ƏLÖVSƏT OSMANLIDAN NAZİRƏ SƏRT İTTİAHM
Tarix: 12-05-2012, 12:15 | Çap et
“UTANMASAN OYNAMAĞA NƏ VAR?”
“GÖRÜN İŞ HANSI HALA GƏLİB Kİ, ATTESTATLARIN VERİLMƏSİNİ DƏ TƏHSİL NAZİRLİYİNƏ ETİBAR ETMİRLƏR”
Ümumtəhsil müəssisələrində məzunların attestasiyasının aparılması qaydaları ilə bağlı ölkə başçısının imzaladığı fərman hələ də aktuallığını saxlamaqdadır. Belə ki, bir neçə həftədən sonra məktəblərimizdə buraxılış imtahanları ilk dəfə TQDK tərəfindən aparılacaq. Qurumun sədri Məleykə Abbaszadənin APA-ya son açıqlaması da buna həsr olunub. Açıqlamada bir məqam çox diqqətimizi çəkdi: “Təəssüf ki, Təhsil Nazirliyindən bizə verilən məzunların elektron məlumat bazası dəqiq baza deyildi. Bu baza ilə işləyərkən müəyyən çətinliklərlə qarşılaşdıq... Təhsil Nazirliyi tərəfindən bizə heç bir maddi-texniki baza verilməyib. Çünki onlar təqdim etdikləri siyahıda ən müasir avadanlıq 3 ədəd “Pentium 4” kompüteri idi. Onlarsa indi bizim işimizə kömək edə bilməz”.
Məsələyə təhsil eksperti, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlının münasibətini öyrəndik. O, DİA.AZ-a açıqlamasında bunları dedi:
“Fərmanın əhəmiyyətilə bağlı fikirlərimi mətbuatda oxucularla bölüşmüşəm, gecikmiş olsa da, onu təhsil sistemimiz üçün faydalı sənəd hesab etmişəm. Çünki Təhsil Nazirliyi, bütün işlər kimi, bu ciddi işin də, necə deyərlər, “ağını çıxarmaq”da idi. Hər il buraxılış imtahanlarından sonra nazirliyin binası qarşısında baş verən valideyn-məzun üsyanlarını, yürüşləri, ərşə çıxan ah-nalələri, qarğışları yəqin ki, heç kəs unutmayıb. Bütün bunların səbəbləri haqqında dəfələrlə yazmışam və söyləmişəm. Niyə Misir Mərdanovdan soruşmurlar ki, siz bu cür yarı-yarımçıq baza, mitil texniki avadanlıqlarlamı belə ciddi işə girişmişdiniz? Ölkədə elmi-texniki yeniliklərin, texnologiyaların tətbiqinə öncüllük etməli olan qurumun düşdüyü vəziyyətə baxın. İmtahan bazasındakı testləri öz şəxsi maraqları üçün çap edib satanlardan bundan artıq nə gözləmək olar?!
Misir Mərdanovun komandası məktəbəqədər təhsilin anasını ağlatdığına görə bu sistemi onun əlindən alıb icra hakimiyyətlərinə verdilər. Yoxsa, onlar olan-qalanı da darmadağın edəcəkdilər. Məktəb təmir-tikintisini batırdığına görə belə işlərdən onları kənarlaşdırdılar. Peşə təhsilini pis günə qoyduğuna görə xeyli sayda təhsil müəssisəsini nazirliyin əlindən alıb müvafiq qurumların tabeçiliyinə keçirdilər. Buraxılış imtahanlarını “Yaşıl bazar”dan da betər zibillədiklərinə görə caynaqlarından qoparıb TQDK-ya verdilər. Dərsliklərin monitorinqi də onu kimi! Görün indi iş hansı hala gəlib ki, attestatların verilməsini də Təhsil Nazirliyinə etibar etmirlər...
Bütün bu rəzalətlərdən sonra Mərdanov heç nə olmamış kimi dördcildlik “Azərbaycan təhsil tarixi” yazdığını, bunun üçün arxivlərdə “zəhmət” çəkdiyini, yuxusuz gecələr keçirdiyini bildirir. Hətta ona təntənəli təqdimat mərasimi də keçirir. Vallah burada məşhur “utanmasan oynamağa nə var” deyimini xatırlamamaq olmur. İndi mən də bir vətəndaş olaraq ondan soruşmaq istəyirəm: Hörmətli professor, sizi nazir vəzifəsinə dərslik yazmağa, arxivlərdə axtarış aparmağa, tarix quraşdırmağamı qoymuşdular? Niyə öz işinizlə yox, bu əməllərlə məşğul olub Azərbaycan təhsilini pis günə qoydunuz? Yoxsa, adınızı hər yerə yazdırmaqla, şəkillərinizi dərsliklərə və cürbəcür kitablara doldurtmaqla tarixdə qalmaq iddiasına düşmüsünüz? Amma unutmayın ki, cəmiyyət təhsilimizin əsl tarixini sizin uydurduqlarınızdan yox, “Təhsil tariximizin qara ləkələri”, “Təhsilimiz hara gedir?”, “Təhsilimiz bu gün”, “Mərdanova məktublar” adlı cilid-cild kitablardan öyrənir...”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan məhkəməsi Serj Sarkisyanın cinayət işinin bağlanması ilə bağlı müraciətini rədd edib
Dünən, 18:03 |
|
|
|
• İŞİD terror təşkilatının qurbanıyam - Suriya Prezidenti
Dünən, 17:55 |
|
|
|
• Narkoloji Mərkəzin həbs edilən direktorunun məhkəməsinə şahidlər məcburi gətiriləcək - TƏFƏRRÜAT
Dünən, 17:54 |
|
|
|
• Azərbaycan AŞPA-ya ancaq bu halda qayıda bilər - Şərtlər MƏLUM OLDU
Dünən, 17:52 |
|
|
|
• ƏÜO-nun hərbi qulluqçuları Türkiyədə keçirilən komando kursunda iştirak edirlər
Dünən, 17:23 |
|
|
|
• DİQQƏT: Təhlükəli məhsullar “Saf Ət" MMC-yə məxsusdur... - İTTİHAM VAR...
Dünən, 17:18 |
|
|
|
• İranla bağlı dəhşətli ssenari masada: 3 ölkə birləşir – Kritik proses başladı
Dünən, 17:12 |
|
|
|
• ABŞ hərbi qüvvələri Ermənistanı tərk etdilər
Dünən, 17:07 |
|
|
|
• Azərbaycanda iri zavodun direktoru dəyişib - BUNDAN SONRA...
Dünən, 17:01 |
|
|
|
• Laçının Zəfər salnaməsi: tariximizin şanlı səhifəsi - MƏQALƏ
Dünən, 16:58 |
|
|
|
• Rəqsanənin azadlığa çıxma haqqı açıqlandı: 1 milyon 150 min manat ... - TƏFƏRRÜAT
Dünən, 16:49 |
|
|
|
• Deputatın azərbaycanlı köməkçisinin "prava"sı əlindən alındı
Dünən, 16:44 |
|
|
|
• Gəncə “Asan Xidmət”də dözülməz vəziyyət - GİLEY
Dünən, 16:31 |
|
|
|
• Dövlət Agentliyi xarici şirkətlərlə 3 milyon manatlıq - MÜQAVİLƏLƏR BAĞLADI
Dünən, 16:27 |
|
|
|
• Tramp maraqlarını Ukrayna və Rusiya vasitəsilə həyata keçirir - Cəlaloğlu
Dünən, 16:18 |
|
|
|
• TƏBİB-in tabeli tibb müəssisələrinə yeri rəhbər şəxslər təyin olunub - ƏMR
Dünən, 16:07 |
|
|
|
• AHİK-in vədini gözləyən işçi ağır vəziyyətdə - Sahib Məmmədova müraciət etdi
Dünən, 16:05 |
|
|
|
• Bölgələrdə ət bahalaşıb: “Bakıda da qiymətlər arta bilər” - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 15:39 |
|
|
|
• İş başında infarkt keçirən komandirin vəzifəsi ona tapşırıldı - FOTO
Dünən, 15:29 |
|
|
|
• “Piyadaların cərimələnməsi bərpa olunsun” - Tahir Kərimli
Dünən, 15:22 |
|
|
|
• İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - NARAZILIQ VAR...
Dünən, 15:12 |
|
|
|
• "Avrasiya üçbucağı"nın bir çox bucağı var - İNCƏLƏMƏ
Dünən, 15:08 |
|
|
|
• Sərkisyan Azərbaycanla sərhəddə - FOTO
Dünən, 14:57 |
|
|
|
• “KOB evi”ni əvvəl tikib sonra müqavilə bağlayıblar? – 2,5 milyon xərclənəcək
Dünən, 14:52 |
|
|
|
• AMB-nin daha bir tenderi ləğv edildi - SƏBƏB
Dünən, 14:48 |
|
|
|
• Emin Ağalarovun şirkəti "Rusiya ordusu" adlı enerji içkisi istehsal edir - KİV
Dünən, 14:40 |
|
|
|
• Eldar Əzizov müşavirə keçirərək tapşırıqlar verdi
Dünən, 14:35 |
|
|
|
• Paşinyanın deputatı yerli müxalifət barədə: - Bütün müsbət şeylər onların yuxusunu qaçırır
Dünən, 14:32 |
|
|
|
• Ukrayna ordusu İRƏLİLƏYİR – Rusiya ağır itkilər VERDİ
Dünən, 13:40 |
|
|
|
• “Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi - FOTO
Dünən, 13:32 |
|
|
|
• “Dəli küləyim”ə yeni nəfəs – Samira AliMaryam və PRoMetedən duet
Dünən, 13:28 |
|
|
|
• Partiya sədrinin müavini və “Leobank”arasında kreditə görə gərginlik – ““Səni bura gətirdəcəyəm” deməmişəm...”
Dünən, 13:24 |
|
|
|
• AYB Nəsiminin məzarının Azərbaycana köçürüləcəyinə münasibət bildirdi - AÇIQLAMA
Dünən, 13:22 |
|
|
|
• Paşinyan Bakının tələbi ilə bu sənədi ləğv edəcək - Matevosyan
Dünən, 13:15 |
|
|
|
• Ədliyyə Nazirliyi bu şirkətə 4 milyon manat ödəyəcək - DETALLAR
Dünən, 13:02 |
|
|
|
• “Nəsiminin məzarını Azərbaycana gətirmək saxta türbə düzəltməkdir!” - ETİRAZ
Dünən, 12:48 |
|
|
|
• Tofiq Xanəliyevə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 12:44 |
|
|
|
• “Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri
Dünən, 12:22 |
|
|
|
• Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:14 |
|
|
|
• "Baku TV"nin ilk dəfə internet televiziyası kimi yayıma başlamasından 6 il keçir - VİDEO
Dünən, 12:12 |
|
|
|
• Türkiyə nədən Krımın rus işğalında qalmasına razı ola bilməz? - İNCƏLƏMƏ
Dünən, 12:09 |
|
|
|
• Mənəvi Dəyərlərin Təbliği Fondu rəsmi veb-portalın hazırlanmasına 8 min xərcləyəcək
Dünən, 12:04 |
|
|
|
• TƏBİB imtiyazlı şəxslərə 13 milyonluq dərman alır: Ünvanına çatacaqmı? - DETALLAR
Dünən, 12:01 |
|
|
|
• “Gömrük Komitəsi, AQTA kimi qurumlar ləğv olunmalıdır” - ÇAĞIRIŞ
Dünən, 12:00 |
|
|
|
• Yalnız Təhsil Nazirliyinin tenderlərini udan şirkət: Keçmiş müşavirlə 57 milyonluq “sirr” - ARAŞDIRMA
Dünən, 11:57 |
|
|
|
• Moskvadakı azərbaycanlıların nəzərinə! - miqrantların hər addımı izlənəcək
Dünən, 11:53 |
|
|
|
• Qonşu ölkədə “hazır ol” əmri verildi – Hədəf dəyişdi
Dünən, 11:47 |
|
|
|
• Məktəbli qızlarla cinsi əlaqədə olan azərbaycanlı saxlanıldı
Dünən, 11:33 |
|
|
|
• Azərbaycanın dostlarına hücum: Qusman xərcləndi, Markov “xarici agent” oldu - növbədə kimdir?
Dünən, 11:28 |
|
|
|
• Həbsdə olan Dürdanə Əliyeva qərardan şikayətçidir
Dünən, 11:11 |
|
|
|
|