Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? .....                     "Səxavətin qorxusundan gözü açıq yatırdım" .....                     Azərbaycanda müğənni əməliyyatdan sonra öldü .....                     Paşinyan Bakıya belə gələcək .....                     Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır .....                     Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb .....                     Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb .....                     Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib .....                     Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb .....                     300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu .....                     Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır .....                     Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub .....                     Azərbaycanlı politoloqlar İrəvana getdi .....                     “NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib .....                     Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi .....                     Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu .....                     Neytral ölkə erməni tərəfə keçdi .....                     Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir .....                     Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub .....                     Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq? .....                     Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb .....                     “Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” .....                     WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur .....                     Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva .....                     “Dedi ana, mənə halallıq ver…” .....                     Simonyan Belarusa “əyalət” dedi .....                     İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır .....                     Xəstəxanalarda niyə uzun növbələr yaranır? .....                     Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI .....                     İctimai nəqliyyatda ödəniş problemi .....                     Moskvada mobil internet söndürülüb .....                     “UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır .....                     Mal və qoyun əti .....                     Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib .....                     Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır .....                     Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: .....                     Sayt rəhbəri yenidən məhkəmə qarşısında .....                     Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub .....                     Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu .....                     “Pulsuz” tibbi sığortanın pullu oyunu .....                 

Hadı Rəcəblidən anonim trollara çağırış: - “Gəlin, üzbəüz danışaq”
Tarix: 24-09-2019, 10:39 | Çap et
Hadı Rəcəblidən anonim trollara çağırış:
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin (MM) komitə sədri Hadi Rəcəbli ilə müsahibəni çoxdan planlaşdırmışdıq. Lakin komitə rəhbəri Çin Xalq Respublikasına səfərin nəzərdə tutulduğunu deyərək, müsahibəni ertələməyi təklif etdi. Beləliklə, səfərdən sonra görüşümüz baş tutdu. Xatırladaq ki, səfər YAP-la Çin Kommunist Partiyası (ÇKP) arasında əlaqələrin qurulmasının 20 illiyi münasibətilə “Xalqların rifahı naminə” mövzusunda təşkil olunmuş konfransda iştirakla bağlı idi. Facebook-dakı şəxsi səhifəsində “Hər şey Azərbaycan üçün” qeydi ilə Çin səddindən fotolar paylaşan Hadi Rəcəbli ilə müsahibəni təqdim edirik:

- Hadi müəllim, sizin rəhbərliyinizlə böyük bir nümayəndə heyəti Çin Xalq Respublikasına səfər etmişdi. Bu səfərin ardınca Pekindən böyük bir nümayəndə heyəti Bakıya gəldi, perspektiv əlaqələrə dair açıqlamalar verildi. Elə bugünlərdə Çin nümayəndə heyəti Milli Məclis rəhbərliyi ilə görüşdü. Çin və Azərbaycan arasında bu intensiv əlaqələrin səbəbi nədir?

- Çox sağ olun ki, səfəri izləmisiniz. Çin Kommunist Partiyası YAP-ın bir qrup üzvünü Pekin və Şanxaya dəvət etmişdi. Onu deyim ki, dövlətçiliyimiz tarixində ilk dəfə belə, böyük nümayəndə heyəti Çinə getdi və çox maraqlı tərkib var idi. 19 nəfərin 7-si deputat idi, 6-sı YAP-ın təşkilat sədrləri idi. Vacib məsələ nə idi? 1949-cu ildə Çin Vətəndaş müharibəsində Çin Milli Partiyasının hakimiyyəti itirməsindən sonra ölkə Çin Kommunist Partiyası rəhbərliyinin əlinə keçib. Bununla da Çin Xalq Respublikası qurulub. Yəni biz kommunistlərin qurduğu Çin Xalq Respublikasının 70 illik yubileyi ərəfəsində bu ölkəyə getmişdik. 90 milyondan çox üzvü olan Çin Kommunist Partiyası sayca ondan kiçik olan, amma mahiyyətcə böyük olan YAP-la ən sıx əməkdaşlıq edən partiyalardan biridir. Bu, ondan xəbər verir ki, belə bir möhtəşəm partiya bizi qəbul edir, YAP-la hesablaşır, iş metodlarını bəyənir, onunla müzakirələr aparır. Bunun da kökündə duran məsələ bundan ibarətdir ki, ulu öndər Heydər Əliyevin o vaxtlar Çinə ilk səfəri oldu. Çin bizim ərazi bütövlüyümüzü ilk tanıyan dövlətlərdən biridir. Bu ölkə daim Azərbaycanın yanında olduğunu göstərib. Son vaxtlar Azərbaycan-Çin münasibətlərindəki sizin hiss etdiyiniz bu istiliyin bir səbəbi də budur ki, bu ilin 22-27 aprel tarixlərində möhtərəm prezidentimiz İlham Əliyev cənabları Çinə səfər edib. 60 dövlətin iştirakı nəzərdə tutulan “Bir qatar-bir yol” layihəsində Azərbaycanın xüsusi yeri görünür və Azərbaycan burada aparıcı dövlətlərdən biridir. Nə üçün? Böyük İpək yolu ideyasının ortaya qoyulmasında, çəkilməsində İlham Əliyev cənablarının mühüm təşəbbüsü olub. Bu gün yük qatarının işləməsi, Ələt limanının qurulması, yüklərin daşınması istiqamətində atılan addımlar sıradan məsələlər deyil. Elə bilirsiniz Çinin başqa marşrutları yoxdur? Amma Çinin bu yolu da seçməsi, qəbul etməsi Azərbaycan rəhbərliyinə olan münasibətdir, eyni zamanda ölkəmizlə əməkdaşlıq istəyidir.

- Hadı müəllim, artıq komitə səviyyəsində ilk toplantınızı keçirmisiniz. Sizin pensiyalar və uşaqpulu ilə bağlı fikirləriniz yenə də geniş müzakirələrə səbəb oldu. Prezidentin sərəncamları bu aydan icra olunur. Bundan sonra nələr gözlənilir?

- Biz iclasımızda yaz sessiyasını dəyərləndirdik. 20 iclasda 60-a yaxın qanuna əlavə və dəyişikliklər etmişdik. Bu dəyişikliklərin böyük bir qismi prezidentimizin təşəbbüsü ilə gəlmişdi. İndi biz gələn ilin büdcəsini gözləyirik. Payız sessiyasının gündəliyində “Turizm haqqında” qanun layihəsi müzakirə ediləcək, bu layihədə çox ciddi məsələlər var. Elə Çindən gələn 200 min turistə xidmət etmək sadə məsələ deyil. Əlbəttə, payız sessiyasının ən vacib məsələsi büdcə müzakirələri olacaq. Çox təəssüf ki, bu barədə az danışırıq. Bu addımlar atılandan sonra daha çox şeylər istəyirik, bu da qanunauyğunluqdur. Amma görülən işləri də unutmamalıyıq. Mən istəyirəm bunu bizim xalqımız bilsin: təkcə bu il prezidentin atdığı mütərəqqi addımlar nəticəsində 5 milyard manatlıq sosial müdafiə artırıldı! Büdcəmizdə olan 27 faizlik sosial müdafiə gəlib 40 faizə yaxınlaşdı, bunu biz dedik və yüksək qiymətləndirdik. Bununla yanaşı, onu da bildirdik ki, biz qarşıdakı müzakirələrdə bəzi məsələləri qaldıracağıq. Biz əmək haqqında, pensiyada yenə də artımın olmasını gözləyirik. Gələn ilin büdcəsində bunlar gözlənilir. Düzdür, qabaqcadan rəqəm demək, məlumat vermək tezdir. Amma gözlənilir.
- Uşaqpulu məsələsi necə olacaq?

- Sosial müdafiədə olan məqamları biz müzakirə edəcəyik. Burada ünvanlı yardım məsələsi var. Orada özünüməşğulluğa daha çox yer veririk. Bu gün sosial müdafiənin Azərbaycan modeli ünvanlı sosial yardımdır. Bunu kim, necə müzakirə edir, etsin. Amma bizim də fikirlərimiz olacaq, bu barədə danışmışıq. Bu gün bizim komitədə, sosial müdafiə qolunda ailə, ana, uşaq sosial müdafiəsi mövzusu var. Bu mövzu bizim gündəmdə həmişə var. bundan sonra da olacaq. Amma biz ünvanlı yardım sistemini dağıdıb, başqa sistem qurmaq ideyasını nə ortaya qoyuruq, nə də o haqda danışırıq. Bütövlükdə biz yenə də sosial müdafiədə olan o qolu da müzakirə edirik və yenə də müzakirə edəcəyik. Siz görəcəksiniz ki, burada yenə də pozitiv addımlar olacaq. Xoşa gəlmək, populizm naminə qışqırmaq, danışmaq lazım deyil! Açığını deyim, biz prezidentimizdən çox şey istəyirik. Prezidentimiz xalqımızı bizdən qat-qat çox istəyir, onun atdığı addımların, səfərlərinin, görüşlərinin kökündə Azərbaycan vətəndaşı durur. Elə bizim Çinə səfərimiz zamanı konfransın adı “Xalqın rifahı naminə” idi. Onların və bizim gördüyümüz işlər. Çinlilər bizim bu istiqamətdəki modelin böyük hissəsini qəbul etdilər. Hətta bunlardan faydalanmaq üçün bizə müraciət etdilər. Yəni bu gün xalqın rifahı ön plandadır. Kim nə deyir-desin, gələn il büdcəmizdən sosial müdafiəyə əlavə 5 milyard manatlıq vəsait yönəldilibsə, bu da büdcənin 40 faizə qədərini təşkil edirsə, biz bunu necə deməyək? Bunu deməliyik və ardını da gözləyirik. Bunun davamı hökmən olasıdır.

- Dövlətin yükünü azaltmağın bir yolu da özəl sektorun inkişaf etdirilməsi, yeni istehsal müəssisələrinin yaradılması, iş yerlərinin açılmasıdır. Bir çox hallarda eşidirik ki, imkanlı adamlar, sahibkarlar pulunu xaricə çıxarmağa, ölkə kənarına investisiya qoymağa meyllənir. Hansı ki, sahibkarlığın inkişafı ilə bağlı güzəştlər də tətbiq edilir. Bunun səbəbi nədir?

- Bütövlükdə mən də bunun əleyhinəyəm. Amma bizim ölkəmizdə də yatırım qoyanlar az deyil, prezidentimiz çağırış edib. Nə olar, qoy burada da yatırım qoysun, xaricdə də... Vergidə, gömrükdə islahatlar aparıldı, sahibkarlıqda qeydə alınma ilə bağlı, özəl sektorda işləyənlərdən vergi tutulması ilə bağlı islahatlar aparıldı. Məqsəd nədir: sənin dediyin, vəsaiti xaricə aparma, burada qoy!

Trollar yazırlar e... Gərək biz sahibkardan düşmən obrazı yaratmayaq, onu ruhlandıraq, həyat yolunu açaq, bilinsin ki, o hansı çətinliklərdən keçib. Yenə də gələk müxalifət-iqtidar debatlarına, söyüşlərə, dağıdıcı mövqelərə... “Adamları çağıraq, sökək, sındıraq, dağıdaq” ... Dünya təcrübəsi göstərir ki, bu, heç bir fayda verməyib. Deputatdan düşmən obrazı formalaşdırmaq cəhdləri də görürük... Deputatdır, seçilib. Mənim seçicilərim bilirsən necə qırğın salırlar, nə ixtiyarın var mənim deputatımı təhqir edirsən, onun ünvanına yalan deyirsən?! Neyləyək, necə edək? Yola veririk, dözürük.

Biz çalışmalıyıq ki, Azərbaycan vətəndaşında əməyə, işləməyə, sahibkarlıq fəaliyyətinə məhəbbət yaradaq və ona kömək edək, yardımçı olaq. İcra başçıları da, vergi, gömrük sistemi də... Bu gün mənim prezidentimin istəyi budur. Gəlin biz bu işləri həyata keçirək. Görürsünüz vergidə, gömrükdəki dəyişikliklər nə qədər gəlir gətirdi? Zamana ehtiyacı olan məsələlər də var. Mən “Savalan” çaxırının dünyadakı şöhrətindən danışdım. Hələ digər ekoloji təmiz məhsullarımız da var. Mən bu arada 6 ölkədə olmuşam, ABŞ-da, Belarusda, Vyetnamda, Çində, İranda və s. Görüb, müqayisə etməyə imkanlarım yaranıb. Mənim yenə də o trollara, dövlətin əleyhinə çalışan adamlara çağırışım nədir? Gəlin, üzbəüz danışaq! Fəzail Ağamalının, Çingiz Qənizadənin keçirdiyi müzakirələri təqdir edirəm. Anonim yazmaq nədir axı? Mən səni görmürəm, tanımıram, amma sən mənim haqqımda ağzına gələni yazırsan! Sən gəl, məni gör, tanı, bir söhbət edək, bəlkə heç bu yazdıqların doğru deyil.

- Son zamanlar xarici müdaxilədən, xarici təhlükələrdən çox danışılır. Sizdə bu məsələlərlə bağlı xüsusi narahatlıq varmı?

- Xaricdən bizə qarşı aparılan kampaniyaların şahidi olursunuz. Kim desə də, mən inanmaram ki, onlar xaricdən maliyyələşmirlər, idarə olunmurlar. Bu, mümkün deyil! Orada oturan adamların 99 faizi maliyyələşir və bizim dövlətimizin əleyhinə kampaniya aparır. Dünya güclərinin apardığı siyasətə baxın, dağıdıblar, məhv ediblər bəzi ölkələri. Suriya, Livana, elə Gürcüstana, Ukraynaya baxın. Biz çağırış edirik ki, debatlara çıxaq. Məni çağırın, gəlim çıxış edim. Necə ki, sizə müsahibə verirəm, bəzi fikirlərinizlə razılaşıram, onlarla da eləcə... Mən dialoqa tam hazıram. Məni söyən, haqqımda fantaziyalar yayanları çağırıram, 10 nəfər gəlsin, yazılsın qəbuluma, özü də böyük məmnuniyyətlə onlar üçün çay süfrəsi də açaram. Amma bir şərtlə ki, mən də danışım, onlar da. Deyəcəksən ki, filan yerdə filan şey yazmışdılar, vəssalam, onda danışmağın mənası yoxdur. Hamıya çağırış edirəm, gəlin müzakirələr aparaq! Məgər bu gün Amerikada hər şey “yağ kimi”dir? Amerika, Fransada niyə korrupsiyaya qarşı mübarizə idarəsi var? Hər şey “yağ kimi”dirsə, niyə var? Cəmiyyət olan yerdə problemdə olur, nöqsan da olur, biz bunu inkar etmirik. Amma görülən işləri, əhalinin sosial müdafiəsinə dövlətin ayırdığı 5 milyardlıq vəsaiti görməmək, məncə, allahsızlıqdır.

(davamı növbəti sayımızda)
FOTO: “Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Bu gün, 14:05
"Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Bu gün, 13:59
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Bu gün, 13:56
Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Bu gün, 13:54
Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Bu gün, 13:48
Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Bu gün, 13:36
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59
Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57
300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54
Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48
Azərbaycanlı politoloqlar İrəvana getdi - “News.am” portalı
Bu gün, 12:44
“NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib - FOTO
Bu gün, 12:42
Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi -FOTO
Bu gün, 12:22
Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu - FOTO
Bu gün, 12:20
Neytral ölkə erməni tərəfə keçdi – Daha bir anti-Azərbaycan yığıncağı
Bu gün, 12:18
Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir - Paşinyan
Bu gün, 12:16
Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub - ADLAR
Bu gün, 12:13
Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq?
Bu gün, 12:02
Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb
Bu gün, 12:00
“Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” - Ülviyyədən ETİRAF
Bu gün, 11:40
WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur
Bu gün, 11:37
Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva - Orxan Saffari yazır...
Bu gün, 11:30
“Dedi ana, mənə halallıq ver…”
Bu gün, 11:24
Simonyan Belarusa “əyalət” dedi - Minksdən cavab
Bu gün, 11:19
İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır - İNCƏLƏMƏ
Bu gün, 11:16
Xəstəxanalarda niyə uzun növbələr yaranır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 11:04
Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 10:57
İctimai nəqliyyatda ödəniş problemi - Bank kartları niyə bloklanır?
Bu gün, 10:56
Moskvada mobil internet söndürülüb
Bu gün, 10:50
“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Bu gün, 10:38
Mal və qoyun əti KƏSKİN BAHALAŞACAQ
Bu gün, 10:34
Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır - 165 ailə Mehriban Əliyeva və İnam Kərimovdan dəstək gözləyir
Bu gün, 10:24
Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: - “Bu cəfəngiyyatdır, bizim millət falçıya da inanır”
Bu gün, 10:20
Sayt rəhbəri yenidən məhkəmə qarşısında
Bu gün, 10:17
Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub - ƏMR
Bu gün, 10:10
Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu
Bu gün, 10:07
“Pulsuz” tibbi sığortanın pullu oyunu – milyardlar hara axır?
Bu gün, 10:02
Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı - MƏHKƏMƏ
Bu gün, 10:01
"Nə istəyirsiz bu millətdən?" - ETİRAZ VAR!
Bu gün, 09:59
İranın cənubunda bir neçə gəmi yanıb
Bu gün, 09:44
Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? - AÇIQLAMA
Bu gün, 09:43
Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar - FOTO
Bu gün, 09:39
Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi - KİV
Bu gün, 09:35
Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi
Bu gün, 09:31
"Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" - Almaniya mediası
Bu gün, 09:25
Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü
Bu gün, 08:18
400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı - TƏFƏRRÜAT
Bu gün, 08:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru