AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi .....                     Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb .....                     Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? .....                     "Səxavətin qorxusundan gözü açıq yatırdım" .....                     Azərbaycanda müğənni əməliyyatdan sonra öldü .....                     Paşinyan Bakıya belə gələcək .....                     Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır .....                     Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb .....                     Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb .....                     Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib .....                     Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb .....                     300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu .....                     Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır .....                     Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub .....                     Azərbaycanlı politoloqlar İrəvana getdi .....                     “NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib .....                     Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi .....                     Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu .....                     Neytral ölkə erməni tərəfə keçdi .....                     Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir .....                     Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub .....                     Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq? .....                     Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb .....                     “Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” .....                     WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur .....                     Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva .....                     “Dedi ana, mənə halallıq ver…” .....                     Simonyan Belarusa “əyalət” dedi .....                     İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır .....                     Xəstəxanalarda niyə uzun növbələr yaranır? .....                     Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI .....                     İctimai nəqliyyatda ödəniş problemi .....                     Moskvada mobil internet söndürülüb .....                     “UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır .....                     Mal və qoyun əti .....                     Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib .....                     Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır .....                     Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: .....                     Sayt rəhbəri yenidən məhkəmə qarşısında .....                     Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub .....                 

"Bu tip addımların da bir qayda olaraq xaricdən atıldığı müşahidə olunur"
Tarix: 6-02-2019, 09:09 | Çap et
"Bu tip addımların da bir qayda olaraq xaricdən atıldığı müşahidə olunur"
Bir sıra deputatlar sosial şəbəkələrdən şikayətlənirlər. Onlar bir sıra insanların sosial şəbəkələrin imkanlarından sui-istifadə etdiklərini, təhqirlərlə məşğul olduqlarını bildirirlər və bu tendensiyanı durdurmağın yollarından biri kimi sosial şəbəkələrdə müəyyən məhdudiyyətlər yaradılmasının vacibliyini bəyan edirlər.

Müxalifətin və ictimai təşkilatların bu məsələyə münasibətinə gəlincə, AMİP katibi Əli Orucov “Yeni Müsavat”a bildirdi ki, doğrudan da sosial şəbəkələrdə təhqirlərə və insan şəxsiyyətini, ləyaqətini alçaldan ifadələrə yer verilir. Kimlərsə sanki bunu bilərəkdən edir ki, sosial şəbəkələrə həm inamsızlıq yaransın, həm də müəyyən məhdudiyyətlər qoyulması üçün bəhanələr yaransın: “Sosial şəbəkələrdə olan bu cür neqativ hallar təkcə deputatları deyil, ümumiyyətlə cəmiyyəti narahat edir. Sosial şəbəkələrdən sui-istifadəyə və təhqirlərə yol verənlərin şəxsiyyətini müəyyənləşdirmək, onlar barədə tədbir görmək bir qədər çətin olsa da, buna qarşı mübarizə aparılmalıdır. Onların əhatəsi maksimum daraldılmalıdır. Belə hallara qarşı hər kəs sərt davranmalıdır. Onların cəmiyyətə, insanlara qarşı hörmətsizliyinin qarşısı hamılıqla alınmalıdır”.

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu isə bildirdi ki, əslində sosial şəbəkələrdə yazılanlar, fikirlər həm insanların yaşadıqları sosial həyatı, həm də hər bir insanın mənəvi keyfiyyətlərini, tərbiyəsini nümayiş etdirir. Maraqlı, əhəmiyyətli fikirlər insanı düşündürür, tərbiyədən uzaq fikirlər, ifadələr isə etiraza səbəb olur. Bəzən insanlar iqtisadi çətinliklərini, üzləşdiyi problemləri söyüş yazmaqla ifadə edir.

Bəzən də haqsızlıqla üzləşəndə cavabları təhqiramiz ifadələrə əl atmaq olur. İnsanlar bəzən yanlış olaraq çıxış yolunu bu cür davranmaqda görürlər. Hər kəs sosial şəbəkələrdə sərbəst olduğu üçün istədiyi fikri yazır. Buna da məsuliyyət daşıyan yoxdur. Virtual münasibət getdikcə cəmiyyətə kök atır. Əlbəttə, söyüş cahillik əlamətidir. Sosial şəbəkələrdə bu olmamalıdır. İnsanlar bilməlidir ki, sosial şəbəkədəki imkanlardan söyüş söymək üçün sui-istifadə etmək olmaz, bunun da bir məsuliyyəti var".

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz də bildirib ki, son günlərdə sosial media resurslarında sui-istifadə hallarının, şayiə yönümlü və dezinformasiya xarakterli məlumatların yayılması hallarının nisbətən çoxaldığı müşahidə olunur. Ayrı-ayrı fərdi şəxslərə məxsus sosial media hesablarından mənasız, qeyri-qanuni video materiallar və bilərəkdən dezinformasiyalar paylaşılır: “Açıq-aşkar görünür ki, kimlərsə azərbaycandilli sosial media seqmentinə bu tip məlumatları sızdırmaqla ictimai fikri bu istiqamətə yönləndirmək istəyir. Bu tip addımların da bir qayda olaraq xaricdən atıldığı müşahidə olunur. Kimlərsə çalışır ki, bu tip zərərli informasiyalar ətrafında müzakirələr açılsın, ictimai-sosial qruplar buna münasibətlər bildirsinlər.

Güman ki, xaricdə də elə qruplar var, onlara da lazımdır ki, bəzi ölkələrdə olduğu kimi ölkəmizdə də sosial mediaya qarşı hökumət tərəfindən “balta” metodu tətbiq olunsun. Ötən gün də deputatlar bu məsələni növbəti dəfə müzakirəyə çıxarıblar.

Sosial medianı kökündən “baltalayan” ölkələrin üzləşdiyi problemlər hamımıza məlumdur.

Düşünürük ki, dezinformasiyalarda məqsəd həm də sosial medianın Azərbaycan seqmentini gözdən salmaq, mənasız müzakirələrə yönəltmək, parlamentin diqqətini zərərli kontinentə yönəltməklə daha sərt tədbirlərə rəvac vermək ola bilər. Xatırlatmaq istərdik ki, bizim hər birimizin, həmçinin də cəmiyyətimizin və dövlətimzin sosial mediaya və internetə daha çox ehtiyacı var. Son dövrlərdə ölkədə aparılan islahatlarla, global dünyanın çağırışları ilə rəqəmsallaşma və transformasiya sahəsində biz böyük hədəflərə çatmağı planlayırıq. Bu baxımdan fərqində olmalıyıq ki , bu cür resurslar bizim üçün ictimai bir platformadır, ictimai nəzarət imkanıdır, ictimai müzakirələr meydanıdır, kimlər üçünsə biznes və karyera imkanlarıdır, kimlər üçünsə informasiya mənbəyi və informasiya münasibələri vasitəsidir. Fikrimcə, ilk növbədə özümüz sosial medianın bizim üçün və cəmiyyət üçün əhəmiyyətini dəyərləndirərək sui-istifadə hallarının qaşısını almalıyıq. İctimai fikrin yanlış yönləndirilməsinə yol verməməliyk".

İqtisadçı-ekspert Rövşən Ağayev isə qeyd edib ki, təhqirin müdafiə olunacaq heç bir tərəfi yoxdur. Kimin etməsinin və harada edilməsinin də fərqi yoxdur: “Mənə görə öz ləyaqət və şərəfinə dəyər verən hər kəs təhqirdən uzaq durmağa çalışır. Hökumət çevrələrindən son zamanlar gələn çağırış odur ki, sosial şəbəkələrə nəzarət artırılmalıdır. Bəziləri hətta bağlamağı təklif edir. Axı bu, çıxış yolu deyil. Tutaq ki, sabah sosial şəbəkələrə çıxış qapadıldı. Xaricdə olan hər kəs təhqir dolu fikirlərini səsli mesajla eyni vaxtda ölkədəki onlarla insana göndərəcək, bu da ildırım sürəti ilə yüz minlərlə insan arasında yayılacaq. Sonra təklif gələcək ki, WatsApp da bağlansın ölkədə. Sosial şəbəkələrin ardınca bunu da bağladıq...

Yaxud youtube kanalı vasitəsilə yayacaqlar - yenə milyonlarla insan baxmağa qalxacaq. Bu dəfə təklif gələcək ki, youtube kanalına çıxış məhdudlaşdırılsın.

Bu da baş verəndən sonra insanlar kiminsə xaricdən göndəriyi söyüş mətnlərini email-la yüz minlərin arasında paylaşmağa çalışacaq. Bu dəfə bütövlükdə internetin qapadılması tələbləri səslənəcək. Amma bunların heç biri çıxış yolu deyil. Ölkədə demokratik mühit bərpa edilməlidir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Bu gün, 14:30
Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Bu gün, 14:28
Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Bu gün, 14:05
"Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Bu gün, 13:59
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Bu gün, 13:56
Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Bu gün, 13:54
Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Bu gün, 13:48
Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Bu gün, 13:36
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59
Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57
300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54
Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48
Azərbaycanlı politoloqlar İrəvana getdi - “News.am” portalı
Bu gün, 12:44
“NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib - FOTO
Bu gün, 12:42
Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi -FOTO
Bu gün, 12:22
Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu - FOTO
Bu gün, 12:20
Neytral ölkə erməni tərəfə keçdi – Daha bir anti-Azərbaycan yığıncağı
Bu gün, 12:18
Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir - Paşinyan
Bu gün, 12:16
Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub - ADLAR
Bu gün, 12:13
Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq?
Bu gün, 12:02
Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb
Bu gün, 12:00
“Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” - Ülviyyədən ETİRAF
Bu gün, 11:40
WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur
Bu gün, 11:37
Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva - Orxan Saffari yazır...
Bu gün, 11:30
“Dedi ana, mənə halallıq ver…”
Bu gün, 11:24
Simonyan Belarusa “əyalət” dedi - Minksdən cavab
Bu gün, 11:19
İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır - İNCƏLƏMƏ
Bu gün, 11:16
Xəstəxanalarda niyə uzun növbələr yaranır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 11:04
Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 10:57
İctimai nəqliyyatda ödəniş problemi - Bank kartları niyə bloklanır?
Bu gün, 10:56
Moskvada mobil internet söndürülüb
Bu gün, 10:50
“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Bu gün, 10:38
Mal və qoyun əti KƏSKİN BAHALAŞACAQ
Bu gün, 10:34
Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır - 165 ailə Mehriban Əliyeva və İnam Kərimovdan dəstək gözləyir
Bu gün, 10:24
Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: - “Bu cəfəngiyyatdır, bizim millət falçıya da inanır”
Bu gün, 10:20
Sayt rəhbəri yenidən məhkəmə qarşısında
Bu gün, 10:17
Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub - ƏMR
Bu gün, 10:10
Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu
Bu gün, 10:07
“Pulsuz” tibbi sığortanın pullu oyunu – milyardlar hara axır?
Bu gün, 10:02
Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı - MƏHKƏMƏ
Bu gün, 10:01
"Nə istəyirsiz bu millətdən?" - ETİRAZ VAR!
Bu gün, 09:59
İranın cənubunda bir neçə gəmi yanıb
Bu gün, 09:44
Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? - AÇIQLAMA
Bu gün, 09:43
Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar - FOTO
Bu gün, 09:39
Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi - KİV
Bu gün, 09:35
Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi
Bu gün, 09:31
"Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" - Almaniya mediası
Bu gün, 09:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru