Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

"Baxın, onlar kimdən pul alırlar və kim musiqini sifariş edir..." - deputat
Tarix: 13-06-2024, 08:40 | Çap et
"Baxın, onlar kimdən pul alırlar və kim musiqini sifariş edir..."
ABŞ-ın GONGO təşkilatı və faktiki olaraq Dövlət Departamentinin strukturu olan bədnam “Freedom House” təşkilatı 100 ballıq saxta cədvəlində Azərbaycana 7 bal verib.

Bunu STM-in İcra Aparatının rəhbəri Sahib Məmmədov açıqlayıb. O əlavə edib: “Bu, təxminən ölkəsində internetin, bütün sosial şəbəkələrin, alternativ medianın qadağan edildiyi ölkələrə bərabər bir reytinqdir. O ölkələrə ki, cəmi bir rəsmi dövlət tv-si var və bir neçə rəsmi qəzeti. Bu öz yerində. Bu barədə şərh vermirəm. Bu şərəfsiz təşkilat yenə də Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edir. "Dağlıq Qarabağ" adlı subyekt göstərir və onu ayrıca qiymətləndirir. Onların qənaəti belədir ki, “Azərbaycan Dağlıq Qarabağı işğal edəndən sonra orada da vəziyyət pisləşib”.

Bu axmaq qənaətə “Freedom House” necə, hansı meyarlarla gəlib? Bu qərəzin, saxtakarlığın aradan qaldırılması üçün həmin təşkilata rəsmi müraciət edilməsinin bir faydası olarmı? Həmçinin bunu ABŞ-ın dolayısı ilə Azərbaycana qarşı xain davranışı hesab etmək olarmı?

Deputat Bəhruz Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, ABŞ Dövlət Departamentinin marionet təsisatları olan, “demokratiya, siyasi azadlıqlar, insan hüquqları və onların müdafiəsi” ilə məşğul olduğunu iddia edən “Freedom House” və GONGO təşkilatlarının saxta reytinqlərində Azərbaycanla bağlı qərəzli mövqenin əks olunması bizim üçün artıq təəccüblü deyil: “Görünən odur ki, dünyanın bölünməsi və ayırıcı xətlərin daha da dərinləşməsi prosesini intensivləşdirən kollektiv Qərb, gözlənildiyi kimi, bu prosesə özünün proksi qurumlarını daha aktiv formada cəlb etməkdədir. Bu kontekstdə Azərbaycanı "Dağlıq Qarabağı işğal etməkdə" təqsirləndirməklə Cənubi Qafqazda situasiyanın gərginləşməsində israrlıdır. Əlbəttə, “müstəqil QHT” adı altında fəaliyyət göstərən, əslində isə asılı və muzdlu hökumət aləti olan “Freedom House” və GONGO-nun dövriyyəyə buraxılması ilə biz bir daha hansı reallıqlarla qarşı-qarşıya olduğumuzu dərk edirik. Bildiyiniz kimi, Prezident İlham Əliyev hələ ötən il iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibəsində “Freedom House” və digər oxşar təsisatları ifşa etmiş və bildirmişdi ki, “Hamımız bilirik ki, onlar müstəqil deyil. Kim deyə bilər ki, "Human Rights Watch", “Amnesty International” və “Freedom House” müstəqildirlər. Baxın, onlar kimdən pul alırlar və kim musiqini sifariş edir. Onda görəcəksiniz ki, onlar tamamilə asılıdırlar".

GONGO və “Freedom House”un 100 ballıq saxta cədvəlində Azərbaycana faktiki olaraq internetin, sosial şəbəkələrin, alternativ medianın qadağan edildiyi ölkələrə bərabər sırada cəmi 7 bal verməsi bir daha göstərir ki, Qərb təcavüzkarlığı üçün reallıqlar yox, özünün maraqları önəmlidir. Qərb üçün demokratik ölkə “sözəbaxan” ölkədir. Bu mənada, biz artıq şahidlik edirik ki, dünyanın “bizdən və bizdən olmayan” bloklarına bölünməsi, ayrı-seçkilik və sıfır tolerant, o cümlədən nifrət dili təşviq edilməsi artıq açıq formada həyata keçirilir, sülh və sabitliyə ehtiyac duyulduğu bir dövrdə qarşılıqlı anlaşma rədd edilir. “Freedom House”un ideoloqlarının artıq çəkinmədən ayırıcı xətləri dərinləşdirməsi, hazırda beynəlxalq aləmdə cərəyan edən geosiyasi qarşıdurmaya ideoloji rəng verməyə çalışması, ayırıcı xətləri dərinləşdirərək dövlətləri bu və ya digər düşərgəyə aid etməsi səlib yürüşünün müasir formasıdır. Yəni çəkinmədən deyə bilərik ki, “Freedom House”un sahibi qismində çıxış edən və “demokratiya” “humanizm”, “insan haqları” idealları ilə pərdələnən qlobal güclər əslində ikili standartlarla yaşayan riyakar imperialistlərdir. Adıçəkilən reytinqdə Azərbaycana münasibətdə diqqətin 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş antiterror tədbirlərinin guya orada da vəziyyəti pisləşdirməsini iddia etməsi, ən əsası, “Dağlıq Qarabağ” adlı mövcud olmayan subyektə istinad edilməsi Azərbaycanın ərazi bütövlüyünə, o cümlədən də beynəlxalq hüququn ən azı 3 prinsipinə ziddir. Təbii ki, bu qarayaxmanın və beynəlxalq hüquqa zidd davranışların da kökündə dayanan amillər bizə bəllidir. Azərbaycan Prezidentinin “China Global Television Network” televiziya kanalında müsahibəsində qeyd etdiyi kimi, “əsas səbəb ondan ibarətdir ki, Azərbaycan öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdür. Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycan prioritetlərimizə və milli maraqlarımıza cavab verməyən hər hansı işə qoşulmur. Başqa sözlə desək, biz müstəqil davranırıq və siyasətimiz müstəqildir”. Təbii ki, bu, marionet iqtidarlar axtarışında olan, yaxud milli iradəni kukla rejimlərlə əvəzləməyi hədəfləyən Qərb üçün sərfəli deyil. Bu mənada, Qərbin sifarişlərinin mahiyyəti bizim üçün aydındır. Lakin hesabatın məqsədi aşacaq və özünü ifşa edəcək qədər radikallaşmasının təməlində isə prosesdə erməni diasporunun rol alması dayanır. “Freedom House”da kök salmış vitse-prezident Anni Boyacıyan, o cümlədən idarəçilikdə rol alan Şaron Nazaryan kimi çoxsaylı radikal erməni funksionerlərinin mövcudluğu “Freedom House”u insan hüquqları kimi ali dəyəri müdafiə etmək əvəzinə radikal millətçi-terrorçu təəssübkeşinə çevirir. Ümumiyyətlə, sirr deyil ki, böyük əksəriyyəti terror birləşmələrinin üzvü olan erməni lobbisinin kollektiv Qərbin anti-Azərbaycan mövqe tutan ölkələrində böyük infrastruktura malik olması, siyasətçiləri ələ alması, özlərinin parlamentə, mətbuata və hökumət orqanlarına yol tapmaları bir çox hallarda Azərbaycanofobiya mühitinin yaradılması üçün əsas ola bilir. Lakin Vətən müharibəsində məhz erməni diasporunun yerlə-yeksan edilməsi artıq erməni diasporu mifinə də son qoymaqdadır. Bu mənada, təşkilatın erməni klanının təşəbbüsləri özlərinin gözlədiyi qədər effektiv deyil".

Keçmiş deputat, siyasi təhlilçi Sona Əliyeva qeyd etdi ki, “Freedom House” hər zaman Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib: “Son 20 il ərzində bu təşkilatın Azərbaycana qarşı qəbuledilməz mövqeyinin dəfələrlə şahidi olmuşuq. Azərbaycanda internetlə bağlı ciddi və böhran xarakterli problem yoxdur. "Freedom House" böyük şirkətlərin diqtəsini yerinə yetirən təşkilatdır. Terror və radikal qruplarla bağlı hesabatları həmişə dünyanın aparıcı ölkələri tərəfindən kəskin tənqid olunub. Azərbaycanın bu təşkilatın saxta reytinqinə ehtiyacı yoxdur. Biz sabaha inamla addımlayan dürüst ölkəyik. Azərbaycanda azad media mövcuddur. Ölkədə onlarla qəzet, televiziya və yüzlərlə onlayn media fəaliyyət göstərir. İşğaldan azad edilmiş Qarabağ iqtisadi rayonunu isə yenidən “terror yuvası” kimi göstərmək isə onların iç üzünün göstəricisidir. Bu cür təşkilatların əsas qaynaqları isə özünü mühacir adlandıran söyüş maşınlarıdır. Azərbaycanın uğurlarına kölgə salmağa çalışan, ermənipərəst mövqeləri ilə seçilən, ölkəmizə təzyiq üçün vasitə axtaran həmin təşkilatların cəhdləri yalnız siyasi məqsəd daşıyır. Məlum olduğu kimi, sürətli iqtisadi inkişaf və sosial yüksəliş, o cümlədən siyasi sabitlik ölkəmizin beynəlxalq miqyasda mövqeyinin möhkəmlənməsinə xüsusi zəmin yaradıb. Bu isə öz növbəsində dövlətimizin dünya ölkələri ilə qarşılıqlı əlaqələrinin möhkəmlənməsinə xidmət göstərir. Azərbaycana qarşı hər zaman ədalətsiz mövqe nümayiş etdirən, öz korporativ maraqlarının təminatı üçün yalanlar danışan, qərəzli hesabatlar hazırlayan bu təşkilatların hansı “məzhəbə” qulluq göstərməsi sirr deyil. Azərbaycanın uğurlarına kölgə salmağa çalışan, ermənipərəst mövqeləri ilə seçilən həmin təşkilatların cəhdləri yalnız siyasi məqsəd daşıyır. “Human Rights Watch”, “Freedom House” və başqa təşkilatların Azərbaycan haqqında yaratmaq istədikləri mənfi təsəvvürlər yerlə-yeksan olacaq. Bu isə hər zamankı kimi anti-Azərbaycan kampaniyasının məhvi, Azərbaycan həqiqətlərinin isə ortaya çıxması demək olacaq".

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov isə hesab edir ki, qeyri-hökumət təşkilatı olmasına baxmayaraq ABŞ hökuməti tərəfindən maliyyələşən “Freedom House” təşkilatı Vaşinqtonun siyasi kursunu həyata keçirməklə və ölkələrə təzyiq mexanizmi üçün əsaslar yaratmaqla məşğuldur: “Bu təşkilatın hazırladığı hesabatlar bir qayda olaraq hökumətin sifarişləri ilə həyata keçirilir. "Freedom House"un Azərbaycanla bağlı hazırladığı hesabatlar həmişə qərəzli, qeyri-obyektiv, bir mənbəyə əsaslanıb. Ona görə bu təşkilatın hesabatları ciddi qarşılanmır və etibarlı hesab olunmur. Bundan öncəki hesabatında da “Freedom House” Azərbaycana ərazi bütövlüyünə sayğısızlıq nümayiş etdirərək Qarabağı “Dağlıq Qarabağ” kimi göstərmiş və guya oranın təcavüzə məruz qalması barədə absurd və qəbul olunmaz iddia irəli sürmüşdü. Budəfəki hesabatında, ümumiyyətlə, Azərbaycana qarşı təkcə qərəz deyil, həm də nifrət və fobiya öz əksini tapıb. 100 ballıq cədvəlində Azərbaycana 7 bal verilməsi Azərbaycanın cəngəllik ölkələri sırasında olması deməkdir və bu özü-özlüyündə “Fredom House” təşkilatının nə qədər siyasiləşdiyinin, reallıq hissini itirdiyinin, həddindən artıq ifrata vardığının əyani sübutudur. Azərbaycanda cəmiyyət internet resurslarına, alternativ elektron media orqanlarına, sosial şəbəkələrə sərbəst və əlçatanlığı faktdır. İndiyədək heç bir sosial şəbəkə istifadəçisi, elektron media qurumu hansısa təzyiqlərə məruz qalmayıb. Hətta xarici ölkə televiziya kanallarına heç bir məhdudiyyət tətbiq olunmayıb. QHT-lərlə bağlı problemlər yaşamayıb və dövlət vətəndaş cəmiyyəti institutlarına himayədarlıq edir, onların xarici donor təşkilatlardan asılılığını aradan qaldırıb. Mətbuatın inkişafı üçün büdcədən vəsait ayrılır və s. Etnik qruplar dilini və adət-ənənələrini, kimliklərini sərbəst şəkildə yaşadırlar. Konstitusiya ilə bütün hüquq və azadlıqlarına təminat verilir. Dini müxtəliflik inkişaf etdirilir və inanclılara hər cür şərait yaradılıb. Azərbaycandakı mövcud tolerantlıq və multikulturalizm həmişə təqdir edilib və başqa dövlətlərə nümunə olaraq göstərilib. “Freedom House” təşkilatının bütün bu müsbət tendensiyaları görməzdən gəlməsi məqsədlidir və Azərbaycanı beynəlxalq ictimaiyyətin gözündən salmağa, “banan” ölkəsi kimi təqdim etməyə hesablanıb. Azərbaycanda demokratik dəyərlərin inkişafında, insan hüquqlarının qorunmasında və müəyyən sahələrdə hələ də problemlərin olmasını heç kəs inkar etmir. Bu yöndə görüləsi və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi vacibdir. Hətta konstitusiyada nəzərdə tutulan hüquq və azadlıqların təmin olunmasına əngəllər yaradılır. Lakin bu heç də o anlamı vermir ki, Azərbaycanda vəziyyət dözülməz və tünd rəngdədir. Hesab edirəm ki, Azərbaycanda demokratiyanın, insan haqlarının və siyasi azadlıqların durumunu araşdırarkən və buna qiymət verərkən ölkənin hansı siyasi coğrafiyada yerləşməsi, cəmiyyətin ənənəvi baxışları, həmçinin Qərbin Azərbaycana münasibəti də nəzərə alınmalıdır. Alternativ mənbələrə istinad edilmədən, yalnız özünə yaxın mənbənin subyektiv, qərəzli məlumatlarına əsaslanaraq yanlış hesabatlar hazırlamaq “Freedom House”ın mötəbərliyini və etibarlığını sarsıdır. Ona görə də Azərbaycanda da təşkilatın hesabatlarına əhəmiyyət verilmir. Hər il dünya üzrə hesabatlar hazırlayan “Freedom House”un Azərbaycanın ərazi bütövlüyünə qəsd edərək “Azərbaycan Dağlıq Qarabağı işğal edəndən sonra orada da vəziyyət pisləşib” kimi cəfəng ittihamı, bu təşkilatın təkcə böhtan deyil, həm dövlətə qarşı düşmənçilik, ifrat qərəzinin təzahürüdür. Təşkilat Azərbaycanın ərazi bütövlüyünü və suveren hüquqlarını tanımaq və ona hörmət göstərmək məcburiyyətindədir. “Freedom House” təşkilatının hər dəfə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə açıqca hörmətsizliyi həmin təşkilata qarşı cəmiyyətdə haqlı olaraq həm də qəzəb hissi yaradır".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru