“Günay Sığorta” öz ampluasında: “ustalar” zərəri üçqat azaldır - ÖZBAŞINALIQ!
Tarix: 29-06-2022, 10:45 | Çap et
 Vətəndaşların "Günay Sığorta” şirkətindən narazılıqları davam edir. Bu dəfə Bakı sakini Mahmud Abbasov şirkətin onu get-gələ saldığını, dəymiş zərərin maksimum az yazılması üçün dəridən-qabıqdan çıxdığını iddia edib.
Qarşılaşdığı problem barədə İndex.az-a danışan M.Abbasov müstəqil ekspert dəyərləndirməsi üçün dəfələrlə şirkətə müraciət etsə də, cəhdlərinin uğursuz olduğunu bildirib. Onun sözlərinə görə, "Günay Sığorta” zərərin qiymətləndirilməsi üçün müstəqil ekspertin seçilməsində vətəndaşa təzyiq etməyə çalışır:
"Bu il mayın 12-də Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. Mənə məxsus olan "Mersedes-Benz” markalı avtomobili taksi sürücüsü vurub. Həmin avtomobil "Günay Sığorta”da sığortalı idi. Şirkət dəymiş zərərin hesablanması üçün əvvəlcə məni müqavilə əsasında əməkdaşlıq etdikləri texniki servis mərkəzinə göndərdi. Orada maşının yoxlanmasının səthi aparıldığını müşahidə etdim. Mən buna etiraz etdim, dedim, heç olmasa əyilin, avtomobilin altına baxın. Dedilər ki, yox, biz özümüz bildirəcəyik, sığorta şirkətində dəymiş zərərin məbləği barədə sənə məlumat verəcəklər, biz öz işimizi görürük. Mən də razılaşdım”.
Bir müddət sonra şübhəli durum yarandığını deyən M.Abbasov dəymiş zərərin peşəkar ustalarla birgə yoxlanılması üçün iyunun 13-14-də üç texniki servis mərkəzinə gedib. Onlar qəza nəticəsində maşına təxminən 1000-1200 manat arasında zərər dəydiyini bildiriblər. Ancaq həmin servislər qeyri-rəsmi fəaliyyət göstərdikləri üçün ona rəsmi sənəd təqdim edə bilməyiblər:
"Sonra rəsmi fəaliyyət göstərən "Eleqant avto” şirkətinə müraciət etdim. Onlar 1355 manat zərər dəydiyini bildirdilər. Bu barədə yazılı sənəd tədqim etdilər. Siyahıda hansı işlərin görülməli olduğunu da qeyd ediblər. Mayın 18-də mən "Günay Sığorta”ya yaxınlaşdım. Məni qarşılayan əməkdaş bildirdi ki, maşına dəyən zərər 500 manatdır. Mən buna etiraz etdim. Elə maşına yaxından baxanda 500 manatlıq xərc olmadığı görünür. Usta, rəngsaz, dəmirçi işləri görülməlidir. Bunlar 500 manatdan artıq xərlcərdir. Etiraz ərizəsi yazdım. Ərizədə həm də yazdım ki, zərər aktını göstərsinlər. Mayın 20-də təkrar "Günay Sığorta”dan zəng etdilər. Bildidilər ki, sizin ərizəyə baxılıb. 550 manat məbləğində zərər təyin edilib. Mən yenə etiraz etdim”, – deyə o vurğulayıb.
İyunun 3-də yenidən şirkətin ofisinə gedən vətəndaş "Günay Sığorta”nın təyin etdiyi məbləğin dəymiş zərəri qarşılamadığını bildirib. M.Abbasov növbəti mərhələ olaraq müstəqil ekspertin seçilməsi ilə bağlı ərizə yazıb:
"Müstəqil ekspertin seçilməsi üçün siyahı verdilər. Dedilər ki, 3 nəfər seçə bilərsən, 2 fiziki şəxs, 1 hüquqi şəxs. Mən də eyni qaydada seçdim. Ayın 8-də geri mənə dönüş etdilər. Bildirdilər ki, komissiyamız sizin seçdiyiniz ekspertləri qəbul etmədi. Səbəbi soruşdum. Onlar Mərkəzi Bankdan lisenziya alaraq fəaliyyət göstərən müstəqil ekspertlərdir. Necə qəbul edə bilmərsiz? İşçi söhbət əsnasında ağzından qaçırdı ki, onlar bizimlə əməkdaşlıq etmirlər, üzgün qiymətləndirmə aparmırlar. Mən də dedim ki, əgər elədirsə, onlardan şikayət edin”.
Yenidən ekspert seçməyə razılıq verən M.Abbasova bu dəfə başqa təklif gəlib:
"Mənə bir siyahı təqdim etdilər. Dedilər ki, ancaq bu siyahıdan müstəqil ekspert seçə bilərsən. Ancaq mən buna etiraz etdim. Bilirəm ki, özlərinin işlədiyi ekspertləri seçsəm, əlbir olub onların dediyi məbləği yazacaqlar. Düşdüyüm vəziyyətlə bağlı Mərkəzi Banka məktub yazdım ki, proses şəffaf aparılmır, bürokratik əngəllər yaradılır. İyunun 10-da Mərkəzi Bankdan cavab verildi. Bildirildi ki, zərərçəkmişlə razılığa gəlin, görüşün. Olmasa müstəqil ekspertin təyin olunması prosesini icra edin. İyunun 24-də "Günay Sığorta”dan təkrar mənə zəng etdilər, yenə həmin siyahını verdilər. Mən də qəbul etmədim. Deyirlər ki, biz ekspertin seçilməsində qarşılıqlı razılaşmalıyıq. Mən də dedim ki, o zaman mənim seçdiyim ekspertləri niyə qəbul etmirsiz?”
Müstəqil ekspertin seçilməsində şirkətlər razılığa gələ bilməyən M.Abbasov məhkəməyə müraciət etmək niyyətindədir. Bu barədə sığorta şirkətinə də məlumat verib. //amia.az//


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00 |
|
|
|
| • Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58 |
|
|
|
| • 21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57 |
|
|
|
| • Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51 |
|
|
|
| • İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47 |
|
|
|
| • Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36 |
|
|
|
| • Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35 |
|
|
|
| • SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28 |
|
|
|
| • Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23 |
|
|
|
| • Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19 |
|
|
|
| • İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15 |
|
|
|
| • Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06 |
|
|
|
| • Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02 |
|
|
|
| • Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54 |
|
|
|
| • ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49 |
|
|
|
| • Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45 |
|
|
|
| • BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41 |
|
|
|
| • Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38 |
|
|
|
| • BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32 |
|
|
|
| • Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26 |
|
|
|
| • Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12 |
|
|
|
| • Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10 |
|
|
|
| • Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04 |
|
|
|
| • Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02 |
|
|
|
| • Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52 |
|
|
|
| • Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46 |
|
|
|
| • FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44 |
|
|
|
| • Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43 |
|
|
|
| • Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40 |
|
|
|
| • Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28 |
|
|
|
| • "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25 |
|
|
|
| • Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19 |
|
|
|
| • Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13 |
|
|
|
| • Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Dünən, 15:05 |
|
|
|
| • “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Dünən, 15:04 |
|
|
|
| • "European Tobacco-Baku" ləğv olunur
Dünən, 14:59 |
|
|
|
| • MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Dünən, 14:51 |
|
|
|
| • “Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Dünən, 14:47 |
|
|
|
| • Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Dünən, 14:42 |
|
|
|
| • Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Dünən, 14:35 |
|
|
|
| • Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Dünən, 14:33 |
|
|
|
| • Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Dünən, 14:16 |
|
|
|
| • Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Dünən, 14:13 |
|
|
|
| • Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Dünən, 14:09 |
|
|
|
| • TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Dünən, 14:04 |
|
|
|
| • Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Dünən, 13:57 |
|
|
|
| • Makron gələn ay Ermənistana səfər edəcək
Dünən, 13:52 |
|
|
|
| • Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Dünən, 13:08 |
|
|
|
| • Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Dünən, 13:07 |
|
|
|
| • Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Dünən, 13:04 |
|
|
|
|