Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA .....                     Araz qırağının əcəb ZİBİLGAHI VAR... .....                     Azərbaycan neftinin qiyməti 113 dolları keçib .....                     “Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” .....                     Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… .....                     “Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” .....                     Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu .....                     Qarabağda MÜHARİBƏ istəyən ölkə .....                     Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? .....                     Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... .....                     "Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" .....                     Azər Məmmədov yeni gələndə ümid edən işçilər... .....                     Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? .....                     Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... .....                     Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? .....                     ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib .....                     Azərbaycanda çörək bahalaşacaq? .....                     Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR .....                     Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? .....                     Yerində sayan sektor: milyonları niyə itiririk? .....                     "İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." .....                     Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı .....                     "Verilişə gələrkən maşını vurdum..." .....                     TƏBİB-in TƏCİLİ olmayan yardımı... .....                     Niyazi Bayramovun korrupsiya ortaqları .....                     Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? .....                     Təzə başçı gələndə camaat düşündü ki... .....                     Pensiyalarla bağlı vacib xəbər .....                     Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir .....                     Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: .....                     Bu gün BMT canlı meyitdir .....                     Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub .....                     Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? .....                     Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... .....                     Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı .....                     Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... .....                     Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı .....                     Siraqəddin Cabbarov onu işdən çıxardı .....                     Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb .....                     Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama .....                 

Əhalini donduran “Azəriqaz”ın “qış nağılı”: - İnsanlar bu "nağıla" inanmır
Tarix: 30-01-2021, 12:33 | Çap et
Əhalini donduran “Azəriqaz”ın “qış nağılı”: Cəmi bir həftə əvvəl Bakıda havanın temperaturu bir qədər aşağı düşdü və paytaxt sakinləri maye qazın verilişi ilə bağlı ciddi problemlə üzləşdilər.

Maye qaza tələbatın çoxaldığı bir vaxtda bu problemin yaranması qaz təsərrüfatının necə idarə olunmasını bir daha ortaya qoydu. Digər tərəfdən son zamanlar smart sayğacların mexaniki sayğaclarla əvəzlənməsi ilə bağlı narazılıqlar kütləvi xarakter almağa başlayıb.

Belə ki, sayğaclar dəyişildikdən sonra qaz sərfiyyatının dəfələrlə artığı bildirilir ki, bunun da reallığı əks etdirməsinə ciddi şübhələr var.

“Azəriqaz” İstehsal Birliyinin rəhbərliyi buna müxtəlif səbəblər gətirsə də, onlar inandırıcı görünmür. Hökumətin isə bu məsələdə israrlı olduğu müşahidə olunur. 2 gün əvvəl Baş nazir Əli Əsədovun rəhbərliyi ilə respublikanın qaz təsərrüfatında mövcud problemlərə, o cümlədən qazdan səmərəli və təhlükəsiz istifadə qaydalarına həsr olunmuş videoformatda iclas keçirilib. İclasda mövcud problemlərin həlli istiqamətində müzakirələr aparıldığı, müvafiq tapşırıqlar verildiyi bildirilir.

Qeyd edək ki, iclasda Baş Prokurorluğunun, Energetika, Fövqəladə Hallar, Ədliyyə, Maliyyə, İqtisadiyyat nazirliklərinin, həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, SOCAR-ın və “Azəriqaz” İB-nin rəhbərliyi iştirak edib.

Azərbaycanın qaz təsərrüfatında mövcud olan problem yalnız smart sayğacla bağlıdır ki, hökumət, həmçinin “Azəriqaz” İstehsalat Birliyi öz fəaliyyətini əsasən bu istiqamətdə qurub?

İqtisadçı Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanın qaz təsərrüfatının cox ciddi problemləri var:

“Ən ciddi problem BP şirkəti tərəfindən ölkəyə hədiyyə edilən səmt qazı ilə bağlıdır, o səmt qazı ki, hər il yüzlərlə insanın canını alır. Azərbaycanda qaz təmizləyici zavod yoxdur, halbuki əhaliyə verilən qazın 80-90 faizi belə bir zavoddan keçməlidir. Neftlə birlikdə çıxan səmt qazı yanarkən aralıq maddələr alınır. Bunlar da zəhərləyici maddələrdir. Harda ki, havasızlıq olur, orada dəm qazı yaranır və insanları zəhərləyir. Əslində, məişətdə istifadə olunan qaz səmt qazı ola bilməz. Dünya təcrübəsində - məsələn, Meksikada səmt qazını əhalinin istifadəsinə verilməsi üçün onu zənginləşdirirlər, onun tərkibindəki yanar karbohidratların çəkisini 60-70 faiz artırırlar. Əgər mətbəxdə məişət avadanlıqlarının altı hiss olursa, deməli, bu səmt qazıdır və təhlükəlidir. Məişət üçün nəzərdə tutulan qaz hiss etməməlidir”.

Akif Nəsirli deyir ki, sayğaclarla bağlı ortaya çıxan problem qaz təsərrüfatı ilə bağlı deyil:

“Bu, Azərbaycandakı oğru, korrupsioner məmurların yaratdığı problemdir. Smart tipli sayğacların qoyulmasına 2009-cu ildən başlayıblar. Bu cür sayğacların istifadə müddəti 27 ildir. İndi istismar müddəti başa çatmamış sayğacların dəyişdirilməsində əsas səbəb odur ki, ağıllı sayğaclarla oğurluq etmək, vətəndaşa əlavə sərfiyyat yazmaq mümkün deyil. Yəni burada möttəkirliyə yer yoxdur. Bu “Azəriqaz”a, rüşvətxor, korrupsioner məmurlara sərf etmir. Mexaniki sayğaclar isə oğurluq mənbəyidir. Hələ ki, həyət evlərində bunu dəyişiblər, əgər cəmiyyətdə buna qarşı etiraz güclənməsə, hündürmərtəbəli binalarda da bunu edəcəklər. Burada möhtəkirlik, oğurluq olacaq, əhalinin çoxlu borcu yığılacaq, Prezidentə müraciət edəcəklər ki, əhalinin bunu ödəmək imkanı yoxdur və xahiş edirik, tədbir görülsün. Xatırladım ki, 10 il bundan əvvəl belə borcların silinməsi ilə bağlı tədbir görülmüşdü. Beləcə, yenidən “Azəriqaz”ın hesabına milyonlar ayrılacaq. 10 il qabaqkı hadisəni yenidən təkrarlamaq, büdcədən milyonlar oğurlamaq üçün şərait yaradırlar. Yeni qoyulan mexaniki sayğaclarda artıq sərfiyyat yazılması ilə bağlı şikayətlər mətbuatda yer almaqdadır. Yəni hökumətin o boyda iclasında geriyə addım atılması ilə bağlı müzakirələr aparılır”.

İqtisadçı deyir ki, smart sayğaclar mütərəqqi, Avropa ölkələrində təcrübədən keçib:

“Ola bilər ki, mart sayğacların qiyməti bahadır. Hardasa 250 manata smart sayğaclar, 80 manata isə mexaniki sayğaclar başa gəlir. Smart sayğacların bir detalı var - onun qiyməti 1-2 manatdır. Həmin element 9 ildə bir dəfə dəyişilməlidir. Onu dəyişməklə həmin sayğacların 27 il fəaliyyət göstərməsi mümkündür. Bundan sonra isə onlar əsaslı təhlil edilir. Təhlildən çıxan sayğaclar yenidən quraşdırılır. Avstriyada bu cür sayğaclar 30 ildən çox işlədilir. Azərbaycanda isə cəmi 11 ildir bu cür sayğaclar quraşdırılıb və istismar müddəti başa çatmamış sayğaclarla biz vidalaşırıq, konkret məsələ isə bundan ibarətdir ki, bununla bizim oğurluq etmək imkanlarımız yoxdur”.

Qış aylarında, soyuq günlərdə qazın verilişində fasilələrin yaranmasına gəldikdə isə, Akif Nəsirli bildirib ki, bu, yayda qaz təsərrüfatçılarının heç bir təmirlə məşğul olmamaları ilə bağlıdır:

“Qaz kəmərlərində vaxtaşırı yoxlama aparılmır, ümumiyyətlə, təsərrüfat normal işləmir. Əslində abonentlə müqavilələr də işlək deyil. Həmin müqavilələrdə göstərilməlidir ki, yanacağın verilişi kəsilən zaman kompensasiya ödənilməlidir. “Azəriqaz”-la abonentlər arasında bağlanan müqavilələrdə belə bir bəndin olması vacibdir ki, qurumda məsuliyyət hiss etsinlər. “Azəriqaz”da bilməlidirlər ki, abonentin qazı kəsildiyinə görə cərimə ödəyəcək. Müqavilədə isə bütün bəndlər şirkətin hüquqlarını müdafiə edir. Abonent isə heç həmn müqavilələri oxumur, ümumiyyətlə, bu cür müqavilələr işlək sayılmır. Bundan da istifadə edərək, kefləri nə zaman istəyir qazı kəsirlər, sızma var, qəza var. Guya ki, qəzanın olması normal haldır. Əslində isə bu normal deyil və şirkəti məsuliyyətə cəlb etməyin mexanizmi işlənməlidir. Bunu isə vətəndaş cəmiyyəti etməlidir. Bu gün haqqını tələb edən yoxdur, ona görə də tək “Azəriqaz” yox, bütün dövlət şirkətləri “at oynadır”.

Qaz təsərrüfatında problemləri müzakirə edən hökumətin tariflərə yenidən baxması, əhaliyə verilən qazın qiymət artımı ilə bağlı qərar verməsi gözləniləndirmi?

İqtisadçı qiymət artımının baş verəcəyini düşünmür:

“Çünki artıq yanacağın qiymətində artımlar edilib və bu ölkədə kifayyət qədər bahalaşmaya səbəb olub. Ona görə də yaxın zamanlarda qazın qiymətinə yenidən baxılacağını, qiymət artımının baş verəcəyini gözləmirəm”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA - TƏFƏRRÜAT
Bu gün, 10:17
Araz qırağının əcəb ZİBİLGAHI VAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:13
Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Bu gün, 09:50
“Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” - ETİRAZ
Bu gün, 09:45
Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Bu gün, 09:39
“Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” -erməni politoloq
Bu gün, 09:33
Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34
Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11
Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…
Bu gün, 08:09
Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... - GƏLİŞMƏ
Bu gün, 08:07
"Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04
Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46
Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27
Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... - ŞƏRH
Bu gün, 07:20
Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16
ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib - "The War Zone"
Bu gün, 07:10
Azərbaycanda çörək bahalaşacaq? – İqtisadçı izah edir
Bu gün, 07:05
Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR - ONA GÖRƏ DƏ...
Bu gün, 06:58
Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? - Görünəni odur ki...
Bu gün, 06:55
Yerində sayan sektor: milyonları niyə itiririk? - AKTUAL
Bu gün, 06:52
"İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." - FAKT BUDUR!
Bu gün, 06:50
Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:48
"Verilişə gələrkən maşını vurdum..."
Bu gün, 06:45
TƏBİB-in TƏCİLİ olmayan yardımı... - "Ümid edək ki..."
Bu gün, 06:34
Niyazi Bayramovun korrupsiya ortaqları - SİYAHI
Bu gün, 06:28
Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25
Təzə başçı gələndə camaat düşündü ki... - FOTO
Bu gün, 06:24
Pensiyalarla bağlı vacib xəbər – İlin sonunda…
Bu gün, 06:19
Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir - Palata
Dünən, 18:06
Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: - 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
Dünən, 18:02
Bu gün BMT canlı meyitdir - Natiq Miri
Dünən, 17:55
Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub – Rəsmi
Dünən, 17:49
Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? - İmtiyazlı podratçı...
Dünən, 17:42
Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... - DETALLAR
Dünən, 17:31
Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib
Dünən, 17:28
Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... - Qarabağın bərpasına da HARAM QATIBLAR
Dünən, 17:24
Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı - DÖVLƏTİ SANKİ QARƏT EDİBLƏR...
Dünən, 17:23
Siraqəddin Cabbarov onu işdən çıxardı - ƏMR
Dünən, 17:20
Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb - DETALLAR
Dünən, 17:11
Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
Dünən, 17:10
Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır
Dünən, 17:06
“İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” -Tofiq Musayev
Dünən, 17:04
Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı - TƏFƏRRÜAT
Dünən, 16:55
General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular - DETALLAR
Dünən, 16:50
“Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” – İlginc açıqlamalar
Dünən, 16:48
Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" - Ekspertdən xəbərdarlıq
Dünən, 16:43
Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 16:42
Ayda 925 manata kim ev ala bilər? - ŞƏRH
Dünən, 16:38
İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib - SAVAŞ GEDƏ-GEDƏ...
Dünən, 16:31
Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik - ƏMR
Dünən, 16:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru