Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı .....                     "Verilişə gələrkən maşını vurdum..." .....                     TƏBİB-in TƏCİLİ olmayan yardımı... .....                     Niyazi Bayramovun korrupsiya ortaqları .....                     Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? .....                     Təzə başçı gələndə camaat düşündü ki... .....                     Pensiyalarla bağlı vacib xəbər .....                     Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir .....                     Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: .....                     Bu gün BMT canlı meyitdir .....                     Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub .....                     Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? .....                     Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... .....                     Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı .....                     Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... .....                     Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı .....                     Siraqəddin Cabbarov onu işdən çıxardı .....                     Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb .....                     Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama .....                     Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır .....                     “İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” .....                     Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı .....                     General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular .....                     “Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” .....                     Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" .....                     Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi .....                     Ayda 925 manata kim ev ala bilər? .....                     İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib .....                     Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik .....                     Azərbaycan səhiyyəsi ÇALXALANIR .....                     Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş .....                     Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir .....                     Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir .....                     Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb .....                     Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq .....                     İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA .....                     İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi .....                     Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib .....                     XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi .....                     Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? .....                 

Ağstafada baş həkim əsl bazarkomdur... - İDDİA
Tarix: 31-05-2021, 10:10 | Çap et
Ağstafada baş həkim əsl bazarkomdur...
Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin I hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Göstərilən maddənin III hissəsinə müvafiq olaraq, sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Bu nöqteyi-nəzərdən, vətəndaşların sosial təminat hüququnu həyata keçirmələrinə mane olan, süni əngəl yaradan vəzifəli şəxslər məsuliyyətə cəlb olunmalıdırlar. Hökumət belə halların qarşısını almaq üçün hansı yeniliklər tətbiq edirsə, korrupsiya fenomeni həyasız alaq otu kimi daşı belə yarıb altından boy verir.

Gəlin əvvəlcə əlillik dərəcəsinin təyin olunması prosedurunun mövcud qaydalarına nəzər yetirək:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli 446 nömrəli qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə edilən dəyişikliklərlə vətəndaşların onlara əlilik dərəcələrinin təyin edilməsi məqsədilə Tibbi-sosial ekspert komissiyalarına (TSEK) müvafiq sənədlərlə müraciət etmələri və TSEK-də müayinə olunmaqla əlilliyin qiymətləndirilməsi proseduru ləğv olunub.

Dəyişikliklərə əsasən, əlilliyin qiymətləndirilməsi üçün göndərişin rəsmiləşdirilməsi barədə məlumat Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən elektron qaydada real vaxt rejimində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə (TSERAS) ötürülür.

Göndərişin aid olduğu şəxsə (əlillik vəziyyəti qiymətləndirilməli olan vətəndaşa) dair elektron sənəddə həmçinin əks olunan, yəni göndərişi verən səhiyyə müəssisəsinin adını, onu təsdiq edən şəxslərin kimliyini müəyyən etməyə imkan verən bütün məlumatlar TSERAS tərəfindən adsızlaşdırılaraq şifrə verilir. Bundan sonra sistem tərəfindən göndəriş əlilliyin qiymətləndirilməsi üçün elektron şəkildə hər hansı TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir.

Göndərişi elektron formada qəbul etmiş TSEK tərəfindən həmin sənəddə qeyd olunan xəstəliyin vəziyyəti barədə məlumatlar əsasında əlillik təyin olunub-olunmamasına dair qərar qəbul edilir. Əlillik vəziyyətinin qiymətləndirilməsinin nəticəsi olaraq qəbul edilmiş qərar, habelə onun aid olduğu şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olub-olmamasına dair tibbi göstəriş və əmək zəmanətinə dair məlumatlar gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir, TSEK-in sədri və üzvlərinin gücləndirilmiş elektron imzası ilə təsdiqlənir.

“Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə edilən dəyişikliklər əsasında tətbiq olunan bu yeni prosedur əlilliyin qiymətləndirilməsi prosesinin məmur-vətəndaş təmasları olmadan, elektron ifrastruktur üzərində tam obyektiv və şəffaf şəraitdə aparılmasına xidmət edir.

Nazirliyin “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi”, eləcə də autentifikasiya vasitəsinə ehtiyac olmadan istifadə edilən “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” (https://www.e-gov.az/az/services/read/3493/0) e-xidmətləri vətəndaşlara əlilliklərinin qiymətləndirilməsinin nəticəsi barədə elektron qaydada, yəni heç bir vəzifəli şəxsə müraciət etmədən elektron formada məlumat almağa imkan verir.

Vətəndaşlar əlilliklərinin qiymətləndirilməsinin nəticəsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi 142 “Çağrı mərkəzi”nə zəng edərək şəxsiyyət vəsiqəsinin nömrəsini və doğum tarixini daxil etməklə nazirliyin mərkəzləşdirilmiş informasiya sistemindən məlumat əldə edə bilərlər.

Deryaz.az-a Qazax rayonunun Yuxarı Əskipara kənd sakini, 1960-cı il təvəllüdlü Hüseynov Alı Dursun oğlu redaksiyamıza müraciət edərək, Ağstafa Rayon Mərkəzi Xəstəxanasının baş həkimindən şikayətlənmişdir. Vətəndaş Hüseynov bildirir ki, 2000-ci ildən revmatoid-artrit xəstəliyinə tutulmuşdur. Ona ilk əvvəl II qrup əlillik statusu təyin olunmuş və bir neçə il həmin dərəcəyə uyğun müavinət almışdır.

Vətəndaş Hüseynov verdiyi məlumatların KİV-də ictimailəşdirilməsini xahiş etmişdir: “Sonra qərar dəyişdi. Dedilər ki, ya işləməlisən, ya da əlillik statusundan məhrum olunacaqsan. Mən də işləməyə üstünlük verdim. Amma vaxt keçdikcə əmək qabiliyyətim yetmədi, bacarmadım. 2015-ci ildə yenidən tibbi sosial ekspert komissiyasından keçdim və mənə II qrup əlillik təyin edildi. 2016-cı ildə daha bir dəfə komissiyadan keçmişəm. Növbəti komissiya 2021-ci ilin noyabr ayının 17-nə təyin olunub. Amma səhhət durumum çox ağırdır. Bütün oynaqlarımda, dizlərimdə, çiyinlərimdə, barmaqlarımda tutulma var. Ürəkdöyünmə, təngnəfəsliyim var. Bu üzdən I dərəcəli əlillik statusu almaq üçün müraciət etmək qərarına gəldim və 2019-cu ilin yanvar ayından süründürməçiliklə üzləşmişəm. Bakıda ak. Mirqasımaov adına Respublika Xəstəxanasında da yatmışam, rayon mərkəzi xəstəxanasında da satasionar qaydada yatmışam. Vacib sənəd olan “Forma-88”-in yenilənməsi tələb olunur. Ən axırıncı dəfə 25 dekabr 2020-ci il tarixdə fərqli əllillik dərəcəsi almaq üçün müraciət etmişəm. Mərkəzdən rayon komissiyasına cavab gəldi ki, bəs məlumatları düzgün yazın, tam doldurun. Xeyli get-gəldən sonra aprel ayının 29-na söz vermişdilər ki, sənədlərim sistemə vurulacaq. Bu günlərdə əlaqə saxlamışıq, deyiblər ki, işimiz çoxdu, sizin sənəd hələ vurulmayıb”.

Ümumiyyətlə, Ağstafa RMX-nin baş həkimindən və onun sədrlik etdiyi komissiyadakı süründürməçilik, korrupsiya hüquqpozmalarından şikayətlənənlər çoxdur. Bildirilir ki, baş həkim Ağstafa səhiyyəsinə rəhbər vəzifəyə təyin olunandan işi-gücü yalnız şəxsi maraqlarını təmin etmək olub. Əlillik statusunu da alver predmetinə çevirib. Kim ki, onun şərtləri ilə razılaşıb 2-3 min manat rüşvət tələbini ödəyir, həmin şəxsin sənədləri, məlumatları sürətlə sistemə oturdulur, Hüseynov kimi imkansız, həqiqi əlillərin işi isə ləngidilir, aydan-aya, ildən-ilə adladılır. Baş həkimin süründürməçilik siyasətini həyata keçirən Həcər həkimdən, operator Esmira xanımın adı çox hallanır.

Doğrudan da düşündürücüdür: Görəsən, Alı Hüseynov kimi xəstələrə “işimiz çoxdur” deyən bu səhiyyə işçilərinin işləri nədən ibarətdir? Onların işlərini “çox” edən, amma növbədə qabağa düşən digər əlillərin Hüseynovdan nəyi artıqdır ki, həmin o “çoxluğa” düşməyə müvəffəq olublar? Bu suallarla İlham həkimin özünə də müraciət etmək istədik. Amma mövzudan hali olar-olmaz cavab verməkdən imtina etdi, özü də sakit tərzdə yox, elə kobud ifadələrlə qarşıladı ki, onunla telefon üzərindən təmasa girməyimizə peşman olduq.

Baş həkimin kobudluğunun və tərbiyəsizliyinin bu cür ötkəm tərzdə olması belə düşünməyə əsas verir ki, “yuxarılar” onun özündən də hesab tələb edirlər və həmin hesabı çatdıracağı təqdirdə vətəndaşlarla kobud, sayğısız rəftarına görə cəzasız qalacağına zəmanət veriblər.

Mövzuya qayıdacağıq.

Deryaz.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:48
"Verilişə gələrkən maşını vurdum..."
Bu gün, 06:45
TƏBİB-in TƏCİLİ olmayan yardımı... - "Ümid edək ki..."
Bu gün, 06:34
Niyazi Bayramovun korrupsiya ortaqları - SİYAHI
Bu gün, 06:28
Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25
Təzə başçı gələndə camaat düşündü ki... - FOTO
Bu gün, 06:24
Pensiyalarla bağlı vacib xəbər – İlin sonunda…
Bu gün, 06:19
Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir - Palata
Dünən, 18:06
Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: - 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
Dünən, 18:02
Bu gün BMT canlı meyitdir - Natiq Miri
Dünən, 17:55
Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub – Rəsmi
Dünən, 17:49
Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? - İmtiyazlı podratçı...
Dünən, 17:42
Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... - DETALLAR
Dünən, 17:31
Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib
Dünən, 17:28
Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... - Qarabağın bərpasına da HARAM QATIBLAR
Dünən, 17:24
Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı - DÖVLƏTİ SANKİ QARƏT EDİBLƏR...
Dünən, 17:23
Siraqəddin Cabbarov onu işdən çıxardı - ƏMR
Dünən, 17:20
Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb - DETALLAR
Dünən, 17:11
Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
Dünən, 17:10
Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır
Dünən, 17:06
“İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” -Tofiq Musayev
Dünən, 17:04
Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı - TƏFƏRRÜAT
Dünən, 16:55
General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular - DETALLAR
Dünən, 16:50
“Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” – İlginc açıqlamalar
Dünən, 16:48
Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" - Ekspertdən xəbərdarlıq
Dünən, 16:43
Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 16:42
Ayda 925 manata kim ev ala bilər? - ŞƏRH
Dünən, 16:38
İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib - SAVAŞ GEDƏ-GEDƏ...
Dünən, 16:31
Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik - ƏMR
Dünən, 16:29
Azərbaycan səhiyyəsi ÇALXALANIR – Bir gündə 4 səs-küylü İSTEFA
Dünən, 16:27
Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş
Dünən, 16:24
Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir - MƏQALƏ
Dünən, 16:21
Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir - İsrafil Kərimovun yazısı
Dünən, 16:19
Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb
Dünən, 16:06
Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq - DİQQƏT
Dünən, 16:05
İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA - Görün, kimin qardaşıdır...
Dünən, 16:03
İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi
Dünən, 15:34
Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib
Dünən, 15:27
XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi - VİDEO
Dünən, 15:26
Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? – Heyrət doğuran FAKTLAR YAYILDI
Dünən, 15:17
Danışıqlara da, müharibəyə də hazırıq - İrəvani
Dünən, 15:14
Evlərə "kupça" veriləcək: Əfv gəlir - AKTUAL
Dünən, 15:13
İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək - Şevtsov
Dünən, 15:11
“Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 15:08
Azərbaycan insanı çox yemir, bahalı yeyir - EKSPERTDƏN İZAH
Dünən, 15:05
Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib - DETALLAR
Dünən, 15:01
Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... - İNCƏLƏMƏ
Dünən, 14:59
TƏBİB-in yeni rəhbəri daha iki nəfəri işdən çıxardı
Dünən, 14:55
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu – FOTO
Dünən, 14:52
Dostunu boğazından bıçaqlayana AĞIR CƏZA tələbi
Dünən, 14:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru