Neftçalada Hacı Qurban RÜZGARI... - Milyonlar belə yeyilir...
Tarix: 13-03-2021, 12:07 | Çap et
 Neftçala Suvarma Sistemləri İdarəsi 1 539 385 AZN dəyərində 7 müqavilə imzalayıb. Reportyor.info xəbər verir ki, toplam maliyyə dəyəri 378 990 AZN olan iki müqavilə “Sabirabad Dəmir Beton” ASC ilə bağlanıb. Müqavilələrdə 3 nov kanalının və Uzunbabalı nov kanalının əsaslı təmiri işlərinin həyata keçirilməsi nəzərdə tutulur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Sabirabad Dəmir Beton” ASC 24 iyul 2000-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 821 108 AZN olan ASC-nin hüquqi ünvanı Sabirabad rayonu Qalağayı kəndində yerləşir. Şirkətin qanuni təmsilçisi isə Dostalıyev Əli Ömür oğludur. Açıq mənbələrdə ASC və qanuni təmsilçisi haqqında hər hansı məlumat yoxdur. Neftçala Suvarma Sistemləri İdarəsi daha bir müqaviləni Neftçala Melioservis İdarəsi ilə imzalayıb. Maliyyə dəyəri 289 229 AZN olan müqavilədə suvarma kanallarının və çay məcralarının lildən təmizləmə işlərinin satın alınması nəzərdə tutulur. Neftçala Melioservis İdarəsi Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində fəaliyyət göstərir. İdarənin rəisi Nəsirov Nizamı Ağarəzi oğludur. İnternet resursları Nizami Nəsirov haqqında neqativ materiallarla zəngindir. Məlumatlara görə, o, əvvəllər Salyan rayonunda Aşağı Muğan Meliorativ Sistemləri İdarəsinin baş mühəndisi olub. Sonradan Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Əsədovun dəstəyi ilə indiki vəzifəsinə təyin olunub. İddialara görə, əslində Nizami Nəsirovun idarəyə rəhbərliyi formal xarakter daşıyır. İdarə faktiki olaraq Elçin Əsədovun nəzarətindədir. Yeri gəlmişkən, onun qardaşı Qulam Əsədov isə Neftçala Melioservis İdarəsində baş mühəndis vəzifəsində çalışır. Neftçala Suvarma Sistemləri İdarəsi digər 4 müqaviləni “Sevinc-96” MMC ilə imzalayıb. Ümumi maliyyə dəyəri 871 166 AZN təşkil edən müqavilələrdə 2 aqreqatlı Xoltəzəkənd nasos stansiyasının (n/st binası, təzyiq qurğusu, giriş –çıxış boru xətti) əsaslı təmiri işlərinin, cari və əsaslı təmir işləri üçün tikinti materialları və dəmir məmulatlarının, nasos, mexaniki və elektrik avadanlıqlarının təmiri üçün ehtiyat hissələri və materialların, mexanizmlər və nəqliyyat vasitələrinin təmiri üçün ehtiyat hissələri və materialların satın alınması nəzərdə tutulur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Sevinc-96” MMC 31 iyul 1996-cı ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 20 AZN-dir. Hüquqi ünvanı Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, ev 45, mənzil 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Haxıyev Yusif Camal oğludur. “Sevinc-96” MMC “tender kralı” kimi tanınır. Maraqlıdır ki, bu şirkət əsasən Meliorasiya və Su Təsərrüfatı ASC-nin tenderlərini qazanır. Təkcə bu ilin yanvar ayında “Sevinc-96” 32.14 milyonluq 10 tenderin qalibi olub. Ən iri məbləğli satınalma müqaviləsi Füzuli Suvarma Sistemləri İdarəsi ilə bağlanıb. Məlumata görə yanvarın 29-u imzalanmış müqavilənin dəyəri 29,9 milyon manatdır. Mediada gedən məlumatlarda bildirilir ki,Yusif Haxıyev “proxy” fiqurdur. Yəni, onun MMC-nin qanuni təmsilçisi olması formal xarakter daşıyır. Şirkətin əsl sahibi isə Salyanda Hacı Qurban kimi tanınan iş adamı Qurban Abbasovdur. “Sevinc-96” MMC-dən başqa “İlkin N”, “XXI-əsr”, “CSM Nix”, “Nigar LTD”, “Halal İnşaat” və “A+B OİL Servis şirkətlərinin də Qurban Abbasova məxsus olduğu iddia edilir. Bu şirkətlərin ümumi dövriyyəsi 50 milyon manatdan çoxdur. Qurban Abbasovun digər şirkətləri də “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tenderlərini qazanır. Məsələn, Salyan rayonu Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi, Salyan Suvarma Sistemləri İdarəsi, Neftçala Suvarma Sistemləri İdarəsi Salyan Mənzil İstismar Təmir Tikinti İstehsal Birliyi MMC, Saatlı Rayon İcra Hakimiyyəti, Salyan rayon Mərkəzi Xəstəxanası milyonlarla dəyəri olan 148 tenderi” İlkin-N” MMC-yə verib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 12:12 |
|
|
|
| • “Paşinyan Bakının əlaltısıdır” - Hayk Nahapetyan
Bu gün, 12:09 |
|
|
|
| • "Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." - AXI NİYƏ?
Bu gün, 12:04 |
|
|
|
| • "Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" - NARAZILIQ VAR...
Bu gün, 12:00 |
|
|
|
| • Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək
Bu gün, 11:53 |
|
|
|
| • “Premium Bank”ın dövlətə vergi borcu var
Bu gün, 11:49 |
|
|
|
| • Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu - İNCƏLƏMƏ
Bu gün, 11:46 |
|
|
|
| • MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? - DEPUTATLAR AÇIQLADI
Bu gün, 11:45 |
|
|
|
| • Nazirliyin tenderini yenə həmin şirkət uddu – Bu dəfə 9,3 milyon manat alacaq
Bu gün, 11:43 |
|
|
|
| • Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:38 |
|
|
|
| • “Söz vermişdim qızımı xaricdə oxudacam” - Beş dəfə Məşhədə gedən Məleykə Əsədova
Bu gün, 11:36 |
|
|
|
| • İrəvanın bir ayağı yenə “gor”da
Bu gün, 11:33 |
|
|
|
| • Kür çayı bu rayonda bəndi uçurdu
Bu gün, 11:27 |
|
|
|
| • "Naxçıvan duzu" adı altında saxtakarlıq... - İşbazların yeni "planı"
Bu gün, 11:09 |
|
|
|
| • Serjik Azərbaycana qayıdır?
Bu gün, 11:06 |
|
|
|
| • İrana görə daha bir ölkə çətin vəziyyətdə – Yarım milyard dollar bloklandı
Bu gün, 11:00 |
|
|
|
| • Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək
Bu gün, 10:55 |
|
|
|
| • Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz - Hakim
Bu gün, 10:53 |
|
|
|
| • Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46 |
|
|
|
| • Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 10:44 |
|
|
|
| • Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq - KİV
Bu gün, 10:40 |
|
|
|
| • "Yeni Klinika"ya direktor təyin olundu - ƏMR
Bu gün, 10:36 |
|
|
|
| • Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28 |
|
|
|
| • Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA - TƏFƏRRÜAT
Bu gün, 10:17 |
|
|
|
| • Araz qırağının əcəb ZİBİLGAHI VAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:13 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Bu gün, 09:50 |
|
|
|
| • “Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” - ETİRAZ
Bu gün, 09:45 |
|
|
|
| • Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Bu gün, 09:39 |
|
|
|
| • “Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” -erməni politoloq
Bu gün, 09:33 |
|
|
|
| • Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34 |
|
|
|
| • Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11 |
|
|
|
| • Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…
Bu gün, 08:09 |
|
|
|
| • Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... - GƏLİŞMƏ
Bu gün, 08:07 |
|
|
|
| • "Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04 |
|
|
|
| • Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46 |
|
|
|
| • Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27 |
|
|
|
| • Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... - ŞƏRH
Bu gün, 07:20 |
|
|
|
| • Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16 |
|
|
|
| • ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib - "The War Zone"
Bu gün, 07:10 |
|
|
|
| • Azərbaycanda çörək bahalaşacaq? – İqtisadçı izah edir
Bu gün, 07:05 |
|
|
|
| • Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR - ONA GÖRƏ DƏ...
Bu gün, 06:58 |
|
|
|
| • Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? - Görünəni odur ki...
Bu gün, 06:55 |
|
|
|
| • Yerində sayan sektor: milyonları niyə itiririk? - AKTUAL
Bu gün, 06:52 |
|
|
|
| • "İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." - FAKT BUDUR!
Bu gün, 06:50 |
|
|
|
| • Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:48 |
|
|
|
| • "Verilişə gələrkən maşını vurdum..."
Bu gün, 06:45 |
|
|
|
| • TƏBİB-in TƏCİLİ olmayan yardımı... - "Ümid edək ki..."
Bu gün, 06:34 |
|
|
|
| • Niyazi Bayramovun korrupsiya ortaqları - SİYAHI
Bu gün, 06:28 |
|
|
|
| • Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25 |
|
|
|
| • Təzə başçı gələndə camaat düşündü ki... - FOTO
Bu gün, 06:24 |
|
|
|
|