Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir .....                     'Əli və Nino'da müştəriyə 'ƏLİ-VƏLİ DAĞI'... .....                     27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir... .....                     SOCAR-da qanunlara zidd İXTİSAR DALĞASI... .....                     ""Məişət narkomaniyası"nı şagirdlər arasında 50 qəpiklə onlar yayır" .....                     Həbsdə olan jurnalistdə ağır xəstəlik aşkarlandı .....                     Kurbanovlar “klanının” yeni qurbanları: “Leyla Medical Center” və… .....                     Yeni ayda köhnə ənənə: Bu məhsullar bahalaşacaq .....                     Nazir buralara mütləq nəzər salmalıdır... .....                     Kənd təsərrüfatı: Subsidiyalaşdırma niyə effekt vermir? .....                     “Krokus Siti Holl” terror aktını törədənlər xaricdən idarə olunub .....                     Masallıda icra başçısının TENDER ORTAQLARI .....                     "Kapital Bank" və "BakıKart" maliyyə maxinasiyası .....                     Sülhü “baltalayan” əl .....                     Paşinyan “tarixi hadisə”dən danışdı: regionda həqiqətən yeni dövr başlayır? .....                     Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır? .....                     "Bu dəyişikliklər yalnız qadın və kişilər arasında deyil" .....                     Əlverişsiz hava məhsuldarlığa necə təsir edəcək? .....                     Deputat oğlunun "iki fərqli həyatı" .....                     KXDR ABŞ-nin kibertəhdid iddialarını böhtan adlandırdı .....                     Bu saxta xəbərləri kim(lər) və niyə yayır? .....                     İran ABŞ-dan atəşkəslə bağlı cavab gözləyir .....                     Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb .....                     Eşqi Bağırov bu KOLXOZ üsulu ilə KİMİ ALDADIR Kİ?.. .....                     “VƏTƏNDAŞ “KREDİT VERGİSİ” ALTINDA ƏZİLİR...” .....                     Azərbaycan bu qədər ərazini alıb, bu qədərini isə Ermənistana verib .....                     Şagirdlər arasında güc nümayişi .....                     “Efir qadağası mənə aid olmalı deyil, bizi tarixdən silə bilməyəcəksiz” .....                     Paşinyan Rusiyadakı xeyli erməninin Ermənistana girişini qadağan etdi .....                     Roma Katolik yeparxiyası Vaşınqtona cavab verdi .....                     Fransa Cənubi Qafqazda: "Strateji tərəfdaşlıq", yoxsa geosiyasi təxribat? .....                     AZAL Təl-Əvivə uçuşları bərpa edir .....                     Azərbaycanda 25 milyonluq şirkətlə 90 milyonluq şirkət .....                     Şahbaz Xudoğlu ilə bağlı ŞOK İTTİHAMLAR .....                     Avropaya gerçək sülh yox... onların istədiyi SAXTA SÜLH lazım imiş... .....                     Bakıda ŞOK OLAY: 24 yaşlı qız atasını talayıb gözəllik salonu açdı, sevgilisinə xərclədi .....                     “Qiymət artımı bazar prinsiplərinə tam uyğundur” .....                     “Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik” .....                     İttifaq sədrindən keçmiş katibin iddialarına CAVAB: .....                     Paşinyan seçkinin favoriti hesab edilsə də, parlament çoxluğu şübhə altındadır .....                 

27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir... - ƏN YAXIN TARİX...
Tarix: Bu gün, 08:28 | Çap et

Yazıçı Etibar Muradxanlının “Bayatı-Araz” sənədli romanı Vətən müharibəsinə həsr edilən azsaylı ədəbi nümunələrdən biridir. Romanda cərəyan edən hadisələr real faktlara əsaslanır və bir çox obrazın prototipi hazırda da xidmətini davam etdirir.

Müəllif döyüş səhnələrini uydurmayıb, qəhrəmanlarının təsvirləri əsasında qələmə alıb. İndiyə qədər ictimailəşməyən bir çox məqamlar isə romanı xüsusilə maraqlı edir.

Kult.az ardıcıllığı qorumaqla romandan parçaları təqdim edir:

“Qaç, oğlum, qaç canını qurtar, qurbanın olum...”

- Gəl, ana, qurbanın olum, gəəəl!.. – Anasının soyuqdan göyərmiş əlindən tutub var gücü ilə meşəyə tərəf dartdı.

- Qaç, oğlum, qaç canını qurtar, qaaç! Mənə görə cavan canını hayıf eləmə, qurbanın olum! - yalın ayaqlarını on beş-on altı yaşlı oğlunun ardınca sürüyüb əlini zorla onun əlindən ayırdı:

- Bacını da, qardaşını da götür, uzaqlaş buradan, qaaç!..

Əlindən möhkəm tutub darta-darta həmkəndlilərinin getdiyi istiqamətdə irəliləməyə çalışan on yaşlı bacısının əlini buraxıb, geriyə, anasının yanına qayıtdı. Əyilib dizlərini qarın üstünə qoydu. Anasının etirazına baxmayaraq, onu qucağına götürüb yüyürmək istədi. Çətinliklə ayağa qalxıb bir addım irəliləmişdi ki, başının arxasında gurlayan avtomat qurşunu burularaq gözlərinin arasından çıxdı. Taqətsiz halda, dizi üstə al qana boyanmış qarın üzərinə çökdü...

– Anaaa, qardaşııım!.. - deyə bacısı altı yaşlı qardaşının əlini buraxıb anasının qucağındaca yerdə can verən böyük qardaşının yanına yüyürdü. Əli anasına uzalı şəkildə havada qaldı, sinəsini dələn avtomat güllələrinin zərbindən bir addım geri atdı: - Anaaa!.. - ağzından sızan al qırmızı qanı xırıltı ilə havaya püskürdü. İrəli, anasına və cansız bədəni qarın üstündə uzalı qalan böyük qardaşına doğru bir addım atıb üzü üstə yerə düşdü.

- Anaaa, anacaan, - gözlərinin yaşı yanaqlarında buz bağlamış, yarıçılpaq bədəni tir-tir titrəyən altı yaşlı oğlan uşağının səsi boğazındaca xırıldayıb kəsildi. Buza yapışdığından yalın ayaqlarını yerdən qaldıra bilmədi. Oğlu ilə qızının cəsədləri arasında qalan ana əlini azyaşlı oğluna sarı uzadaraq:

- Qaaaç, oğlum, qaaaç, Nicatım, qaaaç! - deyə bağırdı. Ancaq bu harayı özündən başqa heç kim eşitmədi. Ov tüfəngi ilə düşmənin avtomat güllələri yağdırdığı istiqamətə atəş açmaqla geri çəkilən qonşusu Əli onları görən kimi Nicatın üstünə yüyürdü. Uşağı yerdən qoparıb sol qoltuğuna vurdu. Titrək əllərini anasına tərəf uzadan uşağın səsini çıxarmağa taqəti qalmasa da, qəlbində baş qaldıran fırtınanı anası duydu. Uzaqlaşmaqda olan qonşusunun qoltuğuna vurduğu sonbeşiyinin məsum üzünü alov püskürən gözləri ilə aradı. Göz yaşları oğlunun sifətini görməyə imkan verməsə də, onun hüzünlü, nisgil və yalvarış dolu baxışları əbədi olaraq yaddaşına hopdu. Uşağın özünün belə eşidə bilmədiyi: - Anam qaldı, anam qaldı, anam qaldıııı!.. - deyə fəryadı qəlbində tufan qopardı. Qonşusu meşəyə girib gözdən itdi.

Balaca Nicatın ürəkdağlayan nidası isə meşədə əks-səda verdi, dağları yerindən oynatdı. Artıq ananı haqlamış erməni yaraqlılarından bir neçəsi tövşüyərək yanından ötüb oğlunu aparan qonşusu Əlinin ardınca yüyürdü...

“Gözlə ana, qurbanın olum, gözlə, gələcəm mən, mütləq gələcəm...”

Çirkdən rəngi bilinməyən qara yun yaylığının ucları ilə qan dolmuş gözlərinin yaşını silib diz çökdü. Bumbuz, nəm döşəmənin soyuğu iliklərinə işlədi, beton, kələ-kötür daşlar dizlərini deşdi, qanı isə qəlbinə axdı, ruhunu titrətdi. Titrək əllərini Allahın dərgahına qaldırıb gözlərini qapadı. Yanaqlarından sızan qanqarışıq göz yaşları diyirlənib sinəsinə düşdü:

- Ey bütün xeyir işlərdə ümid bəslədiyim! Ey bütün şər işlərdə Öz qəzəbindən Özünə sığındığım! Ey az müqabilində çox əta edən! Ey istəyənlərə əta edən! Ey Səni tanımayanlara və Səndən istəməyənlərə lütf və mərhəmət səbəbindən əta edən! Səndən bütün dünya və axirət xeyrini istəyən bəndənə əta et, Ya Rəbbim! İstəyimə görə məndən dünya və axirət şərini tamamilə uzaqlaşdır! Həqiqətən, Sənin əta etdiyin nöqsansızdır! Öz fəzl və kərəmindən mənə əta et, Ey Kərim! Ey cəlal və böyüklük sahibi! Ey rəhm və mərhəmət sahibi! Ey əta və kərəm sahibi! Haram et vücudumu düşmən nəfsinə, haram et sinəmi düşmən tapdağına, haram et qürurumu düşmən xislətinə, haram et ləyaqətimi düşmən hiyləsinə, haram et şərəfimi düşmən hikkəsinə, haram et azadlığımı düşmən hökmünə! Mənə, övladlarıma güc, qüvvət ver, Ya Rəbbim! Bizi düşmən hiyləsindən qoru! Torpaqlarımızı işğaldan azad etməkdə, bizi əsarətdən qurtarmaqda, bütün əsirləri öz el-obalarına qaytarıb doğmalarına qovuşdurmaqda dövlətimizə, ordumuza, əsgərlərimizə güc, qüvvət ver, Ya Rəbbim!..

Hıçqırıb, başına dəyən avtomat qundağının zərbindən qançır olmuş alnını torpağa qoydu. Qapalı, ziyası sönmüş gözlərinin dərinliyində bir ulduz parladı. Əlini ona tərəf uzadaraq qonşusunun qoltuğunda meşənin dərinliklərində qeyb olan Nicatı gözləri önündə canlandı:

- Gözlə ana, qurbanın olum, gözlə, gələcəm mən, mütləq gələcəm, həm də yaman gələcəm!.. - deyə bağırdı. Səsini bütün dünyaya duyuracaq kimi bağırdı. İndi artıq o, ağlamırdı, indi onun gözlərində qorxu və həyəcan yox, qətiyyət və inam vardı. İndi onun gözləri alov saçırdı, alovdan yoğrulmuşdu elə bil...

Alnını torpaqdan qaldırdı. Yaylığı sürüşüb çiyinlərinə düşdü. Yol çəkən gözlərinin yaşı sifətindəki qırışların dərinliyinə hopmuş, bəbəkləri qızmar günəşin suyunu qurutduğu quyu kimi dibinə çökmüşdü. Dağlarda isə tufan qopmuşdu. Ana qulaqları ilə deyil, qəlbi ilə, ruhu ilə, bütün əzaları ilə duymuşdu bu tufanı. Oğlu idi gələn. Sözünü tutmuşdu. 28 il qabaq əli, ayağı yalın, başı açıq, bədəni soyuqdan və qorxudan tit-tir titrəyən, ürəyini anasında saxlayıb qonşusunun qoltuğunda meşənin dərinliklərində gözdən itən Nicatı...

Ali Baş Komandanın yanında hərbi müşavirə

27 sentyabr 2020-ci il, saat 06:15.

- Bildiyiniz kimi, bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində itkilərimiz var, həm mülki əhali, həm də hərbçilər arasında. Bu, bir daha onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir və bu siyasət Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərir, – deyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təcili çağırılan müşavirəni açıq elan edərək sözə başladı: - Mən bir daha demək istəyirəm ki, biz haqq yolundayıq, özümüzü müdafiə edirik. Heç kimin torpağına göz dikməmişik. Ermənistan ərazisində də Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz həm öz vətənimizi qoruyacaq, həm də işğal edilmiş torpaqlarımızı düşməndən azad edəcəyik. Bildirməliyəm ki, Ermənistanın hərbi təxribatı planlaşdırılmış təxribatdır. Onlar bu təxribata uzun müddətdir ki, hazırlaşırdılar. Bizdə olan operativ məlumat onu göstərirdi ki, Ermənistan bizə qarşı yeni müharibəyə başlamaq fikrindədir. Mən bu məsələ ilə bağlı fikirlərimi artıq son bir həftə ərzində həm televiziya kanallarında müsahibələrimdə, həm də BMT kürsüsündən çıxış edərkən bildirmişdim və demişdim ki, təcavüzkar dövlət dayandırılmalıdır. Onlar yeni müharibəyə hazırlaşırlar.

Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız otuz ilə yaxın davam edən işğala, ədalətsizliyə son qoyacaqdır! Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı vətən həsrəti ilə yaşayır. Ermənilər tərəfindən, Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər.

Fikrini tamamlayıb ani susdu. Müşavirə iştirakçılarını bir-bir nəzərdən keçirib üzünü müdafiə naziri general-polkovnik Zakir Həsənova tutdu:

- Buyurun, ətraflı məlumat verin!

Zakir Həsənov ayağa qalxıb xəritəyə yaxınlaşdı. Ona söz verdiyi üçün Ali Baş Komandana təşəkkürünü bildirib ucadan dilləndi:

- Möhtərəm Prezident, cənab Ali Baş Komandan. Məruzə edirəm ki, saat 6-ya bir neçə dəqiqə qalmış erməni silahlı qüvvələri Füzuli, Cəbrayıl, Tərtər və Ağdam rayonlarının kəndlərini artilleriyadan atəşə tutmuşdur. Dağıntılar, əhali arasında yaralananlar və itkilər olmuşdur. Hərbi hissələrin ön xətti də atəşə tutulmuşdur. Eyni vaxtda, Ağdam, Füzuli, Cəbrayıl istiqamətlərində düşmənin silahlı qüvvələrinin cəmləşməsi və onların hücuma hazırlaşdığı müşahidə edilmişdir. Əməliyyat şəraiti nəzərə alınaraq, ilk növbədə, Sizə məruzə olunmuşdur. Azərbaycan Ordusu hazırda əks-hücum əməliyyatı həyata keçirməkdədir. Mənə indi əlavə məlumat verdilər ki, əks-hücum əməliyyatı nəticəsində düşmənin ön xətti yarılmaqdadır.

- Aydındır, Həsənov, əyləşin! - deyə Azərbaycan Respublikası Prezidenti üzünü müşavirə iştirakçılarına tutdu: - Buyurun, təklif və fikirlərinizi bildirin.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev danışmaq üçün icazə istədi. Ali Baş Komandanın nəzərlərinin üzərində cəmləşdiyini görüb ayağa qalxdı:

- Cənab Prezident, icazə verin, tapşırdığınız kimi, AN-2 təyyarələrinin hücum planını həyata keçirməyə başlayaq.

AN-2 sözünü eşidən kimi Müdafiə Nazirliyinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov hamının eşidə biləcəyi tərzdə təəccübqarışıq istehza ilə: - Hmmm, - edərək başını DSX rəisinə çevirdi. Ölkə başçısının hüzurunda qeyri-ixtiyari etdiyi səhvi ört-basdır edirmiş kimi, dərhal da ayağa qalxıb üzünü Ali Baş Komandana tutdu:

- Cənab Ali Baş Komandan, icazə verin etirazımı bildirim.

- Buyurun, Sadıqov.

- AN-2 nə deməkdir, cənab Prezident? Bu texnikanın istismar müddətinin çoxdan bitdiyini biz hamımız yaxşı bilirik. İndiki halda bizim patrul uçuşlarına ehtiyacımızmı var?..

- Təklifiniz nədir, general?

- Mən Ağdam istiqamətindən geniş planlı hücum əməliyyatına başlamağı təklif edərdim.

- Əks-hücum əməliyyatına... – deyə Baş Qərargah rəisinin səhvini düzəldən Ali Baş Komandan sınayıcı nəzərlərini onun üzərindən ani qaçıraraq əyləşməsini işarə etdi. Üzünü Dövlət Sərhəd Xidmətinin rəisinə tutdu:

- Davam edin, Elçin Quliyev.

- Cənab Ali Baş Komandan, məruzə etdiyim kimi, düşmənin təmas xəttindəki və təmas xəttindən xeyli arxadakı əsas qüvvələrinin yerləri, havadan müdafiə sistemləri istisna olmaqla, artıq müəyyənləşdirilib. AN-2-ləri havaya qaldırmaqla biz düşmənin havadan müdafiə sistemlərinin yerlərini müəyyənləşdirib məhv etməyi planlaşdırırıq.

Ali Baş Komandan razılıqla başını silkələyib ani olaraq fikrə getdi. Ağır-ağır ayağa qalxıb müdafiə naziri general-polkovnik Zakir Həsənova tərəf addımladı. Şüvülü müdafiə nazirinin əlindən alaraq xəritəyə yaxınlaşdı. Üzünü müşavirə iştirakçılarından ayırmadan şüvülü xəritə üzərində gəzdirməklə sözünə davam etdi:

- Düşmən, demək olar ki, bütün təmas xətti boyu möhkəmləndirilmiş müdafiə sistemi yaradıb. Ermənilər bizim ordumuzun bu xətti, – şüvülü xəritə üzərində gəzdirib işarələnmiş əraziləri göstərərək, - keçə bilməyəcəyinə əmindir. Füzuli istiqamətində düşmən minimum üç, Ağdam istiqamətində beş xətdən ibarət gücləndirilmiş müdafiə sistemləri yaradıb. Üstəlik Ağdam istiqaməti düşmənin bizim əks-hücumumuzu gözlədiyi ərazidir. Demək, düşmən bu istiqamətdə daha güclü müdafiə olunur. Həmin istiqamətdə möhkəmləndirilmiş istehkamlar qurmuşlar, ərazi, demək olar ki, tamamilə minalanıb. Bu istiqamətdən əks-hücuma keçməklə biz çoxlu şəhid verə bilərik. Təbii ki, şəhid vermədən torpaqlarımızı işğaldan azad edə bilmərik. Amma bizim məqsədimiz minimum şəhid verməklə işğala son qoymaqdır. Ona görə də biz aldadıcı manevrlərdən istifadə etməklə düşməni yenməliyik. Amma, - üzünü müdafiə nazirinə tutdu, - bu istiqamətdə kifayət qədər böyük hərbi qüvvə saxlamalıyıq ki, erməni ordusunun əhəmiyyətli hissəsi, bax, burada cəmləşmək məcburiyyətində olsun, – əlavə elədi. - Beləliklə, biz onların manevr imkanlarını maksimum dərəcədə məhdudlaşdıracağıq. Şuşanı işğaldan azad etdikdən sonra arxa hissədən gələrək erməni qruplaşmasını mühasirəyə alıb tam məhv edə bilərik. Ona görə də indiki halda Ağdam istiqamətindən əks-hücum planının nəticəsiz olacağını düşünürəm.

Prezident çıxışına ani ara verib üzünü xəritəyə çevirdi. Şüvülü xəritə üzərində qərb istiqamətində sürüşdürərək, - Daşkəsəndən, Hinal dağından enməklə Kəlbəcər istiqamətindəki hücum planını, hələlik gözləmə mövqeyində qalmaq şərtilə, qüvvədə saxlayıram, – O, sözünü bitirib asta addımlarla müdafiə nazirinin əyləşdiyi stula yaxınlaşdı, xəritə çubuğunu general-polkovnik Zakir Həsənovun qarşısında stolun üstünə qoyaraq öz yerinə keçdi. Oturmadan üzünü Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevə tutaraq: - AN-2-ləri qaldırın! - deyə qətiyyətlə əmr etdi. - Sonrakı əməliyyatlar haqqında yaxın saatlarda sizə məlumat verəcəm.

Əyləşib nəzərlərini müşavirə iştirakçılarının üzərindən keçirərək general-polkovnik Nəcməddin Sadıqovun az qala quyunun dibindən boylanan baxışlarında cəmlədi:

- Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, bu dəstəyi biz daim hiss edirik. Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır.

Prezident dirsəyini stolun üstünə qoydu. Əvvəlcə şəhadət barmağını havada yelləyib:

- Buna bizim iradəmiz də, - dedi, sonra da yumruğunu düyünləyib, - qüvvəmiz də çatır! – deyə inamla səsləndi.

Susdu. Müşavirə iştirakçılarını sınayıcı nəzərlərlə bir daha süzüb diqqətini müdafiə nazirinin üzərində cəmlədi:

- Müvafiq yerdə Döyüşü İdarəetmə Qərargahı yaradıb əlaqədar qurumların rəhbərlərini oraya toplayın. Yarım saatdan gec olmayaraq, lazım gəldikdə isə, dərhal bütün döyüş əməliyyatları haqqında mənə ətraflı məruzə edin, - ani fasilə verib, - Sualınız varmı? – soruşaraq gözlədi.

Dillənən olmadı.

- General-polkovnik Əli Nağıyevdən və general-polkovnik Zakir Həsənovdan başqa hamınız dərhal tapşırıqların icrasına başlaya bilərsiz, - dedi.

Müşavirə iştirakçıları zalı tərk edincə qarşısındakı dəftərçəsini qatlayıb ayağa qalxdı:

- Nağıyev, Nəcməddin Sadıqova nəzarəti daha da gücləndirin, bütün hərəkətləri, davranışları, əlaqələri tam nəzarətiniz altında olsun! - Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevə tapşırıq verdi.

- Zakir Həsənov, - üzünü müdafiə nazirinə çevirdi, - Sadı­qo­vu bütün tapşırıqlardan azad edin, amma gözünüz üzərində olsun.

- Oldu, cənab Ali Baş Komandan! – hər iki qurum rəhbəri əmrə müntəzir şəkildə başlarını xəfifcə əyməklə təzim edib Döyüşü İdarəetmə Qərargahına tələsdilər...

Ardı var...











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir - WP
Bu gün, 08:44
'Əli və Nino'da müştəriyə 'ƏLİ-VƏLİ DAĞI'... - GİLEY
Bu gün, 08:41
27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir... - ƏN YAXIN TARİX...
Bu gün, 08:28
SOCAR-da qanunlara zidd İXTİSAR DALĞASI... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 08:25
""Məişət narkomaniyası"nı şagirdlər arasında 50 qəpiklə onlar yayır" - Ekspert deyir ki...
Bu gün, 07:43
Həbsdə olan jurnalistdə ağır xəstəlik aşkarlandı - MÜRACİƏT
Bu gün, 07:41
Kurbanovlar “klanının” yeni qurbanları: “Leyla Medical Center” və… - İLGİNC İDDİALAR
Bu gün, 07:39
Yeni ayda köhnə ənənə: Bu məhsullar bahalaşacaq - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:26
Nazir buralara mütləq nəzər salmalıdır... - İLGİNC FAKTLAR
Bu gün, 07:24
Kənd təsərrüfatı: Subsidiyalaşdırma niyə effekt vermir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:05
“Krokus Siti Holl” terror aktını törədənlər xaricdən idarə olunub - TASS
Bu gün, 07:03
Masallıda icra başçısının TENDER ORTAQLARI - SİYAHI
Bu gün, 07:01
"Kapital Bank" və "BakıKart" maliyyə maxinasiyası - YÜZLƏRLƏ İNSANIN KARTINDAN 0.60 AZN SİLİNİR
Bu gün, 06:56
Sülhü “baltalayan” əl - Görünəni odur ki...
Bu gün, 06:48
Paşinyan “tarixi hadisə”dən danışdı: regionda həqiqətən yeni dövr başlayır? - İNCƏLƏMƏ
Bu gün, 06:47
Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır? - GƏLİŞMƏ
Bu gün, 06:44
"Bu dəyişikliklər yalnız qadın və kişilər arasında deyil" - deputat
Bu gün, 06:43
Əlverişsiz hava məhsuldarlığa necə təsir edəcək? - AKTUAL
Bu gün, 06:39
Deputat oğlunun "iki fərqli həyatı" - Eyni illərdə həm Bakıda sədr müavini, həm də xaricdə diplomat?
Bu gün, 06:35
KXDR ABŞ-nin kibertəhdid iddialarını böhtan adlandırdı
Bu gün, 06:25
Bu saxta xəbərləri kim(lər) və niyə yayır? - ARAŞDIRMA
Bu gün, 06:23
İran ABŞ-dan atəşkəslə bağlı cavab gözləyir - AÇIQLAMA
Bu gün, 06:18
Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb - Zelenski
Dünən, 12:50
Eşqi Bağırov bu KOLXOZ üsulu ilə KİMİ ALDADIR Kİ?.. - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:49
“VƏTƏNDAŞ “KREDİT VERGİSİ” ALTINDA ƏZİLİR...” - Ekspert kredit faizlərinin yüksək olmasını ŞƏRH ETDİ
Dünən, 12:43
Azərbaycan bu qədər ərazini alıb, bu qədərini isə Ermənistana verib - Ermənilər xəritə yaydılar
Dünən, 12:31
Şagirdlər arasında güc nümayişi – Məktəblər zəiflərin kabusuna çevrilir?
Dünən, 12:24
“Efir qadağası mənə aid olmalı deyil, bizi tarixdən silə bilməyəcəksiz” - Samirə Yusifqızından ETİRAZ
Dünən, 12:19
Paşinyan Rusiyadakı xeyli erməninin Ermənistana girişini qadağan etdi -SƏBƏB?..
Dünən, 12:11
Roma Katolik yeparxiyası Vaşınqtona cavab verdi
Dünən, 12:03
Fransa Cənubi Qafqazda: "Strateji tərəfdaşlıq", yoxsa geosiyasi təxribat? - NƏ BAŞ VERİR?
Dünən, 11:44
AZAL Təl-Əvivə uçuşları bərpa edir - DİQQƏT!
Dünən, 11:35
Azərbaycanda 25 milyonluq şirkətlə 90 milyonluq şirkət – BİRLƏŞİR
Dünən, 11:17
Şahbaz Xudoğlu ilə bağlı ŞOK İTTİHAMLAR - TƏFƏRRÜAT
Dünən, 11:15
Avropaya gerçək sülh yox... onların istədiyi SAXTA SÜLH lazım imiş... - FAKT BUDUR
Dünən, 11:08
Bakıda ŞOK OLAY: 24 yaşlı qız atasını talayıb gözəllik salonu açdı, sevgilisinə xərclədi - TƏFƏRRÜAT
Dünən, 11:06
“Qiymət artımı bazar prinsiplərinə tam uyğundur” - Bakıda “xruşşovka” ajiotajı
Dünən, 11:02
“Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik” - deputat
Dünən, 10:55
İttifaq sədrindən keçmiş katibin iddialarına CAVAB: - “Gözümün içinə baxıb desin ki, Firəngiz Əlizadəyə 5 manat pul vermişəm”
Dünən, 10:51
Paşinyan seçkinin favoriti hesab edilsə də, parlament çoxluğu şübhə altındadır - İNCƏLƏMƏ
Dünən, 10:34
Naxçıvan hökumətinin "iməcliksevərliyi" bir ailənin faciəsi ilə nəticələndi - MALƏSƏF...
Dünən, 10:27
Qızılda böyük sıçrayış: Qiymət kəskin artacaq? - AKTUAL
Dünən, 10:15
Prezidentin medal verdiyi FHN əməkdaşından acı xəbər
Dünən, 10:11
Rusiya iki Ukrayna limanına zərbə endirib
Dünən, 08:52
Azərbaycanlıların “qara günləri” başladı: SEPAH təhlükəsi - NƏ ETMƏLİ?
Dünən, 08:18
Əməkhaqqı düzgün hesablanmaya bilər - DİQQƏT
Dünən, 08:16
Rusiyanın NATO-ya hücum üçün hələ vaxtı var - General
Dünən, 08:13
- "Bunu etmədən ölmək istəmərəm..." - Nura Suri
Dünən, 08:12
Evdə yatdığın yerdə də kartından PUL ÇIXIRLAR... - BU NƏDİ BELƏ?
Dünən, 07:54
Burda rüşvət artıq METASTAZ VERİR... - FAKT BUDUR!
Dünən, 07:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru