Nazir aparat rəhbəri və müşavir təyin etdi .....                     “Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” .....                     Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib .....                     Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib .....                     Kənd təsərrüfatında maliyyə şumlaması .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Nazirdən yeni direktor təyinatı .....                     İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş .....                     Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı .....                     Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir .....                     “Nar” Kitab Gününü Salyanda qeyd etdi .....                     Kəmaləddin Kafarov millətə qənim kəsilib? .....                     Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib .....                     Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" .....                     Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     “Paşinyan Bakının əlaltısıdır” .....                     "Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." .....                     "Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" .....                     Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək .....                     “Premium Bank”ın dövlətə vergi borcu var .....                     Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu .....                     MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? .....                     Nazirliyin tenderini yenə həmin şirkət uddu .....                     Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI .....                     “Söz vermişdim qızımı xaricdə oxudacam” .....                     İrəvanın bir ayağı yenə “gor”da .....                     Kür çayı bu rayonda bəndi uçurdu .....                     "Naxçıvan duzu" adı altında saxtakarlıq... .....                     Serjik Azərbaycana qayıdır? .....                     İrana görə daha bir ölkə çətin vəziyyətdə .....                     Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək .....                     Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz .....                     Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq .....                     "Yeni Klinika"ya direktor təyin olundu .....                     Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... .....                     Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA .....                     Araz qırağının əcəb ZİBİLGAHI VAR... .....                 

"Azərbaycanın mövqeyini Türkiyə və Şimali Kiprdəki dostlarımız da həmişə anlayışla qarşılayıblar" - Partiya sədri
Tarix: 10-10-2023, 09:09 | Çap et
"Azərbaycanın mövqeyini Türkiyə və Şimali Kiprdəki dostlarımız da həmişə anlayışla qarşılayıblar"
Bu həftə Azərbaycanda Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Günləri keçiriləcək. Musavat.com mötəbər qaynaqlara istinadən bildirir ki, bununla bağlı iki ölkə arasında müvafiq anlaşma əldə edilib. Bu münasibətlə Kipr Türk Dövlətinin rəhbərləri tarixdə ilk dəfə Azərbaycana gələcək.

Gələn heyət mötəbərdir və Kipr (Kıbrıs) Türk Dövlətinin rəhbərliyini əhatə edir. Qaynaqlarımıza görə, heyətdə KTD (ŞKTR) prezidenti Ersin Tatar, xarici işlər naziri Tahsin Ertuğruloğlu və digər yüksək rütbəli dövlət adamları da var.

Bir daha xatırladaq ki, belə bir hadisə Azərbaycan tarixində ilkdir. Bəlli olduğu kimi, Kipr Türk Cümhuriyyəti dünya tərəfindən tanınmayan bir ölkə, türk yurdudur. Yalnız qardaş Türkiyə onun müstəqilliyini tanıyıb.

“Azərbaycan bu sırada ikinci ola bilərmi” sualına cavab vermədən öncə dövlətimizin bu istiqamətdə konkret addımlar atdığını görmək mümkündür. Belə ki, ŞKTC günlərindən başqa, Bakı-Lefkoşa birbaşa təyyarə xəttinin açılması gözlənilir.

Bəllidir ki, Qarabağdakı separatçı ermənilərin varlığı və orada qondarma rejim yaratması ucbatından Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətini (KTD) tanıya, yaxud da ona ən müxtəlif platformalarda açıq dəstək verə bilmirdi. Yaxud da birbaşa təyyarə reysi açaraq, turizm sahəsində əməkdaşlıq edə bilmirdi. Çünki Yunanıstan dərhal Azərbaycanı şantaj edir və ərazimizdəki qondarma rejimi dövlət kimi tanıyacağı ilə təhdid edirdi. İndi Qarabağ məsələsi həll olunduğu, qondarma rejim isə “cəhənnəmə getdiyi” üçün Azərbaycan manevr etmədən “Yavru Vatan”la birbaşa əlaqə qura bilər.

Yada salaq ki, yunan Kipri və Yunanıstan Ermənistanla illərdir isti əlaqələrə malikdir. Üçlük birgə hərbi təlimlər də keçirib. Yunan Kipri Azərbaycanın Qarabağda son antiterror tədbirlərini pisləyib, ermənilərin könüllü köçünü “etnik təmizləmə” adlandırıb. Yunanıstan isə Azərbaycan qazının tədarükçüsü olan azsaylı Avropa ölkələrindən (Yunanıstan, Avstriya, Macarıstan, Rumıniya və İtaliya) olduğu üçün çox sərt reaksiya verə bilməyib.

Onu da qeyd edək ki, gələn ay İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) yubiley sammiti keçiriləcək. ŞKTC isə TDT-də müşahidəçi statusuna malikdir. Qarşıdakı sammitdə Kipr Türk Dövlətinin digər türk dövlətləri tərəfindən tanınma qərarı verilə bilərmi?

Siyasi şərhçi Əli Orucov bildirdi ki, Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olduğu dönəmlərdə də Şimali Kipr Türk Cümhuriyyəti ilə rəsmi Bakının əlaqələri xeyli vaxtdır mövcuddur. Cümhuriyyətin Bakıda nümayəndəliyi fəaliyyət göstərir: "Lakin Dağlıq Qarabağ məsələsinə görə Bakının ŞKTC müstəqilliyinin tanınmasına ehtiyatla yanaşması məlumdur. Çünki Yunanıstanın və Avropa İttifaqının bu addıma göstərəcəyi reaksiya bizim ziyanınıza olardı və taleyüklü Qarabağ probleminin həllini çətinləşdirirdi. Bundan başqa, Türkiyənin özü ŞKTC-nin müstəqilliyini tanımamışdı. Artıq Türkiyə müstəqilliyi tanıyır. Həmçinin 44 günlük müharibədən və ötən ay Qarabağın erməni separatçı rejiminin çöküşündən sonra yeni reallıqlar yaranıb. Türkiyənin bölgədə və dünyada nüfuzu, təsir imkanları artmaqdadır, TDT bir qurum kimi təşəkkül dövründədir. Bütün bunlar daha çevik və müstəqil xarici siyasət yürüdülməsini stimullaşdırır. Ona görə Lefkoşa ilə əlaqələrin genişləndirilməsinə ciddi maneələr qalmır. Şimali Kipr Türk Cümhuriyyəti ilə mədəni əlaqələrin genişlənməsini diplomatik tanınmaya gedən yolun başlanğıcı hesab etmək olar. İndiyədək Azərbaycana "yavru Vatan"dan belə yüksək tərkibdə nümayəndə gəlməyib. Məncə, mədəniyyət günlərinin keçirilməsi yüksək rəsmi şəxslərin Bakıya səfəri və yüksək səviyyəli təmasları üçün bir vəsilədir. Azərbaycan ŞKTC-nin müstəqilliyini tanıyarsa, digər türk dövlətləri də anoloji addımı ata bilər. Bu səfərdəki heyətə ŞKTC-nin prezidenti Ersin Tatarın rəhbərlik etməsi heç şübhəsiz ki, münasibətlərin yeni mərhələyə qədəm qoyulması baxımından çox ciddi hadisədir. Doğrudur, Avropa İttifaqının üzvü olan Kiprin yunan kəsimi buna sərt təpki göstərəcək, Azərbaycanla münasibətlərin Qərblə gərgin olduğu indiki dönəmdə əlavə narazılıqlar yaradacaq, lakin bu kiprli türk qardaşlarımıza Azərbaycanın geniş dəstəyinə mane olmamalıdır".

Azad Vətən Partiyasının sədri Akif Nağı isə bildirdi ki, Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınması uzun müddət gündəmdə olub. Azərbaycan tərəfi uzun illər bu addımı ona görə atmayıb ki, Azərbaycanın Qarabağ ərazisində qondarma separatçı rejim mövcud olub: "Azərbaycanın mövqeyini Türkiyə və Şimali Kiprdəki dostlarımız da həmişə anlayışla qarşılayıblar. Amma indi vəziyyət dəyişib, Qarabağda Azərbaycanın suverenliyi bərpa olunub, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıdığını bəyan edib. Belə bir şəraitdə artıq vaxtı çatır ki, biz Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınması ilə bağlı konkret addımlar ataq. Bununla bağlı işlər gedir. Türk Dövlətləri Təşkilatının son toplantısını iki məsələ gündəmdə idi. Onlardan biri Türkmənistanın tam səlahiyyətli şəkildə quruma üzv olması, digəri isə Şimali Kipr Respublikasının üzv olması idi. Lakin məsələ həmin toplantıda təxirə salındı. Çünki müəyyən detalları dəqiqləşdirməyə ehtiyac var idi. Amma növbəti toplantıda Şimali Kipr TDT-yə üzv qəbul olacaq. Azərbaycan bu məsələdə təşəbbüskar kimi çıxış edib. ŞKTC-nin əksər rəhbərliyinin Azərbaycana gəlməsi və Şimali Kipr günlərinin keçirilməsi də hesab edirəm ki, tanınma ilə bağlı hazırlıq işlərinə xidmət edir. Prezident Ərdoğan hətta artıq bəyan edib ki, Şimali Kipr yox, Kipr dövləti adlandırmalıyıq. Yəqin ki, TDT üzvü olan dövlətlərin hər birinin Şimali Kiprin müstəqilliyini tanımaq barədə qərarları olacaq. Sonra isə TDT-nin ümumi qərarı olacaq. Buna ciddi hazırlıq işlərinin getdiyini düşünürəm. Mümkündür ki, TDT-nin növbəti toplantısında Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınması ilə bağlı qərar qəbul olunacaq. Hətta ad bundan sonra Ərdoğanın dediyi kimi, Kipr Cümhuriyyəti adlandırıla bilər”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Bu gün, 13:44
“Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?
Bu gün, 13:41
Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib
Bu gün, 13:29
Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib - İranlı vitse-spiker
Bu gün, 13:14
Kənd təsərrüfatında maliyyə şumlaması - Şumlanmayan sahələrə milyonlarla subsidiyalar necə verilib?
Bu gün, 13:03
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 13:01
Nazirdən yeni direktor təyinatı
Bu gün, 12:59
İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş - FOTO
Bu gün, 12:57
Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı – Vahid Ələkbərov 3-cüdür
Bu gün, 12:53
Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Bu gün, 12:47
“Nar” Kitab Gününü Salyanda qeyd etdi
Bu gün, 12:46
Kəmaləddin Kafarov millətə qənim kəsilib? - Xərçəng və dərman təxribatı
Bu gün, 12:38
Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib - QƏRAR
Bu gün, 12:32
Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" - İdman sarayını hansı şirkət tikib?
Bu gün, 12:30
Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi - "İstəmişəm ki, soyadım atamın adı ilə bağlı olsun"
Bu gün, 12:28
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 12:12
“Paşinyan Bakının əlaltısıdır” - Hayk Nahapetyan
Bu gün, 12:09
"Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." - AXI NİYƏ?
Bu gün, 12:04
"Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" - NARAZILIQ VAR...
Bu gün, 12:00
Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək
Bu gün, 11:53
“Premium Bank”ın dövlətə vergi borcu var
Bu gün, 11:49
Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu - İNCƏLƏMƏ
Bu gün, 11:46
MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? - DEPUTATLAR AÇIQLADI
Bu gün, 11:45
Nazirliyin tenderini yenə həmin şirkət uddu – Bu dəfə 9,3 milyon manat alacaq
Bu gün, 11:43
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Söz vermişdim qızımı xaricdə oxudacam” - Beş dəfə Məşhədə gedən Məleykə Əsədova
Bu gün, 11:36
İrəvanın bir ayağı yenə “gor”da
Bu gün, 11:33
Kür çayı bu rayonda bəndi uçurdu
Bu gün, 11:27
"Naxçıvan duzu" adı altında saxtakarlıq... - İşbazların yeni "planı"
Bu gün, 11:09
Serjik Azərbaycana qayıdır?
Bu gün, 11:06
İrana görə daha bir ölkə çətin vəziyyətdə – Yarım milyard dollar bloklandı
Bu gün, 11:00
Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək
Bu gün, 10:55
Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz - Hakim
Bu gün, 10:53
Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 10:44
Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq - KİV
Bu gün, 10:40
"Yeni Klinika"ya direktor təyin olundu - ƏMR
Bu gün, 10:36
Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28
Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA - TƏFƏRRÜAT
Bu gün, 10:17
Araz qırağının əcəb ZİBİLGAHI VAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:13
Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Bu gün, 09:50
“Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” - ETİRAZ
Bu gün, 09:45
Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Bu gün, 09:39
“Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” -erməni politoloq
Bu gün, 09:33
Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34
Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11
Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…
Bu gün, 08:09
Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... - GƏLİŞMƏ
Bu gün, 08:07
"Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04
Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru