Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

“Azərbaycana asfalt salan, pul paylayan, boş vədlərlə, sosial məsələlərlə camaatı aldadan deputatlar lazım deyil” - Partiya sədri
Tarix: 3-07-2024, 09:00 | Çap et
“Azərbaycana asfalt salan, pul paylayan, boş vədlərlə, sosial məsələlərlə camaatı aldadan deputatlar lazım deyil”
Azərbaycanda mandatlı seçki dairələri üzrə deputatlığa namizədliyin irəli sürülməsi prosesi başlayıb. Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova deyib ki, seçkilərin təyin olunması ilə bağlı dövlət başçısının rəsmi sərəncamı dərc olunduqdan sonra namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması haqqında qərarın qəbul edilməsi üçün sənədlər müvafiq dairə seçki komissiyasına təqdim edilir. Həmçinin qeyd olunub ki, Milli Məclisə növbədənkənar seçkilər üçün seçkiqabağı təşviqat avqustun 9-u başlayacaq, avqustun 31-i saat 08:00-da dayandırılacaq. Qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələri seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlamalıdır. Səsvermənin başlanmasına 24 saat qalmış isə dayandırmalıdırlar. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib ki, Milli Məclisə növbədənkənar seçkilərdə siyasi partiyaların iştirakı geniş olacaq. Onun sözlərinə görə, növbədənkənar parlament seçkiləri ilə bağlı geniş şəkildə tədbirlər keçirilməlidir: "Müxtəlif qurumlarla birgə tədbirlərin keçirilməsi üçün addımlar atılacaq. Gənclər, qadınlar, müxtəlif təbəqələrdən olan insanlarla maarifləndirici tədbirlər vacibdir. Siyasi partiyaların bu seçkidə iştirakı geniş olacaq. Əgər siyasi partiyalar maraq göstərirlərsə, müraciət edə bilərlər". Artıq ölkədəki partiyalar, ictimai-siyasi təşkilatlar, ayrı-ayrı şəxslər növbədənkənar seçkilərə hazırlığa başlayıblar.

"Sherg.az"ın növbədənkənar parlament seçkiləri ilə bağlı budəfəki müsahibi Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, sabiq millət vəkili Fərəc Quliyevdir. Suallarımızı cavablandıran partiya rəhbəri seçkiyə hazırlıq prosesinə start verdiklərini açıqlayıb. Keçmiş millət vəkili yeni parlamentin formalaşmasından da danışıb...

- Fərəc bəy, "yeni dönəmin yeni parlamenti" necə olmalıdır? Müasir çağırışların tələb etdiyi Milli Məclisin forması necədir?
- Hər insanın inkişaf və kamilləşmə dövrü, mərhələsi olur. Dövlətlərin də tərəqqisi eyniylə bu cür olur. Dövrün tələbləri, şərtləri, çağırışları dəyişməkdədir. Nəzərə alaq ki, Azərbaycan bir vaxtlar sıxıntılara məruz qalan, bəzi dövlətlərin humanitar yardımlarına möhtac olan ölkə səviyyəsinə düşmüşdü. Ancaq indi Azərbaycan bölgənin əsas gücünə çevrilib. Heç bir regional layihə Azərbaycansız həyata keçirilə bilməz. Türkiyə-Azərbaycan tandemi dünya səviyyəsində proseslərə təsiretmə gücündədir. Təbii ki, idarəetmədə, qanunvericilikdə buna adekvat islahatlar olmalıdır. Yəqin ki, gələcəkdə, proporsional seçki sisteminin tətbiqi, parlamentin say tərkibinin artırılması və s. məsələlərə də baxılacaq. Düzdür, parlamentin hazırkı fəaliyyətinə baxsaq, deputatların üzərinə düşən öhdəlikləri müəyyən mənada icra etdiklərini söyləmək olar. Xüsusən, rəhbərlik, komitə sədrləri, müavinləri çox çalışdılar. Amma bu fəallığı hamıya, bütün deputatlara aid etmək olmaz. Bunu cəmiyyət də görürdü. Həmçinin noyabr ayında ölkəmizdə mühüm tədbir keçiriləcək, 80 minə yaxın adamı qəbul edəcəyik. Bu mənada parlament seçkilərinin önə çəkilməsi labüd idi. Çünki beynəlxalq tədbir zamanı artıq seçilmiş deputatlar, formalaşmış yeni parlament qonaqlarla ünsiyyətdə olmalıdır. Qanunvericilik təşəbbüsləri ilə çıxış etməlidirlər. Həm də müasir çağırışlara uyğun yeni insanların yeni təşəbbüslərinə ehtiyac yaranıb. Proseslərə ustalıqla yanaşma çox önəmlidir. Dünənədək siyasi mənada müdafiə mövqeyində çıxış edirdiksə, bu gün hücum diplomatiyası ilə ərazilərimizin bütövlüyünü təmin etmək, Böyük Qayıdış, Zəngəzur dəhlizinin açılması və s. məsələlər gündəmdədir. Bu məsələlərə də yeni yanaşmalar lazımdır. Artıq Azərbaycan da bütövləşib, vətəndaşlar öz namizədliklərini birbaşa işğaldan azad edilmiş ərazilərdən irəli sürəcəklər, orada seçki təbliğatı aparacaqlar. Bu da vacib şərtlərdən biridir.

- Yeni dönəmin parlamentində kimlər, necə adamlar təmsil olunmalıdır?
- Biz keçmiş dövrdə fəaliyyət göstərən deputatları qınamırıq. Hər kəs öz gücü daxilində işini görüb. Ancaq o dönəm üçün həmin deputatlar vacib idisə, indi daha fərqli ampluada olan millət vəkillərinə ehtiyac yarandığı ortaya çıxır. Mən də razıyam ki, əgər zaman dəyişibsə, dövrün trendinə uyğun çağırışlara cavab verən, proseslərin içində siyasi mənada bişmiş şəxslərin parlamentdə təmsilçiliyi vacibdir. Azərbaycanın mövcud durumu, mövqeyi onu tələb edir ki, parlamentdə asfalt salan, pul paylayan, boş vədlərlə, sosial məsələlərlə camaatı aldadan deputatlar lazım deyil. Milli Məclisə Almaniya Bundestaqının, ABŞ Konqresinin, Rusiya Dumasının, İsrail Knessetin üzvləri ilə üz-üzə əyləşib beynəlxalq məsələləri mübahisələndirə bilən adamlar lazımdır. Xarici siyasətdə parlamentarilər də mühüm rol oynamalıdır. Ona görə Milli Məclisdə yeni simaların görünməsinə ehtiyac yaranıb.

- Siyasi partiyalar seçki sistemi məsələsini də sıx gündəmə gətirirlər. Parlamentə seçkilərin təkcə majoritar deyil, həm də proporsional qaydada keçirilməsi faydalı olardımı?
- Bu fikri dəfələrlə gündəmə gətirənlərdən biri də mənəm. Proporsional seçki sistemi ona görə vacibdir ki, orada iştirakçılıq çox mühümdür. İnsanların siyasətə marağı artacaq. Seçki proporsional sistemlə keçiriləndə cəmiyyət partiyaya, düşüncəyə səs verəcək. Bununla partiyalar arasında rəqabət də artacaq. Partiya üzvləri çalışacaqlar ki, daha yuxarı səviyyədə təmsil olunsunlar və parlament seçkiləri siyahısında adları öndə gəlsin. Həmçinin partiyalara münasibət də dəyişəcək. İnsanlarda partiyalara daxil olmaq, orada fəaliyyət göstərmək istəyi baş qaldıracaq. Eyni zamanda cəmiyyətdə partiyaların gerçək gücü ortaya çıxacaq. Məlum olacaq ki, cəmiyyət daha çox hansı düşüncəyə, iradəyə səs verir. Bu həm də, bələdiyyə seçkilərinə aiddir. Təklif etmişdi ki, icra strukturlarının səlahiyyətlərinin böyük əksəriyyəti bələdiyyələrə verilsin. Belə olanda bələdiyyələrə səlahiyyətlə yanaşı, həm də məsuliyyət yüklənilir. Partiyalar yerli idarəetməni üzərinə götürəndə bütün məsuliyyət onların üzərində qalır. Bu da partiyaları daim öz üzərində işləməyə məcbur edir. Öz dünya görüşlərini, siyasi təfəkkürlərini təqdim edərək cəmiyyətdən mandat alırlar. Proporsional seçki sistemi idarəetmədə çevikliyi təmin etmək baxımından da faydalıdır. Mən Nazirlər Kabinetinin ləğv olunmasını təklif etmişdim, çünki Vitse-prezidentlik bu strukturu əvəz edir. Yəni proporsional seçki sistemini müdafiə edirəm. Başa düşürəm, mühüm proseslər var və ola bilsin, iki daşın arasında referendum keçirilməsi vacib sayılmır. Amma gələcəkdə bunların nəzərə alınması yaxşı olar.

- Parlamentdə "yaşlı-gənc" söhbətinə baxışınız necədir? Məsələn, bəzi gənc deputatların özünü doğrultmadığı iddia olunur...
- İstənilən məsələdə insan özünə kənardan baxmağı bacarmalıdır. Qərar verməlidir ki, görsün, həmin işi bacarar, öhdəsindən gələr, ya yox. Bu, mühüm məsələdir. Milli və dövlət maraqlarında şəxsi və qrup maraqlarını kənara qoymalıyıq. Doğrudur, yaşı münasib olan hər bir vətəndaşın parlament seçkinə qatılmaq, namizədliyini irəli sürmək hüququ var. Baxırsan, bu gün çıxış edir, sabah özünü doğrultmur. Axşam bir kitab oxuyub, səhər gəlib ondan danışmaq olar. Amma əsas cəmiyyətə hesabat vermək bacarığının olmasıdır. Kimsə vəd verirsə, gələcəkdə bunları edəcəyini deyirsə, bunu əsaslandırmalıdır. İnsanlar ona necə, niyə inansın? Yaşın o qədər fərqi yoxdur. Yenə deyirəm, əsas məsələ insanın keçdiyi həyat yolu, onun bioqrafiyasıdır. Elə yaşlı deputatımız, dövlət adamımız var ki, dövlətə, cəmiyyətə ciddi faydaları olur. Gənclər arasında da özünü doğruldanlar var. Ona görə də ümumi baxışı total olaraq hamıya tətbiq etmək olmaz. Lakin çalışmaq lazımdır ki, insanların gözləntiləri özünü doğrultsun. Böyük ehtimal seçicilər narazı qaldıqları deputatların yenidən namizədliyinə "hə" deməyəcək.

- MDHP-də seçki hazırlığı başlayıbmı? Şəxsən sizin namizədliyiniz gündəmdədirmi?
- İyunun 30-da partiyanın Kural adlı qurumunda, yəni Ali Qanunvericilik Orqanında iclasımızı keçirtdik və parlament seçkilərində iştirak etmək qərarını aldıq. Qısa zaman ərzində bütün namizədlərimizi, dairələri müəyyən edəcəyik. Artıq ilkin siyahı var və dəqiqləşmələr aparılır. Mənim də konkret hansı dairədən namizədliyimi verəcəyim barədə hələlik düşüncəm yoxdur. Amma partiyamız mənim də seçkiyə qatılmağımla bağlı qərar verdi. MDHP bütün seçkilərdə aktiv iştirak edir. Seçkilərdən kənarda qalmırıq. Çünki məntiq onu deyir ki, əgər partiya öz düşüncəsini hakim etmək istəyirsə, bunun yolu seçkilərdir. Partiya seçkilərə qatılmırsa, hansı yolla hakimiyyətə gəlmək istəyir?










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru