"PASHA Bank, AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi... iki gündür ümumiyyətlə, Bakı kartla ödəniş etmirəm. Dünən və bu gün ümumiyyətlə istifadə etməmişəm... Amma..." "DİA-AZ" xəbər verir ki, bu barədə Xəyalə Qurbanova adlı sosial şəbəkə istifadəçisi özünün hesabında paylaşım edib.
Narazı vətəndaş daha sonra bildirir: "Dünən 3 dəfə kartdan pul çıxıb. Bu gün də çıxmağa cəhd olub. Blok etmişəm deyə pul çıxa bilmir.
Kart açıq olsa, çıxacaq. Əvvəlki ödənişlər deyil..onlar hamısı vaxtında çıxıb. Nə baş verir ? Verdiyiniz email də ümumiyyətlə mövcud deyil..."
"DİA-AZ"ın məlumatına görə, daha bir neçə sosial şəbəkə istifadəçisi də son günlər anoloji problemlə üz-üzə qaldıqlarını bildiriblər...








