Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq .....                     "Yeni Klinika"ya direktor təyin olundu .....                     Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... .....                     Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA .....                     Araz qırağının əcəb ZİBİLGAHI VAR... .....                     Azərbaycan neftinin qiyməti 113 dolları keçib .....                     “Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” .....                     Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… .....                     “Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” .....                     Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu .....                     Qarabağda MÜHARİBƏ istəyən ölkə .....                     Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? .....                     Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... .....                     "Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" .....                     Azər Məmmədov yeni gələndə ümid edən işçilər... .....                     Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? .....                     Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... .....                     Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? .....                     ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib .....                     Azərbaycanda çörək bahalaşacaq? .....                     Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR .....                     Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? .....                     Yerində sayan sektor: milyonları niyə itiririk? .....                     "İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." .....                     Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı .....                     "Verilişə gələrkən maşını vurdum..." .....                     TƏBİB-in TƏCİLİ olmayan yardımı... .....                     Niyazi Bayramovun korrupsiya ortaqları .....                     Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? .....                     Təzə başçı gələndə camaat düşündü ki... .....                     Pensiyalarla bağlı vacib xəbər .....                     Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir .....                     Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: .....                     Bu gün BMT canlı meyitdir .....                     Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub .....                     Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? .....                     Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... .....                     Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı .....                 

Növbədənkənar parlament seçkiləri keçiriləcək? - ARAŞDIRMA
Tarix: 26-10-2023, 10:32 | Çap et
Növbədənkənar parlament seçkiləri keçiriləcək?
Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov deyib ki, gələn il Azərbaycanda Konstitusiyaya düzəlişlər üzrə referendum və növbədənkənar parlament seçkiləri keçiriləcək. Onun sözlərinə görə, gələn il hökumət proporsional qaydada və səsləri nisbətən düzgün sayaraq seçki keçirmək istəyir: “Niyəsini qoyaq kənara. Yaxşı, onda bu partiyaların hamısı kimin səsindən “dişləyib aparacaq”? Əlbəttə, Yeni Azərbaycan Partiyasının (YAP). Yəni, tutalım Prezidentin daxili və xarici siyasətini illərdir dəstəkləyən X adlı partiya seçkiyə qatılır. Bu partiyanın yoxluğunda onun seçicisi kimə səs verərdi? Əlbəttə, YAP-a. Amma yarışa həm o X, həm də onun kimi olan W, Y, Z və s. partiyalar qatılırsa, onların hərəsi 0,5 faizdən tutmuş 5 faizə qədər xırda dişləmlərlə YAP-ın nəticəsini zəiflədəcək”.

Məmmədov bildirib ki, bunu anlayan hökumət partiyaların ümumi sayını son bir ildə 60-dan 26-ya endirib: “Amma YAP seçkidə həqiqi səs itirmək istəmirsə, bu proses davam edəcək. Onsuz da dediyim kimi, belə partiyaların mövcudluğunda heç bir dürüst ideoloji məntiq yoxdur. İndi isə həm də seçki məntiqi yoxdur”.

Qeyd edək ki, vaxtından əvvəl parlament seçkilərinin və Konstitusiyaya düzəlişlər üzrə referendumun keçirilməsi uzun müddətdir gündəmdədir. Azərbaycan hökuməti bununla bağlı informasiyaları rəsmi təsdiq etməsə də, qarşıdakı aylarda belə bir qərarın veriləcəyi gözlənilir.

Bəs, Konstitusiyaya düzəlişlər üzrə referendum və vaxtından əvvəl parlament seçkiləri ölkəmizin siyasi həyatında hansı dəyişikliklərə səbəb olacaq? AYNA mövzunu siyasi partiya sədrləri ilə müzakirə edib.

Müsavat Partiyasının başqanı Arif Hacılı söyləyib ki, növbədənkənar parlament seçkilərinin və Konstitusiyaya düzəlişlər üzrə referendumun keçirilməsi uzun müddətdir müzakirə olunur: “Bununla bağlı müxtəlif şayiələr gəzir. Düzdür, rəsmi olaraq Azərbaycan hökuməti bunu təsdiq etmir. Çox təəssüf ki, Azərbaycanda indiyə qədər keçirilən Konstitusiya referendumları islahat adı altında imitasiya xarakterli olub və siyasi hakimiyyətin mənafeyinə cavab verib. Ehtimal var ki, növbəti dəyişikliklər zamanı da belə olacaq”.

“Lakin 44 günlük vətən müharibəsi zamanı əldə olunan tarixi zəfərdən və lokal antiterror əməliyyatları zamanı ölkəmizin suverenliyinin tam bərpa olunmasından sonra iqtidarın imkanı və şansı var ki, real demokratik islahatlar aparsın. Həm referendumda nəzərdə tutulan düzəlişlər ölkəmizin rifahına xidmət etsin, həm də demokratik parlament seçkiləri keçirilsin. Cəmiyyətdə bununla bağlı ciddi gözləntilər mövcuddur. Yaxşı olardı ki, Azərbaycan hakimiyyəti də buna adekvat reaksiya nümayiş etdirsin”, - deyə siyasətçi bildirib.

Başqan parlamentin hansı formada təşkil olunacağı barədə məlumatsız olduğunu deyib: “Müxtəlif mülahizələr irəli sürülür. Bunlardan biri də prosporsional seçki sisteminin bərpası ilə bağlıdır. Hesab edirəm ki, belə bir addımın atılması labüddür. Əslində, o zaman proporsional seçki sisteminin ləğvi qərarı əsassız idi. Siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılmasına yönəlmişdi. Hansı ki, dünya təcrübəsinə istinad etsək, görərik ki, əksər ölkələrdə parlament siyasi partiyalardan formalaşır. Bəzi ölkələrdə isə tam şəkildə proporsional qayadada müəyyənləşir. Azərbaycanda siyasi partiyaların parlamentdəki rolunu artırmaq lazımdır”.

Hacılı əlavə edib ki, parlament seçkilərində iştirakla bağlı qərarı seçkilər elan olunandan sonra verəcəklər: “Hazırda bu məsələ müzakirə mərhələsindədir və indidən bu barədə hər hansı fikir bildirmək doğru olmazdı”.

Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, qeyri-ciddi bəyanatlara əhəmiyyət vermək lazım deyil: “Hesab edirəm ki, bu cür məzmunsuz açıqlamalara lüzum yoxdur. Uzun müddətdir bu barədə ehtimallar səslənsə də, Azərbaycan hakimiyyəti buna əsas yaradacaq heç bir açıqlama vermir. Düşünürəm ki, bu tip fikirlər sifarişlidir və siyasi qüvvələrdə ruh yüksəkliyi, gözləntilər yaratmağa xidmət edir. Həm də bununla ictimaiyyətin nəbzini yoxlayırlar”.

“Lakin o da mümkündür ki, həm referendum, həm də növbədənkənar seçkilər keçirilsin. Yalnız rəsmi qərardan sonra bu barədə mülahizələr yürütmək mümkün olacaq. İndiki halda isə bu barədə danışmaz mənasızdır”, - deyə partiya lideri vurğulayıb.

ADP sədri proporsional seçki sisteminin bərpasını labüd sayır: “Dünyanın heç yerində qanunverici orqan yalnız mojaritar qaydada formalaşmır. Bizim parlament isə bitərəflərlə doludur. Konstitusiya referendumu və parlamentin tərkibinin dəyişməsi vacibdir. Buna zərurət var. Lakin görünən odur ki, hakimiyyəti bunu etməkdə maraqlı deyil. Dövri olaraq ictimaiyyətə müəyyən mesajlar verilsə də, nəinki təsdiqlənmir, əksinə, qəti olaraq təkzib edilir. Ölkəmizin siyasi həyatına yeniliklər gəlməlidir. Siyasi partiyaların fəaliyyəti üçün münbit şərait yaradılmalıdır. Bunun üçün əsas addım demokratik islahatlar aparmaq və porsporsional seçki sistemini bərpa etməkdir”.

Azərbaycan Xalq Partiyasının (AXP) Pənah Hüseyn də Konstitusiya referendumunun və növbədənkənar parlament seçkilərinin keçirilməsinin gözlənildiyini qeyd edib: “Əslində bu barədə müzakirələr uzun müddətdir davam edir. Lakin rəsmi səviyyədə təsdiq olunmur. Belə bir siyasi qərar olarsa, təbii ki, biz də seçkilərdə fəal iştirak edəcəyik. Hesab edirəm ki, ölkədə dərin siyasi islahatlar aparılmalıdır. Bu baxımdan Konstitusiyaya düzəlişlər üzrə referendumun keçirilməsinə ciddi ehtiyac var. Eyni zamanda siyasi partiyalarla bağlı müddəa da Konstitusiyaya salınmalıdır”.

“Parlamentə gəldikdə isə, proporsional sistemin bərpası vacibdir. Hansı ki, bunun baş verəcəyi ehtimalları da yüksəkdir. Siyasi partiyaların rolunun artırılması baxımından bu qərarın verilməsi əvəzsizdir”, - deyə müsahibimiz bildirib.

AXP sədrinin qənaətincə, bütün siyasi partiyalar seçkilərdə iştirak etməlidir: “Bunun üçün münbit şərait yaradılmalıdır. Açıq şəkildə qeyd etmək lazımdır ki, son illər atılan addımlar, verilən qərarlar dinamikdir və partiyaların cəmiyyətdəki rolunun artırılmasına xidmət edir. Bu siyasət bundan sonra da davam etməli və genişləndirilməlidir. Azərbaycan son illərdə mühüm tarixi hadisələr yaşayıb. 30 ildir düşmən tapdağında olan torpaqlarımız işğaldan azad edilib. Ölkəmizin suverenliyi tam şəkildə bərpa olunub. Hesab edirəm ki, Azərbaycan iqtidarının növbəti addımı siyasi islahatları dərinləşdirmək və demokratik mühiti təmin etmək olmalıdır”.
//AYNA//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 10:44
Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq - KİV
Bu gün, 10:40
"Yeni Klinika"ya direktor təyin olundu - ƏMR
Bu gün, 10:36
Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28
Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA - TƏFƏRRÜAT
Bu gün, 10:17
Araz qırağının əcəb ZİBİLGAHI VAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:13
Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Bu gün, 09:50
“Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” - ETİRAZ
Bu gün, 09:45
Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Bu gün, 09:39
“Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” -erməni politoloq
Bu gün, 09:33
Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34
Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11
Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…
Bu gün, 08:09
Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... - GƏLİŞMƏ
Bu gün, 08:07
"Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04
Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46
Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27
Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... - ŞƏRH
Bu gün, 07:20
Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16
ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib - "The War Zone"
Bu gün, 07:10
Azərbaycanda çörək bahalaşacaq? – İqtisadçı izah edir
Bu gün, 07:05
Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR - ONA GÖRƏ DƏ...
Bu gün, 06:58
Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? - Görünəni odur ki...
Bu gün, 06:55
Yerində sayan sektor: milyonları niyə itiririk? - AKTUAL
Bu gün, 06:52
"İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." - FAKT BUDUR!
Bu gün, 06:50
Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:48
"Verilişə gələrkən maşını vurdum..."
Bu gün, 06:45
TƏBİB-in TƏCİLİ olmayan yardımı... - "Ümid edək ki..."
Bu gün, 06:34
Niyazi Bayramovun korrupsiya ortaqları - SİYAHI
Bu gün, 06:28
Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25
Təzə başçı gələndə camaat düşündü ki... - FOTO
Bu gün, 06:24
Pensiyalarla bağlı vacib xəbər – İlin sonunda…
Bu gün, 06:19
Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir - Palata
Dünən, 18:06
Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: - 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
Dünən, 18:02
Bu gün BMT canlı meyitdir - Natiq Miri
Dünən, 17:55
Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub – Rəsmi
Dünən, 17:49
Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? - İmtiyazlı podratçı...
Dünən, 17:42
Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... - DETALLAR
Dünən, 17:31
Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib
Dünən, 17:28
Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... - Qarabağın bərpasına da HARAM QATIBLAR
Dünən, 17:24
Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı - DÖVLƏTİ SANKİ QARƏT EDİBLƏR...
Dünən, 17:23
Siraqəddin Cabbarov onu işdən çıxardı - ƏMR
Dünən, 17:20
Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb - DETALLAR
Dünən, 17:11
Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
Dünən, 17:10
Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır
Dünən, 17:06
“İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” -Tofiq Musayev
Dünən, 17:04
Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı - TƏFƏRRÜAT
Dünən, 16:55
General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular - DETALLAR
Dünən, 16:50
“Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” – İlginc açıqlamalar
Dünən, 16:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru