"Xarici Münaqişələr Nazirliyi" .....                     Vergi borcu olan şirkət məktəblilər üçün hədiyyə paketi satacaq .....                     Siqaret əvəzinə başqa ZƏHƏR .....                     Litva Rusiyaya nota verib .....                     Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var .....                     “Mən Səhiyyə Naziri deyiləm ki, bu problemi həll edim” .....                     Putin Polşaya niyə hücum etdi? .....                     Ağalarovun Rusiyadakı restoranlarının bağlanması xəbəri TƏSDİQLƏNDİ .....                     Tağı İbrahimov zərərçəkənlərə dəyən ziyanı ödəyib? .....                     Ermənilər yavaş-yavaş dünya ilə tanış olurlar .....                     Azərbaycanda iki şirkət ləğv edildiyini açıqladı .....                     Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır .....                     Ağalarov biznesini Rusiyadan ÇIXARIR? .....                     Vəkil boşanma prosesində vətəndaşı təhqir etməkdə ittiham olunur .....                     Ermənistanla Azərbaycan arasında eskalasiya riski minimaldır .....                     Paşinyan Fransanın yeni Baş nazirini təbrik edib .....                     Aygün Kazımovanın sərt reaksiyası ilə üzləşən Eldənizdən .....                     Qaydaları kobudcasına pozan "BakuBus" avtobusları yolda TƏHLÜKƏ SAÇDI .....                     LDU “MM İNŞAAT GROUP” iki gündə iki dəfə anlaşdı .....                     Taksilər aeroporta buraxılmayacaq? .....                     Sərkisyan: Paşinyan ya öldürülməlidir, ya da... .....                     “Sovet dövrü AYİ ilə bugünkü AYB-ni müqayisə etmək yanlışdır” .....                     Ermənistanla əlaqələri bərpa edən Pakistandan yeni həmlə .....                     Milli Məclisin prosedur qaydalarında dəyişikliklər ediləcək .....                     TƏBİB-də və İcbari Tibbi Sığorta Agentliyində yoxlamalar genişləndi .....                     Azərbaycanda əməkhaqqı 80 qəpik artdı .....                     "DeFacto" Azərbaycandakı mağazalarını bağlayır? .....                     “Azəriqaz” rəhbərinin səhhətində problemlər yaranıb, vəziyyəti ağırdır .....                     Aygün Kazımova tanınmış xanəndəni səhnədə pərt etdi: "Bu nə hörmətsizlikdir?" .....                     Nazirlik və komitələrin birləşdirilməsi... .....                     Vüsal Kərimliyə yeni vəzifə verilib .....                     Novxanı bağlarında ANTİSANİTARİYA: .....                     Qaradağın daş karxanaları elə bil DƏDƏ MALIDIR... .....                     Biləsuvar İcra Hakimiyyətinin tenderinə lisenziyası olmayan şirkət qatılıb: .....                     Millimizin baş məşqçisinə cinayət işi açılıb: Gömrük Komitəsini ittiham etdi .....                     “Erkən nikahla mübarizədə hər kəs məsuliyyət daşıyır” .....                     Məktəblərdə rüşvət, repetitor biznesi, pul yığımı... .....                     Yeni inqilab “silah”ı işə düşdü .....                     Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq .....                     Mərkəzi Bank "SF Azerbaijan"ın vəzifəli şəxsini cərimələdi .....                 

“Azərbaycanı xaosa sürükləmək üçün bu şəbəkələrdən çox istifadə edirlər” - Cahangir Məmmədli
Tarix: 30-01-2019, 09:28 | Çap et
 “Azərbaycanı xaosa sürükləmək üçün bu şəbəkələrdən çox istifadə edirlər”
İngiltərənin səhiyyə naziri Matt Hankok zərərli məzmunlu paylaşımlar aradan qaldırılmasa, sosial şəbəkə şirkətlərinin fəaliyyətinin qadağan oluna biləcəyini söyləyib. O, şirkətlərin bu məzmunlu paylaşımları dayandırmadığı təqdirdə bununla bağlı qanun layihəsi qəbul edə biləcəklərini deyib.

Nazir sosial şəbəkə şirkətlərinə intihar videolarının paylaşılmaması üçün dəfələrlə çağırış edib. Buna səbəb isə 2017-ci ildə 14 yaşlı Molli Rasselin sosial şəbəkədə izlədiyi zərərli məzmunlu məlumatdan sonra intihar etməsi olub.

Azərbaycanda da sosial şəbəkələr üzərindən kifayət qədər təhqirlər səsləndirilir. Təkcə siyasi sahə ilə bağlı deyil, son zamanda ailə-məişət mövzusunda əxlaqsız videolar paylaşılır, müzakirələr açılır. Ölkədə də bəzi siyasi şəxslər sosial şəbəkələrin məhdudlaşdırılması ilə bağlı fikirlər bildirib. Lakin Azərbaycanda sosial şəbəkələrə məhdudiyyətlərin qoyulması təklifi qəbul edilməyib.

“Yeni Müsavat”a danışan tanınmış jurnalist, professor Cahangir Məmmədli bildirdi ki, ölkədə sosial şəbəkələrə ciddi nəzarət olmalıdır: “Ümid edirdim ki, Azərbaycanda sosial şəbəkədən istifadə edənlər burada öz fəaliyyətlərini ağıllı şəkildə aparacaqlar. Lakin bunu görmədik. Sosial şəbəkələri artıq siyasi çağırışlara çeviriblər. Dövlət əleyhinə sosial şəbəkələrdən istifadə olunur. Baxırsan ki, dövlət çevrilişinə çağırışları belə edirlər. Bundan vətəndaş kimi çox narahatam. Ona görə hesab edirəm ki, sosial şəbəkələrə müəyyən dərəcədə qadağalar qoymaq olar. Yaxud çox ciddi şəkildə araşdırmaq lazımdır ki, bu çağırışları edənin kim olduğunu öyrənək. Bunun üçün ayrıca qurğular da quraşdırmaq mümkündür.

Ümumiyyətlə, internet dünyası ilə bağlı müəyyən qanun qəbul olunarsa, daha yaxşı olar. Dövlətçiliyə qarşı çağırışlar edən adamlar xeyli dərəcədə məsuliyyət hiss edərlər. Son günlər sosial şəbəkələrdən xeyli ehtiyat etməyə başlamışam. Azərbaycanı yeni xaosa sürükləmək məqsədilə bu şəbəkələrdən çox istifadə edirlər. Baxırsan ki, insanları açıq şəkildə təhqir edirlər. Bu yaxınlarda mitinq gedə-gedə uşaq-muşaq oturub reportaj verirdi. Həmin reportajlarda Azərbaycanın ən mötəbər adamlarını təhqir edib, böhtan atırdılar. Milləti də aşağılayırlar. Bu mənada mənim çox böyük narahatlığım var. İnternet aləminin elə saytları var ki, onlar azərbaycançılığa, millətə qulluq edən saytlardır. Lakin yenə də çox ciddi nəzarət lazımdır. Bu, milləti, dövləti, insanları qorumaq üçün nəzarət olmalıdır”.

Psixoloq Azad İsazadə isə sosial şəbəkələrə qadağa qoymağa ehtiyac görmür: “Sosial şəbəkə 21-ci əsrin reallığıdır. Bu, nə pisdir, nə də yaxşı. 17-18-ci əsrlərdə kitab idi, indi isə sosial şəbəkə, internet öndədir. Kitabın özü pis deyil. Söhbət yalnız onun müəllifindən gedir. Kimsə yaxşı kitab, kimsə də pis kitab yaza bilər. Hitler də kitab yazıb, məşhur klassiklər də. Deməli, problem kitabda yox, onu yazan və oxuyanlardadır. Sosial şəbəkə də bu cürdür. Orada yaxşı və pis məlumatlar yayılır. Lap sosial şəbəkələri bağlasaq da, heç nə dəyişməyəcək. Birincisi, bu, texniki baxımdan qeyri-realdır. İnsanlar ən çox avtomobil qəzalarında ölür. İndi maşınları qadağan edək? Problem maşında yox, onu idarə edəndədir. Sosial şəbəkənin tərkibində doğrudan da çoxlu mənfi məlumatlar var. Lakin burada eyni zamanda müsbət informasiyalar da çoxdur axı. Onu qadağan edib, bağlamaq yox, sadəcə, qanun çərçivəsində idarə etmək lazımdır. Burada əsas söhbət uşaq və yeniyetmələrin istifadəsindən gedir. Söhbət təkcə intiharlardan getmir. İndiyə qədər xeyli insanla rastlaşmışam ki, internetdən məlumat alıb, özü ilə bağlı nəticə çıxarıb. Hətta adam internetdə oxuyub, özünə diaqnoz da qoyur. Mənfi tərəfləri ilə bağlı sosial şəbəkələrə, saytlara filtr qoyulmalıdır. Yalnız bu formada sosial şəbəkələri qanun çərçivəsində idarə etmək mümkündür. Qadağan etmək, bağlamaq isə çıxış yolu deyil. Heç terrorizmə qarşı ciddi işləyən dövlətlər də gizli sosial şəbəkələri, oradakı qrupları tam nəzarətə götürə bilməyiblər. Olub ki, sosial şəbəkələr vasitəsilə terrorist qruplar təşkilatlanıb, planlar qurub, öz ideologiyalarını kimlərinsə arasında yayıblar. Deməli, sosial şəbəkələri tam bağlamaq qeyri-realdır. Qeyri-real olan işin üzərində fikirləşmək isə lazımsızdır. Başqa yol axtarılmalıdır. Psixologiyada belə bir şey də var ki, insanlar arasında olan qadağalar onların qadağan edilən şeyə marağını daha da artırır. Buradan belə nəticə də çıxarmaq olar ki, sosial şəbəkələr qadağan edilərsə, ona maraq daha da arta bilər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Xarici Münaqişələr Nazirliyi" - AKTUAL
Dünən, 18:03
Vergi borcu olan şirkət məktəblilər üçün hədiyyə paketi satacaq – Direktoru “Bakubus”da işləyir
Dünən, 18:02
Siqaret əvəzinə başqa ZƏHƏR – Xaricdə qadağan olunan məhsul Azərbaycanda reseptsiz satılır!
Dünən, 17:59
Litva Rusiyaya nota verib
Dünən, 17:58
Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var - Ermənistanın Baş naziri
Dünən, 17:55
“Mən Səhiyyə Naziri deyiləm ki, bu problemi həll edim” - Rəşid Mahmudovdan poliklinikalardakı sıxlıqla bağlı AÇIQLAMA
Dünən, 17:53
Putin Polşaya niyə hücum etdi? - Moskvanın hədəfləri
Dünən, 17:50
Ağalarovun Rusiyadakı restoranlarının bağlanması xəbəri TƏSDİQLƏNDİ - AÇIQLAMA
Dünən, 17:46
Tağı İbrahimov zərərçəkənlərə dəyən ziyanı ödəyib? - Məhkəmə
Dünən, 17:43
Ermənilər yavaş-yavaş dünya ilə tanış olurlar - Paşinyan
Dünən, 17:28
Azərbaycanda iki şirkət ləğv edildiyini açıqladı
Dünən, 17:19
Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır - Hesablama Palatası
Dünən, 17:16
Ağalarov biznesini Rusiyadan ÇIXARIR? - İDDİA
Dünən, 17:08
Vəkil boşanma prosesində vətəndaşı təhqir etməkdə ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistanla Azərbaycan arasında eskalasiya riski minimaldır - Mirzoyan
Dünən, 16:55
Paşinyan Fransanın yeni Baş nazirini təbrik edib
Dünən, 16:53
Aygün Kazımovanın sərt reaksiyası ilə üzləşən Eldənizdən AÇIQLAMA
Dünən, 16:48
Qaydaları kobudcasına pozan "BakuBus" avtobusları yolda TƏHLÜKƏ SAÇDI - VİDEO
Dünən, 16:42
LDU “MM İNŞAAT GROUP” iki gündə iki dəfə anlaşdı - Şirkət haqqında maraqlı iddialar var
Dünən, 16:38
Taksilər aeroporta buraxılmayacaq? - AÇIQLAMA
Dünən, 16:35
Sərkisyan: Paşinyan ya öldürülməlidir, ya da... - KİV
Dünən, 16:27
“Sovet dövrü AYİ ilə bugünkü AYB-ni müqayisə etmək yanlışdır” - Firuz Mustafa
Dünən, 16:26
Ermənistanla əlaqələri bərpa edən Pakistandan yeni həmlə
Dünən, 16:23
Milli Məclisin prosedur qaydalarında dəyişikliklər ediləcək
Dünən, 16:19
TƏBİB-də və İcbari Tibbi Sığorta Agentliyində yoxlamalar genişləndi - "Fitili" Hesablama Palatası çəkib
Dünən, 16:06
Azərbaycanda əməkhaqqı 80 qəpik artdı – Rəsmi
Dünən, 16:04
"DeFacto" Azərbaycandakı mağazalarını bağlayır?
Dünən, 15:59
“Azəriqaz” rəhbərinin səhhətində problemlər yaranıb, vəziyyəti ağırdır - xəstəxanaya yerləşdirilib
Dünən, 15:48
Aygün Kazımova tanınmış xanəndəni səhnədə pərt etdi: "Bu nə hörmətsizlikdir?" - VİDEO
Dünən, 15:45
Nazirlik və komitələrin birləşdirilməsi... - həm də büdcə QƏNAƏTİDİR...
Dünən, 15:41
Vüsal Kərimliyə yeni vəzifə verilib - BUNDAN SONRA...
Dünən, 15:34
Novxanı bağlarında ANTİSANİTARİYA: - Kanalizasiya suları Samur-Abşeron kanalına axıdılır
Dünən, 15:21
Qaradağın daş karxanaları elə bil DƏDƏ MALIDIR... - Başçının müavini İTTİHAM OLUNUR
Dünən, 15:19
Biləsuvar İcra Hakimiyyətinin tenderinə lisenziyası olmayan şirkət qatılıb: - Tender ləğv edildi
Dünən, 15:08
Millimizin baş məşqçisinə cinayət işi açılıb: Gömrük Komitəsini ittiham etdi - TƏFƏRRÜAT
Dünən, 15:02
“Erkən nikahla mübarizədə hər kəs məsuliyyət daşıyır” - Novella Cəfəroğlu
Dünən, 15:00
Məktəblərdə rüşvət, repetitor biznesi, pul yığımı... – Nazirliyin əndrabadi təhsil ANLAYIŞI
Dünən, 14:55
Yeni inqilab “silah”ı işə düşdü – Azərbaycanın iki qonşusu təhlükədə
Dünən, 14:52
Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq - Zülfüqarov
Dünən, 14:46
Mərkəzi Bank "SF Azerbaijan"ın vəzifəli şəxsini cərimələdi
Dünən, 14:44
Gürcüstanla quru sərhəd açıla bilər? - AKTUAL
Dünən, 14:42
Abbas Abbasov Rusiyadakı biznesini satıb - DETALLAR
Dünən, 14:33
Ermənistanda dövlət və kilsə qarşıdurması dərinləşir - “The Loot” portalı
Dünən, 14:27
Ukrayna Cənubi Qafqazda əsas tərəfdaş kimi Azərbaycana üstünlük verir
Dünən, 13:10
Aİ Rusiyanın SPFS sistemi ilə işləyən banklara sanksiya hazırlayır - KİV
Dünən, 13:08
Elman Nəsirovu İşçi Qrupuna salmadılar: Narazılıq etdi - "Nədənsə mən müraciət edəndə..."
Dünən, 13:06
"Ətirşah Lounge" qanunu pozdu, sahibi cərimə olundu - TƏFƏRRÜAT
Dünən, 13:05
"Nar" şəhid övladlarını sevindirdi - FOTOLAR
Dünən, 13:03
Tanınmış aktrisadan QALMAQALLI SÖZLƏR - “İndiki kişilər qız kimi naz edir”
Dünən, 12:58
Misli.az qanunları bilərəkdən, anlaqlı şəkildə pozur - Bəs bu hal nə qədər davam edəcək?...
Dünən, 12:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru