“Premium Bank”ın dövlətə vergi borcu var .....                     Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu .....                     MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? .....                     Nazirliyin tenderini yenə həmin şirkət uddu .....                     Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI .....                     “Söz vermişdim qızımı xaricdə oxudacam” .....                     İrəvanın bir ayağı yenə “gor”da .....                     Kür çayı bu rayonda bəndi uçurdu .....                     "Naxçıvan duzu" adı altında saxtakarlıq... .....                     Serjik Azərbaycana qayıdır? .....                     İrana görə daha bir ölkə çətin vəziyyətdə .....                     Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək .....                     Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz .....                     Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq .....                     "Yeni Klinika"ya direktor təyin olundu .....                     Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... .....                     Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA .....                     Araz qırağının əcəb ZİBİLGAHI VAR... .....                     Azərbaycan neftinin qiyməti 113 dolları keçib .....                     “Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” .....                     Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… .....                     “Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” .....                     Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu .....                     Qarabağda MÜHARİBƏ istəyən ölkə .....                     Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? .....                     Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... .....                     "Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" .....                     Azər Məmmədov yeni gələndə ümid edən işçilər... .....                     Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? .....                     Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... .....                     Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? .....                     ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib .....                     Azərbaycanda çörək bahalaşacaq? .....                     Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR .....                     Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? .....                     Yerində sayan sektor: milyonları niyə itiririk? .....                     "İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." .....                     Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı .....                 

“İş adamı hakimlə əlbir olub torpağımızı mənimsəyib” - Şəhid ailəsindən Prezidentə müraciət
Tarix: 11-01-2021, 10:26 | Çap et
 “İş adamı hakimlə əlbir olub torpağımızı mənimsəyib”
“Rusiyada yaşayan iş adamı, “Haça-Qaya-1” kiçik müəssisəsinin təsisçisi Rəşad Nurəddin oğlu Sadıqov, həyat yoldaşım, Birinci Qarabağ savaşına könüllü qatılmış və Ağdamın Abdal-Gülablı kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olmuş polis leytenantı Nurəddin Oruc oğlu Sadıqova doğulduğu Tovuz rayon Alakol kəndində verilmiş 0.38 ha. pay torpağı zəbt edib”.

Bunu Dominant.az-a açıqlamasında şəhid Nurəddin Sadıqovun həyat yoldaşı Kifayət Əli qızı Sadıqova deyib.

K.Sadıqova üzləşdikləri anlaşılmaz vəziyyəti təfərrüatı ilə danışıb:

“Həyat yoldaşım Alakol kəndinin ilk şəhididir, həmin kənddə də dəfn olunub. Həm kənd sakinləri, həm rayon rəhbərliyi tərəfindən hər zaman onun ruhuna böyük ehtiram göstərilib. Alakol kənd məktəbi onun adını daşıyır. Bir neçə il öncə Mehriban xanım Əliyevanın göstərişi ilə həmin məktəb binası üçün şəhidin adına yaraşacaq şəkildə üçmərtəbəli bina da inşa olunub. Həmçinin 1999-cu ildə Tovuz rayonunun o zamankı icra başçısı tərəfindən şəhid ailəsi kimi bizə 0.38 ha. pay torpaq sahəsi verilib.

Lakin illərdir öz torpağımıza sahib çıxa bilmirik. Çünki Rusiyada yaşayan, ikili vətəndaşlıq daşıyan (həm Azərbaycan, həm Rusiya) Rəşad Sadıqov bizə verilən torpağı mənimsəyib. Həm birinci, həm də ikinci Qarabağ savaşında bir gün belə iştirak etməyən, savaş gedən vaxtı Rusiyada başı biznes qurmağa, sərvət yığmağa qarışmış Rəşad Sadıqov torpaq bölünəndən sonra gəlib məni məhkəmə ilə hədələyib. Mənə, “Nə olsun ki, şəhid ailəsisən. Sən kimsən ki, sənə torpaq veriblər?! Torpaq sahəsi mənimdir. İstəyirsən get ver məhkəməyə, onsuz da hər yerdə mən qalib gələcəm” – deyərək sağalmaz söz yarası vurub.

Eşitdiyim o sözdən sonra xəstəliyə tutulmuşam, hər axşam başımı yastığa qoyanda onun həmin təkəbbürlü səsi qulaqlarımda cingildəyir, az qalıram, intihar edim. Həyat yoldaşım şəhid olanda heç 30 yaşım yox idi, ali təhsilliydim, namusla, qeyrətlə iki bala böyütdüm, ali təhsil verdim, yeridiyim yoldan belə ehtiyat etdim ki, şəhidimin adına xələl gəlməsin, ruhu inciməsin. İndi hansısa yerindən duran birisi şəhidimin nakam ruhunu narahat edir, onun ailəsini alçaldır, məhkəmə qapılarında süründürür, torpağına sahib çıxır. Ən dəhşətlisi də odur ki, Rəşad Sadıqov bunu puluna güvənərək edir. Pul ilə ədalət mücəssəməsi olan məhkəməni, hakimi belə, haqq yolundan döndərməyi, nahaqqın xeyrinə qərar çıxartdırmağı bacarıb.

Haqlı ola-ola, əlimdə torpağa aid bütün dövlət sənədlərinin olmasına baxmayaraq, haqsız duruma düşmüşük, illərdir məhkəmə qapılarında qalmışıq. Dörd ilə əvvəl Rəşad Sadıqovun “məsləhəti” ilə məhkəməyə müraciət etdim, bizdən sonra o da bizi məhkəməyə verdi. Bu dörd ildə baş tutan məhkəmələrin sayını artıq itirmişəm, hər dəfəsində Tovuz Rayon Məhkəməsi (hakim Ədil Məmmədov), Gəncə İnzibati-İqtisadi Məhkəməsi (hakim Rəşad Mamedov), Gəncə Apelyasiya Məhkəməsi (hakim İspəndiyar Səfiyev) qarşı tərəfin, torpağın Dövlət aktı barədə arxivdə və mövcud elektron bazada heç bir məlumat aşkar edilməməsinə rəğmən, dövlət qurumları tərəfindən mənə verilmiş torpağa aid sənədlərə əhəmiyyət vermədən qətnaməni qarşı tərəfin xeyrinə çıxarıb. Bu səbəbdən Gəncə Apelyasiya Məhkəməsindən Ali Məhkəməyə kasasiya şikayəti vermişəm, indiyə qədər düz 3 dəfə Ali Məhkəmə Gəncə Apelyasiya Məhkəməsinin haqsız qərarına xitam verib. Məhkəmə çəkişmələrində üzləşdiyim hadisələr, başıma gətirilən müsibətlər sayəsində mənə bir daha aydın olub ki, hakimlər qərar çıxararkən qanunları deyil, Rəşad Sadıqov kimilərin pullarını əsas götürürlər. Əgər belə olmasaydı, həmin hakimlər, xüsusilə də Gəncə İnzibati-İqtisadi Məhkəməsinin hakimi Rəşad Mamedov dövlətin adından qanunazidd qətnamələr çıxarmazdı. Dövlətin qanununa, əyləşdiyi vəzifənin müqəddəsliyinə hörmət qoymayan bir hakim şəhid ailəsinə nə hörmət qoyacaq ki”.

Kifayət Sadıqova deyir ki, məsələdən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun da xəbəri var:

“İcra başçısına da müraciət etmişəm bu barədə. Sağ olsun Məmməd müəllim, məni hörmət-izzətlə qəbul edib, problemimi dinləyib. Elə yanımdaca Alakol bələdiyyəsinin sədrinə zəng edib, torpağın kimə məxsus olduğunu soruşub. Bələdiyyə sədri də bildirib ki, torpaq Kifayət Əli qızı Sadıqovaya məxsusdur. Ancaq iş məhkəməlik olduğundan icra başçısı məsələyə hansısa formada müdaxilə edə bilməyib. Bəlkə də qarşı tərəf abırlı biri olsaydı, başçı onu çağırardı, danışardı, ancaq şəhid ailəsi ilə torpaq davası döyən birindən hansı abırı gözləmək olar ki.

Azərbaycanın xaricdə yaşayan qeyrətli oğulları şəhid ailələrinə, qazilərə sahib çıxır, maddi-mənəvi dəstək göstərir, ev bağışlayır, torpaq sahəsi, maşın hədiyyə edir. Eldar Sadıqov kimilər isə canını Vətən üçün fəda etmiş şəhidin ailəsinin torpağına göz dikir. Beləsinə nə ad verəsən, nə deyəsən axı, vicdanı olmayan, Vətənin, şəhidin müqəddəsliyini dərk etməyən birisindən hər cür nankorluq, pislik gözləmək olar. O adam Vətən, şəhid qədri bilsəydi, özü həyat yoldaşım kimi gedib Vətən üçün döyüşərdi, Vətən müharibəsinə oğlunu göndərərdi. Əgər onun hərbi xidmətdən yararsız kimi yayındırdığı oğlu gəlib Vətən üçün döyüşsəydi, mən o torpaqdan əl çəkərdim, döyüşdüyü üçün oğluna bağışlayardım”.

Şikayətçi üzləşdiyi çarəsiz vəziyyətlə bağlı Prezident İlham Əliyevə də müraciət edib, haqlı səsinə səs verməsini xahiş edib:

“Bu neçə ildə üzləşdiyim haqsızıqlar nəticəsində həmin torpaq gözümdən o qədər düşüb ki. Bəlkə heç ömrüm də oranı əkib-becərməyə yetməyəcək, bu illərdə qazandığım xəstəlik imkan verməyəcək. Ancaq artıq ortada prinsip məsələsi var, şəhidimin ruhunun rahatlıq tapması üçün bu məsələnin sonuna qədər gedəcəyəm. Mən yürütdüyü siyasətlə, qəhrəman əsgərimizin gücüylə Azərbaycana qalibiyyət şərbətini daddıran möhtərəm Prezidentimiz İlham Əliyevə güvənirəm. İnanıram ki, O, birinci Qarabağ şəhidlərinin ruhlarını şad etdiyi kimi, məmurların, puluna güvənən iş adamlarının yumruğu altında əzilən, çarəsiz vəziyyətə düşmüş şəhid ailələrinin də səsini eşidəcək. Necə ki, mütəmadi olaraq şəhid ailələrini, şəhid övladlarını, qazilərimizi düşünür, onlar üçün hər şeyin ən yaxşısının edilməsi üçün tapşırıqlar, sərəncamlar verir.

Elə sizin vasitənizlə dövlətimizin rəhbərinə müraciət edirəm, xahiş edirəm ki, aciz durumda olan bir ananın səsinə səs versin, məni şərəfini pula satmış hakimlərin, hər şeyi pulla ala biləcəklərini düşünən şəxslərin əlindən xilas etsin. Pulun yox, haqqın qələbə çalması üçün aidiyyəti qurumlara xüsusi göstəriş versin. İnanıram ki, cənab İlham Əliyev mənim səsimə səs verəcək. Öncədən həm öz adımdan, həm də övladlarımın adından təşəkkür edirəm”.

P.S. Dominant.az saytı olaraq, məsələni diqqətdə saxlayacağıq, qarşı tərəfin, həmçinin şikayətdə adı hallanan şəxslərin də mövqeyini öyrənəcəyik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Premium Bank”ın dövlətə vergi borcu var
Bu gün, 11:49
Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu - İNCƏLƏMƏ
Bu gün, 11:46
MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? - DEPUTATLAR AÇIQLADI
Bu gün, 11:45
Nazirliyin tenderini yenə həmin şirkət uddu – Bu dəfə 9,3 milyon manat alacaq
Bu gün, 11:43
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Söz vermişdim qızımı xaricdə oxudacam” - Beş dəfə Məşhədə gedən Məleykə Əsədova
Bu gün, 11:36
İrəvanın bir ayağı yenə “gor”da
Bu gün, 11:33
Kür çayı bu rayonda bəndi uçurdu
Bu gün, 11:27
"Naxçıvan duzu" adı altında saxtakarlıq... - İşbazların yeni "planı"
Bu gün, 11:09
Serjik Azərbaycana qayıdır?
Bu gün, 11:06
İrana görə daha bir ölkə çətin vəziyyətdə – Yarım milyard dollar bloklandı
Bu gün, 11:00
Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək
Bu gün, 10:55
Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz - Hakim
Bu gün, 10:53
Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 10:44
Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq - KİV
Bu gün, 10:40
"Yeni Klinika"ya direktor təyin olundu - ƏMR
Bu gün, 10:36
Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28
Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA - TƏFƏRRÜAT
Bu gün, 10:17
Araz qırağının əcəb ZİBİLGAHI VAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:13
Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Bu gün, 09:50
“Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” - ETİRAZ
Bu gün, 09:45
Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Bu gün, 09:39
“Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” -erməni politoloq
Bu gün, 09:33
Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34
Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11
Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…
Bu gün, 08:09
Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... - GƏLİŞMƏ
Bu gün, 08:07
"Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04
Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46
Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27
Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... - ŞƏRH
Bu gün, 07:20
Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16
ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib - "The War Zone"
Bu gün, 07:10
Azərbaycanda çörək bahalaşacaq? – İqtisadçı izah edir
Bu gün, 07:05
Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR - ONA GÖRƏ DƏ...
Bu gün, 06:58
Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? - Görünəni odur ki...
Bu gün, 06:55
Yerində sayan sektor: milyonları niyə itiririk? - AKTUAL
Bu gün, 06:52
"İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." - FAKT BUDUR!
Bu gün, 06:50
Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:48
"Verilişə gələrkən maşını vurdum..."
Bu gün, 06:45
TƏBİB-in TƏCİLİ olmayan yardımı... - "Ümid edək ki..."
Bu gün, 06:34
Niyazi Bayramovun korrupsiya ortaqları - SİYAHI
Bu gün, 06:28
Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25
Təzə başçı gələndə camaat düşündü ki... - FOTO
Bu gün, 06:24
Pensiyalarla bağlı vacib xəbər – İlin sonunda…
Bu gün, 06:19
Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir - Palata
Dünən, 18:06
Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: - 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
Dünən, 18:02
Bu gün BMT canlı meyitdir - Natiq Miri
Dünən, 17:55
Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub – Rəsmi
Dünən, 17:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru