Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

“Partiyalar ölkənin ictimai-siyasi həyatından çox kənardadırlar” - Sərdar Cəlaloğlu
Tarix: 29-05-2024, 08:19 | Çap et
“Partiyalar ölkənin ictimai-siyasi həyatından çox kənardadırlar”
Ötən həftənin əvvəlində Azərbaycanda siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin və 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə görüş təşkil olunub. Görüşdə çıxış edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev dövlət siyasətində demokratik prinsip və dəyərlərə daim sadiq qalan Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirib, bu istiqamətdə indiyədək görülmüş çoxsaylı işlər barədə ətraflı məlumat verib. Şöbə müdiri siyasi partiyaların cəmiyyətdə artan rolunu ölkəmizdə formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın əsas elementlərindən biri kimi xüsusi vurğulayaraq təşkil olunmuş görüşün, həmçinin siyasi partiyaların mövcud potensialının dövlət siyasətinin və ictimai münasibətlərin daha da inkişafına yönəldilməsi imkanlarının genişləndirilməsinə xidmət etdiyini bildirib. Ə.Vəliyev sağlam əməkdaşlığın, milli həmrəyliyin sabitliyi və dayanıqlı inkişafı təmin edən amillərdən olduğunu diqqətə çatdırıb.

Tədbirdə müxtəlif dövlət orqanlarının nümayəndələri çıxış edərək “Siyasi partiyalar haqqında” qanundan irəli gələn məsələlər barədə təmsil etdikləri orqanların aidiyyəti üzrə gördüyü işlər barədə məlumat veriblər. Sonra siyasi partiyaların nümayəndələri çıxış edərək müzakirə olunan mövzulara münasibətlərini bildiriblər.

Tədbir dövlət orqanlarının təmsilçiləri tərəfindən siyasi partiya nümayəndələrinin çoxsaylı suallarının cavablandırılması və müzakirələrlə davam edib. İştirakçılar bu qəbildən olan tədbirlərin mütəmadi təşkilinin və hər bir siyasi qüvvənin belə təşəbbüslərdə fəal iştirak etməsinin faydalı olacağını diqqətə çatdırıblar.

Sözügedən tədbirdə iştirak edən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu təəssüratlarını AYNA ilə bölüşüb. ADP rəhbəri deyib ki, 4 il bundan qabaq, 2020-ci ildə iqtidarla milli məsələdə əməkdaşlıq etmək qərarı veriblər:

- Həmin vaxt bizim bu addımımızı hər cür yozanlar oldu, çirkin adlar qoydular, az qala “satqınlıq” dedilər. Amma 44 günlük Vətən müharibəsi milli məsələ idi və milli məsələdə iqtidar-müxalifət söhbətinin olmamalıdır, ola bilməz. İkinci Qarabağ müharibəsində siyasi qüvvələrin birliyi, iqtidar-müxalifət əməkdaşlığı qələbədə elə ciddi rol oynad ki, bu addımımızın nə qədər vacib, düzgün olduğu göründü. Demək istədiyim odur ki, uzun illər aradan sonra 2020-ci ildə iqtidar-müxalifət dialoqu baş tutdu və bu, səmərəli nəticə verdi.

Sonuncu tədbir isə Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni qanunun tətbiqi məsələsinə həsr olunmuşdu. Prezident Adminstrasiyasının təşkil etdiyi, Siyasi partiyalarla iş və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə keçirilən tədbirdə Ədliyyə Nazirliyinin, MSK-nın, Maliyyə Nazirliyinin, Hesablama Palatasının, Milli Məclisin rəsmiləri iştirak edirdilər. Onlar siyasi partiyaların həmin qurumlarla bağlı hissəsinə aydınlıq gətirildi. Sonra isə partiya rəhbərləri çıxış etdilər, təkliflərini səsləndirdilər.

Açığını deyim ki, son vaxtlar hakimiyyətin iqtidar-müxalifət münasibətlərini yeni müstəviyə qaldırmaq istəyi müşahidə edilir. Münasibətlərin inkişafı üçün həm iqtidar, həm də müxalifət tərəfindən müəyyən cəhdlər var və müəyyən irəliləyişlər də var.

- Söhbət hansı irəliləyişdən gedir?

- Məsələn, bu gün Ermənistanda və Gürcüstanda gedən siyasi proseslərə baxdıqda görürük ki, hər ikisində destabilizasiya var, müxalifət küçələrdədir. Heç kəsə sirr deyil ki, Ermənistanda Rusiya, Gürcüstanda isə Qərb müxalifəti dəstəkləyir. Yəni ki, bu ölkədə baş verənlər xarici dəstəyin nəticəsidir. Amma Azərbaycanda sabitlikdir, çünki Azərbaycan müxalifətinin heç bir xarici qüvvə ilə əlaqəsi yoxdur. Bunun özü də Azərbaycan müxalifətinin milli məsələlərdə, dövlət məsələlərində iqtidarla əməkdaşlığa hazır olduğunun sübutlarından biridir.

Həmin tədbirdə mən də, digər siyasi partiya rəhbərləri də çıxış etdi, çoxlu məsələlər qaldırıldı. Siyasi partiyalarla bağlı qəbul edilən yeni qanunun ilk nəticəsi o oldu ki, 30-a yaxın partiya özünü buraxdı. Əslində Azərbaycan kimi balaca bir ölkədə 56 siyasi partiyanın olması düzgün deyildi. Açığını deyim ki, bunun çoxpartiyalılığa qətiyyən dəxli yoxdur. Hələ bu gün də 26 partiya var ki, düşünürəm, bu da Azərbaycan üçün çoxdur. Ölkəmizdə maksimum 4-5 partiyaolmalıdır. Bu, kifayətdir. Qanunda elə kriteriyalar müəyyənləşdi ki, adı olub, özü olmayan partiyalar avtomatik sıradan çıxdılar. İkincisi, partiyalara ofis verildi, partiyalarla hakim qurumlar arasında sıx əlaqələr yarandı. Yəni ki, müsbət irəliləyiş oldu.

- Bu irəliləyiş partiyaları inkişaf etdirirmi?

- Partiyalara qarşı əvvəlki illərdə olan repressiv addımların indi olmamasına baxmayaraq, hələ də partiyalaşma prosesində ciddi problem var. Etiraf edirəm ki, Azərbaycanda müxalifətə qoşulmaq istəyən vətəndaşların sayı sıfıra bərabərdir. Belə bir sual ortaya çıxır: niyə Azərbaycanda müxalifət ya radikaldır, ya da ondan radikallıq gözlənilir?! Bizdə elə bir vəziyyət yaranıb ki, işi olan insanlar, ziyalılar, millətinin, xalqının taleyini düşünən heç kəs siyasi partiyalara üz tutmur. İşi olmayan, hakimiyyətdən narazı olan, radikal əhvallı adamlar siyasi partiyalara gəlirlər. Belə olan halda, partiya hansı siyasi xətt tutur-tutsun, partiyada radikallıq əhvalı yaranır. Partiyaları bundan xilas etmək üçün, çoxlu ziyalılar, işi olan vətəndaşlar üzv olmalıdırlar. Yəni partiyalar sosial-iqtisadi narazılıq mərkəzinə çevrilməməlidir, əksinə, siyasi idealizmin mərkəzinə çevrilməlidir. Partiyanın məqsədi ölkənin siyasətini irəli aparmaqdır, sosial təminat nazirliyi funksiyasını yerinə yetirmək deyil. Bu baxımdan, partiyalar inkişaf edə bilmirlər. Bu da cəmiyyət üçün çox böyük təhlükədir.

- Hansı təhlükələri nəzərdə tutursunuz?

- Siyasi partiyaların inkişaf etməməsi ona gətirib çıxarır ki, vətəndaşlar ya dini radikal qüvvələrə meyl edirlər, ya da narkotika kimi, cinayətkarlığın başqa formaları kimi neqativlər sürətlə inkişaf edir. Əgər Azərbaycanda insanlar kütləvi sürətdə siyasi partiyalara üzv olsaydılar, nə indiki qədər narkomaniya müşahidə olunardı, nə indiki qədər dini radikal qüvvələrə qoşulmalar olardı. Məsələ burasındadır ki, adamlar iddialarını bu və ya başqa formada ifadə etmək istəyirlər.

- Sizcə, niyə insanlar, ziyalılar, dediyiniz işi olan insanlar müxalif partiyalara üzv olmurlar, buna can atmırlar?

- Əvvəlki təcrübəyə əsasən, repressiv addımlar səbəbindən müxalifət partiyaları onların anlamında “qorxulu yerdir”. Həmçinin, müxalifət hər vəchlə o qədər nüfuzdan salınıb ki, sanki Azərbaycandakı bütün problemlərin günahı siyasi partiyalardadır. Düşünürəm ki, müxalifət partiyalarının sıraları genişlənməsə, ölkədə çox ciddi sosial neqativ hallar müşahidə olunacaq.

- Çıxış yolu nədir?

- Mən hakimiyyət nümayəndələri ilə keçirilən tədbirdə də bu məsələni qaldırdım. Düşünürəm ki, siyasi partiyaların dövlətin və cəmiyyətin həyatında iştirakına “yaşıl işıq” yandırılmalıdır. Bu gün Azərbaycanda partiyalar sanki mövcudluğunu qorumaq üçün ayaqda dayanırlar. Halbuki partiyalar ölkənin ictimai-siyasi həyatında o qədər mühüm yer tutmalıdırlar ki, dövlət, cəmiyyət inkişaf etsin. Bu inkişaf həm də partiyaların mövqeyindən asılı məsələdir. Təəssüf ki, hakim Yeni Azərbaycan Partiyası da daxil olmaqla, partiyalar ölkənin ictimai-siyasi həyatından çox kənardadırlar. Düşünürəm ki, bizim əsas məqsədlərimizdən bir bu problemi aradan qaldırmaq olmalıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru