“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” .....                     AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi .....                     AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi .....                     Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb .....                     Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? .....                     "Səxavətin qorxusundan gözü açıq yatırdım" .....                     Azərbaycanda müğənni əməliyyatdan sonra öldü .....                     Paşinyan Bakıya belə gələcək .....                     Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır .....                     Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb .....                     Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb .....                     Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib .....                     Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb .....                     300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu .....                     Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır .....                     Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub .....                     Azərbaycanlı politoloqlar İrəvana getdi .....                     “NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib .....                     Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi .....                     Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu .....                     Neytral ölkə erməni tərəfə keçdi .....                     Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir .....                     Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub .....                     Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq? .....                     Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb .....                     “Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” .....                     WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur .....                     Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva .....                     “Dedi ana, mənə halallıq ver…” .....                     Simonyan Belarusa “əyalət” dedi .....                     İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır .....                     Xəstəxanalarda niyə uzun növbələr yaranır? .....                     Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI .....                     İctimai nəqliyyatda ödəniş problemi .....                     Moskvada mobil internet söndürülüb .....                     “UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır .....                     Mal və qoyun əti .....                     Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib .....                     Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır .....                     Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: .....                 

"Aydınlaşmalıdır ki, bu qurumlar hardan maliyyələşir və necə fəaliyyət göstərirlər" - Aynur Camalqızı
Tarix: 2-02-2019, 10:46 | Çap et
"Aydınlaşmalıdır ki, bu qurumlar hardan maliyyələşir və necə fəaliyyət göstərirlər"
Siyasi partiyalar hər il Mərkəzi Seçki Komissiyasına, hər rüb Vergilər Nazirliyi və DSMF-yə hesabatlar təqdim etməlidir. Bu hesabatlar, onların nəticələri niyə ictimaiyyətə açıqlanmır?

Bu sözləri Axar.az-a açıqlamasında politoloq, “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı deyib. Onun sözlərinə görə, hesabat təqdim etməyən və yaxud şəffaf fəaliyyət göstərməyən siyasi qurumların cərimələnməsi qanunvericiliklə nəzərdə tutulur:

“Mövcud qanunvericiliyə görə, maliyyə hesabatı verməyən və yaxud yanlış məlumat göndərən siyasi partiyalara maliyyə sanksiyaları tətbiq edilməli, vergi yoxlamaları aparılmalı, hətta qeydiyyat məsələsinin ləğvi gündəmə gəlməlidir. İndiyə qədər hansısa partiyanın sanksiyalarla üzləşdiyini müşahidə etməmişik və yaxud bu barədə məlumat ictimailəşdirilməyib. Səbəbi bizim üçün olduqca maraqlıdır”.

A.Camalqızı qeyd edib ki, bəzi radikal partiyaların maliyyə mənbələri haqda kifayət qədər ciddi ittihamlar səsləndirilir və bu, hətta Milli Məclis deputatlarının belə reaksiya verdiyi səviyyəyə çatıb:

“Məsələn, uzun müddətdir qərargahı olmayan AXCP-nin hansı prinsiplə və necə fəaliyyət göstərdiyi, necə maliyyə hesabatı verdiyi bizim üçün maraqlıdır. Əgər bu partiya qərargahının olmaması səbəbindən maliyyə hesabatları təqdim etmirsə və yaxud fəaliyyət göstərmədiyi haqda hesabat təqdim edirsə, onda Ədliyyə və Vergilər nazirliklərinin araşdırmasına böyük ehtiyac var. Çünki keçirdikləri kütləvi aksiyalara xərclənən maliyyənin haradan və necə əldə edildiyi göstərilməlidir. Ən azı plakatların hazırlanması, təbliğat vasitələri, sosial şəbəkələrdə reklamların verilməsi, səsgücləndirici qurğuların icarəsi, icarəyə götürülən avadanlıqların aksiya keçirilən əraziyə daşınması, aksiyanın təşkilat komitəsinin rabitə, nəqliyyat və digər xərcləri – mən hələ aksiya iştirakçılarına paylanan qeyri-rəsmi vəsaitlərdən danışmıram – ciddi maliyyə tələb edir. Bütün bunlar necə həll edilir? Bizim Ədliyyə və Vergilər nazirliklərindən bu məlumatları əldə etmək haqqımız var. Bu məlumatların sözügedən nazirliklərə təqdim edilməsi isə onların öhdəliyidir”.

A.Camalqızı qeyd edib ki, bu prosesdə şəffaflığın olmaması, naməlum maliyyə qaynaqları ciddi şübhələrin yaranmasına gətirib çıxarır:

“Aydınlaşmalıdır ki, bu qurumlar hardan maliyyələşir və necə fəaliyyət göstərirlər. Azərbaycan kifayət qədər həssas bölgədə yerləşir, müharibə şəraitindəyik və düşmən erməni diasporunun ölkəmizə qarşı müxtəlif beynəlxalq donor təşkilatları vasitəsilə fəaliyyət göstərdiyi vaxtaşırı ortaya çıxır. Biz necə əmin ola bilərik ki, onların maliyyələşmə mənbəyi erməni lobbisinə aid deyil?”

Politoloqun sözlərinə görə, son vaxtlar ölkə daxilində “5-ci kolon”un aktivləşdiyini hər kəs müşahidə edir:

“Təəssüflər olsun ki, onlar təkcə xaricdəki antiazərbaycan qüvvələrdən, erməni lobbisindən deyil, həm də Azərbaycanın imicinə zərbə vurmaq istəyən, xalqla prezident arasındakı inam, etimad bağını dağıtmaq istəyən ölkə içindəki bəzi qruplardan da bu və ya digər formada dəstək alırlar. Yanvarın 19-da Milli Şuranın aksiyasındakı cüzi artım da əslində o cəsarətin göstəricisi idi. Aydındır ki, ölkə başçısının ortaya qoyduğu genişmiqyaslı struktur islahatları bəzi qüvvələri sözün əsl mənasında narahat edir. Müxalifət vasitəsilə hakimiyyətə güc göstərmək istəyənlər anlamır ki, Azərbaycan xalqı ilə Prezident İlham Əliyev arasındakı birlik illərlə qazanııb. Bu birliyi və həmrəyliyi qırmağa onların nə gücü, nə də maliyyəsi yetər. Əslində, ictimai asayişin pozulması narahatlığı olmasaydı, müxalifətin yanvarın 26-da keçirəcəyi mitinqə də Bakı Şəhər İcra Hakimiyyəti icazə versəydi, inanın ki, Novxanıdakı mənzərənin “Məhsul”da şahidi olacaqdıq. 200-300 nəfərlik “möhtəşəm aksiya” ilə Əli Kərimli “meydan” oxuyacaqdı. Çünki 25 ildir bu proseslərin yaxından izləyənlər bilir ki, həmişə belə olub: mitinqlərə 2000 nəfərlə başlayan radikal müxalifət ikinci, üçüncü dəfədən sonra meydanda 200 nəfər iştirakçı ilə qalıb. Dünya dəyişir, inkişaf edir, radikallar isə 90-cı illərin əvvəllərində ilişib qalıb. Onlar anlamaq istəmir ki, bunca inkişaf yolu keçən Azərbaycanda çoxminli etiraz aksiyaları artıq arxivə gömülüb. O zaman Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, Qarabağ ağrısı ilə meydanlara gələn azərbaycanlılar söz deməyin, şikayət etməyin, etiraz etməyin daha sivil yollarını görürlər. Bu yol müxalifətin aksiyalarında bağırmaq deyil. Gözümüzün önündə onlarca örnəyi var bunun. “Azərenerji”nin ixtisara düşmüş əməkdaşlarının müraciətinə ölkənin Birinci vitse-prezidenti dərhal reaksiya verirsə, işdən çıxarılanlar anında işlə təmin olunursa, müxalifətin düzənlədiyi aksiyaya kim gəlsin və niyə gəlsin?”

A.Camalqızı bildirib ki, xalq Məhəmməd Əmin Rəsulzadənin, Əbülfəz Elçibəyin abidəsi önündə yalandan qışqıranların, bu böyük kişiləri “liderim” adlandıran şəxslərin mahiyyətinə son 25 ildə çox yaxından bələd olub:

“Həmin Elçibəy Əli Kərimlinin satqınlığı barədə nə demişdi? “Bir əlindən mən tutmuşam, bir əlindən hakimiyyət”. İndi “sizi qələbəyə özüm aparacam” deyə hətta yanaşı dayandığı partiya sədrlərini belə görməzlikdən gələn və saçı-saqqalı ağarmasına, müxalifətdə qocalmasına baxmayaraq, 30 ildir “iddialı gənc” olmaqda davam edən Ə.Kərimlinin şəxsi ambisiyalarına, ətrafındakıları daim güdaza vermək istedadına kim şübhə edir ki! Diqqət edirsinizsə, bu qrupun yanında bəzi beynəlxalq təşkilatların ayırdığı qrant layihələrlə çalışan 5-3 gəncdən başqa heç kim yoxdur. Ümumiyyətlə, heç bir ideoloji bazası, daxili və xarici siyasətə konseptual baxışı olmayan bir şəxsin yanında ömrünü müxalifətdə keçirdiyi üçün bu yaşda daha başqa bir işə yaramayan şəxslərdən başqa kim ola bilər?”

Politoloq sonda qeyd edib ki, partiyaların maliyyə şəffaflığı təmin edilərsə, onda “5-ci kolon” da gün işığına çıxar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyev
Bu gün, 14:37
AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi - TƏFƏRRÜAT
Bu gün, 14:36
AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Bu gün, 14:30
Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Bu gün, 14:28
Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Bu gün, 14:05
"Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Bu gün, 13:59
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Bu gün, 13:56
Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Bu gün, 13:54
Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Bu gün, 13:48
Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Bu gün, 13:36
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59
Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57
300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54
Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48
Azərbaycanlı politoloqlar İrəvana getdi - “News.am” portalı
Bu gün, 12:44
“NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib - FOTO
Bu gün, 12:42
Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi -FOTO
Bu gün, 12:22
Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu - FOTO
Bu gün, 12:20
Neytral ölkə erməni tərəfə keçdi – Daha bir anti-Azərbaycan yığıncağı
Bu gün, 12:18
Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir - Paşinyan
Bu gün, 12:16
Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub - ADLAR
Bu gün, 12:13
Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq?
Bu gün, 12:02
Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb
Bu gün, 12:00
“Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” - Ülviyyədən ETİRAF
Bu gün, 11:40
WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur
Bu gün, 11:37
Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva - Orxan Saffari yazır...
Bu gün, 11:30
“Dedi ana, mənə halallıq ver…”
Bu gün, 11:24
Simonyan Belarusa “əyalət” dedi - Minksdən cavab
Bu gün, 11:19
İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır - İNCƏLƏMƏ
Bu gün, 11:16
Xəstəxanalarda niyə uzun növbələr yaranır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 11:04
Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 10:57
İctimai nəqliyyatda ödəniş problemi - Bank kartları niyə bloklanır?
Bu gün, 10:56
Moskvada mobil internet söndürülüb
Bu gün, 10:50
“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Bu gün, 10:38
Mal və qoyun əti KƏSKİN BAHALAŞACAQ
Bu gün, 10:34
Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır - 165 ailə Mehriban Əliyeva və İnam Kərimovdan dəstək gözləyir
Bu gün, 10:24
Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: - “Bu cəfəngiyyatdır, bizim millət falçıya da inanır”
Bu gün, 10:20
Sayt rəhbəri yenidən məhkəmə qarşısında
Bu gün, 10:17
Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub - ƏMR
Bu gün, 10:10
Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu
Bu gün, 10:07
“Pulsuz” tibbi sığortanın pullu oyunu – milyardlar hara axır?
Bu gün, 10:02
Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı - MƏHKƏMƏ
Bu gün, 10:01
"Nə istəyirsiz bu millətdən?" - ETİRAZ VAR!
Bu gün, 09:59
İranın cənubunda bir neçə gəmi yanıb
Bu gün, 09:44
Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? - AÇIQLAMA
Bu gün, 09:43
Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar - FOTO
Bu gün, 09:39
Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi - KİV
Bu gün, 09:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru