Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                     Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                 

"İlham Əliyev ABŞ dövlət katibinə bütün gərəkən mesajları verdi" - Partiya sədri
Tarix: 1-05-2024, 09:05 | Çap et
"İlham Əliyev ABŞ dövlət katibinə bütün gərəkən mesajları verdi"
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığında bildirib ki, ölkəmiz regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir. Aydındır ki, regionda hər hansı ayırıcı xətlər dedikdə kənar qüvvələr nəzərdə tutur.

Qeyd edək ki, Prezident İlham Əliyev ən müxtəlif səviyyələrdə Cənubi Qafqazın xarici qüvvələr arasında rəqabət məkanına çevrilməməsini, bu prosesin regionda sülhə ciddi əngəl olduğunu vurğulayıb. İran da eyni mövqedə olsa da, İrəvanın özünə dəstək axtarışında xarici qüvvələrə arxalanmasına qarşı çıxa bilmir. Rusiya isə bu prosesin daha çox onun regiondan sıxışdırılmasına yönəldiyinin fərqindədir.

ABŞ, Fransa və Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinə müdaxiləsi bölgədə qeyri-sabitlik mühiti yaradır. Paris və Brüssel geosiyasi ambisiyaları rəhbər tutaraq, Vaşinqtonla birgə Cənubi Qafqazda sabitliyin pozulmasına səbəb olacaq “sülhyaratma missiyası”nı İrəvana “sırımaqda” davam edir. Bakı isə “Qafqaz evi” əməkdaşlıq modelinin - 3+3 formatının əsas dəstəkçisidir. Artıq digər dövlətlər də anlayıblar ki, Cənubi Qafqazda istənilən risklərin, mənfi təsirlərin qarşısı birgə səylərlə alınmalıdır.

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev “Yeni Müsavat”a bildirdi ki, cənab Prezidentin Blinkenlə telefon danışığında sərgilədiyi prinsipial mövqe Azərbaycan dövlətinin gücünün və bölgədəki nüfuzumuzun birbaşa göstəricisidir: “Eyni zamanda İlham Əliyev ABŞ dövlət katibinə bütün gərəkən mesajları verdi və sülh üçün tələb olunan şərtləri ona yenidən xatırlatdı. Gerçəkdən də bu gün münasibətlərin düzəlməsi, regionda təməlli sabitliyin bərqərar olması son dərəcə vacib məsələdir. Amma bunun üçün ilk öncə kənardan maneçilik törədilməməlidir, həmin Blinkenin təmsil etdiyi Amerika və Avropa proseslərə, hadisələrə adekvat reaksiya göstərməlidir, böyük dövlətlər öz merkantil maraqları naminə ümumbəşəri dəyərləri güdaza verməməlidir. Yetər ki, bəlli provokatorlar "təşəbbüskar" rolunda çıxış etməsinlər, qızışdırıcı rəylərini bildirməsinlər, gedib özlərinə aid işlərlə məşğul olsunlar.

Amma bu gün rəsmi Paris və Brüssel nə edir? Lazım olanın tam tərsini! ABŞ Dövlət Departamentinin son hesabatı, Avropa Parlamentinin qətnaməsi nəyə hesablanıb? Əlbəttə ki, sülhə doğru atılan addımların səngidilməsinə. Ona görə Amerika da, Avropa da papağını qarşısına qoyub ciddi-ciddi fikirləşməli, belə qərəzli mövqedən çəkinməli, qızışdırııcı strategiya sərgiləmək əvəzinə sülhün təşviqinə real töhfələr verməli və yekun sənədin imzalanması ilə bağlı Azərbaycan tərəfindən təklif olunan 5 əsas prinsipi dəstəkləməlidir".

Siyasi təhlilçi Sona Əliyevanın sözlərinə görə, hazırda Bakı ilə İrəvan arasındakı sülh gündəliyinin əsas moderatoru elə Azərbaycandır: “Rəsmi Bakı hər zaman çalışıb ki, sülhyaratma prosesinin birbaşa iştirakçıları elə tərəflərin özü olsun. Ermənistandan fərqli olaraq Azərbaycan vasitəçilərin, üçüncü və ya kənar qüvvələrin oyundankənar qalmasında maraqlı olan tərəfdir. Ermənistan isə hər zaman özünə arxa, havadar və ya istiqamətverici oyunçu axtarıb. İrəvan indi də özünü oyunçu yox, oyuncaq kimi aparır. Düşünürəm ki, ABŞ, Fransa kimi qüvvələr indiki prosesdə nə qədər kənarda dursalar, o zaman Bakı ilə İrəvan arasında böyük sülh sazişinin imzalanması daha sürətli perioda qədəm qoya bilər. Bir müddət öncə işğal altındakı 4 kəndin qaytarılması prosesi buna əyani sübutdur. Bu prosesdə heç bir üçüncü qüvvə iştirak etmədi. 33 ildən sonra ilk dəfə Bakı və İrəvan masa arxasında sülh prosesi istiqamətində real və ümidverici addımlar atdılar. Fikrimcə, Qərb və Rusiyanı bu prosesdən uzaqlaşdırmaq İrəvanın işidir və Ermənistan bundan daha çox fayda götürəcək. Azərbaycan isə hər iki qütblə məsafəli davranır. Bütün proseslərdə təkbaşına və ləyaqətlə addımlayır. Hətta İran kimi mürəkkəb və dolaşıq bir oyunçunu prosesə daxil etmək istəyən də İrəvan idi. Nəticədə sülh prosesi azı bir neçə il uzandı. Söhbət 44 günlük savaşdan sonrakı proseslərdən gedir. Fikrimcə, regiona əbədi sülhün gəlməsində səmimi olduqlarını göstərmək istəyirsə, Qərb və Rusiya da sülh prosesinə süni müdaxilələr etməməlidir”.

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov qeyd etdi ki, ABŞ dövlət katibi Blinkenin son 1 ayda Azərbaycan Prezidenti İlham Əliyevə iki dəfə zəng etməsi Birləşmiş Ştatların Azərbaycana və ümumilikdə Cənubi Qafqaza xüsusi önəm verdiyinin göstəricisidir: “Doğrudur, bir çox hallarda hədə-şantaj, qərəz özünü açıq şəkildə büruzə verir. Məqsəd ondan ibarətdir ki, regionda mövqeyi güclənən rəsmi Bakını və təbii müttəfiqi olan Ankaranı əsas söz sahibi olmaqdan çəkindirsinlər. Lakin İlham Əliyevin yürütdüyü davamlı və sistemli xarici siyasət, region oyunçuları ilə normal münasibətləri, düzgün hesablanmış kursu, həmçinin qətiyyətli mövqeyi Azərbaycanı böyük güclərin kəskin rəqabət poliqonuna çevrilməsindən xilas edir. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, regional problemlərin region dövlətlərinin qarşılıqlı maraqlara hörmət edilməsi və əməkdaşlıq zəminində həlli daha effektlidir. Odur ki, rəsmi Bakı 3+3 formatı və “Qafqaz Evi” əməkdaşlıq modelinə üstünlük verir. Bu, daha pozitiv və daha cəlbedicidir. Azərbaycanın Ermənistanın işğalı altında qalan Qazağın 4 kəndinin vasitəçisiz olaraq qaytarılması etimad mühitinin yaradılmasında kövrək zəmin olsa da, bu hal həm də onu göstərdi ki, ümumilikdə Cənubu Qafqazda davamlı sülhün və təhlükəsizliyin əldə olunmasının təminatını kənar yerlərdə axtarmaq əbəsdir. Xüsusən də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasının yolu heç də Brüsseldə, Moskvada, Vaşinqtonda deyil, elə regionun özündədir. Əksinə, regiona kənar gücləri cəlb etmək gərginliyə və qeyri-sabitliyə rəvac verərdi. Necə ki, biz bu neqativ halı Ermənistan nümunəsində görürük. Bölgənin əsas güc mərkəzləri olan və ermənilərin də nahaqdan qorxub-çəkindikləri Türkiyə və Azərbaycan mehriban qonşuluq, əməkdaşlıq və münasibətlərin normal olmasının tərəfdarıdır. Ölkə Prezidenti Almaniya federal kansleri Olaf Şoltsla da görüşündə dünyaya bir daha bəyan etdi ki, Azərbaycan sülh gündəliyinə hazırdır və bu prosesi də uğurla davam etdirməyi hədəfləyir. Lakin görünən odur ki, Ermənistan hələ də mövqeyini dəqiqləşdirə bilmir. Atdığı addımlar həm özü üçün, həm də region üçün yeni risklər yaradır. Fransanı təkidlə cəlbetmə siyasəti, sürətlə silahlanma, ayrıcı xəttə meyllik tərəddüdedici hal yaradır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatına görə, Ermənistan ÜDM-nin 5 faizdən çoxunu silahlanmaya ayırıb. Dövlət büdcəsində 1.5 milyard dollar silah alınması üçün nəzərdə tutulub. Bütün bunlar təbii ki, Azərbaycanı narahat etməyə bilməz və haqlı suallar, narazılıqlar doğurur. ABŞ diqqətini daha çox belə məsələlərə yönəltsə, ümumi sülhün əldə olunmasına əngəl olan halların aradan qaldırılmasına çalışsa, faydalı olardı. Ancaq düşünürəm ki, nə ABŞ, nə Qərb, nə Rusiya, nə də İran Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsinə həvəs göstərmir. Siz diqqət edin. İran ABŞ-Azərbaycan əlaqələrindən hər zaman ciddi əndişə duyduğu halda Birləşmiş Ştatların və Qərbin Ermənistandakı mövcudluğuna, hətta müşahidəçi pərdəsi altında hərbi kəşfiyyat qruplarının sərhəddə yerləşdirilməsinə yumşaq da olsa etiraz bildirməyib. Yüz milyon dollarlıq Qərb silahlarının Ermənistana tədarükünə göz yumur. Təbii ki, bütün bunların ciddi səbəbləri var və Azərbaycan da seyrçi qala bilməz, qalmamalıdır".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Dünən, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Dünən, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Dünən, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Dünən, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Dünən, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Dünən, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Dünən, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Dünən, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Dünən, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Dünən, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Dünən, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Dünən, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Dünən, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Dünən, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Dünən, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Dünən, 13:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru