ZAQATALA SAKİNLƏRİ DAD DEYİR
Tarix: 12-05-2012, 12:26 | Çap et
"MAŞINDA YATIRAM, BİZƏ NƏ ÇADIR VERİBLƏR, NƏ DƏ ƏRZAQ"
Zəlzələdən zərər çəkmiş bəzi Zaqatala sakinləri hökumətin onlara vəd etdiyi yardımı göstərmədiyini, çadır və ərzaq vermədiyini deyir. Rəsmilər isə evləri zərər çəkmiş ailələrin hər birinı ərzaq və paltar paylandığını iddia edir.
"Payızda toyum olacaqdı. Çətinliklərlə evimi təmir etdirirdim ki, toya hazır olsun. Zəlzələdə dağıldı" - 22 yaşlı Zaqatala Muxax kənd sakini Çingiz Ömərov məyusluqla deyir.
Gənc zaqatalalı Fövqəladə Hallar Nazirinin onun evinin dağıldığı yerə iki dəfə gəlməsini və evinin yenidən tikiləcəyinə söz verməsini məmnuniyyətlə xatırlayır: "Kəmaləddin Heydərov dedi ki, narahat olma, evin yenidən tikiləcək".
Ancaq hazırda gecələri avtomobilində keçirdiyini deyən Çingizi nazirdən sonra əraziyə "bələdiyyə ilə gəlmiş Komissiya" məyus edib. "Komissiya dedi ki, ev sadəcə təmir olunacaq. Amma evim təmir olunacaq vəziyyətdə deyil" - o, narahatlığını BBC Azərbaycanca ilə bölüşür.
Azərbaycanın şimal rayonlarında bu həftə episentri Zaqatala olmaqla güclü zəlzələ baş verib. Rəsmi rəqəmlərə görə, 800-dən artıq evə ziyan dəyib. Hökumət zəlzələnin nəticələrinin aradan qaldırılması üçün 20 milyon manat ayırıb.
"Prezidentimiz televizorda dedi ki, ziyan görənlərə ərzaq paylanacaq, çadırlar veriləcək. Amma bizə heç nə verilməyib. Həyətdə qurduğum çadır isə özümündür". Çingiz bizə telefonla müsahibəsində yaşlı ata və anasının çadırda yaşadığını söyləyir.
Onun sözlərinə görə, evi 1992-ci ildə tikilib və bu yaxınlarda "xeyir iş üçün" təmir olunub. Zaqatalada ikinci dəfə zəlzələ baş verəndə "iki mərtəbəli, beş otaqlı" evinin bir divarı "tamamilə uçub".
"İlk dəfə zəlzələ olanda divar çatladı, ikinci zəlzələdə isə tam dağıldı. Kəmaləddin Heydərov gəlib vəziyyəti öz gözlərilə gördü və dedi ki, evə yaxın getməyin və narahat olmayın bundan da yaxşısı təzədən tikiləcək. Ancaq ondan sonra gələnlər deyir ki, ev yenidən tikilməyəcək" - Çingiz nazirdən sonra gələn "komissiyanın" hansı orqana aid olduğunu bilmir, amma bələdiyyə rəsmilərinin onlarla birlikdə gəldiyini xatırlayır.
Azərbaycan Fövqəladə Hallar Nazirliyi isə öz internet saytında yazır ki, zəlzələ bölgəsində fəaliyyətini davam etdirir.
"Zaqatala, Balakən və Qax rayonlarında təbii fəlakət nəticəsində evləri qəzalı vəziyyətə düşən ailələr üçün çadırların (hər ailəyə 1 çadır) qurulması işi başa çatmaq üzrədir" - nazirlik bəyan edir. "Eyni zamanda, 12 məntəqədə zərərçəkmiş ailələrin istirahətini təmin etmək məqsədilə içərisində televizor və istirahət üçün nəzərdə tutulmuş digər əşyalar olan iri çadırlar qurulmuşdur".
Nazirlik deyir ki, evləri zərər çəkmiş ailələrə ərzaq və paltar paylanıb, hər ailəyə "un, yağ, qənd, çay, habelə uşaq, qadın və kişi geyimləri, uşaq bezləri, diş pastası, diş fırçası, sabun və digər yuyucu vasitələr" verilib.
Rəsmilər Zaqatalada hələ də yeraltı təkanların davam etdiyini və son gün ərzində 10-a yaxın yeraltı təkanın qeydə alındığı deyirlər.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib? - TƏFƏRRÜAT
Bu gün, 09:54 |
|
|
|
| • Kədərli mahnıları da gülməli olan müğənnimiz - Orxan Saffari yazır...
Bu gün, 09:53 |
|
|
|
| • ABŞ-dakı erməni mafiyası Qarabağı geri istəyir? – “Netfliks”də sensasion Azərbaycan səhnəsi
Bu gün, 09:47 |
|
|
|
| • İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib - "Reuters"
Bu gün, 09:44 |
|
|
|
| • Başçıya müraciət etsə də... - "Vətən mənim əlacsız halımı..."
Bu gün, 09:42 |
|
|
|
| • MSK üzvlərinin səlahiyyət müddəti bitir - Aprelin sonunadək...
Bu gün, 09:35 |
|
|
|
| • Dünyanın ən müftəxor deputatları - Hər əl qaldırmağa ən azı 25-30 min manat
Bu gün, 09:32 |
|
|
|
| • Tehran Vaşinqtondan sanksiyaların ləğvini tələb edir - CNN
Bu gün, 09:27 |
|
|
|
| • 28 illik fəaliyyət göstərən şirkətə yeni sədr təyin olunur - DETALLAR
Bu gün, 09:25 |
|
|
|
| • Naxçıvan Muxtar Dərəbəyliyində “Açıq qapı” siyasəti - "Motivasiya olmayan yerdə isə..."
Bu gün, 09:11 |
|
|
|
| • Arvadını məktəbin qarşısında döyən şəxs: “O, uşağımı qucaqlamağa qoymadı...” - TƏFƏRRÜAT
Bu gün, 08:10 |
|
|
|
| • Bakıda alça və gilası niyə fantastik qiymətə satırlar?
Bu gün, 08:08 |
|
|
|
| • Milyardlıq “qalxan” ucuz İran PUA-larına qarşı - ABŞ-ın “Qızıl mərmi”ləri sınağa çəkilir
Bu gün, 07:54 |
|
|
|
| • "Əgər sizin sisteminiz müştərini narahat edirsə..." - NARAZILIQ VAR...
Bu gün, 07:51 |
|
|
|
| • Rusiya nefti ilə bağlı qərar müvəqqəti xarakter daşıyacaq - ABŞ
Bu gün, 07:27 |
|
|
|
| • "Bu gün sadə neftçi yaşamaq uğrunda mübarizə aparır..." - MALƏSƏF...
Bu gün, 07:10 |
|
|
|
| • Tramp bunu etsə, fəlakətlə üzləşəcək - Ritter
Bu gün, 07:01 |
|
|
|
| • İranla müharibə bitməyib və yeni hadisələr mümkündür - Netanyahu
Bu gün, 07:00 |
|
|
|
| • İranda Hörmüz boğazı ilə bağlı fikir ayrılığı var - “The Wall Street Journal”
Bu gün, 06:58 |
|
|
|
| • ABŞ Karib dənizində narkotik ticarətçilərinin gəmisinə zərbə endirib, ölənlər var
Bu gün, 06:56 |
|
|
|
| • Ceyhun Cəlilov Fuad Nəcəfliyə ŞÜKÜR OXUTDURUR... - FAKT BUDUR!
Bu gün, 06:28 |
|
|
|
| • Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölməyə məhkum idi ki, elə də oldu - Overçuka cavab
Bu gün, 06:08 |
|
|
|
| • Güney Qafqazda gözlənilən sülhün möhürü bu şəhərdə vurula bilər... - AKTUAL
Bu gün, 06:04 |
|
|
|
| • Bura pul qoyan da peşman olur... - GİLEY
Bu gün, 05:57 |
|
|
|
| • "Reklamla idarə olunan cəmiyyətdə yaşamaq çox sıxıcıdır..." - Nura Suridən ETİRAZ
Bu gün, 05:42 |
|
|
|
| • "Azərbaycan mənim evimdir" - Müzəffərəddin şah Qacar
Bu gün, 05:38 |
|
|
|
| • "İran sahilindən “sapandla” belə gəmiləri vurmağın texniki mümkünlüyü İranın üstünlüyünə çevrildi" - partiya sədri
Bu gün, 05:34 |
|
|
|
| • "Cəzasızlıq cinayətin inkişafına təkan verir" - NHMT sədrindən ÇAĞIRIŞ
Bu gün, 05:26 |
|
|
|
| • İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib - KİV
Bu gün, 05:21 |
|
|
|
| • Cəlilabadda şübhəli TENDER BAZARI - bunu bir araşdıran olsa...
Bu gün, 05:09 |
|
|
|
| • AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ İDDİASI
Bu gün, 05:04 |
|
|
|
| • Ata tender keçirir, oğul qazanır - "AzerGold" Sədrinin "Qızıl" oğlunun mediadakı arxivi...
Bu gün, 04:58 |
|
|
|
| • Burda vaxtı keçmiş məhsul satırlar - DİQQƏT, təhlükə var..!
Bu gün, 04:42 |
|
|
|
| • ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb
Bu gün, 04:34 |
|
|
|
| • İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb - “Tasnim”
Bu gün, 04:28 |
|
|
|
| • İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Dünən, 19:05 |
|
|
|
| • Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Dünən, 19:02 |
|
|
|
| • İran nümayəndə heyəti İslamabada gedir - CNN
Dünən, 18:57 |
|
|
|
| • İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Dünən, 16:58 |
|
|
|
| • "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Dünən, 16:21 |
|
|
|
| • İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Dünən, 16:19 |
|
|
|
| • Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Dünən, 16:05 |
|
|
|
| • ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Dünən, 16:02 |
|
|
|
| • “Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Dünən, 15:59 |
|
|
|
| • "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Dünən, 15:57 |
|
|
|
| • “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Dünən, 15:49 |
|
|
|
| • Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Dünən, 15:45 |
|
|
|
| • Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Dünən, 10:47 |
|
|
|
| • Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Dünən, 10:43 |
|
|
|
| • İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Dünən, 10:01 |
|
|
|
|