....                     Prezident İlham Əliyevin Zirvə görüşü: .....                     Ermənilər daha bir mahnımızı oğurladı .....                     Elçin Quliyev generalı işdən çıxardı .....                     Lavrov və Rubio Rusiya-Ukrayna danışıqlarını müzakirə edib .....                     Qubada yaşayış evi sürüşmə təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Rusiya ilə bundan sonra .....                     Bakı bunu tələb edir .....                     “Tərtər işi”nə görə Ali Məhkəməyə müraciət EDİLDİ .....                     “Mən o kişiyə qulaq asdım, hərəkəti pis hərəkətdir” .....                 

Sabunçuda koronovirusun yaratdığı şəraitdən sui-istifadə edən vəzifə sahibi kimdir - ​FOTO/VİDEO
Tarix: 4-04-2020, 12:53 | Çap et
Sabunçuda koronovirusun yaratdığı şəraitdən sui-istifadə edən vəzifə sahibi kimdir
Hər kəsə bəllidir ki, 2012-ci ilin aprel ayında Vəliyev Adil Ənvər oğlu​ Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə, Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyətinə başçı təyin olunduqdan sonra, rayon ərazisində qarşıdurmaların, çoxsaylı haqsızlıqların, həddi-hüdudu bilnməyən qanunsuzluqların və s. əsası qoyuldu.

Sabunçuda koronovirusun yaratdığı şəraitdən sui-istifadə edən vəzifə sahibi kimdir

İcra başçısının həyata keçirdiyi yarıtmaz idarəçiliyin varlığı səbəbindən, ötən illər ərzində rayon ərazisində səlahiyyət sahibi olan bəzi şəxslər minbir hoqqalardan çıxdılar. Hətta, əksər mətbu orqanlarda Adil Vəliyevin idarəçiliyinə etiraz əlaməti olaraq silsilə tənqidi məqalələr tirajlandı, geniş ictimaiyyət baş verənlərlə bağlı lazımınca məlumatlandırıldı. Təəssüf doğuran ​ hal odur ki, indiyə kimi rayon ərazisində vəzifə sahibi olan bəzi şəxslər ələ düşən fürsətdən lazımınca yararlanıb, öz maraqlarının həlli yöndə addımlarını atıblar.

Sabunçuda koronovirusun yaratdığı şəraitdən sui-istifadə edən vəzifə sahibi kimdir

Bu yöndə atılan addımlardan biri də, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin birbaşa nəzarəti altında, ölkəmizdə bütün dövlət və qeyri-dövlət qurumlarının koronovirus (COVID-19) infeksiyasına qarşı aparılan mübarizə tədbirlərinə səfərbər olunduğu vaxtda atılmaqdadır.

​ Məsələn, bugünlərdə Gundemxeber.az saytının redaksiyasına Rəsulov Pərviz Rəşid oğlu adlı şəxs tərəfindən müraciət daxil olub. Müraciət müəllifi qeyd edir: “Mən 2006-cı ilin əvvəlində fərdi yşayış evi tikintisi üçün torpaq sahəsinin ayrılması, torpaq sahəsinin alqı-satqı yolu ilə şəxsi mülkiyyətimə keçirilməsi məqsədilə, Sabunçu rayonu, Sabunçu bələdiyyəsinə ünvanladığım müraciətimə müsbət cavab əldə etdim.​

Belə ki, Sabunçu bələdiyyəsi etdiyim müraciətimi, Sabunçu rayon İcra Hakimiyyətinin 27 yanvar 2006-cı il tarixli 1/37 saylı məktubunu, “Torpaq islahatı haqqında” AR Qanununu və bələdiyyənin 26 yanvar 2006-cı il tarixli 16 saylı iclas protokolunun varlığını əsas tutaraq, mənə rayonun Anakşin küçəsində 300 (üç yüz) kvm torpaq sahəsi ayırdı və bununla bağlı 20 yanvar 2006-cı ildə Sərəncam da verdi.

Sabunçuda koronovirusun yaratdığı şəraitdən sui-istifadə edən vəzifə sahibi kimdir

Belə bir səbəb üzündən də, 27 yanvar​ 2006-cı il tarixdə bələdiyyənin büdcəsinə 816 AZN pul vəsaiti ödədim. Bu gün isə Sabunçu rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Arif Osmanov, ​ koronovirus (COVID-19) infeksiyasının ölkəmizdə yaratdığı şəraitdən istifadə edib, öz marağını təmin etməkdədir.

Belə ki, adı çəkilən bu şəxs 2006-cı ildən mənə məxsus olan 12 sot torpaq sahəsini hal-hazırda əlimdən almağa çalışır. Yəni, 2006-cı ildə şəxsi vəsaitim hesabına torpaq sahəmin həndəvərinə çəkdirdiyim hasar, bir-iki gün bundan öncə Arif Osmanovun iştirakı ilə uçurdulub və qeyd olunan ərazidə tikinti işləri həyata keçirilməkdədir. Elə ki, atılan addımlarla bağlı xəbəri eşitdib ərazidə oldum və o halda bildim ki, birbaşa Sabunçu rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsinin iştirakı ilə ərazidəki evlərin çoxu sakinlərdən alınmış, mənə məxsus torpaq sahəsini isə, bir növ qolgücünə ələ keçirmək istəyirlər. Torpaq sahəmin həndəvərinə çəkdirdiyim hasarımın qeyri-qanuni sökülməsinə etirazımı bldirdikdə Arif Osmanov “Bura sənə məxsus deyil” deyib, mənə belə bir formada cavab verdi. Belə bir cavabı eşidib, sanki şoka düşdüm. Çünki, həmin torpaq sahəsinin mənə məxsus olması ilə bağlı lazımi sənədlərim olsa da, adı çəkilən qəsəbəyə rəhbərlik edən icra nümayəndəsi, məndə olan sənədlərin varlığına məhəl qoymur və yenə də özünəməxsus addımlarını atmaqda davam edir. Belə olan halda ortaya çoxsaylı suallar çıxır ki, görəsən cənab İlham Əliyevin, Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərərgah üzvlərinin etdikləri çağırışın Arif Osmanova aidiyyatı yoxdurmu? Bu gün hər bir vəzifə sahibinin, o cümlədən Sabunçu qəsəbəsi üzrə nümayəndəsi vəzifəsini icra edən Arif Osmanovun da üzərinə, koronovirus (COVID-19) infeksiyasının qarşısının alınmasında müəyyən məsuliyyət yükü düşsə də, o, buna heç bir halda məhəl qoymur və qeyd olunan torpaq sahəsini satıb, hansı yolla olur-olsun qazanc əldə etməyi düşünür.

Sabunçuda koronovirusun yaratdığı şəraitdən sui-istifadə edən vəzifə sahibi kimdir

​ ​ Belə bir addımların atılması onu sübut edir ki, indiki vaxtda Arif Osmanovu xalq, dövlət anlayışı heç bir halda düşündürmür. Onu düşündürən bir məsələ var, o da yalnız və yalnız var-dövlət əldə etməkdir. Məsələnin düşündürücü tərəflərindən biri də, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin tabeçiliyində olan vəzifə sahiblərinə lazımınca nəzarət edə bilməməsidir. Çünki sual oluna bilər ki, görəsən icra başçısı idarəetməni necə həyata keçirir ki, ölkəmizin belə bir vaxtında Arif Osmanov rəhbərlik etdiyi qəsəbənin ərazilərində koronovirus (COVID-19) infeksiyasının qarşısının alınması yöndə addımlarını atmaq əvəzinə, özünün ​ şəxsi maraqlarının təmin olunması ilə məşğul olur? İlin-günün belə bir vaxtında Sabunçu qəsəbəsi üzrə nümayəndəsinin bu cür sərbəst davranışı onu söyləməyə əsas verir ki, deməli aparılan tikinti işlərində Adil Vəliyevin maraqlarının təmin olunması ön planda duran məsələlərdəndir. Əgər bu belə deyilsə, o halda RİH-nin başçısı cənab Prezidentin və Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərərgah üzvlərinin etdikləri çağırışı əsas tutub, Arif Osmanovu aparılan mübarizə tədbirlərinə cəlb edərdi. Deməli, hər iki vəzifə sahibi arasında müəyyən razılaşma əldə olunub ki, Arif Osmanov 2006-cı ildən Pərviz Rəsulova məxsus torpaq sahəsini ələ keçirməyi qarşısına məqsəd qoyub. Digər tərəfdən, o haqda da sual oluna bilər ki, əgər icra başçısının bu kimi işlərdə marağı yoxdursa, həmin tikinti işlərinin aparılmasına ​ icazəni kim verib?

Sabunçuda koronovirusun yaratdığı şəraitdən sui-istifadə edən vəzifə sahibi kimdir

​ ​ Bəli, Sabunçu RİH başçısının həyata keçirdiyi belə bir idarəçiliyin nəticəsidir ki, Adil Vəliyevin adı rəhbər təyin olunduğu ilk vaxtlardan daim qalmaqallı məsələlərdə hallanıb, barəsində əksər media qurumlarında silsilə tənqidi məqalər dərc olunub. Hətta, media üzərindən apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, çox zaman icra başçısı onun yarıtmaz fəaliyyətini tənqid edən media qurumlarını təhdid etmək, məhkəməyə vermək yolunu tutur. Təəssüf doğuran hal odur ki, icra başçısı Sabunçu rayonunun aşıb-daşan problemlərin həll etmək əvəzinə, vaxtının müəyyən hissəsini bu kimi işlərə sərf edir. Xeyli bundan öncə bəzi xəbər portallarında Adil Vəliyevə məxsus maşın kolleksiyasının görüntüləri yayımlanmışdı və o da qeyd olunmuşdu ki, görəsən ayda təqribən 1000-1200 manat məbləğində maaş alan icra başçısı, qiyməti 150-200 min manatdan başlayan “Ferrari”, “Porshe” kimi bahalı avtomobilləri hansı yollarla alır?. Bu şəxsə məxsus “Porsche” avtomobil salonu, “Sarı gəlin” restoranı və digər ticarət obyektlərinin olduğu da vurğulanır.​ Deməli, Adil Vəliyev tabeçiliyində olan vəzifə sahiblərinə, o cümlədən Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Arif Osmanova lazımi şərait yaradır ki, o, dəyəri müəyyən olunmayan həcmdə var-dövlətə sahib ola bilib.

​ P.S. Hörmətli oxucular! Çox yaxın günlərdə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin, ölkəmizdə koronovirus (COVID-19) infeksiyasının qarşısının alınması yöndə cənab İlham Əliyevin, Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərərgah üzvlərinin etdikləri çağırışa, hansı səbəbdən məhəl qoymaması ilə bağlı hazırlayacağımız təhlili yazını hər birinizin diqqətinizə çatdırmağa çalışacağıq. Odur ki, bizi izləyin. Qarşı tərəfi də dinləyə bilərik.
//gundemxeber.az//















 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Borcu olan şəxslər ölkədən çıxa bilməyəcəklər - DİQQƏT
Bu gün, 10:51
Azərbaycana təkcə bu ölkə səs verib - BİABIRÇI NƏTİCƏ
Bu gün, 10:34
Yeni təhlükə: BUĞDA BÖHRANI... - ARAŞDIRMA
Bu gün, 09:43
Devalvasiyanın qarşısını belə almaq olar - İqtisadçı görün, nə təklif edir
Bu gün, 09:39
“Rabitə Tikinti” ASC-də yeni sədr və üzvlər seçiləcək
Bu gün, 08:44
Ərdoğanın bu sözləri Azərbaycanda haqlı narazılıq yaradıb - AKTUAL
Bu gün, 08:06
Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
Bu gün, 08:00
Ermənistanda silaha olan həvəs... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:43
"Narkomaniya bəladır və hədəf də bizim uşaqlar, yeniyetmələr, gənclərdir" - ÇAĞIRIŞ
Bu gün, 07:40
Alimlik adı almaqdan ötrü 22 min manatlıq macəra - TƏFƏRRÜAT
Bu gün, 07:38
"Cəmiyyətdə bir çox sahələrdə savadsızlıq həddindən artıq çoxdur" - partiya sədri
Bu gün, 07:31
Nazirlik BUNDAN İMTİNA ETMƏLİDİR - YOXSA...
Bu gün, 07:28
Rusiyada sovet əsgərlərinin abidəsini təhqir edən azərbaycanlı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 07:24
Əliyevin qatıldığı toplantıda İLK yaşandı – Moskvada alınmamışdı, lakin…
Bu gün, 07:20
“Avraam Razılaşmaları” Qafqaza gəlir: böyük siyahıda Azərbaycan da var - GƏLİŞMƏ
Bu gün, 01:14
Turizm Agentliyi nə etmək istəyir? - TƏFƏRRÜAT
Bu gün, 01:09
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
Bu gün, 01:06
İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? - AKTUAL
Bu gün, 00:57
Qənirə Paşayevanın büstü hazırlandı - FOTOLAR
Bu gün, 00:48
Nazirin dostu olan məmur ƏRKÖYÜNLÜK EDİR - Deyir ki, toxunulmazdır...
Bu gün, 00:45
Robert Köçəryanın atasının azərbaycanlı olması Ermənistanı qarışdırdı - Siyasi xaosun dibi
Bu gün, 00:38
“Rəhimə xanım bizə bir dəfə zəng vurub dedi ki...” - Hacı İsmayılov
Bu gün, 00:27
İlham Tahirovdan akademikin təklifinə sərt reaksiya - “Dilimizi korlayan "parazit sözlər"i...”
Bu gün, 00:24
Bakı və Brüssel arasında balans bərpa olundu -ŞƏRH
Bu gün, 00:21
ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
Bu gün, 00:17
Deputat, professor dolana bilmirsə, vətəndaş nə etsin? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:10
"Artıq Ermənistan tərəfi faktiki olaraq Azərbaycanın gücünü qəbullanıb..." - FAKT BUDUR!
Bu gün, 00:06
"Adam heç bilmir ki, necə baş verdi..." - VİDEO
Bu gün, 00:02
İsrail və Suriya nümayəndələri Bakıda görüşüb - CNN
Dünən, 23:58
İmtahanda nə baş verib? - Şagirdlər ağlayaraq çıxdı
Dünən, 23:55
Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi - FOTO
Dünən, 23:51
Prezident İlham Əliyevin Zirvə görüşü: - Avropa liderləri Azərbaycanın yeni siyasi reallıqlarını qəbul edir
Dünən, 18:03
Ermənilər daha bir mahnımızı oğurladı - Xalq artistindən reaksiya (VİDEO)
Dünən, 17:47
Elçin Quliyev generalı işdən çıxardı
Dünən, 17:44
Lavrov və Rubio Rusiya-Ukrayna danışıqlarını müzakirə edib - FOTO
Dünən, 17:40
Qubada yaşayış evi sürüşmə təhlükəsi ilə ÜZ-ÜZƏ – Qəzalı ev niyə təmir olunmur?
Dünən, 12:37
Rusiya ilə bundan sonra NƏ OLACAQ?
Dünən, 12:28
Bakı bunu tələb edir – Putin Paşinyana ona görə qəzəbləndi
Dünən, 12:18
“Tərtər işi”nə görə Ali Məhkəməyə müraciət EDİLDİ - DETALLAR
Dünən, 12:10
“Mən o kişiyə qulaq asdım, hərəkəti pis hərəkətdir” - Ağsaqqal deputat
Dünən, 12:08
Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı - Narazı qaldı
Dünən, 12:04
Azərbaycanlı aşpaz və kuryer adam OĞURLADI - TƏFƏRRÜAT
Dünən, 11:33
Paytaxtda növbəti genişmiqyaslı təmizlik işləri aparılıb - FOTO
Dünən, 11:26
Qriqoryan Tehranda Əraqçı ilə görüşüb – Ermənistan-İran xəttində yeni mesajlar
Dünən, 11:24
İstanbulda nəticəsiz görüş və ya “biz ancaq ABŞ-la danışa bilərik”
Dünən, 11:21
“Putinin tankları palçığa batmasaydı, 5 saata Kiyevdə olardılar” - Tramp
Dünən, 11:13
Putin Trampla görüşənədək məsələni həll etməlidir: İki yoldan biri ilə - ŞƏRH
Dünən, 11:03
"O çörək sənə zəhər olsun"
Dünən, 10:58
“Sülh müqaviləsi imzalanandan sonra Rusiyanın 102-ci bazası Ermənistandan çıxarılacaq...”
Dünən, 10:57
Paşinyanın azərbaycanlılara dediyi sözlər – Yeni olan yeganə şey…
Dünən, 10:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru