Dövlət Şəhərsalma və Arxitektura Komitəsi SUSURSA... - ÖZBAŞINALIQ!
Tarix: 22-12-2022, 11:12 | Çap et
 9.12.2022-ci il tarixində "DogruXeber.az" informasiya portalında "Xətai rayonunda bu tikintilərə kimlər, niyə göz yumur ? - FOTO" başlığı altında bir yazı yayımlamışdıq.
Sözügedən yazıda Xətai rayonu Həzi Aslanov qəsəbəsində, Kazımağa Kərimov və Şirin Mirzəyev küçələrində gecədən-gecəyə aparılan qanunsuz tikintilər, həmçinin Neyrocərrahiyyə xəstəxanası ilə üzbəüz avtobus dayanacağına bitişik, yolun düz yaxınlığında aparılan biznes obyektinin tikintisi barəsində məlumatlar yer alırdı.
Biz bütün bunlar barəsində dərc etmədən əvvəl Xətai rayon İcra Hakimiyyətinə məlumat vermişdik. Həmçinin 14.12.2022-ci il tarixində Dövlət Şəhərsalma və Tikinti Arxitektura Komitəsinin elektron ünvanına da rəsmi müraciət göndərmişdik.
Hətta, müraciəti göndərdikdən 2-3 gün sonra quruma zəng edib, nədən cavablandırılmadığını soruşmuşduq. Qurumdan bildirilmişdir ki, "qeyd edilən ünvanlara nümayəndə göndərəcəyik, gedib araşdırsınlar". - "Bəs bizə cavabı nə vaxt göndərəcəksiniz?" sualımıza isə, - "Saat indi 5-dir, iş vaxtı bitməyinə az qalıb. Yəqin ki, sabah " cavabını almışdıq.
Lakin, təəssüflə bildiririk ki, müraciətlərimiz hər iki qurum tərəfindən bugünə qədər cavabsız qalıb.
Yeri gəlmişkən, elə müraciətimizin bugünə qədər cavabsız qalma səbəbini öyrənmək üçün bu gün Dövlət Şəhərsalma və Tikinti Arxitektura Komitəsinə zəng etdik.
Telefona cavab verən xanım operator ümumi şöbəyə yönləndirəcəyini bildirdi və xəttə gözləməyi xahiş etdi. Bir neçə dəqiqə gözlədikdən sonra dəstəyi kargüzarlıq şöbəsindən Zahid adlı şəxs qaldırdı.
- "Zahid müəllim, dekabrın 14-də sizin elektron ünvanınıza rəsmi müraciət göndərmişik, amma buvaxta qədər tərəfinizdən heç bir cavab verilməyib. Bunun səbəbini öyrənə bilərik?", deyə soruşduq.
Zahid bəy müraciətimizi axtarmaq üçün bizi xeyli telefonda gözlətdi. Dəstəyin o biri tərəfindən gələn səslərdən belə başa düşdük ki, Zahid bəy xanım köməkçisi ilə baxılmamış müraciətlər arasında bizim müraciətimizi axtarır, tapa bilmir.
- "Zahid müəllim, bu qədər axtardığınıza görə belə başa düşdüm ki, siz müraciətimizə bugünə qədər baxmamısınız və indi zəng etməsək, heç baxmayacaqdınız da", deyə soruşduq.
Zahid bəy isə, "Xeyr, ay xanım. Siz düz başa düşmədiniz. Gözləyin indi tapırıq " deye"cavab " verdi. Hərçənd ki, buna "cavab " da demək olmaz.
Nəhayət xeyli axtarışdan sonra müraciətimiz (yəqin ki, baxılmamış çoxsaylı müraciətlər arasından) tapıldı və müraciətlə tanış olub, sonra cavab vermək üçün bizdən əlaqə nömrəsi istənildi.
Nə yaxşı ki, müraciəti göndərəndən 8 gün sonra əlaqə saxlayıb, yadlarına saldıq, yoxsa yəqin ki, heç məlumatlarla da tanış olmayacaqlardı, nəinki cavab vermək.
İndi də gözləyək görək, cavabı nə vaxt verəcəklər. Qeyd edək ki, haqqında bəhs etdiyimiz tikintilər artıq, başa çatmaq üzrədir.
Yeri gəlmişkən, onu da diqqətinizə çatdırırıq ki, Şəhərsalma və Tikinti Arxitektura Komitəsinə "DogruXeber.az" informasiya agentliyi olaraq, dəfələrlə - Yasamal rayonun bir neçə fərqli ərazilərində, həmçinin Xətai rayonu ərazisində aparılan tikintilər barəsində rəsmi müraciətlər göndərmişik. Lakin, müraciətlərimizdə qeyd etdiyimiz bütün qanunsuz tikintilərin inşası axıra qədər davam etdirildi. Aidiyyatı qurum - ARXKOM isə kimsəyə "gözün üstə, qaşın var" demədi.
Maraqlıdır, bu qədər qanunsuz işlərə qurum tərəfindən susaraq verilən razılığın səbəbləri nələrdir? Bir halda ki, ölkə başçısı özü belə bir neçə dəfə şəhərsalma barəsində iradlar səsləndirib, o zaman ARXKOM -un bu "rahatlığı" nəyin, yaxud kimin verdiyi güvəncidir.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12 |
|
|
|
| • Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10 |
|
|
|
| • Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04 |
|
|
|
| • Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02 |
|
|
|
| • Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52 |
|
|
|
| • Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46 |
|
|
|
| • FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44 |
|
|
|
| • Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43 |
|
|
|
| • Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40 |
|
|
|
| • Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28 |
|
|
|
| • "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25 |
|
|
|
| • Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19 |
|
|
|
| • Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13 |
|
|
|
| • Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05 |
|
|
|
| • “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04 |
|
|
|
| • "European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59 |
|
|
|
| • MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51 |
|
|
|
| • “Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47 |
|
|
|
| • Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42 |
|
|
|
| • Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35 |
|
|
|
| • Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33 |
|
|
|
| • Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16 |
|
|
|
| • Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13 |
|
|
|
| • Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09 |
|
|
|
| • TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04 |
|
|
|
| • Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57 |
|
|
|
| • Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52 |
|
|
|
| • Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08 |
|
|
|
| • Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07 |
|
|
|
| • Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04 |
|
|
|
| • Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00 |
|
|
|
| • İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56 |
|
|
|
| • Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46 |
|
|
|
| • Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45 |
|
|
|
| • Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35 |
|
|
|
| • DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29 |
|
|
|
| • Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26 |
|
|
|
| • İrandan Pakistana nümayəndə heyəti getməyib - "Tasnim"
Bu gün, 12:21 |
|
|
|
| • Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı - ADLAR
Bu gün, 12:16 |
|
|
|
| • Faytonçu Nazim niyə efirlərə çıxmır? – SƏBƏBİNİ AÇIQLADI
Bu gün, 12:14 |
|
|
|
| • Azərbaycanda mənzillər 8% BAHALAŞIB
Bu gün, 12:11 |
|
|
|
| • Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... - Yasamalda qanunsuzluq kimin himayəsindədir?
Bu gün, 12:08 |
|
|
|
| • "Aygünün qızı böyüyüb, vay ölənin halına" - Efir qadağası qoyulduğu deyilən mərhum müğənninin bacısı danışdı
Bu gün, 11:54 |
|
|
|
| • Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? - AKTUAL
Bu gün, 11:52 |
|
|
|
| • Azərbaycan Ermənistandan nələri tələb edir?
Bu gün, 11:51 |
|
|
|
| • Rəsul Quliyev Azərbaycana qayıdır? - AÇIQLAMA
Bu gün, 11:49 |
|
|
|
| • Regionda sülh mühiti artıq formalaşır - ŞƏRH
Bu gün, 11:46 |
|
|
|
| • İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib
Bu gün, 11:37 |
|
|
|
| • “Bizə atəşkəs yox, sülh lazımdır” - Rusiya Ukraynaya qarşı tələblərini sərtləşdirib
Bu gün, 11:36 |
|
|
|
| • İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur - Zelenski
Bu gün, 11:32 |
|
|
|
|