“Onun rişxəndlə gülməsi mənə çox pis təsir etdi” - QALMAQAL
Tarix: 31-01-2019, 09:03 | Çap et
 Amerikada yaşayan jurnalist Sevinc Osmanqızı ilə sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının yaradılmasının təşəbbüskarı, AMDP sədri İsgəndər Həmidov arasında son günlərdə yaranan qalmaqal səngimək bilmir. Qalmaqalın yaranmasına səbəb xanım jurnalistin internet üzərindən yayımlanan verilişinə İ.Həmidovu qonaq qismində çağırması və veriliş zamanı ona ünvanlandığı suallardır.
Yarım saatlıq verilişdə S.Osmanqızı tərəf kimi daha çox görünüb və açıq şəkildə AXH-ni hədəf alıb. Bu azmış kimi, verilişdən sonra o, müsahibəni sabiq nazirin 1993-cü ildə insident yaşadığı və kadrlara düşən bir videosu ilə paylaşıb və başlığa “Davakar İsgəndər Həmidov” yazıb. Bütün bunlardan sonra S.Osmanqızının jurnalist etikasını pozduğu barədə sərt qınaqlar, etirazlar səslənməyə başlayıb. Öz həmkarları onu daha çox qınayıblar.
Qalmaqalla bağlı “Yeni Müsavat”a danışan sabiq nazir bunun onun üçün gözlənilməz olduğunu söylədi: “Açığı, Sevinc xanım verilişə dəvət edəndə düşünürdüm ki, son zamanlar ölkədə baş verənləri müzakirə edəcəyik. Belə vəziyyətin yaranacağını təsəvvür etməzdim. Amma ilk suallarından başa düşdüm ki, bu insan haradansa 5-10 sual əzbərləyib. Gözləməzdim ki, belə olsun. İstənilən halda canlı yayımı tərk etməzdim. Bir də niyə tərk etməliydim ki? Nədən qorxuram, yaxud çəkinirəm? Çəkinəcəyim heç nə olmadığı üçün rahat idim. Onu da düşündüm ki, növbəti suallarda yəqin hər şey düzələr. Öz sözümü dedim. Nə qədər sual versəydi, hamısına cavabım var idi. Verdiyim cavablara göstərilən reaksiyalar da pis deyil. Sevinc xanımın sifariş yerinə yetirdiyini dəqiq deyə bilmərəm. Amma onda Azərbaycan Xalq Hərəkatına qarşı bir qısqanclıq gördüm. Özü də çox böyük qısqanclıq idi. Sanki bu hərəkatın yaranması kimlərisə narahat edir. Bu narahatlıq da yəqin ki, iqtidarda olar. Başqa kimlərdə olsun ki? Sevinc xanımın Milli Şura, konkret olaraq Əli Kərimlinin sifarişini yerinə yetirdiyi barədə fikirlərə rast gəlirəm. Amma mən bunu hiss etmədim, hiss edə də bilməzdim. Açığı, mənə daha çox elə gəldi ki, o, iqtidarın tapşırığını yerinə yetirir. Çünki onun suallarında iqtidarın narahatlığı daha çox hiss olunurdu. Onu dedi ki, 19 yanvardakı mitinqə Xalq Hərəkatı alternativ deyildi. Hərəkat zatən həmin mitinqdən öncə yaranmışdı. Çağırış edib o mitinqə qoşuldum və çıxış da etdim. Canlı yayımda isə bildirdim ki, biz heç kəsə, heç bir quruma qarşı alternativ hərəkat yaratmırıq. Bizim məqsəd və məramımız ölkəmizdə demokratik düşərgəni dəstəkləmək və demokratik cəmiyyət yaratmaqdır. Canlı yayımda nələri hiss etdimsə, onu da dedim”.
İ.Həmidov S.Osmanqızının canlı yayımın videosunu paylaşarkən əvvələ və axıra “Davakar İsgəndər Həmidov” başlıqlı təqdimatına da münasibət bildirdi: “Onun özünə dedim ki, əgər Azərbaycanda bütün bəlalar, çatışmazlıqlar mənim bir insidentimə görədirsə, özümü Xəzər dənizinə atmağa hazıram. Sevinc xanım bilmədi ki, hansı bostana girir sonu necə olacaq... Hər kəsə müraciət edirəm ki, o, xanımdır, çox üstünə getməyin. Onun düşüncəsi elədirsə, olsun. Onun nə üçün belə etdiyini hələ də düşünürəm və səbəbini anlaya bilmirəm. 10 ildə məni tapmamışdı, indi birdən-birə axtarıb tapıb, verilişə çıxarıb, belə suallar verməyi gözlənilməz oldu. Sevinc xanımla indiyə qədər aramızda heç bir soyuqluq olmayıb. Sevinc xanımın rəhmətlik atası Ayaz Mütəllibovun mətbuat xidmətinin rəhbəri idi. Allah ona rəhmət eləsin. Onun atası ilə aramızda ciddi bir soyuqluq olmayıb. Sadəcə, biz Xalq Cəbhəsində idik, Ayaz Mütəllibov isə iqtidar idi. Ayaza deyilən hər bir sözü Sevinc xanımın atası sanki öz üzərinə götürürdü. Sizləri tam əmin edirəm k, Sevinc xanımın suallarının o məsələlərə heç bir dəxli yoxdur. Sadəcə, sualları ancaq Xalq Hərəkatının yaranmasından doğan narahatlıqla bağlı idi. Çünki sualların hamısı Xalq Hərəkatının üzərində qurulmuşdu. Bu hərəkata görə narahat olanları isə anlamaq, sadəcə, çətindir. İqtidarın narahatlığı anlaşılandır. Sevinc xanımda yaranan narahatlığın səbəbi ondan soruşulsa daha yaxşı olar. Çünki ən doğru cavabı o verər. Jurnalist etikası baxımından Sevinc xanımın bu davranışlarını mətbuat təmsilçiləri dəyərləndirsələr daha düzgün olardı. Onun 71 yaşlı kişiyə belə suallar verərək, rişxəndlə gülməsi, açığı, mənə çox pis təsir etdi. Amma bu da Sevinc Osmanqızının öz şəxsi işidir. Eşitdiyim və bildiyim qədəri ilə jurnalistlərdən çoxu ona öz iradlarını bildiriblər. İstənilən halda, xanımdır, qürbətdə yaşayır. Allah köməyi olsun”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Bu gün, 14:30 |
|
|
|
| • Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Bu gün, 14:28 |
|
|
|
| • Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Bu gün, 14:05 |
|
|
|
| • "Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Bu gün, 13:59 |
|
|
|
| • Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Bu gün, 13:56 |
|
|
|
| • Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Bu gün, 13:54 |
|
|
|
| • Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Bu gün, 13:48 |
|
|
|
| • Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Bu gün, 13:36 |
|
|
|
| • Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00 |
|
|
|
| • Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59 |
|
|
|
| • Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57 |
|
|
|
| • 300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54 |
|
|
|
| • Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50 |
|
|
|
| • Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48 |
|
|
|
| • Azərbaycanlı politoloqlar İrəvana getdi - “News.am” portalı
Bu gün, 12:44 |
|
|
|
| • “NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib - FOTO
Bu gün, 12:42 |
|
|
|
| • Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi -FOTO
Bu gün, 12:22 |
|
|
|
| • Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu - FOTO
Bu gün, 12:20 |
|
|
|
| • Neytral ölkə erməni tərəfə keçdi – Daha bir anti-Azərbaycan yığıncağı
Bu gün, 12:18 |
|
|
|
| • Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir - Paşinyan
Bu gün, 12:16 |
|
|
|
| • Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub - ADLAR
Bu gün, 12:13 |
|
|
|
| • Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq?
Bu gün, 12:02 |
|
|
|
| • Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb
Bu gün, 12:00 |
|
|
|
| • “Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” - Ülviyyədən ETİRAF
Bu gün, 11:40 |
|
|
|
| • WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur
Bu gün, 11:37 |
|
|
|
| • Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva - Orxan Saffari yazır...
Bu gün, 11:30 |
|
|
|
| • “Dedi ana, mənə halallıq ver…”
Bu gün, 11:24 |
|
|
|
| • Simonyan Belarusa “əyalət” dedi - Minksdən cavab
Bu gün, 11:19 |
|
|
|
| • İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır - İNCƏLƏMƏ
Bu gün, 11:16 |
|
|
|
| • Xəstəxanalarda niyə uzun növbələr yaranır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 11:04 |
|
|
|
| • Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
| • İctimai nəqliyyatda ödəniş problemi - Bank kartları niyə bloklanır?
Bu gün, 10:56 |
|
|
|
| • Moskvada mobil internet söndürülüb
Bu gün, 10:50 |
|
|
|
| • “UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Bu gün, 10:38 |
|
|
|
| • Mal və qoyun əti KƏSKİN BAHALAŞACAQ
Bu gün, 10:34 |
|
|
|
| • Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:29 |
|
|
|
| • Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır - 165 ailə Mehriban Əliyeva və İnam Kərimovdan dəstək gözləyir
Bu gün, 10:24 |
|
|
|
| • Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: - “Bu cəfəngiyyatdır, bizim millət falçıya da inanır”
Bu gün, 10:20 |
|
|
|
| • Sayt rəhbəri yenidən məhkəmə qarşısında
Bu gün, 10:17 |
|
|
|
| • Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub - ƏMR
Bu gün, 10:10 |
|
|
|
| • Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu
Bu gün, 10:07 |
|
|
|
| • “Pulsuz” tibbi sığortanın pullu oyunu – milyardlar hara axır?
Bu gün, 10:02 |
|
|
|
| • Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı - MƏHKƏMƏ
Bu gün, 10:01 |
|
|
|
| • "Nə istəyirsiz bu millətdən?" - ETİRAZ VAR!
Bu gün, 09:59 |
|
|
|
| • İranın cənubunda bir neçə gəmi yanıb
Bu gün, 09:44 |
|
|
|
| • Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? - AÇIQLAMA
Bu gün, 09:43 |
|
|
|
| • Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar - FOTO
Bu gün, 09:39 |
|
|
|
| • Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi - KİV
Bu gün, 09:35 |
|
|
|
| • Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi
Bu gün, 09:31 |
|
|
|
| • "Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" - Almaniya mediası
Bu gün, 09:25 |
|
|
|
|