Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu .....                     Rusiyadan xəbərdarlıq: .....                     Şərurda Vasif Talıbov ənənələri... .....                     26 milyon manat hardadır: BİR SORUŞUN... .....                     Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? .....                     Neft pulları necə həzmə verilir... .....                     Tramp savaşı udmaq üçün VAXT UDUR? .....                     Tramp İrana hücum etməsə... BİZ BATDIQ! .....                     ABŞ müharibə istəsə, biz də döyüşəcəyik .....                     İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq .....                     Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... .....                     YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. .....                     83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... .....                     ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır .....                     " “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." .....                     Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... .....                     Qurumların sayğac oyunu: Bunun sonu görünmür .....                     Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA .....                     Goranboyda məmur atası MEYDAN SULAYIR .....                     Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? .....                     ADSEA işçiləri ÖZBAŞINA QALIB .....                     İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib .....                     Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı .....                     Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib .....                     İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib .....                     Nə qədər alsaq da, çatmır: .....                     MİDA-nın direktoruna yeni müavin təyin olundu .....                     Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb .....                     Nail Kəmərli gördüyü dəhşəti danışdı: .....                     Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb .....                     44 ilin fotoqrafı anbardara çevrildi .....                     Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib .....                     Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin .....                     Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb .....                     "Hər aktyordan müəllim olmaz... .....                     “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir .....                     “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir” .....                     Xamenei hələ də dəfn edilməyib .....                     "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" .....                     Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var .....                 

Naxçıvanda ehsan necə verilir?
Tarix: 26-08-2014, 19:16 | Çap et
Naxçıvanda ehsan necə verilir?
Neçə vaxtdır ehsan mərasimlərində israfçılığın aradan qaldırılması ilə bağlı müzakirələr aparılır. Bu məsələ dəfələrlə gündəmə gətirilsə də, bütün ölkə üzrə mənzərəni dəyişmək mümkün olmayıb. Amma Naxçıvan Muxtar Respublikasında artıq bir neçə ildir yas məclislərində təkcə çay, qənd, limon və xurma verilir. “Media forum” saytı Naxçıvanda buna necə nail olunduğu ilə maraqlanıb. Məsələ ilə bağlı sayt Qafqaz Müsəlmanları İdarəsinin Naxçıvan Muxtar Respublikası üzrə qazısı Mircəfər Seyidova və Naxçıvan şəhərində yerləşən Came məscidinin axundu Nəbi Salahova müraciət edib.

Mircəfər Seyidov “Media forum”a deyib ki, sadə ehsan vermək ənənəsi muxtar respublikada 10 il əvvəldən başlanıb: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun atası rəhmətə gedəndə sadə, heç bir israfçılıq olmadan ehsan verildi. 10 il qabaq bu ilk addım oldu, insanlar da bunu səmimi qəbul etdi. Anladılar ki, ehsan süfrəsində təmtəraq heç kəsə xeyir gətirmir. Üç-dörd il əvvəl isə bu qaydalar muxtar respublikanın bütün ərazisinə şamil edildi, ənənə halını aldı. O vaxtdan hüzrü düşən hər kəs, istər rəsmi adam olsun, istər şirkət sahibi, istərsə də sadə vətəndaş eyni səviyyədə məclis verir”.

Naxçıvan Muxtar Respublikasının qazısı onu da qeyd edib ki, muxtar respublika ərazisindəki məscidlərdə cənazənin aparılması üçün “Mersedes” markalı avtomobillər var: “Hüzrü düşən şəxslərdən kimə bu avtomobil lazım olursa, məscidə müraciət edir, maşın ünvandan meyiti gətirir, meyit məsciddə yuyulur, aparılıb dəfn edilir. Bütün bu işlər pulsuz-parasız görülür. Dəfn üçün qəbiristanlıqda pulsuz 2,5 kvadratmetr yer ayrılır”.

Came məscidinin axundu Nəbi Salahov “Media forum”a bildirib ki, ehsan mərasimlərinin sadə formada, israfçılığa yol verilmədən təşkil edilməsi üçün Qafqaz Müsəlmanları İdarəsinin Naxçıvan Muxtar Respublikası üzrə qazısının din xadimlərinə, məscid axundlarına, yas aparan mollalara müraciəti də olub: “Dinin tələblərinə əsaslanan təbliğ və izahdan sonra hər kəs buyurulana riayət etməyə başladı. Qaydalar hər yerdə qəbul olundu, minnətdarlıqla qarşılandı. Dinimiz də israfçılığı haram buyurur. Artıq neçə ildir Naxçıvan Muxtar Respublikası ərazisində ehsan süfrələri çay, qənd, limon və xurma ilə açılır, bununla da kifayətlənirik. Rəhmətə gedənin yiyəsi sadə insandır, yoxsa imkanlı, vəzifəlidir – bunun fərqi yoxdur. Qayda muxtar respublikanın hər yerinə aiddir və ona riayət olunur”.

Nəbi Salahov vurğulayıb ki, belə ənənənin oturuşması üçün camaatın əl-ələ verməsi, irəli sürülən təşəbbüsü dəstəkləməsi vacibdir: “Elə adamlar var maddi imkanı məhduddur, belə adamlar hüzrü düşəndə geniş ehsan verə bilməsə kimlərinsə qınaq obyektinə çevrilə bilər. Ona görə muxtar respublikada varlı da, kasıb da qəbul elədi ki, ehsanın bir qaydada verilməsi daha düzgündür. Buna nail olunması üçün dindarlar camaat arasında, yas mərasimlərində təbliğat aparmalıdır, fikirlərini dinin tələbləri ilə əsaslandırmalıdır. Axı dinimiz yol vermir ki, yas sahibi borc alıb ehsan mərasimi təşkil etsin.

Hazırda Naxçıvan Muxtar Respublikasında hər kəsin rəhmətə gedəni üçün eyni məclis qurulur. Varlıların da ehsan süfrəsində çay, qənd, limon və xurmadan başqa heç nə görə bilməzsiniz. Qoyulan qaydaya hamı əməl edir. Ramazan ayında isə ehsanın verilməsi iftar vaxtınadək yubadılır. Hüzrdə iştirak edən şəxs oruc tutan deyilsə, ona görə iftaradək çay içmək istəyirsə, onu gedib evində içir, çünki yas mərasimində çay ancaq iftar vaxtı verilir”.

“Naxçıvandakı ənənənin bütün ölkədə tətbiqinə nail olmaq mümkündürmü” sualına Came məscidinin axundu belə cavab verib: “İslamda insana irqinə, imkanına, kimliyinə görə fərq qoyulmur. İnsan yalnız təqvasına görə fərqlənə bilər, yaxşı insanlar, təbii ki, öndə olar. Necə ki hər kəsi ağ kəfənə tutub dəfn edirik, yas mərasimini də eyni qaydada keçirməliyik. Təklif edirik ki, bu işi hamı qəbul eləsin, qapısında yas düşəndə sadə ehsan versin”.

Qafqaz Müsəlmanları İdarəsi avqustun 26-da açıqlama yayaraq bildirib ki, yas mərasimlərində israfın əleyhinə olduğunu və bu mərasimlərin sadə şəkildə keçirilməsi ilə bağlı tövsiyəsini hər zaman cəmiyyətə bəyan edib: “Bu mövqe Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurasının üç il öncə, 2011-ci il iyulun 13-də dəbdəbəli ictimaiyyətə toy-yas mərasimlərinin keçirilməsi ilə bağlı müraciətində əksini tapıb. QMİ dini baxımdan bəyənilməyən israfın hər zaman əleyhinədir və bu istiqamətdə atılan addımları dəstəkləyir. Odur ki, mətbuatda anonim mənbəyə istinadən verilən məlumatların QMİ-nin mövqeyi kimi qələmə verilməsinə qəti etiraz edərək, bir daha bildiririk ki, bəyanatdakı mövqeyimiz birmənalıdır. Bəyanatın mətni idarənin rəsmi saytında (www.qafqazislam.com) yerləşdirilib”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu - DETALLAR
Bu gün, 07:12
Rusiyadan xəbərdarlıq: - Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Bu gün, 07:04
Şərurda Vasif Talıbov ənənələri... - bu dəfə məmurlar narazıdır
Bu gün, 06:56
26 milyon manat hardadır: BİR SORUŞUN... - YEYİNTİ
Bu gün, 06:40
Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Neft pulları necə həzmə verilir... - İTTİHAM RƏSMİDİR, amma...
Bu gün, 06:00
Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33
Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26
ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22
İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq - Tramp belə deyir...
Bu gün, 05:20
Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... - "Artıq 14 gündür..."
Bu gün, 05:17
YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:08
83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... - ARAŞDIRMA
Bu gün, 05:00
ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır - "CNN"
Bu gün, 04:57
" “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." - AXI NİYƏ?..
Bu gün, 04:56
Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... - BU DA FAKT...
Bu gün, 04:34
Qurumların sayğac oyunu: Bunun sonu görünmür - NƏ ETMƏLİ?
Bu gün, 04:24
Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 04:22
Goranboyda məmur atası MEYDAN SULAYIR - BU NƏDİ BELƏ?
Bu gün, 04:08
Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58
ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56
İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47
Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11
İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01
Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57
MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31
Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16
Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12
44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54
"Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48
“Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Dünən, 16:45
Xamenei hələ də dəfn edilməyib
Dünən, 16:36
"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Dünən, 16:27
Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Dünən, 16:26
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:24
Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Dünən, 16:20
Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Dünən, 16:09
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Dünən, 15:59
Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Dünən, 15:53
Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Dünən, 15:50
İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Dünən, 15:47
"Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Dünən, 15:43
Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 15:40
Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb - ƏMƏLİYYAT DAVAM EDİR
Dünən, 15:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru