Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb .....                     Paşinyanın korteji hamilə qadını belə vurub .....                     Elgiz və Xoşqədəm yeni layihə ilə .....                     Xəyal Rza qəzaya düşdü .....                     Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... .....                     Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var .....                     “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...” .....                     Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: .....                     Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir .....                     Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... .....                     Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir .....                     Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik .....                     Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ .....                     Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı .....                     “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? .....                     “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                     Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir .....                     Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ .....                     Azərbaycanda tətbiq edilən ŞOK SİLAH .....                     Distant təhsil günlərində internet güzəşti olacaq? .....                     Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək .....                     Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… .....                     Gürcüstanda 55 əcnəbi saxlanıldı .....                     Deputat Aydın Mirzəzadənin sərgüzəştləri .....                     Bu komitəyə yeni sədr seçildi .....                     Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır .....                     Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub .....                     Mərkəzi Bankın tenderi niyə ləğv olundu? .....                     Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib .....                     Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI .....                     Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu .....                     MSK-nın yeni üzvlərinin adları açıqlandı .....                     Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir .....                     Zaur Baxşəliyev yenə ATV-də: .....                     Əliyevin açıqlamasında mühüm siqnallar .....                     “PAŞA Management Company” adını dəyişir .....                     Hərbiyə ən çox pul xərcləyən ölkələr .....                     Üçüncü İran müharibəsi başlayıb: .....                 

Hafiz Hacıyev nazir olmaq iddiasından əl çəkmir
Tarix: 6-01-2016, 08:41 | Çap et
Hafiz Hacıyev nazir olmaq iddiasından əl çəkmir
Sabiq təhsil naziri Firudin Cəlilov azpolitika.info saytına müsahibəsində Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin “Yeni Müsavat”a açıqlamasında Nazirlər Kabinetini “qocalar evi” adlandırmasına və kənd təsərrüfatını dirçəltmək üçün vəzifə istəməsinə münasibət bildirib. F.Cəlilov deyib ki, H.Hacıyev doğruları dilə gətirir. Ümumiyyətlə, icra qurumları qocalar toplumu olmaqdan xilas edilməlidir:

“Ən acınacaqlı vəziyyət budur ki, ölkə başçısının inanıb mühüm vəzifələrə təyin etdiyi adamlar ilk növbədə ona qarşı dönük çıxır, kimi hara qoyursa, dövlətə deyil, özünə çalışır, oranı xışmalayıb dövləti içindən dağıdır. Dəfələrlə gördüyümüz bu durumun səbəbi kadrların bacarığına görə deyil, qohumluq bağlarına, traybalizmə görə seçilməsidir. Halbuki ölkədə çoxlu bacarıqlı, çağdaş intellektə malik uzman gənclər var, onları irəli çəkmək lazımdır. Doğrudur, vəzifəyə təyin olunma ölçülərindən biri də sədaqətli olma meyarıdır, ancaq bu meyarda da səmimiyyət görünmür. Buna elə Hafiz Hacıyevi örnək göstərmək olar, o, prezidenti müdafiə edənlərdən on qat artıq sinəsini qabağa verib onu dəfələrlə müdafiə etmişdir, ancaq onu millət vəkili olmağa da qoymurlar. Mən Hafiz Hacıyevin müxalifət haqqında dediklərini bəyənmirəm, bunu özünə də demişəm, ancaq hakimiyyətin içindəki yaramaz məmurları, korrupsionerləri radikal müxalifətdən daha artıq kəskin tənqid etməsi də gerçəklikdir və üzərinə getdiyi məmurların sonralar ifşa olunması da bir faktdır. 1992-də Hafiz Hacıyev işlədiyi qısa müddətdə kürü və balıq mafiyasını dağıda bildi, dükanları doldurdu, büdcəyə böyük məbləğlə dəstək verdi. İnanıram ki, son 5-6 ildə o, kənd təsərrüfatı naziri olsaydı, indi Azərbaycan bir çox məhsulu idxal deyil, ixrac edərdi. Demək istədiyim budur ki, belə bacarıqlı adamlar çoxdur və siyasi baxışından asılı olmayaraq, dağılmaqda olan sahələri dirçəltmək üçün onları idarəçiliyə cəlb etmək lazımdır. Azərbaycan tarix boyu aqrar ölkə olub, müstəqil dövlət olandan sonra əkin-biçin, bağ-bostan və heyvandarlıq sahələrində irəli getmək əvəzinə, geri getdik”.

Hafiz Hacıyev “Yeni Müsavat”a açıqlamasında Firudin Cəlilovun doğru danışdığını bildirdi və buna görə sabiq nazirə təşəkkür etdi: “Həqiqətən də o dövrlər Azərbaycan üçün ən çətin zamanlar idi. SSRİ yeni dağılmışdı və yenicə müstəqillik əldə etmişdik. Bir tərəfdən də müharibə gedirdi. İqtisadiyyat darmadağın vəziyyətdəydi. Məni o zaman ”Azərbalıq" Dövlət Konserninə rəhbər təyin eləyəndə heç bir şey yox idi. Hamısı sovet dönəmindən qalma idarələr idi və acınacaqlı durumdaydı. Onların hamısını birləşdirdim və vahid qurum yaratdıq. Bundan sonra qısa müddətdə çox ciddi nailiyyətlər əldə edə bildik. Azərbaycan tarixində ilk dəfə 55 ton qara kürü istehsal olundu. Bu, elə-belə rəqəm deyildi. Biz onu xarici bazara çıxarırdıq. Qara kürünün kiloqramını 110 dollara satırdıq. O dövrdə bu, çox böyük vəsait idi. Biz kürü satmaqla və balıqçılıq sahəsini inkişaf etdirməklə ölkədə aclığı aradan qaldıra bildik. 650 ton osetrin balığını kilosunu 4,5 dollardan Türkiyəyə satdıq. Ölkədə balıq mafiyasının kökünü kəsmişdik. Şəxsən mənim bütün bu işlərə nail olmağım üçün gecə-gündüzüm olmadı. İki ədəd balıq zavodu tikdik. Həmin zavodlarda kilkə balığından istifadə edərək quşçuluq sənayesini inkişaf etdirdik. Keçmiş təhsil naziri Firudin Cəlilov ədalət naminə bunları xatırlayıb, sağ olsun. Siz bizim keçmiş baş nazir Pənah Hüseyndən soruşsanız Hafiz Hacıyevin o dövrdə nələr etdiyini, daha detallı danışar".

H.Hacıyev dedi ki, Azərbaycanın balıqçılıq və kənd təsərrüfatı sahəsini inkişaf etdirmək üçün çox böyük potensialı var: “Bizim potensialımız o qədər böyükdür ki, nəinki ölkəmizin əhalisini bütün kənd təsərrüfatı məhsulları ilə təmin edə bilərik, hətta xaricə də keyfiyyətli məhsul satarıq və ölkəyə valyuta gələr. Şəxsən mən elə bir proqram nəzərdə tuturam ki, qısa müddətdə kənd təsərrüfatı məhsulları məsələsində xaricdən asılılığı sıfır həddinə endirmək mümkündür. Nəzərə alsaq ki, bu gün ölkə əhalisi ərzaq məhsullarının bahalığından əziyyət çəkir, bu məhsulların ölkəmizin daxilində istehsal olunması xalqı ərzaq sıxıntısından xilas edər. Təəssüflər olsun ki, savadsız, işini bacarmayan, korrupsiyaya bulaşmış adamlar kənd təsərrüfatı sahəsini məhv ediblər. Bunu qəsdən ediblər ki, özləri bütün məhsulları xaricdən alıb gətirsinlər və əhaliyə baha qiymətə satsınlar. Əgər biz xalqın ərzaq təminatını daxili imkanlar hesabına həyata keçirsək, dolların bahalaşması əhaliyə cüzi təsir edə bilər. Heydər Əsədov, qocalar evini xatırladan hökumət bu xalqı xaricdən gətirdikləri məhsulların ümidinə qoyub. Belə davam etsələr, xalqı acından qıracaqlar. Bir daha bəyan edirəm ki, kənd təsərrüfatı sahəsini ayağa qaldırmaq üçün bütün məsuliyyəti öz üzərimə götürməyə hazıram. Xalqın və prezidentimin qarşısında and içərəm ki, mən bu sahəni ayağa qaldırmasam ən ağır cəzaya məhkum olunum”.

Xatırladaq ki, H.Hacıyev 1991-1992-ci illərdə “Azərbalıq” İstehsalat Kommersiya Assosiasiyasının sədr müavini və sədri vəzifələrində, 1992-1993-cü illərdə “Azərbalıq” Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri vəzifəsində çalışıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Bu gün, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Bu gün, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Bu gün, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Bu gün, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Bu gün, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Bu gün, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Bu gün, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Bu gün, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Bu gün, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Bu gün, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Bu gün, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Bu gün, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Bu gün, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Bu gün, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Bu gün, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55
Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51
Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46
Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39
Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23
MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22
Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13
Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12
Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru