"Bu il yağış və külək çox olduğu üçün kifayət qədər meyvə yetişməyib" - deputat
Tarix: 19-06-2024, 14:00 | Çap et
 Azərbaycanda mövsümi meyvələrin əvvəlki illərlə müqayisədə bahalaşdığı bildirilir. Ayrı-ayrı Bakı sakinlərinin AzadlıqRadiosuna demələrinə görə, paytaxt bazarlarında gilasın qiyməti 4-10, albalı 4-5, ərik isə 4-7 manat arasında dəyişir. Onlardan bəzilərinin şikayətlənməsinə görə, meyvələrin çoxu Rusiyaya ixrac olunur, Azərbaycanda isə qıtlıq yaranıb və nəticədə qiymətlər qalxıb.
Bazarlarda satıcılar da bu il meyvələrin ötən ilə nisbətdə baha olduğunu təsdiqləyirlər. Onların sözlərinə görə, qiymətlər ortalama iki dəfə artıb. "Keçən il gilas və albalı 2-3 manata, ərik 3-4, şaftalı da 2-3 manata satılırdısa, bu il bu meyvələr təxminən iki dəfə bahalaşıb", - "Yaşıl bazar"da satıcılardan biri deyir.
Satıcılar meyvələrin bahalaşmasını, əsasən, hava şəraiti ilə əlaqələndirirlər. "Əvvəl güclü yağışlar və külək olub, sonra dəhşətli istilər düşüb. Ona görə də meyvələrin çoxu ya yetişmədən xarab olub, ya da istidən yanıb", - həmin satıcı vurğulayıb.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin ilk beş ayı ərzində Azərbaycandan 251 milyon 281 min dollar dəyərində 230 min 907 ton meyvə-tərəvəz ixrac olunub. Bu, ötən ilin müvafiq dövrünə nisbətən çəki ifadəsində 7 min 986 ton və ya 3.45 faiz azdır.
Son ayların statistik məlumatları olmasa da, 2024-cü ilin yanvar-fevralında Rusiya Federasiyasına meyvə-tərəvəz ixracının bir ildə 40 faiz artdığı bildirilirdi.
"Yağış və külək..." Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Turan"a bildirib ki, bu il yağış və külək çox olduğu üçün kifayət qədər meyvə yetişməyib: "Bu, qiymətlərə təsir edir. Amma bir məsələ də var ki, bayramqabağı həmişə qiymətlər artır. Hesab edirəm ki, bayramdan sonra qiymətlər müəyyən qədər enəcək". (Milli qurtuluş və Qurban bayramı ilə bağlı 17-19 iyun tətildir)
Deputatın sözlərinə görə, yay mövsümündə meyvə-tərəvəzin qiyməti həmişə düşür: "Meyvələr boldur, bu da qiymətlərin aşağı düşməsinə şərait yaradır. Amma indi deməzdim ki, qiymətlər çox aşağıdır, qiymətlərin kifayət qədər yüksək olduğu hiss edilir".
"Daxili istehsalın həcmi çox deyil" İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, meyvələrin bahalaşmasında bir neçə amilin rolu var: "Birinci hava şəraiti ilə bağlı olan amildir. Bir çox rayonlarda hava şəraiti ilə əlaqəli meyvənin həcmi azalıb, çünki dolu vurub, çürümə olub, yığım prosesində problem yaşanıb".
Onun sözlərinə görə, Azərbaycanda daxili istehsalın həcmi o qədər çox deyil, həm ixracı artırıb, həm də yerli bazarı təmin etmək çətindir: "Bu mənada Rusiya bazarı bir indikator rolunu oynayır. Ora meyvə-tərəvəzin ixracatı artan kimi daxili bazarda həmən qiymət yüksəlir".
N.Cəfərlinin fikrincə, bağçılıqla bağlı problem ondan ibarətdir ki, bu sahənin bəhrəsini görmək üçün azı beş-yeddi il zaman lazımdır: "Bizdə isə aqrar sektorla məşğul olanların uzunvadəli iş görmək üçün potensialları çox zəifdir. Meyvə bağları salmaq, onlara qulluq etmək ən azı beş il yalnız xərc tələb edir, qazanc gətirmir. Buna isə fermerlərin pulları çatmır. Kredit götürsən belə, indiki faizləri nəzərə alsaq, belə kreditin mənası da qalmır".
Amma Dövlət Statistika Komitəsi (DSK) meyvə istehsalında artım olduğunu açıqlayıb. Rəsmi məlumata görə, bu il iyunun 1-nə kimi 33.6 min ton meyvə və giləmeyvə (14.2 faiz çox) yığılıb.
Bəzi müstəqil iqtisadçılar da hesab edirlər ki, meyvə-tərəvəzin bahalaşmasında istehsal və ixracdan asılı olmayaraq ölkədəki ümumi inflyasiyanın da təsiri var.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00 |
|
|
|
| • Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58 |
|
|
|
| • 21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57 |
|
|
|
| • Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51 |
|
|
|
| • İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47 |
|
|
|
| • Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36 |
|
|
|
| • Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35 |
|
|
|
| • SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28 |
|
|
|
| • Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23 |
|
|
|
| • Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19 |
|
|
|
| • İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15 |
|
|
|
| • Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06 |
|
|
|
| • Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02 |
|
|
|
| • Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54 |
|
|
|
| • ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49 |
|
|
|
| • Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45 |
|
|
|
| • BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41 |
|
|
|
| • Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38 |
|
|
|
| • BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32 |
|
|
|
| • Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26 |
|
|
|
| • Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12 |
|
|
|
| • Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10 |
|
|
|
| • Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04 |
|
|
|
| • Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02 |
|
|
|
| • Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52 |
|
|
|
| • Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46 |
|
|
|
| • FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44 |
|
|
|
| • Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43 |
|
|
|
| • Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40 |
|
|
|
| • Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28 |
|
|
|
| • "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25 |
|
|
|
| • Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19 |
|
|
|
| • Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13 |
|
|
|
| • Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05 |
|
|
|
| • “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04 |
|
|
|
| • "European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59 |
|
|
|
| • MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51 |
|
|
|
| • “Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47 |
|
|
|
| • Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42 |
|
|
|
| • Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35 |
|
|
|
| • Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33 |
|
|
|
| • Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16 |
|
|
|
| • Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13 |
|
|
|
| • Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09 |
|
|
|
| • TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04 |
|
|
|
| • Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57 |
|
|
|
| • Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52 |
|
|
|
| • Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08 |
|
|
|
| • Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07 |
|
|
|
| • Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04 |
|
|
|
|