“Azbadam” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 2004095531) fəaliyyətinə xitam verilib.
"DİA-AZ" xəbər verir ki, MMC-nin fəaliyyətinə xitam verilərək “Grand-Agro” MMC-yə (VÖEN: 1403644931) qoşulur, “Grand-Agro” MMC bu qoşulma nəticəsində yenidən təşkil edilir.
Qeyd edək ki, “Azbadam” MMC 2016-cı ilin 20 dekabr tarixində dövlət qeydiyyatından keçib. Qanuni təmsilçisi Əmiraslanov Mətin Əmiraslan oğlu olan şirkətin nizamnamə kapitalı 25 milyon 710 min 5 manatdır.
“Grand-Agro” MMC 2017-ci ilin yanvar ayının 23-də dövlət qeydiyyatına alınıb. Bu şirkətin qanuni təmsilçisi Kərimov Kamran Azər oğlu, nizamnamə kapitalı 88 milyon 860 min manatdır.








