"Bəzi yüksək vəzifəli məmurlar mənə təzyiq edirdi ki, bu qurumu qapadım" .....                     Merts ABŞ qoşunlarının Almaniyadan çıxarılması qərarına təəccüblənməyib .....                     Mingəçevirdə üzr istəyəsi bir nəfər varsa... .....                     Azərbaycanın Avropadakı rolu... .....                     Neft sürətlə ucuzlaşdı .....                     “Prime Cotton”un Baş icraçı direktoru İŞDƏN AZAD EDİLİB .....                     Əgər Ermənistan yeni bir məğlubiyyətlə üzləşmək istəmirsə... .....                     Xalq artistinin adını atası qonşuya görə dəyişibmiş .....                     Deputat Günay Ağamalı marafona 900 avroluq çanta ilə qatılıbmış .....                     Merts Trampın rüsumlarını Avropaya zərbə adlandırıb .....                     İran ABŞ-nin uran və Hörmüz boğazı ilə bağlı təkliflərini qəbul etməyib .....                     Xameneinin müşaviri: .....                     Separatçıların ailələri Bakıya gəlmək istəyir .....                     “Üç dəfə nazir dəyişdirildi, heç birinin qəbuluna düşə bilmədim, Yaşara o diqqəti görmürəm, söz versələr də...” .....                     Rusiya qazından iki dəfə baha olsa da: Azərbaycan qazını alırlar .....                     İran neft hasilatını azaltmağa başlayıb .....                     Xamenei “müdafiə xətti”ni yardı .....                     SEPAH-dan şübhəli anons .....                     Şimali Makedoniyada Azərbaycan qazının payı Rusiyanı üstələyib .....                     Ukraynanın hücumunun üç əsas elementi: .....                     Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək .....                     Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir .....                     'Əli və Nino'da müştəriyə 'ƏLİ-VƏLİ DAĞI'... .....                     27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir... .....                     SOCAR-da qanunlara zidd İXTİSAR DALĞASI... .....                     ""Məişət narkomaniyası"nı şagirdlər arasında 50 qəpiklə onlar yayır" .....                     Həbsdə olan jurnalistdə ağır xəstəlik aşkarlandı .....                     Kurbanovlar “klanının” yeni qurbanları: “Leyla Medical Center” və… .....                     Yeni ayda köhnə ənənə: Bu məhsullar bahalaşacaq .....                     Nazir buralara mütləq nəzər salmalıdır... .....                     Kənd təsərrüfatı: Subsidiyalaşdırma niyə effekt vermir? .....                     “Krokus Siti Holl” terror aktını törədənlər xaricdən idarə olunub .....                     Masallıda icra başçısının TENDER ORTAQLARI .....                     "Kapital Bank" və "BakıKart" maliyyə maxinasiyası .....                     Sülhü “baltalayan” əl .....                     Paşinyan “tarixi hadisə”dən danışdı: regionda həqiqətən yeni dövr başlayır? .....                     Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır? .....                     "Bu dəyişikliklər yalnız qadın və kişilər arasında deyil" .....                     Əlverişsiz hava məhsuldarlığa necə təsir edəcək? .....                     Deputat oğlunun "iki fərqli həyatı" .....                 

“İnqilabi dəyişikliklərin olmasını arzulayıram və gözləyirəm” - deputat
Tarix: 30-07-2020, 09:00 | Çap et
“İnqilabi dəyişikliklərin olmasını arzulayıram və gözləyirəm”
İctimaiyyət nümayəndələrinin, ekspertlərin yeni təhsil naziri haqda rəyləri necədir? “Yeni Müsavat”ın bu sualına cavab verən millət vəkili Fazil Mustafa “Təbii ki, ölkə prezidentinin bu təyinata dair öz mülahizələri, məqsədləri var və onlarla kadrın arasından Emin bəy üzərində dayanıbsa, bu, o deməkdir, onun kimliyi, peşəkarlığı, siyasi yetkinliyi və bilgi tutumu üzərində ciddi araşdırma aparılıb və yekun nəticəyə gəlinib”, - deyə qeyd etdi: “Bu təyinatdan sonra insanlar standart ifadələri bir-birinin ardınca həmişəki kimi işlədirlər, sevindiklərini büruzə verən statuslar yazırlar, cəmiyyətə ümidverici mesajlar verirlər ki, təhsilimizdə hər şey yaxşıya doğru dəyişəcək.

Təbiidir ki, illərdir təhsil problemlərinin içində olan, yenilikçi baxışları ilə seçilən nisbətən gənc bir məmurun bu vəzifəyə təyinatı ümidverici aura yaratmalıdır".

Fazil Mustafa yeni təhsil nazirindən gözləntilərini də qeyd edib: “Mənim anlayışıma görə, Təhsil Nazirliyi ölkənin Müdafiə Nazirliyindən də önəmli bir dövlət qurumudur. Məhz təhsil siyasəti sağlam zəmində aparılmayan bir ölkənin müdafiə sistemi də arzulanan səviyyədə ola bilməz. Bu, yeganə sahədir ki, inqilabi dəyişikliklərin olmasını arzulayıram və gözləyirəm. Toplumumuzun indiki təhsil anlayışını və sistemini söküb yenidən və həm də böyük sürətlə yenidən yığmaq lazımdır. Təhsilin mənası, hədəfi dəyişməlidir. Təcili elm sahələri ilə birləşdirilmiş təhsil infrastrukturu yaradılmalıdır.

Əslində bizim günümüzün təhsili elmlə arasında uçurum yaradılmış təhsildir. Uşaq bağçasından, məktəbəqədər təhsildən tutmuş ali təhsilə qədər dəyərlər və hədəflər doğru müəyyən olunmalıdır.

Xüsusilə də üç sahədə köklü dəyişikliklər vacibdir: Pedaqoji, tibb və hüquq. Tədqiqat universiteti modelini qurmaq zəruridir. Müharibə şəraitində yaşamağa məhkum olmuş dövlətin xarakterinə uyğun olaraq orta məktəblərdə bütün oğlanlar və qızlar üçün hərbi dərslər bərpa olunmalıdır. Obyektivliyi ilə tanınan mütəxəssislərdən ibarət xüsusi komissiya yaradılmalıdır. Xaricdə ölkəmiz üçün vacib ixtisaslarda təhsil alan xüsusi istedadlı bakalavr, magistr və doktorantlar müəyyənləşdirilib dövlət dəstəyi ilə təmin olunmalıdırlar".

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a açıqlamasında yeni naziri yaxından tanıdığını deyib:

“Emin Əmrullayevi 6 ildir ki, tanıyıram. Kifayət qədər təhsil bilicisidir, təhsildəki proseslərdən xəbərdardır. İnanıram ki, vətəndaşların müraciətlərinin cavablandırılması qısa müddətdə həyata keçiriləcək”.

Kamran Əsədov yeni təhsil nazirindən gözləntilərini də qeyd edib: “Dərsliklərin şagirdlərin yaş xüsusiyyətinə və psixologiyasına uyğun olmadığı ortadadır. Yeni dərslik mərkəzi yaradılmalıdır. Ali təhsil müəssisələrimiz dünya reytinqində yoxdur. Azərbaycana xarici ölkələrdən gələn tələbə sayı azdır. Bu istiqamətdə əməli addımlar atılmalıdır. Həmçinin müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində də işlər görülməlidir. Məsələn, 1 ştat dərs yükünün 18 saat deyil, 12 saat edilməsi istiqamətində addımlar atılmalıdır. Bölgələrə müəllimlərin işləməyə getməsi üçün stimullaşdırıcı tədbirlərin əhatə dairəsi genişlənməlidir. Müəllimlərin, direktorların, direktor müavinlərinin işə qəbulu prosesində ciddi dəyişikliklərə ehtiyac var. DİM tərəfindən həyata keçirilən qəbul və buraxılış imtahanlarında Təhsil Nazirliyinin rolunu, fəaliyyətini ancaq nəticələr elan olunanda görürdük. Bu istiqamətdə daha aktiv işlərin görülməsi zəruridir. Elektron məktəb, elektron universitet layihələri həyata keçirilməlidir. Nəticələri illərdir yaxşı olmayan məktəblərin bütün kollektivi xüsusi attestasiyadan keçirilməli, lazım olarsa yerləri dəyişdirilməlidir”.

Təhsil eksperti Məlahət Mürşüdlü də qeyd etdi ki, yeni təhsil naziri Emin Əmrullayevi yaxından tanıyır:

“Onunla 2013-cü ildə bir layihədə işləmişik. Çox müasir düşüncəli gənc, islahatçıdır. 2013-cü ildə həyata keçirilən istər struktur dəyişikliklərdə, istərsə də şagird biliklərinin qiymətləndirilməsi, layihələrin verilib-işlənməsi və digər məsələlərdə Emin Əmrullayev çox mühüm, hətta deyərdim aparıcı rol oynayıb. O, təhsil problemlərini çox gözəl bilir. Həmçinin araşdırmalar, müqayisəli təhlillər, təqdimatlar ona xas olan keyfiyyətlərdir.

Beləliklə də Emin Əmrullayevin təhsil naziri təyin olunmasını alqışlayıram. Hesab edirəm ki, bu, yerində olan bir təyinatdır. Dinamik, mobil, çevik hərəkət edən təşkilatçıdır.

Əlbəttə ki, Təhsil Nazirliyində görüləcək, yarımçıq qalmış xeyli işlər, islahatlar var. Xüsusən də təhsilin keyfiyyəti, dərsliklərin yenidən işlənməsi, müəllim kadrlarının daha da inkişafı, peşəkarlıq səviyyəsinin artırılması istiqamətində işlər var. Düşünürəm ki, Emin Əmrullayev bütün bu işlərin öhdəsindən gələcək, çünki özü də həmin islahatların başlamasında fəal iştirak edib".

Məlahət Mürşüdlü Təhsil Nazirliyində yarımçıq qalmış və öz həllini tapmalı olan məsələləri bir daha vurğulayıb:

“Məsələn, 2014-cü ildə Regional Təhsil Şöbəsinin yaradılması ilə bağlı qərar verilmişdi, lakin nədənsə bu qərarın icrası dayandırıldı. Düşünürəm ki, Pedaqoji Universitetin nəzdində müəllimlərin peşəkarlıq səviyyəsini artırmaq üçün inkişaf mərkəzinin açılması zəruridir. Sirr deyil ki, müəllimlərimiz məktəbə hazır vəziyyətdə gələ bilmirlər. Yəni, valideynlərlə işləyə, ünsiyyət yarada bilmirlər. Yəni müəllimlərə bilik verilsə də, sosial bacarıqlar kifayət qədər verilmir. Düşünürəm ki, qeyd etdiyim mərkəzlər açılsa, müəllimlərin bir növ pedaqoji internatı da dəyişər.

Daha sonra dərsliklərin, xüsusən də humanitar, ədəbiyyat, tarix dərslikləri artıq müasir standartlara cavab verən dərsliklər olmalıdır. Məsələn, ədəbiyyat fənnindən “Leyli və Məcnun”u götürək. Axı şagirdlər nə qədər Leyli və Məcnunun nakam eşqinə şahidlik edib, qəm çəkməlidirlər? Nizaminin, Nəsiminin əsərlərinə baxış dəyişməlidir və sairə".

İctimai fəal Bəxtiyar Hacıyev isə qeyd edib ki, yeni təhsil naziri 15 ildən artıqdır ki, gənclər və təhsil sektorundadır. O, bir çox gənclə birlikdə müxtəlif layihələrdə, o cümlədən təhsil sahəsindəki layihələrdə birgə çalışıb, hər zaman ətrafında onu tanıyanlar tərəfindən müsbət insan kimi xarakterizə edilir: “Mən də onu bu günə qədər yaxşı insan kimi, vətənimizi və vətəndaşlarımızı sevən bir gənc kimi tanımışam. Bu baxımdan onun nazir təyin olunmasına insan olaraq sevindim və bunu təqdir edirəm.

Ancaq bu barədə yazdıqda sosial şəbəkə istifadəçiləri əvvəllər də gənc kadrların təyin edildiklərini, lakin ciddi dəyişikliklər baş vermədiyini bildirib, bu təyinata müsbət yanaşanları, o cümlədən məni də tənqid etdilər. Onları da anlayıram. Keçmişdə bəzi ümidlər həqiqətən də puç olub. Ümumilikdə vətəndaşların hakimiyyətə və sistemə etibarsızlığı var və bu da yeni nazirin üzərinə daha böyük bir məsuliyyət qoyur. Yeni nazir bu ümidləri doğrultmaq istiqamətində səlahiyyətləri çərçivəsində bütün imkanlardan istifadə etməlidir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bəzi yüksək vəzifəli məmurlar mənə təzyiq edirdi ki, bu qurumu qapadım" - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:19
Merts ABŞ qoşunlarının Almaniyadan çıxarılması qərarına təəccüblənməyib
Bu gün, 06:04
Mingəçevirdə üzr istəyəsi bir nəfər varsa... - ETİRAZ
Bu gün, 06:02
Azərbaycanın Avropadakı rolu... - ŞƏRH
Bu gün, 05:46
Neft sürətlə ucuzlaşdı - KİV
Bu gün, 05:44
“Prime Cotton”un Baş icraçı direktoru İŞDƏN AZAD EDİLİB - BUNDAN SONRA...
Bu gün, 05:37
Əgər Ermənistan yeni bir məğlubiyyətlə üzləşmək istəmirsə... - AKTUAL
Bu gün, 05:22
Xalq artistinin adını atası qonşuya görə dəyişibmiş
Bu gün, 05:19
Deputat Günay Ağamalı marafona 900 avroluq çanta ilə qatılıbmış — Məşhur marka (FOTOLAR)
Bu gün, 05:14
Merts Trampın rüsumlarını Avropaya zərbə adlandırıb
Bu gün, 05:08
İran ABŞ-nin uran və Hörmüz boğazı ilə bağlı təkliflərini qəbul etməyib - "Fars" agentliyi
Bu gün, 05:05
Xameneinin müşaviri: - İran ABŞ gəmilərini məhv edə bilər
Dünən, 19:40
Separatçıların ailələri Bakıya gəlmək istəyir - İrəvandan səslənən iddialara sərrast cavablar
Dünən, 19:37
“Üç dəfə nazir dəyişdirildi, heç birinin qəbuluna düşə bilmədim, Yaşara o diqqəti görmürəm, söz versələr də...”
Dünən, 12:23
Rusiya qazından iki dəfə baha olsa da: Azərbaycan qazını alırlar - KİV
Dünən, 12:20
İran neft hasilatını azaltmağa başlayıb - Anbarlarda yer qalmayıb
Dünən, 12:16
Xamenei “müdafiə xətti”ni yardı – Fantastik rəqəm üzə çıxdı
Dünən, 12:14
SEPAH-dan şübhəli anons - “Xamenei müəyyənləşdirəcək” deyildi, lakin…
Dünən, 10:14
Şimali Makedoniyada Azərbaycan qazının payı Rusiyanı üstələyib
Dünən, 10:12
Ukraynanın hücumunun üç əsas elementi: - Rusiya gizlədir...
Dünən, 10:10
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək
Dünən, 10:07
Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir - WP
Dünən, 08:44
'Əli və Nino'da müştəriyə 'ƏLİ-VƏLİ DAĞI'... - GİLEY
Dünən, 08:41
27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir... - ƏN YAXIN TARİX...
Dünən, 08:28
SOCAR-da qanunlara zidd İXTİSAR DALĞASI... - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 08:25
""Məişət narkomaniyası"nı şagirdlər arasında 50 qəpiklə onlar yayır" - Ekspert deyir ki...
Dünən, 07:43
Həbsdə olan jurnalistdə ağır xəstəlik aşkarlandı - MÜRACİƏT
Dünən, 07:41
Kurbanovlar “klanının” yeni qurbanları: “Leyla Medical Center” və… - İLGİNC İDDİALAR
Dünən, 07:39
Yeni ayda köhnə ənənə: Bu məhsullar bahalaşacaq - BELƏ HARA GEDİRİK?
Dünən, 07:26
Nazir buralara mütləq nəzər salmalıdır... - İLGİNC FAKTLAR
Dünən, 07:24
Kənd təsərrüfatı: Subsidiyalaşdırma niyə effekt vermir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:05
“Krokus Siti Holl” terror aktını törədənlər xaricdən idarə olunub - TASS
Dünən, 07:03
Masallıda icra başçısının TENDER ORTAQLARI - SİYAHI
Dünən, 07:01
"Kapital Bank" və "BakıKart" maliyyə maxinasiyası - YÜZLƏRLƏ İNSANIN KARTINDAN 0.60 AZN SİLİNİR
Dünən, 06:56
Sülhü “baltalayan” əl - Görünəni odur ki...
Dünən, 06:48
Paşinyan “tarixi hadisə”dən danışdı: regionda həqiqətən yeni dövr başlayır? - İNCƏLƏMƏ
Dünən, 06:47
Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır? - GƏLİŞMƏ
Dünən, 06:44
"Bu dəyişikliklər yalnız qadın və kişilər arasında deyil" - deputat
Dünən, 06:43
Əlverişsiz hava məhsuldarlığa necə təsir edəcək? - AKTUAL
Dünən, 06:39
Deputat oğlunun "iki fərqli həyatı" - Eyni illərdə həm Bakıda sədr müavini, həm də xaricdə diplomat?
Dünən, 06:35
KXDR ABŞ-nin kibertəhdid iddialarını böhtan adlandırdı
Dünən, 06:25
Bu saxta xəbərləri kim(lər) və niyə yayır? - ARAŞDIRMA
Dünən, 06:23
İran ABŞ-dan atəşkəslə bağlı cavab gözləyir - AÇIQLAMA
Dünən, 06:18
Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb - Zelenski
2-05-2026, 12:50
Eşqi Bağırov bu KOLXOZ üsulu ilə KİMİ ALDADIR Kİ?.. - HƏQİQƏTƏN DƏ...
2-05-2026, 12:49
“VƏTƏNDAŞ “KREDİT VERGİSİ” ALTINDA ƏZİLİR...” - Ekspert kredit faizlərinin yüksək olmasını ŞƏRH ETDİ
2-05-2026, 12:43
Azərbaycan bu qədər ərazini alıb, bu qədərini isə Ermənistana verib - Ermənilər xəritə yaydılar
2-05-2026, 12:31
Şagirdlər arasında güc nümayişi – Məktəblər zəiflərin kabusuna çevrilir?
2-05-2026, 12:24
“Efir qadağası mənə aid olmalı deyil, bizi tarixdən silə bilməyəcəksiz” - Samirə Yusifqızından ETİRAZ
2-05-2026, 12:19
Paşinyan Rusiyadakı xeyli erməninin Ermənistana girişini qadağan etdi -SƏBƏB?..
2-05-2026, 12:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru