Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib? .....                     Kədərli mahnıları da gülməli olan müğənnimiz .....                     ABŞ-dakı erməni mafiyası Qarabağı geri istəyir? .....                     İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib .....                     Başçıya müraciət etsə də... .....                     MSK üzvlərinin səlahiyyət müddəti bitir .....                     Dünyanın ən müftəxor deputatları .....                     Tehran Vaşinqtondan sanksiyaların ləğvini tələb edir .....                     28 illik fəaliyyət göstərən şirkətə yeni sədr təyin olunur .....                     Naxçıvan Muxtar Dərəbəyliyində “Açıq qapı” siyasəti .....                     Arvadını məktəbin qarşısında döyən şəxs: “O, uşağımı qucaqlamağa qoymadı...” .....                     Bakıda alça və gilası .....                     Milyardlıq “qalxan” ucuz İran PUA-larına qarşı .....                     "Əgər sizin sisteminiz müştərini narahat edirsə..." .....                     Rusiya nefti ilə bağlı qərar müvəqqəti xarakter daşıyacaq .....                     "Bu gün sadə neftçi yaşamaq uğrunda mübarizə aparır..." .....                     Tramp bunu etsə, fəlakətlə üzləşəcək .....                     İranla müharibə bitməyib və yeni hadisələr mümkündür .....                     İranda Hörmüz boğazı ilə bağlı fikir ayrılığı var .....                     ABŞ Karib dənizində narkotik ticarətçilərinin gəmisinə zərbə endirib, .....                     Ceyhun Cəlilov Fuad Nəcəfliyə ŞÜKÜR OXUTDURUR... .....                     Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölməyə məhkum idi ki, elə də oldu .....                     Güney Qafqazda gözlənilən sülhün möhürü bu şəhərdə vurula bilər... .....                     Bura pul qoyan da peşman olur... .....                     "Reklamla idarə olunan cəmiyyətdə yaşamaq çox sıxıcıdır..." .....                     "Azərbaycan mənim evimdir" .....                     "İran sahilindən “sapandla” belə gəmiləri vurmağın texniki mümkünlüyü İranın üstünlüyünə çevrildi" .....                     "Cəzasızlıq cinayətin inkişafına təkan verir" .....                     İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib .....                     Cəlilabadda şübhəli TENDER BAZARI .....                     AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ .....                     Ata tender keçirir, oğul qazanır .....                     Burda vaxtı keçmiş məhsul satırlar .....                     ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb .....                     İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb .....                     İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                 

AYNA-nın GƏNCƏ TƏZAHÜRÜ... - İLGİNC FAKTLAR
Tarix: 11-11-2023, 11:22 | Çap et
AYNA-nın GƏNCƏ TƏZAHÜRÜ...
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsi Prezident İlham Əliyevin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il oktyabrın 11-də imzaladığı Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yaradılıb. Agentlik Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin və tabeliyindəki müəssisə və regional nəqliyyat məhdud məsuliyyətli cəmiyyətlərinin, eləcə də Sumqayıt və Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarələrinin əsasında yaradılıb. Ölkə ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkili və dövlət sifarişinin formalaşdırılması, beynəlxalq sərnişin və yük daşımalarını tənzimləyən icazə sisteminin tətbiqi və bu sahədə nəzarətin həyata keçirməsi, rəqəmsal taxoqraf kartları üzrə milli sistemin fəaliyyətinin təmin olunması Agentliyin fəaliyyətinə aiddir.

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsi üzərinə düşən öhdəlikləri necə yerinə yetirməsi elə Bakı şəhər sakinlərinə göstərdikləri sərnişindaşıma xidmətindən görsənir. Qeyri müəyyən marşrutlar, saatlarla tıxaclar və saymaqla bitib tükənməyən problemlər. Bu baxımdan bölgələrdə vəziyyət daha açınacaqlıdır. İstər rayonlarda kəndlər arası sərnişindaşımanın, istərsə də rayonlarası sərnişindaşımanın bərbad bir vəziyyətdə olduğunu kimsə inkar bilməz.

Götürək elə respublikamızın ikinci böyük şəhəri olan Gəncəni. Bu gün Gəncə sakinlərinin üzləşdiyi çətinliklərdən biri və bəlkə də birincisi sərnişindaşıma problemidir. Sərnişindaşıma problemi bu şəhərdə daim olub. Dar küçəli qədim şəhərdə avtomobillərin sıxlığı ictimai nəqliyyatın hərəkətinə mane olur. Bu ictimai nəqliyyatdan istifadə edən çoxsaylı şəhər sakinlərinin narahatçılığına və narazılığına gətirib çıxarır.

Sakinlərin sözlərinə görə, avtobuslar qrafiklərə uyğun işləmir, oturacaqlar çirkli və yararsızdır. İctimai nəqliyyat vasitələrinin sürücüləri isə bəzi hallarda sükan arxasında siqaret çəkir, ya da telefonla danışırlar. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Gəncə Regional İdarəsi sakinlərin narazılığı ilə bağlı mətbuata bildirib ki, lazımi tədbirlər görülür. Sürücülərə və xətt sahiblərinə xəbərdarlıq edilir. Son aylarda qanunsuz sərnişindaşıma ilə bağlı 100-dən artıq protokol tərtib edilib. İdarədən bildirilib ki, yaxın bir neçə ay ərzində dörd xətt üzrə avtobusların yenilənməsi və marşrutların optimallaşdırılması nəzərdə tutulub. Həmçinin Gəncə şəhəri daxilində bir neçə nəqliyyat qovşağı yaradılacaq.

Gəncədə ictimai nəqliyyatın fəaliyyətinə kim cavabdehdir?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Gəncə Regional İdarəsi yoxsa, Gəncə şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Gəncə Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti?

Apardığımız araşdırmalara görə Nazirlər Kabinetinin 2016-cı il 23 sentyabr tarixli qərarı ilə Gəncə şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Gəncə Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. Nazirlər Kabinetinin qərarı ilə yaradılmış cəmiyyətin öz vəzifə və funksiyaları var. Cəmiyyət hüquqi şəxsdir, onun müstəqil balansı, banklarda hesablaşma hesabı və digər hesabları var. Cəmiyyətin ayrıca əmlakı var və öz öhdəlikləri üçün bu əmlaka cavabdehdir.

Maraqlıdır Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyində 2016 cı ildən fəaliyyətə başlamış “Gəncə Nəqliyyat” MMC bu müddət ərzində şəhərdə sərnişin daşınması prosesinə kimləri və hansı mülkiyyət hüququ sahiblərinin cəlb olunmasını təşkil edib? Hazırda Gəncədə sərnişindaşıma ilə məşğul olmaq imkanı əldə etmiş nə qədər hüquqi və fiziki şəxs var? Onların istifadəsində nə qədər avtomobil nəqliyyatı mövcuddur? Onların hər biri “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa və Vergi Məcəlləsinə nə dərəcədə riayyət edir? Qanunlara uyğun olaraq avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşıma fəaliyyəti göstərən şəxslərə fərqlənmə nişanı hansı formada verilməlidir və proses “Gəncə Nəqliyyat” MMC vasitəsi ilə necə həyata keçirilir?

Bütün bunlar geniş ictimaiyyət üçün qaranlıq olaraq qalmaqdadır. Belə ki, “Gəncə Nəqliyyat” MMC yarandığı gündən gizli bir təşkilat kimi fəaliyyət göstərib. MMC-də tez-tez kadr dəyişiklərinin aparılmasının, MMC-nin illik maliyyə hesabatlarının dövrü mətbuat və internet vasitələri ilə ictimaiyyətə açıqlanmamasının səbəbləri bəlli olmadığından bu qənaətə gəlmək olar.

Bu gün Gəncədə sərnişindaşıma qaydalarını pozan, eləcə də marşrut cədvəli üzrə hərəkət etməyən xeyli sayda sürücü calışır. Şəhərin küçə və prospektlərində piyadaların və avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək üçün “Gəncə Nəqliyyat” MMC tərəfindən isə heç bir tədbir görülmür. Şəhərin rayonlararası avtovağzallarında sərnişin daşıyan nəqliyyat vasitələrinin hərəkət cədvəlii qeyri müəyyən haldadır. Şəhərdə fəaliyyət göstərən taksi sürücülərinə fərqlənmə nişanlarının verilməsində də nöqsanlar kifayət qədərdir.

Maraqlıdır Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Gəncə Regional İdarəsi hara baxır? Qurum ölkə başçısının Fərmanına əsasən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin və tabeliyindəki müəssisə və regional nəqliyyat məhdud məsuliyyətli cəmiyyətlərinin, eləcə də Sumqayıt və Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarələrinin əsasında yaradılıbsa Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyində 2016 cı ildən fəaliyyətə başlamış “Gəncə Nəqliyyat” MMC fəaliyyətini niyə dayandırmayıb? Dövlət Vergi xidmətinin məlumatlarında Gəncə şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Gəncə Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti 12 saylı Ərazi Vergilər Baş İdarəsində 24.11.2016-cı ildə yaradıldığı göstərilir. MMC-nin 50.00 manat, hüquqi ünvanı GƏNCƏ ŞƏHƏRİ, H.ƏLİYEV MEYDANI, ev İNZİBATİ BİNA, qanuni təmsilçisi isə Əsgərov Elşad Nazim oğludur.

Yəni “Gəncə Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti hələ də iş başındadı. Şəhərdə isə sərnişindaşıma fəaliyyəti göstərən avtonəqliyyat vasitələrinin şəhərdaxili marşrut avtobus dayanacaqlardan istifadəsinin təşkili demək olar ki, bərbad vəziyyətdədir. Avtobuslar dayanacaqlardan kənarda istənilən yerdə sərnişin götürur və yaxud düşürür ki, bu da sakinlərin narazılığına səbəb olur. Yeni marşrutların açılması prosesi marşrut xəttinə daxil olmaq istəyənlər üçün baha başa gəlir. Paralel marşrutların ləğv edilməsi və mövcud marşrutların bağlanması üzrə olunan təkliflərə isə heç baxılmır və kim necə gəldi marşrut xətti ilə hərəkət edir. Bütün bunların hamısına isə Gəncə şəhər İcra Hakimiyyətində göz yumulur.

“Gəncə Nəqliyyat” MMC-nin keçirdiyi satınalmalar isə bir başqa mövzudur. Yəni başdan -ayağa qanunsuzluqlarla doludu. Qanunla Satınalan təşkilat cari ilin oktyabr ayının 15-dən gec olmayaraq növbəti il üçün ilkin satınalma planını hazırlayaraq təsdiq edir və dövlət satınalmalarının vahid internet portalında yerləşdirir. İlkin satınalma planı növbəti il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq edilənədək qüvvədə qalır. İndi gəlin “Gəncə Nəqliyyat” MMC-nin son iki ildə hazırlayaraq təsdiq etdiyi satınalma planlarına nəzər salaq.

Apardığımız araşdırmada 06.08.2020- ci il tarixində dövlət satınalmalarının vahid internet portalında “Gəncə Nəqliyyat” MMC-nin Tender Komissiyası tərəfindən 2021-ci ilin satınalma planları açıqlanmışdır. Satınalma planlarına E-tendrdə keçirilməsi nəzərdə tutulan 9 kotirovka (e-kotirovka) sorğusu daxil edilmişdir.

Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması, tikili və avadanlıqların cari təmir xərcləri, icarə və muzdlu xidmətlər, mühafizə xərcləri, sanitariya gigiyena və s xidmətlər, maşın və avadanlıqlar, avtomobil nəqliyyat vasitələri, sair torpaq və tikililər, nəqliyyat vasitələrinin əsaslı təmiri üzrə satınalma planlarına daxil edilmiş kotirovkalardan yalnız birinin nəticəsi barədə ictimaiyyətə açıqlama verilib.

Icarə xidmətinin satınalıması üzrə fərdi sahibkar -Əliyeva Tamara Çobandar qızı ilə 23.500 manat satınalma müqaviləsi 30.03.2021-ci ildə bağlanılıb.

Göründüyü kimi 2021-il ərzində “Gəncə Nəqliyyat” MMC-nin Tender Komissiyası satınalma planlarına daxil edilmiş 9 kotirovka sorğusundan yalnız 1 satınalmanın nəticələri barədə dövlət satınalmalarının vahid internet portalında məlumat yerləşdirmişdir. Digər 8 kotirovka sorğusunun keçirilib keçirilməməsi barədə heç bir məlumt yoxdu.

O cümlədən də, “Gəncə Nəqliyyat” MMC-nin Tender Komissiyası tərəfindən 12.06.2021-ci il tarixdə açıqlanmış, 2022-cü il üçün satınalma planlarına daxil edilmiş icarə və muzdlu xidmətlər, yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması, tikili və avadanlıqların cari təmir xərcləri, maşın və avadanlıqlar, nəqliyyat vasitələri, sair torpaq və tikililər, nəqliyyat vasitələrinin əsaslı təmiri kimi satın alınması nəzərdə tutulmuş 7 kotirovka sorğularının nəticələri barədə dövlət satınalmalarının vahid internet portalında ictimaiyyətə qanunla müəyyən olunmuş qaydada heç bir açıqlama verilməmişdir.

Yalnız icarə xidmətinin satınalıması üzrə fərdi sahibkar -Əliyeva Tamara Çobandar qızı ilə 23.500 manat satınalma müqaviləsi 04.02.2022-ci ildə bağlanılıb.

Bütün bu rəsmi və qeyri rəsmi məlumatlardan da göründüyü kimi Gəncə şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Gəncə Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətində özbaşınalıqlar və korrüpsiya əməlləri baş alıb gedir. Bütün bunların başında isə təbii ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov dayanır. Yaradıldığdan üzü bu yana Niyazi Bayramov MMC-yə bir neçə rəhbər təyin edib. MMC-nin fəaliyyətini günün tələbləri səviyyəsində qura bilmirdilərsə İcra başçısı Murad Səttarovu, Anar Kazımovu, Araz Rəfibəylini bu vəzifəyə nə üçün təyin etmişdi. Onlar görünür “Gəncə Nəqliyyat” MMC-nin fəaliyyətini təşkil etməyə deyil, dövlətin ayırdığı milyonları talamaq üçün təyin ediliblərmiş. Onların rəhbərliyi altında Cəmiyyətin maliyyə təsərüfat işlərində ciddi nöqsanlara yol verildiyi bildirilir. Bunun üçün bir audit yoxlaması kifayət edər ki, MMC-nin illik maliyyə hesabatları ciddi şəkildə araşdırılsın.

Umumiyyətlə Respublika Hesablama Palatası, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti, Baş prokurorluq yanında Korupsiyaya qarşı Mübarizə Baş İdarəsi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Gəncə şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Gəncə Nəqliyyat” MMC-nin fəaliyyətindəki bu qədər özbaşınalıqları, qanunsuzluqları görmürlərmi? Bu qurum kimə və nəyə xidmət edir? Niyazi Bayramova yoxsa, dövlətə…


Təqdim etdi: DİA.AZ (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib? - TƏFƏRRÜAT
Bu gün, 09:54
Kədərli mahnıları da gülməli olan müğənnimiz - Orxan Saffari yazır...
Bu gün, 09:53
ABŞ-dakı erməni mafiyası Qarabağı geri istəyir? – “Netfliks”də sensasion Azərbaycan səhnəsi
Bu gün, 09:47
İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib - "Reuters"
Bu gün, 09:44
Başçıya müraciət etsə də... - "Vətən mənim əlacsız halımı..."
Bu gün, 09:42
MSK üzvlərinin səlahiyyət müddəti bitir - Aprelin sonunadək...
Bu gün, 09:35
Dünyanın ən müftəxor deputatları - Hər əl qaldırmağa ən azı 25-30 min manat
Bu gün, 09:32
Tehran Vaşinqtondan sanksiyaların ləğvini tələb edir - CNN
Bu gün, 09:27
28 illik fəaliyyət göstərən şirkətə yeni sədr təyin olunur - DETALLAR
Bu gün, 09:25
Naxçıvan Muxtar Dərəbəyliyində “Açıq qapı” siyasəti - "Motivasiya olmayan yerdə isə..."
Bu gün, 09:11
Arvadını məktəbin qarşısında döyən şəxs: “O, uşağımı qucaqlamağa qoymadı...” - TƏFƏRRÜAT
Bu gün, 08:10
Bakıda alça və gilası niyə fantastik qiymətə satırlar?
Bu gün, 08:08
Milyardlıq “qalxan” ucuz İran PUA-larına qarşı - ABŞ-ın “Qızıl mərmi”ləri sınağa çəkilir
Bu gün, 07:54
"Əgər sizin sisteminiz müştərini narahat edirsə..." - NARAZILIQ VAR...
Bu gün, 07:51
Rusiya nefti ilə bağlı qərar müvəqqəti xarakter daşıyacaq - ABŞ
Bu gün, 07:27
"Bu gün sadə neftçi yaşamaq uğrunda mübarizə aparır..." - MALƏSƏF...
Bu gün, 07:10
Tramp bunu etsə, fəlakətlə üzləşəcək - Ritter
Bu gün, 07:01
İranla müharibə bitməyib və yeni hadisələr mümkündür - Netanyahu
Bu gün, 07:00
İranda Hörmüz boğazı ilə bağlı fikir ayrılığı var - “The Wall Street Journal”
Bu gün, 06:58
ABŞ Karib dənizində narkotik ticarətçilərinin gəmisinə zərbə endirib, ölənlər var
Bu gün, 06:56
Ceyhun Cəlilov Fuad Nəcəfliyə ŞÜKÜR OXUTDURUR... - FAKT BUDUR!
Bu gün, 06:28
Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölməyə məhkum idi ki, elə də oldu - Overçuka cavab
Bu gün, 06:08
Güney Qafqazda gözlənilən sülhün möhürü bu şəhərdə vurula bilər... - AKTUAL
Bu gün, 06:04
Bura pul qoyan da peşman olur... - GİLEY
Bu gün, 05:57
"Reklamla idarə olunan cəmiyyətdə yaşamaq çox sıxıcıdır..." - Nura Suridən ETİRAZ
Bu gün, 05:42
"Azərbaycan mənim evimdir" - Müzəffərəddin şah Qacar
Bu gün, 05:38
"İran sahilindən “sapandla” belə gəmiləri vurmağın texniki mümkünlüyü İranın üstünlüyünə çevrildi" - partiya sədri
Bu gün, 05:34
"Cəzasızlıq cinayətin inkişafına təkan verir" - NHMT sədrindən ÇAĞIRIŞ
Bu gün, 05:26
İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib - KİV
Bu gün, 05:21
Cəlilabadda şübhəli TENDER BAZARI - bunu bir araşdıran olsa...
Bu gün, 05:09
AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ İDDİASI
Bu gün, 05:04
Ata tender keçirir, oğul qazanır - "AzerGold" Sədrinin "Qızıl" oğlunun mediadakı arxivi...
Bu gün, 04:58
Burda vaxtı keçmiş məhsul satırlar - DİQQƏT, təhlükə var..!
Bu gün, 04:42
ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb
Bu gün, 04:34
İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb - “Tasnim”
Bu gün, 04:28
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Dünən, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Dünən, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Dünən, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Dünən, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Dünən, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Dünən, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Dünən, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Dünən, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Dünən, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Dünən, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Dünən, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Dünən, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Dünən, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Dünən, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Dünən, 10:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru