Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                 

QARABAĞDA MÜHARİBƏ ÜÇÜN SAATLAR QALIB
Tarix: 18-06-2012, 12:16 | Çap et
QARABAĞDA MÜHARİBƏ ÜÇÜN SAATLAR QALIB

AZƏRBAYCANIN SON SAVAŞ EHTİRASLARINA KİMLƏR VƏ NƏDƏN SU SƏPDİ?

DİA.AZ: - Son iki həftədə bir müharibə ovqatı yaşandı. Və belə bir təəssürat yaranmışdı ki, artıq Qarabağ cəbhəsində hərbi əməliyyatlar bərpa olunur. Hətta bəzi mətbuorqanlar daha da irəli gedərək bütün ölkə üzərə hərbi səfərbərliyin elan olunacağını da anons etməkdə idilər. Bir sözlə, ölkədə müharibə ovqatı yaşanırdı ki…

Ruslar yenə də ayılıqlarını etdilər

Əslində Azərbaycanın öz torpaqlarının azadlığı uğrunda müharibəyə başlayacaq qədər müstəqil olmaması barədə qənaətlər çoxdan var. Bunu elə gündəlik yaşamımızda da hiss edirik. Azərbaycan kimi ölkələrin yalnız iqtisadi fəaliyyətdə müstəqil olduqları və bu prosesin də müəyyən həddi əhatə etdiyi də məlumdur. Yəni hətta burada da müstəqil deyilik.

İmkansızdır ki, Azərbaycan məsələn, öz neftini istədiyi müştəriyə satsın. Əgər belə bir imkan olsaydı, o zaman rəsmi Bakı NABUCCO kimi region üçün böyük əhəmiyyətə malik bir layihədən vaz keçməzdi. Burada YAP iqtidarının kifayət qədər könülsüz olmasına hər kəs şahidlik etdi. Hətta İlham Əliyevin В«NABUCCO-nun taleyi Azərbaycandan asılıdırВ» şəklində öyünmə xarakterli fikirləri belə proseslərin real görüntüsü barədə təssürat yaranışını əngəlləməkdə aciz oldu.

Azərbaycan sözün əsl mənasında bu gün siyasi baxımdan Rusiyanın yedəyində yer alan bir dövlətdir. Doğrudur, Ermənistanla müqayisədə bizim durumumuza şükür oxuyub, bir salvat çevirmək olar. Amma bizim üçün hədəfə Ermənistanla müqayisə deyil axı…

Bu gün Rusiyanın Azərbaycana təsir imkanları az qala sovetlər birliyindəki asılılıqla müqayisə olunacaq həddə qədər yetişib. Rəsmi Bakı cilovunu sözün əsl mənasında Kremlin əlinə verib. Hətta bu gün Ramiz Mehdiyev, Kəmaləddin Heydərov kimi fiqurların Azərbaycanın siyasi, sosial gündəmini müəyyən etmələri də belə deməyə əsas yaradır ki, Rusiya Azərbaycanı öz canişinləri hesabına yönəldir.

Amma belə bir siyasi izdivacın mövcudluğu şəraitində belə Rusiya Azərbaycanın ürəyincə olan proseslərin baş tutmasını da əngəlləməkdədir. Sözbət təbii ki, işğal altında olan Azərbaycan torpaqlarının geri qaytarılması məsələsindən gedir.

Son olaylarda da təsdiqləndi ki, Azərbaycan ona görə Qarabağda savaş aça bilmir ki, bunu Rusiya istəmir. Xarici siyasətdə Rusiyanın xəttinin anologiyasını təşkil edən bir kurs tutan rəsmi Bakı üçün əslində beynəlxalq təşkilatların çürük qoz əhəmiyyətində olmadığı da aydındır. Hətta Qəddafi kimilərinin aqibəti belə bu gün Azərbaycanda hakimiyyətdə olan qüvvələr üçün əhəmiyyət daşımır.

Eynən Rusiya kimi. Azərbaycan hakimiyyəti də Qərbə aid beynəlxalq institutlara barmaqarası baxır, onların Bakıya hədə ilə təşrif buyuran hər bir nümayəndəsini iki kilo balıq kürüsünə satın almasından da xüsusi zövq alır.

Amma belə bir ucuz zövq hesabına daxili siyasətdəki əyər-əskiklərini ört-basdır edən rəsmi Bakı özünün Qarabağ cəbhəsindəki hərbi niyyətlərini diplomatik uğurları ilə tənzimləmək imkanından uzaqdır. Bu gün bizlər faktiki olaraq Qarabağı hər iki mənada itirmişik: həm hərbi müstəvidə, həm də diplomatik müstəvidə. Bir daha vurğulayırıq ki, hətta Rusiya ilə həddən-ziyadə siyasi qohumluğun mövcudluğu şəraitində belə (bu günlərdə deputat Rəbiyət Aslanovanın Rusiyanın siyasi çevrələrinə sıx bağlı olan İlham Rəhimovla izdivacı da bu qohumluğu daha da möhkəmləndirən bir faktor hesab olunmalıdır -C.) Azərbaycan öz torpaqlarını hərb yolu ilə azad edə bilmir.

Bu son günlərdə yaşanılanların məntiqi sonu kimi baş verən olayla da təsdiqlənmiş oldu. Qarabağ cəbhəsində hərbi əməliyyatları bərpa etməyə cəhd göstərən Azərbaycan Rusiyaya aid Ermənistandakı hərbi bazalardakı döyüş təyyarələrinin uçuşları fonunda öz müharibə ehtiraslarını yenidən təxirə salmaq zorunda qaldı.

Bəli, Rusiya növbəti dəfə ayı siyasətini nümayiş etdirdi. Yəni hesablanmamış. Amma artıq bu siyasətin çözülməsi də asanlaşıb. Gürcüstanın bir neçə il əvvəl yaşadıqlarını xatırlayan Azərbaycan Rusiyanın hərbi təyyarələrinin döyüş vəziyyətinə gətirilməsinin nə demək olduğunu yaxşı anladı. Yəni təcrübədə bir gözü çıxmış qardaşımız var.

Bundan sonra nə baş verəcək?

Təbii ki, müharibənin olub-olmayacağını indidən söyləmək çox asandır. Olmayacaq. Ən azından Rusiyanın regionda və ümumiyyətlə, dünyadakı mövqelərinin zəifləməsinə ümid etməylyik ki, bu da indiki açıdan daha çox utopiyaya bənzəyir. Digər ümid etməli olduğumuz məqam isə Azərbaycanın Rusiyanın könlünü ala bilməsi ilə bağlı məqamlardır. Yəni bizlər ATƏT, BMT kimi qurumların müxtəlif sülh missiyalarına gözlərimizi kökləməkdənsə, müxtəlif formatlı sülh danışıqlarına qalaq-qalaq pulları xəocləməkdənsə, həmin enerjini və resursları Rusiya ilə dil tapmağa sərf etmək zorundayıq.

Bir daha vurğulayırıq ki, indiki aspektdə bu imkansız görünür. Hər halda, yenidən Kremldə hakimiyyəti rəsmən öz əlinə keçinə Putini bir neçə il əvvəl İrəvanda olarkən dəli rus çarı 1-ci Pyotrun ermənilərlə bağlı dediklərini xatırladıb, onları məşhur rus çarının ruslara əmanət kimi qoyduğunu xüsusi olaraq vurğulayıb, ardından da В«SKAZANO, ZDELANO!В» ifadəsini böyük şövqlə işlətməsini hələ də unutmamışıq və unudası da deyilik.

Yəni Rusiya üçün Ermənistan bir başqa əhəmiyyətdədir. Və belə bir şəraitdə ermənilərin Böyük Ermənistan xülyalarının gerçəkləşdirilməsi üçün əsas lokomotiv hesab olunan rəsmi Moskvadan mədət ummağımız da doğru hesab olunmur.

Bəs nə etməli? Bax, ən çətin olanı da budur, daha dəqiqi bu suala cavab verilməsi.

Xatırladaq ki, bir neçə gün əvvəl Böyük Britaniyanın məşhur В«Oksford AnalitikaВ» araşdırma mərkəzi maraqlı bir açıqlama ilə çıxış etdi və bildirdi ki, Azərbaycan 2014-cü ilə müharibəyə hazırlaşır. Qurumun araşdırmalarının yekunu olaraq açıqlanan hesabatda göstərilirdi ki, hələlik Rusiyanın hərbi dəstəyinə güvənən Ermənistanla müharibə Azərbaycana ağır itkilər verə bilər, amma 2014-cü ildə rəsmi Bakı belə bir savaş üçün tam hazırlıqlı vəziyyətdə olacaq.

Bax, elə ən doğru olanı da budur. Doğru zamanda, doğru addımın atılması. Bu 2014-cü il də ola bilər, elə günü sabah da. Sadəcə olaraq, Azərbaycan üçün indiki şəraitdə ən doğru olanı müharibə tədarükünü daha da intensivləşdirməsi, öz hərbi potensialını Ermənistanın hərbi gücünün 5-10 qatının üstündə etməsidir. Çünki biz Qarabağ uğrunda təkcə Ermənistanla döyüşməyəcəyik. Və bu tədarükümüzü В«Qarabağda müharibəyə saatlar qalıbВ» həyəcanı ilə sürdürmək zorundayıq. Əks halda, Qarabağı üçüncü müstəvidə də itirəcəyik. Yəni artıq öz içimizdə də bu itki ilə barışa bilərik. Və ən təhlükəli məğlubiyyətimiz də məhz bu cəbhədə olacaq. Əgər olacaqsa…

“SAVAŞ”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Bu gün, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Bu gün, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Bu gün, 08:13
"Gül salonum var..."
Bu gün, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Bu gün, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Bu gün, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Bu gün, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Bu gün, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Bu gün, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Dünən, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Dünən, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Dünən, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Dünən, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Dünən, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Dünən, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Dünən, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Dünən, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Dünən, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Dünən, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Dünən, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Dünən, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Dünən, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Dünən, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Dünən, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Dünən, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Dünən, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Dünən, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Dünən, 09:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru