Rusiyanın bir sıra hava limanları fəaliyyətlərini dayandırıb .....                     Bu şəxslərə ildə 1440 manat verilir: Bir şərtlə .....                     'Bolt'dan taksi sifariş etdik və... .....                     Müəllim dövlət qulluqçusu deyil AXI... .....                     Paşinyanın bayram təbrikinin PƏRDƏARXASI .....                     Rusiyaya gedərkən yüz ölçüb bir biçin... .....                     Vətəndaş 'Şirvanşah'ın umrunda da deyil .....                     "Abituriyentlər artıq imtahanlara yox, öz güclərinə yox, DİM-in səhv etməyəcəyinə dua edirlər" .....                     Ələtdə şəhid ruhuna SAYĞISIZLIQ .....                     "Sonra ərə getdim... .....                     “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin 24 milyon manatdan çox vergi borcu... .....                     Tramp ABŞ -a nəzarəti itirib? .....                     Daha bir saxta diplomlu həkim... .....                     Putin Ermənistana “daha ağır top”la girir .....                     İlon Mask - Tramp qarşıdurması dünyaya ciddi təlatümlər gətirəcək .....                     Paşinyan Laçınla qonşu şəhərə gəldi... .....                     "İnsanlar burada həqiqətən yavaş yaşamağı bilirlər" .....                     Bakıda falçı 74 min manatı necə alıb? .....                     "Onunla bir ömür yaşayaram, amma evlənmərəm" .....                     Azərbaycanda qırıcıların sayı Ermənistandan 10 dəfə çoxdur .....                     Dolların kursu dəyişəcək? .....                     Kilsəni xalqımıza qaytarmalıyıq .....                     Rus ordusu Zaryanı ələ keçirdi .....                     Qızını görmək istəyən Aytac parkda bıçaqlanmışdı: Cəza ağırlaşdırıldı .....                     Tehranın Zəngəzur XOFU .....                     Muzdlular ölkəni tərk edirlər, amma... .....                     Paşinyanın arvadı və qızları şərab toqquşdurur .....                     Azərbaycanda metro işçiləri nə qədər qazanır? .....                     Simonyan Ter-Petrosyanı sərt tənqid etdi .....                     Petrosyan saxtakarlığın banisidir, fırıldaqçı... .....                     DSX-nin hərbi qulluqçusu müalicə aldığı xəstəxanada vəfat edib .....                     "Bu zəfər və xoşbəxtlik hissini yaşamaq çox bənzərsiz duyğudur" .....                     Rusiya sülh danışıqlarına maraq göstərmir .....                     "Qadağan edilsə, nəziri kartdan-karta atacaqlar" .....                     Ter-Petrosyan Qaregini dəstəklədi .....                     Rusiya ABŞ və İranı barışdırmaq İSTƏYİR .....                     Aydın Abbasov oğluna Türkiyədə toy etdi .....                     Ağdərənin bərpasına HARAM QATANLAR: “AEF Group”... .....                     "Rüşvət verən valideyn HƏBS olunmalıdır .....                     Əmrullayevin anasını ağlatdığı Azərbaycan təhsili .....                 

“Burda xaos vəziyyətidir, bəzən intihar etmək istəyirik” - “Qadın kolonu”nda ACINACAQLI MƏNZƏRƏ
Tarix: 5-07-2022, 11:04 | Çap et
“Burda xaos vəziyyətidir, bəzən intihar etmək istəyirik”
“Qadın kolonu” kimi tanınan 4 saylı Cəzaçəkmə Müəsisəsindəki “xaos vəziyyət” heç də yeni deyil. Xatırladaq ki, hələ 2020-ci ilin sonunda İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsinin nümayəndələri Azərbaycan Respublikası Ədliyyəi Nazirliyi Penitensiar Xidmətinin bir neçə cəzaçəkmə müəssisəsinə baş çəkmişdilər. Bunların arasında 4 saylı Cəzaçəkmə Müəssisəsi də vardı və həmin vaxt beynəlxalq müşahidəçilər burada çox sayda neqativ hallar aşkarlamışdılar...

Azərbaycan cəzaçəkmə müəssisələrində baş verən neqativ olaylar, çoxsaylı qanunsuzluqlarla bağlı mətbuatda və sosial şəbəkələrdə demək olar ki, hər həftə informasiya verilməkdədir. Həmçinin, “Hürriyyət” qəzetində də bu haqda tez-tez müxtəlif səpkili yazılar, şikayət məktubları dərc olunmaqdadır. Bunlar arasında türmələrdən göndərilən məktublar üstünlük təşkil edir. Hansı ki, bu məktubların hər birində Ədliyyə Nazirliyinin strukturuna daxil olan Penitensiar Xidmətin yarıtmaz fəaliyyəti əks olunsa da, sözügedən qurum qeyd olunan problemləri həll etmək əvəzinə, tez-tələsik mətbuatda təkzib mətnləri ilə çıxış edərək, cəzaçəkmə müəssisələrində baş verən qanunsuzluqları pərdələməyə, ört-basdır etməyə çalışır. Təbii ki, bu halda da Penitensiar Xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələrində neqativ hadisələrin sayı günbəgün artır. Əslində, redaksiyamıza daxil olan sonuncu şikayət məktubu da belə qənaətə gəlməyə əsas verir.

Qeyd edək ki, bu dəfə “Hürriyyət”ə “Qadın kolonu” kimi tanınan 4 saylı Cəzaçəkmə Müəssisəsindən məktub daxil olub. Şikayətin məzmununa keçmədən öncə dəyərli oxucularımıza xatırladaq ki, Zabrat qəsəbəsində yerləşən bu müəssisə 2021-ci idə təhvil verilib və 2022-ci ilin mart ayında Prezident İlham Əliyev müəssisədə yaradılan şəraitlə yaxından tanış olub. 350 yerlik qadın cəzaçəkmə və 150 nəfərlik yetkinlik yaşına çatmayan məhkumlar üçün tərbiyə müəssisəsində məhbuslar üçün yüksək şərait yaradılsa da, redaksiyamıza daxil olan məktub belə deməyə əsas verir ki, əksər həbsxanalarda olduğu kimi, burada da vəziyyət acınacaqlıdır.

“Şikayət edəni, səsi çıxanı aparıb “karsa” basırlar”

“Qadın kolonu”nda baş verən hadisələrlə tanış olmazdan əvvəl onu da diqqətinizə çatdıraq ki, təxminən bir ay əvvəl bir qrup qadın məhbus tərəfindən 4 saylı Cəzaçəkmə Müəssisəsində baş verən qanunsuzluqlarla bağlı Prezident İlham Əliyevə də müraciət olunub. Lakin onların bu müraciəti heç bir müsbət nəticə vermədiyi üçün, məhbus qadınlar öz problemlərini ictimailəşdirməyə qərar veriblər. Qeyd edək ki, müəlliflərin xahişini nəzərə alıb, şikayətçilərin adını açıqlamırıq. Çünki kimlikləri ortaya çıxarsa, cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən ən sərt şəkildə cəzalandırılacaqlarını bilirlər. “Burada şikayət edəni, səsi çıxanı aparıb “karsa” basırlar”, - deyə onlar bildirirlər.

“Hürriyyət” vasitəsilə ölkə rəhbərliyinə müraciət edən şikayətçilər bildirirlər: “Biz Sizə 4 saylı Cəzaçəkmə Müəssisəsində baş verən özbaşınalıqlar və qanunsuz əməllər barədə yazırıq. İnanırıq ki, Sizə etdiyimiz müraciətimiz qarşılıqsız qalmayacaq və müvafiq tədbir görəcəksiniz”.

Məktub müəllifləri qeyd edirlər ki, cəzaçəkmə müəssisəsində məhbuslara verilən yemək çox keyfiyyətsiz olduğundan, əksəriyyət ondan imtina edir. Bunun üçün məhbusların bir çoxuna öz yaxınları tərəfindən hər ay 2-3 dəfə yemək gətirilir. Dediklərinə görə, onlara ay ərzində 2 dəfə yemək gətirilərsə, bu, yaxınlarına, ailə üzvlərinə təxminən 400-500 manata başa gəlir. Üstəlik, əksər hallarda həbsxanaya gətirilən ərzaqların çox olması bəhanə edilərək, onlardan əlavə pullar alınır: “Guya ərzağın norması 15-20 kq-dır, qalanları pul müqabilində bizə buraxılır. Məsələn, 2-3 paçka çay, 2 kletka yumurta, 6 çörək gətirilirsə, bunun üçün də ayrıca pul tələb olunur”. Üstəlik, müəssisənin ərzaqları ilə bişirilən nisbətən keyfiyyətli, məhkumlar tərəfindən “kafe yeməkləri” adlandırılan yeməklər onlara pulla satılır.

“Üç günlük görüş 300 manata başa gəlir”

Şikayətçilər yazır ki, məhkumlara gələn pullar mühasibatlığın hesabına oturmalı olsa da, hamısı müəssisə rəhbbərliyinin əlində cəmləşir: “4 saylı kolonda qeyri-rəsmi “mühasib” Şəmiyeva Aygüldür. Adı nəzarətçi olsa da, rəisin “sağ əli” olaraq, bizə gələn pul Aygülün əlində cəmləşir. O, ailələrimiz tərəfindən göndərilən pulun “başına oyun açır”. Belə ki, hər yüz manatın 10 manatı üstündən götürülür. Hesab edin, məhkuma 500 manat gəlirsə, onun 50 manatı, üstəlik 20-30 manat da “görüş haqqı” kimi müəssisə rəhbərliyinə çatır. İçəri daxil olan ərzaq üçün də ayrıca 10-20 manat alınır”.

Məhbus qadınlar deyir ki, uzunmüddətli, yəni üçgünlük görüş üçün də əlavə pul tələb olunur: “Üç günlük görüşə gəlmək istəyən yaxınlarımıza növbəyə yazılmaq 100-200 manata, bəzən isə 300 manata başa gəlir. Bundan başqa, görüş zamanı da müxtəlif məbləğlərdə pul alınır - 20 manatdan 50 manata qədər. Təzə gələn məhkumlarla görüş qiyməti tamamilə dəyişkəndir, yəni onların yaxınlarından ən azı iki dəfə çox pul tələb olunur”.

“1-ci mərtəbədəki yerlər 200-400 manata satılır...”

Məlumata əsasən, cəzaçəkmə müəssisəsindəki kameraların qiyməti də mərtəbəsinə və yerinə görə dəyişir: “1-ci mərtəbədəki yerlər 200-400 manata satılır. Kim pul verirsə, onu istədiyi kameraya salırlar. Burada xüsusi bir yer də var, imkanlı məhkumlara Tibb Sanitar Hissəsinin bir tərəfini kirayə veriblər, onun da hər ayı 300 manatdan 500 manata qədərdir. Burdakı yeyintilərdən, rüşvətdən, korrupsiyadan heç kimin xəbər olmur. Çünki pul haqq-hesabı görüş otrağında baş verir. Biz bilmək istəyirik ki, bu pul haqq-hesabı niyə mühasibatlıqda deyil, görüş otağında baş verir?!”

“Burda xaos vəziyyətidir”

Qadın məhbuslar onlara ayrılan vəsaitin də uzun illərdir dəyişməz olaraq qaldığını yazırlar: “Qiymətlər dəfələrlə artsa da, məhkumlara köhnə sovet dövründən qalan məbləğ ayrılır. Niyə məhkumun aylıq xərci illərlə dəyişməz olaraq qalır?! Pul neçə dəfə dövriyyədə dəyərini itirsə də, məhkumlara ayrılan məbləğ eynidir. Niyə bu qanunda dəyişiklik olmur? Üstəlik, bizə gələn pulların bir hissəsini alır, həftədə iki dəfə telefonla pulsuz danışıq haqqımız olsa da, onun üçün də bizdən əlavə pul tələb edilir və hamısı rəisin cibinə gedir. Bu barədə dəfələrlə müraciət etsək də, tədbir görən yoxdur. Onu da qeyd edək ki, hal-hazırda biz yeni binaya köçmüşük. Amma indi lap zülm çəkirik. Bəzən intihar etmək istəyirik. Burda xaos vəziyyətidir”.

Yeri gəlmişkən, “Qadın kolonu” kimi tanınan 4 saylı Cəzaçəkmə Müəsisəsindəki “xaos vəziyyət” heç də yeni deyil. Xatırladaq ki, hələ 2020-ci ilin sonunda İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsinin nümayəndələri Azərbaycan Respublikası Ədliyyəi Nazirliyi Penitensiar Xidmətinin bir neçə cəzaçəkmə müəssisəsinə baş çəkmişdilər. Bunların arasında 4 saylı Cəzaçəkmə Müəssisəsi də vardı və həmin vaxt beynəlxalq müşahidəçilər burada çox sayda neqativ hallar aşkarlamışdılar.

Lakin çox təəssüflə qeyd etməliyik ki, son illər Azərbaycanda əksər sahələrdə, hətta Ədliyyə Nazirliyinin bir çox idarə və müəssisələrində müsbət dəyişikliklər həyata keçirilsə də, nədənsə, ölkədə aparılan islahatlar Penitensiar Xidmətdən yan keçir.
Hurriyyet.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın bir sıra hava limanları fəaliyyətlərini dayandırıb - SİYAHI
Bu gün, 06:34
Bu şəxslərə ildə 1440 manat verilir: Bir şərtlə - TƏFƏRRÜAT
Bu gün, 06:31
'Bolt'dan taksi sifariş etdik və... - GİLEY
Bu gün, 06:26
Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
Bu gün, 06:17
Paşinyanın bayram təbrikinin PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 06:14
Rusiyaya gedərkən yüz ölçüb bir biçin... - deputat ŞƏRH EDİR
Bu gün, 06:12
Vətəndaş 'Şirvanşah'ın umrunda da deyil - BU NƏDİ BELƏ?
Bu gün, 05:50
"Abituriyentlər artıq imtahanlara yox, öz güclərinə yox, DİM-in səhv etməyəcəyinə dua edirlər" - DƏLİXANADIR, VALLAH...
Bu gün, 05:38
Ələtdə şəhid ruhuna SAYĞISIZLIQ - AXI NİYƏ?..
Bu gün, 05:33
"Sonra ərə getdim... - İnsanlar mənim üstümə gəlirdi"
Bu gün, 05:19
“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin 24 milyon manatdan çox vergi borcu... VAR İMİŞ...
Bu gün, 05:13
Tramp ABŞ -a nəzarəti itirib? - AKTUAL
Bu gün, 05:07
Daha bir saxta diplomlu həkim... - ağzımızın içi qədər yaxın...
Bu gün, 05:04
Putin Ermənistana “daha ağır top”la girir - GƏLİŞMƏ
Bu gün, 04:55
İlon Mask - Tramp qarşıdurması dünyaya ciddi təlatümlər gətirəcək - İNCƏLƏMƏ
Bu gün, 04:53
Paşinyan Laçınla qonşu şəhərə gəldi... - FOTO
Bu gün, 04:46
"İnsanlar burada həqiqətən yavaş yaşamağı bilirlər"
Bu gün, 04:42
Bakıda falçı 74 min manatı necə alıb? - “7 yumurtaya 200 manat verdim”
Dünən, 23:51
"Onunla bir ömür yaşayaram, amma evlənmərəm"
Dünən, 23:47
Azərbaycanda qırıcıların sayı Ermənistandan 10 dəfə çoxdur - Forbes
Dünən, 23:45
Dolların kursu dəyişəcək? - ekspert açıqladı
Dünən, 23:41
Kilsəni xalqımıza qaytarmalıyıq - Paşinyan
Dünən, 23:38
Rus ordusu Zaryanı ələ keçirdi
Dünən, 13:00
Qızını görmək istəyən Aytac parkda bıçaqlanmışdı: Cəza ağırlaşdırıldı - TƏFƏRRÜAT
Dünən, 12:58
Tehranın Zəngəzur XOFU - FAKT BUDUR!
Dünən, 12:32
Muzdlular ölkəni tərk edirlər, amma... - Mali Rusiyadan hərbi yardım almağa davam edəcək
Dünən, 12:31
Paşinyanın arvadı və qızları şərab toqquşdurur - FOTO
Dünən, 12:28
Azərbaycanda metro işçiləri nə qədər qazanır? - MƏBLƏĞ
Dünən, 12:01
Simonyan Ter-Petrosyanı sərt tənqid etdi - Sən məğlubiyyətin simvolusan
Dünən, 11:58
Petrosyan saxtakarlığın banisidir, fırıldaqçı... - Paşinyan
Dünən, 11:55
DSX-nin hərbi qulluqçusu müalicə aldığı xəstəxanada vəfat edib
Dünən, 11:52
"Bu zəfər və xoşbəxtlik hissini yaşamaq çox bənzərsiz duyğudur" - partiya sədri
Dünən, 11:06
Rusiya sülh danışıqlarına maraq göstərmir - ISW
Dünən, 10:59
"Qadağan edilsə, nəziri kartdan-karta atacaqlar" - NƏ ETMƏLİ?
Dünən, 10:01
Ter-Petrosyan Qaregini dəstəklədi - Paşinyana qarşı birlik
Dünən, 09:57
Rusiya ABŞ və İranı barışdırmaq İSTƏYİR - TASS
Dünən, 09:36
Aydın Abbasov oğluna Türkiyədə toy etdi - VİDEO
Dünən, 09:31
Ağdərənin bərpasına HARAM QATANLAR: “AEF Group”... - İcazə verin şübhələnək...
Dünən, 09:26
"Rüşvət verən valideyn HƏBS olunmalıdır – müəllimlər susmasın!"
Dünən, 09:18
Əmrullayevin anasını ağlatdığı Azərbaycan təhsili - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 06:03
Pezeşkiandan Pakistan və Hindistana YENİ TƏKLİF - vasitəçi kimi...
Dünən, 05:57
Paşinyanın kilsə ilə savaşı... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 05:54
Paşinyanın Türkiyə və Azərbaycana təbriki bizi təəccübləndirməməlidir - Andranik Tevanyan
Dünən, 05:52
Berlin-Moskva gərginliyi pik həddə: 80 il sonra növbəti dəhşət yaşana bilər - TƏFƏRRÜAT
Dünən, 05:41
"Müəllim nüfuzu zinət əşyası ilə ölçülməməlidir..." - VİDEO
Dünən, 02:48
"Məqsəd nədir, təbii ki, pul silməkdir" - ETİRAZ
Dünən, 02:45
"Ermənistan Gürcüstanı günahlandıraraq məsələni siyasiləşdirir" - ŞƏRH
Dünən, 02:31
"Gətirib qoydular qucağıma ki, sənin qızındır"
Dünən, 02:26
Mal bazarı müdirinin SİFTƏSİ 'KOR ÇIXDI ' - VİDEO
Dünən, 02:20
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
7-06-2025, 15:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru