Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı .....                     Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir .....                     “Nar” Kitab Gününü Salyanda qeyd etdi .....                     Kəmaləddin Kafarov millətə qənim kəsilib? .....                     Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib .....                     Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" .....                     Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     “Paşinyan Bakının əlaltısıdır” .....                     "Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." .....                     "Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" .....                     Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək .....                     “Premium Bank”ın dövlətə vergi borcu var .....                     Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu .....                     MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? .....                     Nazirliyin tenderini yenə həmin şirkət uddu .....                     Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI .....                     “Söz vermişdim qızımı xaricdə oxudacam” .....                     İrəvanın bir ayağı yenə “gor”da .....                     Kür çayı bu rayonda bəndi uçurdu .....                     "Naxçıvan duzu" adı altında saxtakarlıq... .....                     Serjik Azərbaycana qayıdır? .....                     İrana görə daha bir ölkə çətin vəziyyətdə .....                     Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək .....                     Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz .....                     Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq .....                     "Yeni Klinika"ya direktor təyin olundu .....                     Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... .....                     Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA .....                     Araz qırağının əcəb ZİBİLGAHI VAR... .....                     Azərbaycan neftinin qiyməti 113 dolları keçib .....                     “Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” .....                     Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… .....                     “Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” .....                     Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu .....                     Qarabağda MÜHARİBƏ istəyən ölkə .....                     Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? .....                     Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... .....                 

Büdcə təşkilatlarının “büdcədənkənar vəsaiti”: Bu pul göydən düşməyib ki... - Əcəb bəhanə tapıblar...
Tarix: 10-03-2021, 10:33 | Çap et
Büdcə təşkilatlarının “büdcədənkənar vəsaiti”: Bu pul göydən düşməyib ki...
Azərbaycanda Dövlət Gömrük Komitəsinə (DGK) yeni inzibati bina tikilir. Bu barədə Komitə sədri Səfər Mehdiyev açıqlama verib. Deyib ki, yeni inzibati binanın tikintisi DGK-nın büdcədənkənar fondu hesabına maliyyələşir: “Binanın tikintisi Gömrük Komitəsinin büdcədənkənar fondu hesabına maliyyələşsə də, fonda daxil olan gəlirlərə və xərclərə Maliyyə Nazirliyi tərəfindən nəzarət var”.

Bundan əvvəl Mərkəzi Bank sədri Elman Rüstəmov da bildirmişdi ki, rəhbərlik etdiyi qurumun yeni inzibati binasının tikintisi büdcədənkənar vəsait hesabına həyata keçirilir: “Mərkəzi Bankın yeni binasının tikintisi onun öz vəsaitləri hesabına həyata keçiriləcək. Bank bunun üçün büdcədən heç bir əlavə vəsait almayıb. Yeni inzibati binanın inşa olunması 4-5 il ərzində baş tutacaq”.

Qeyd edək ki, Mərkəzi Bankın yeni inzibati binası 218 milyon avroya başa gələcək. Belə ki, Mərkəzi Bankın yeni binası Türkiyənin “Tekfen İnşaat və Təsisat” şirkəti (Tekfen İnşaat ve Tesisat A.Ş.) tərəfindən inşa ediləcək. “Tekfen Holding” tərəfindən təqdim edilən tender sənədində binanın tikintisinə dair müqavilə imzalanıb.

DGK-nın inzibati binasının hansı məbləğə başa gələcəyi dəqiq bilinmir. AYNA-nın bu barədə sorğusuna Komitədən cavab verilməyib.

Maraqlı məsələ isə odur ki, dövlət qurumlarının yeni binasının tikintisi ilə bağlı bir açıqlama verilir – bina büdcədənkənar vəsait hesabına inşa olunur. Sual edilir: Axı, dövlət qurumunun büdcədənkənar vəsaiti hardandır?

Məsələ ilə bağlı AYNA-ya danışan deputat Rüfət Quliyev deyib ki, Azərbaycanda dövlət qurumları üçün yeni inzibati binaların tikintisinə ehtiyac var. Onun sözlərinə görə, bu, paytaxtımızın görünüşünün dəyişməsinə müsbət təsir edir: “Xaricdən gələn qonaqlar, dövlət adamları, turistlər şəhərin gözəlliyinə fikir verir. Burada digər məqsəd - dövlət qurumlarını inzibati binalarını şəhərin mərkəzindən bir qədər uzaqlaşdırmaqdır. Heydər Əliyev prospektində o qədər də sıxlıq yoxdur, ərazi genişdir. Bununla həm tıxacların qarşısı alınır, həm insanların rahat hərəkəti təmin edilir, həm də paytaxtımızda müasir görünüşlü binalar inşa olunur”.

“Eyni zamanda, binalarda darısqallıq məsələsi də var. Məsələn, Gömrük Komitəsinin binası SSRİ vaxtında Kommunist Partiyasının Rayon Partiya Komitəsinin binası idi. Yəni, partiya komitəsinin binası hara, nazirlik səviyyəli bir komitənin binası hara? Burada işçi sayını, şöbələri və s. nəzərə almaq lazımdır. Görünür, Komitə üçün hazırkı bina ölçü baxımından balacadır. Ona görə də, Komitə üçün yeni binanın tikilməsini dəstəkləyirəm. Hesab edirəm ki, dövlət orqanlarının binaları mərkəzdən uzaqlaşdırılmalıdır”, - həmsöhbətimiz bildirib.

Qaldı ki, bu binaların hansı vəsait hesabına tikildiyinə, millət vəkili qeyd edib ki, bu barədə şərh verə bilməz: “Gərək, hansı dövlət qurumu bina tikirsə, buna sərf olunan vəsaitin mənbəyini də açıqlasın. Yəni, mənbə hardandır, büdcədənkənar vəsait ora necə daxil olub? Bunu məndən yox, həmin dövlət qurumundan soruşmaq lazımdır”.

“Bazar iqtisadiyyatında dövlət qurumlarının büdcədənkənar fondları yaradılır, müəyyən vəsait oraya keçirilir. Mən deyə bilmərəm, o vəsaiti kimlər keçirirlər. Məsələ burasındadır ki, nə olur-olsun, hər şey şəffaf olmalıdır. Açıqlasınlar ki, inzibati bina üçün fondumuzda filan qədər vəsait var, bu vəsait filan mənbələr hesabına təmin olunub. Yoxsa ki, kor-koranə olmaz. Fonda vəsait göydən düşmədi ki... Yaxşı olar, buna Gömrük Komitəsi tam şəkildə aydınlıq gətirsin”, - deyə R.Quliyev vurğulayıb.

Respublikaçı Alternativ Partiyanın (ReAl) Siyasi Komitəsinin üzvü, iqtisadçı-ekspert Natiq Cəfərli isə AYNA-ya deyib ki, dövlət qurumları bizneslə məşğul olmadığı üçün onların büdcədənkənar vəsaitlərinin olması da absurddur: ““Gömrük xidməti haqqı” adlı uydurulmuş ödəniş növü var. Özlərindən yaratdıqları “Gömrük xidməti haqqı” anlayışına əsasən, gömrük deklorasiyasını doldurarkən, vətəndaşdan 30 manata qədər əlavə vəsait alırlar. Bunun qanuni əsasının olub-olmadığını dəqiq bilmirəm. Amma iqtisadi baxımdan bu, absurddur. Onsuz da gömrük xidmətini dövlət göstərir. Belədirsə, o zaman hansı əsasla vətəndaşdan ayrıca gömrük xidmətinə görə haqq alınmalıdır?!”

“O zaman olardı ki, bir neçə özəl şirkət gömrük xidməti göstərərdi, xidmətinin də haqqını istəyərdi. Vətəndaşın, iş adamının başqa alternativi yoxdur ki, rüsumları Dövlət Gömrük Komitəsi vasitəsilə yox, özəl şirkətdə rəsmiləşdirsin. “Gömrük xidməti” adı altında Komitənin vəsait toplaması qanunsuz və yanlışdır. Çox güman ki, hörmətli Səfər Mehdiyev büdcədənkənar vəsait dedikdə, “Gömrük xidməti haqqı” adı ilə yığılan vəsaiti nəzərdə tutur”, - deyə ekspert bildirib.

İqtisadçının qənaətincə, bunu büdcədənkənar vəsait adlandırmaq da doğru deyil: “Sabah Milli Məclis, Nazirlər Kabineti qərar versə ki, “Gömrük xidməti haqqı” ləğv edilsin, yaxud da həmin vəsait büdcəyə köçürülsün, o zaman Gömrük Komitəsi nə deyəcək?”.

“Hesab edirəm ki, “bina büdcədənkənar vəsait hesabına tikilir, fondun vəsaiti ilə tikilir” deyilməsi, söz oyunudur. İstər Mərkəzi Bank sədri olsun, istərsə də Gömrük Komitəsinin sədri olsun, belə açıqlamalar verməklə ictimai rəyi sakitləşdirmək istəyirlər. Hər iki dövlət qurumunun istənilən qazancı büdcədənkənar ola bilməz. Çünki onların kommersiya fəaliyyəti göstərmək səlahiyyətləri yoxdur”, - deyə N.Cəfərli fikrini tamamlayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı – Vahid Ələkbərov 3-cüdür
Bu gün, 12:53
Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Bu gün, 12:47
“Nar” Kitab Gününü Salyanda qeyd etdi
Bu gün, 12:46
Kəmaləddin Kafarov millətə qənim kəsilib? - Xərçəng və dərman təxribatı
Bu gün, 12:38
Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib - QƏRAR
Bu gün, 12:32
Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" - İdman sarayını hansı şirkət tikib?
Bu gün, 12:30
Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi - "İstəmişəm ki, soyadım atamın adı ilə bağlı olsun"
Bu gün, 12:28
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 12:12
“Paşinyan Bakının əlaltısıdır” - Hayk Nahapetyan
Bu gün, 12:09
"Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." - AXI NİYƏ?
Bu gün, 12:04
"Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" - NARAZILIQ VAR...
Bu gün, 12:00
Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək
Bu gün, 11:53
“Premium Bank”ın dövlətə vergi borcu var
Bu gün, 11:49
Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu - İNCƏLƏMƏ
Bu gün, 11:46
MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? - DEPUTATLAR AÇIQLADI
Bu gün, 11:45
Nazirliyin tenderini yenə həmin şirkət uddu – Bu dəfə 9,3 milyon manat alacaq
Bu gün, 11:43
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Söz vermişdim qızımı xaricdə oxudacam” - Beş dəfə Məşhədə gedən Məleykə Əsədova
Bu gün, 11:36
İrəvanın bir ayağı yenə “gor”da
Bu gün, 11:33
Kür çayı bu rayonda bəndi uçurdu
Bu gün, 11:27
"Naxçıvan duzu" adı altında saxtakarlıq... - İşbazların yeni "planı"
Bu gün, 11:09
Serjik Azərbaycana qayıdır?
Bu gün, 11:06
İrana görə daha bir ölkə çətin vəziyyətdə – Yarım milyard dollar bloklandı
Bu gün, 11:00
Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək
Bu gün, 10:55
Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz - Hakim
Bu gün, 10:53
Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 10:44
Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq - KİV
Bu gün, 10:40
"Yeni Klinika"ya direktor təyin olundu - ƏMR
Bu gün, 10:36
Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28
Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA - TƏFƏRRÜAT
Bu gün, 10:17
Araz qırağının əcəb ZİBİLGAHI VAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:13
Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Bu gün, 09:50
“Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” - ETİRAZ
Bu gün, 09:45
Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Bu gün, 09:39
“Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” -erməni politoloq
Bu gün, 09:33
Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34
Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11
Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…
Bu gün, 08:09
Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... - GƏLİŞMƏ
Bu gün, 08:07
"Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04
Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46
Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27
Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... - ŞƏRH
Bu gün, 07:20
Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16
ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib - "The War Zone"
Bu gün, 07:10
Azərbaycanda çörək bahalaşacaq? – İqtisadçı izah edir
Bu gün, 07:05
Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR - ONA GÖRƏ DƏ...
Bu gün, 06:58
Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? - Görünəni odur ki...
Bu gün, 06:55
Yerində sayan sektor: milyonları niyə itiririk? - AKTUAL
Bu gün, 06:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru