“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil .....                     “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib .....                     Turan Topalova tutduğu vəzifədən ayrıldı .....                     Ermənistanda Rusiya lehinə olan kanallar silindi .....                     Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... .....                     Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? .....                     SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” .....                     Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb .....                     Paşinyanın korteji hamilə qadını belə vurub .....                     Elgiz və Xoşqədəm yeni layihə ilə .....                     Xəyal Rza qəzaya düşdü .....                     Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... .....                     Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var .....                     “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...” .....                     Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: .....                     Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir .....                     Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... .....                     Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir .....                     Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik .....                     Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ .....                     Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı .....                     “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? .....                     “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                     Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir .....                     Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ .....                     Azərbaycanda tətbiq edilən ŞOK SİLAH .....                     Distant təhsil günlərində internet güzəşti olacaq? .....                     Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək .....                     Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… .....                     Gürcüstanda 55 əcnəbi saxlanıldı .....                     Deputat Aydın Mirzəzadənin sərgüzəştləri .....                     Bu komitəyə yeni sədr seçildi .....                     Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır .....                     Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub .....                     Mərkəzi Bankın tenderi niyə ləğv olundu? .....                     Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib .....                     Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI .....                     Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu .....                 

"Təhsil sahəsində problemlər qalmaqdadır" - deputat
Tarix: 28-10-2021, 09:00 | Çap et
"Təhsil sahəsində problemlər qalmaqdadır"
Prezident İlham Əliyevin “ağ inqilab” etməsindən 2 il ötür. 2019-cu ilin bu günlərində Nazirlər Kabinetinin tərkibində, PA-da ciddi kadr dəyişiklikləri oldu. Əksər yaşlı məmurlar vəzifədən uzaqlaşdırıldı. Yeni simalar vəzifəyə gətirildi, uğurlu təyinatlar oldu. Onlar arasında daha çox iqtisadiyyat naziri Mikayıl Cabbarov, Prezidentin köməkçisi Hikmət Hacıyev, Prezident Adminstrasiyasının şöbə müdiri Ədalət Vəliyev və digərləri uğur qazandı və fəaliyyətləri dəstəkləndi. Bəs görəsən, islahatlar bundan sonra da davam etdiriləcəkmi? Hansı sahələrə yeni kadrların gətirilməsinə ehtiyac var.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan deputat Asim Mollazadə bildirdi ki, islahatlar mütləq davam etdirilməlidir: “Sadəcə olaraq, kadr islahatları deyil, bununla yanaşı struktur islahatlarına də böyük bir ehtiyac var. Ələlxüsus yerlərdə idarəetmə sistemində böyük dəyişikliklər olmalıdır. Azərbaycan xalqı və dövlətin qarşısında duran əsas məsələ böyük qayıdış layihəsidir və bu istiqamətdə böyük işlər görülür və görüləcək. Bununla yanaşı, yeni kadrlar da sınaqdan çıxacaq. Bu proseslərdə nəyə qadir olduğunu nümayiş etdirə bilən kadrlar dövlət idarəetmə sistemində yeni imkanlar əldə edə bilərlər və Qarabağdakı layihələrin bir çoxu gələcəkdə Azərbaycanın bütün bölgələrində istifadə olunacaq. Yeni nailiyyətlər, yeni üsullar həm idarəetmə ilə bağlı, həm ətraf mühitlə bağlı yeni layihələr, ağıllı kəndlər və şəhərlər tək Qarabağı deyil, Azərbaycanın bütün ərazilərini əhatə etməlidir.

Düşünürəm ki, bu sistemli dəyişikliklər aparılacaq, yeni iqtisadi zonalar yaradılacaq. Mən əminəm ki, bu cür iqtisadi zona sistemləri Azərbaycanın bir sıra bölgələrində gələcəkdə istifadə olunacaq. Prinsipial olaraq bu sistemi, yeni və müasir idarəetmə üsulları ilə, sahibkara hörmətlə, sahibkarın imkanlarından, yatırımlarından istifadə edərək Azərbaycanda islahatlar sürətlə davam etdirilməlidir. Azərbaycan müasir bir ölkə kimi idarəetmədə yeni təfəkkürə, bacarığa malik olan kadrlara ehtiyacı yaranacaq. Bütün bu proseslərlə bağlı mən əminəm ki, islahatlara imkanı yaradacağıq ki, müasir, demokratik Azərbaycanın inkişafını görək”.

Deputat , iqtisadçı alim Vüqar Bayramov da bildirdi ki, islahatların əsasını məhz kadr məsələsi təşkil edir: “Bütövlükdə struktur islahatları davam etdirilir və struktur islahatlarının digər elementi kadr islahatıdır ki, biz Azərbaycanda mərkəzi və yerli idarəetmə səviyyəsində kadr islahatlarının aparılmasını müşahidə edirik. Əslində həm iqtisadiyyatın yenilənməsi, həm qeyri- neft sektorunun inkişafı üçün yeni imkanlar yaradılması idarəetmə strukturunun təkmilləşdirilməsini tələb edirdi. Bu istiqamətdə xüsusən son illər ciddi addımlar atıldı. Əslində bu struktur islahatları bir tərəfdən 2021-ci ilin geridə qalan aylarında Azərbaycanda qeyri-neft ixracatının rekord səviyyədə artmasına imkan verdi. Nəzərə alsaq, ki, 2021-ci ildə Azərbaycan müstəqillik tarixində ən böyük həcmdə qeyri- neft məhsulları ixrac etmək imkanı əldə edəcək, eyni zamanda bu hadisə torpaqların işğaldan azad olunması fonunda vəsaitlərin səmərəli xərclənməsini, vəsaitlərə qənaət edilməsini prioritet etdi. Bu prioritetə riayət etməyi müəyyənləşdirən faktorlardan biri də məhz strukturun təkmilləşdirilməsi, struktur islahatlarının davam etdirilməsi idi.

Təbii ki, bu islahatlar davam edən bir prosesdir. Həm yerli, həm müasir çağırışlara uyğun strukturun təkmilləşdirilməsi və yeniləşdirilməsi işləri aparılır və bu istiqamətdə də siyasi iradə var. O baxımdan Azərbaycanda 2030-cu ilədək olan sosial-iqtisadi inkişafla bağlı milli prioritetlərdə də qeyd olunduğu kimi, 5 istiqamət üzrə islahatlar davam etdiriləcək. Bu islahatların önündə eyni zamanda qeyri-leqal iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsi durur. Bu da təbii ki, struktur islahatları ilə bağlı prosesin davam etdirilməsini daha da aktuallaşdırır. Struktur islahatları növbəti illərdə də prioritetliyini qoruyub saxlayacaq. Son illər aparılan islahatlar göstərdi ki, bu istiqamətdə atılan addımlar iqtisadi və sosial baxımdan pozitiv nəticələr verir".

Deputat Fazil Mustafa da hesab edir ki, ölkədə hökumət səviyyəsində kadr islahatları ilə bağlı son iki ildə xeyli addımlar atıldı: “Düzdür, Qarabağ savaşı müəyyən qədər bu prosesi dayandırdı. Çünki adətən belə bir taleyüklü, dövlət əhəmiyyətli, millətin taleyinə aid məsələlərin həlli zamanı çox da kadr dəyişikliklərinə ciddi diqqət yetirmək olmur. Amma Nazirlər Kabinetinin tərkibinin dəyişməsi və burada yeniləşmənin baş verməsi, hər halda, ölkənin iqtisadi həyatında fərqli bir gözləntiləri ortaya qoydu. Təbii ki, xeyli gənc kadrların təyin olunması müsbət bir tendensiyadır, amma bu kadrlardan daha çox yeniliyə meylli kadrların özünü fərqləndirməsi məsələsi cəmiyyəti daha çox maraqlandırırdı. Çünki hər gənc kadr da bu etimadı lazımi səviyyədə doğrultduğunu göstərə bilmədi. Bütövlükdə cəmiyyətdə daha çox yeni iqtisadi münasibətlər sisteminin qurulması istiqamətində müəyyən gözləntilər böyükdür. Burada da iqtisadiyyat naziri olaraq Mikayıl Cabbarovun islahatçı kimliyini əsas götürərək, hakimiyyətdə də müəyyən aparıcı bir mövqedə olması, müsbət dəyişikliklər üçün ümidverici əsaslar yaratdı. Ardınca Nazirlər Kabinetinin də tərkibində xeyli dəyişikliklər oldu və burada da Şahin Mustafayev kimi təcrübəli bir kadrın müəyyən mövqe tutması, xüsusilə də iqtisadi sahədəki təcrübəsinə əsaslanaraq müəyyən işlər görməsi vacib idi. Digər tərəfdən, Ədalət Vəliyevin Prezident Administrasiyasına şöbə müdiri vəzifəsinə gətirilməsi bütövlükdə canlanmaya səbəb oldu. Bu da müsbət bir tendensiyanın baş tutmasına imkan yaratdı. Hesab edirəm ki, bu kimi məsələlərdə daha çox Azərbaycan cəmiyyətinin gözləntisi hərbi quruculuq sahəsində aparılan islahatlar, kadr dəyişiklikləri idi. Çünki qərargah rəisinin dəyişməsi ölkədə hərbi sahədə müəyyən ümidverici kadrların inkişaf etdirilməsi, daha keyfiyyətli kadrların iş başına gətirilməsinə imkan tanıdı. Bütövlükdə bütün bunlar müsbət bir tendensiyadan xəbər verir. Hər halda, Nazirlər Kabinetinin keyfiyyətcə daha fərqli bir iş prinsipinə sahib olması, hökumətin daha aktiv iqtisadi proseslərdə rol alması cəmiyyət tərəfindən arzulanandır. Bu kimi məsələlərdə peşəkar bir baş nazirin olması da, ən azı iqtisadi cəhətdən prosesləri doğru təhlil edə bilməsi də iqtisadi kataklizmlərdən cəmiyyəti qorudu”.

F.Mustafanın sözlərinə görə, sosial problemlərin çözülməsi ilə bağlı məsələlər hələ də narahatlığını saxlayır: “Düzdür, müsbət yöndə müəyyən islahatlar aparılır, amma arzulanan səviyyədə hələ vətəndaşları razı salacaq mexanizm qurulmayıb. Təhsil sahəsində də problemlər qalmaqdadır. Bu sahədə də insanların gözləntiləri böyük idi ki, müəyyən islahatların aparılması ilə çox şeylər dəyişəcək. Amma pandemiyanın da yaratdığı obyektiv çətinliklər var.

Ona görə də hansısa formada hökumətin tərkibinin yeni variantda dəyişəcəyini gözləmirəm. Burada daha çox bir neçə kadrın dəyişməsi prosesi ola bilər. Amma bütün bunlar hamısı kadr dəyişikliyindən daha çox, kadrların nə etmək istədiyinin müəyyənləşdirilməsindən başlamalıdır. Kadrlar bilməlidirlər ki, onlar nə edəcəklər. Vəzifəyə qoyulandan sonra bu sualı düşünməlidirlər. Ona görə də bu istiqamətdə daha keyfiyyətli kadrların seçilməsi, müəyyən sahələrin, xüsusilə də kənd təsərrüfatının dirçəlməsi baxımından, müəyyən problemlərin ortadan qalxması baxımından faydalı ola bilər. Çünki Azərbaycanda prioritet sahələrdən biri məhz kənd təsərrüfatıdır və bu sahədə daha məsuliyyətli davranışlara ehtiyac var. Bütövlükdə mən Nazirlər Kabinetinin fəaliyyətini, hər halda, normal qiymətləndirirəm. Əvvəlkilərdən fərqli olaraq son iki ildəki bu dəyişiklik hökumətin daha peşəkar fəaliyyət göstərməsi üçün zəmin hazırladı".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Bu gün, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Bu gün, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Bu gün, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Bu gün, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Bu gün, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Bu gün, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Bu gün, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Bu gün, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Bu gün, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Bu gün, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Bu gün, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Bu gün, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Bu gün, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Bu gün, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Bu gün, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Bu gün, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Bu gün, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Bu gün, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Bu gün, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Bu gün, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Bu gün, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55
Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51
Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46
Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39
Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23
MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22
Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13
Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12
Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru