Müdafiə Nazirliyinin əməkdaşı iş vaxtı damarlarını niyə doğrayıb? .....                     Ermənistanda absurd savaş xəyalları... .....                     Fərhad Əhmədovun 20 milyonluq mülkü əlindən alınır .....                     Revanşist ermənilər: nə qədər praqmatikdirlər? .....                     Zəngəzur dəhlizi an məsələsidir... .....                     Peşə təhsili siyasəti iflas həddində... .....                     Əlyazmalar İnstitutunda NƏ BAŞ VERİR? .....                     Zəngəzur dəhlizi Tehran üçün hansı əhəmiyyətə malikdir? .....                     Məktəbli formaları anbarda qalıb: Alan yoxdur? .....                     "Nepal hadisələrinin Ermənistanda eyni ssenari ilə təkrarlanması real deyil" .....                     ABŞ “Tramp dəhlizi” üçün Ermənistana ilk yardım tranşını ayırıb .....                     Regionda ciddi risk: yeni ərazi bölgüsü yaxınlaşır .....                     "Ola bilər Rusiya PUA-ları Polşaya yanlışlıqla keçib" .....                     Paşinyan bir sıra məmurları vəzifələrindən azad edib .....                     ABŞ-da sabiq senator Menendesin erməni həyat yoldaşı azadlıqdan məhrum edilib .....                     Ermənistan daha bir türk ölkəsi ilə yollarını açır .....                     Təcili yardım maşınlarının təmiri 1 milyona başa gələcək .....                     Zaxarova Alla Puqaçovanı riyakar adlandırdı .....                     “Azərbaycan Sənaye Bankı”nın İdarə Heyətinə təyinat olub .....                     “Sea Breeze”ə yaxın daha bir şirkət təsis edilib .....                     Ter-Petrosyan Zəngəzur Nəqliyyat Qovşağı ifadəsindən istifadəni daha düzgün hesab edir .....                     "Bu cür bacarıqsız işçilərə “gözün üstə qaşın var” deyən olmur" .....                     Müdafiə Nazirliyindən iki şirkətə 2,8 milyon manatlıq sifariş .....                     "Buna ciddi ehtiyac var" .....                     Porno saytın təsisçisi həbs olundu .....                     Keçmiş arvadı barışmadığı üçün onu bıçaqlayan kişi HƏBS OLUNDU .....                     Eks-sevgilisindən Hidayətə ittihamlar: “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” .....                     İmişlidə başçının adamı İTTİHAM OLUNUR .....                     Bu şirkətin 600 min borcu var: Rəhbərinə "stop" qoyuldu .....                     Şəmkirdə bir ayın əsgəri həyatını itirdi .....                     Kremlin Azərbaycandakı şəbəkəsi necə iflasa uğradı? .....                     “Məktəbin bir hissəsində məcburi köçkün 2 min toyuq saxlayır, aidiyyəti orqanlar isə susur” .....                     Agentlik peyin almaq üçün tender keçirib .....                     İcazəsiz klinikaların SONU: .....                     Hər iki ölkədə sülhə qarşı çıxanlar var .....                     Zəngəzur dəhlizi açılır: .....                     Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb .....                     Paşinyan hökuməti Moskva ilə körpüləri tam yandırmamağa çalışır .....                     Sənət adamları bu klublara azarkeşlik edirlər .....                     Ermənistan və NATO Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib .....                 

Azərbaycandan Suriyada cihada gedənlərlə xüsusi-xidmət orqanları məşğul olur - "Azərbaycandan İŞİD-ə gedən də bilməzlikdən gedir"
Tarix: 17-09-2014, 16:42 | Çap et
Azərbaycandan Suriyada cihada gedənlərlə xüsusi-xidmət orqanları məşğul olur
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının AzadlıqRadiosuna müsahibəsi:

- Mübariz müəllim, Komitə rəhbəri kimi ölkədə dini durumu necə dəyərləndirirsiz? Ölkədə bu sahədə hansı problemlər var? Yaxın müddətdə hökumətə bu problemlərlə bağlı hansısa təklifləriniz olacaqmı?

- Azərbaycanda ictimai-siyasi sabitlik mövcuddur. Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasət, maliyyə sabitliyi, iqtisadi sabitlik bütövlükdə mənəvi-psixoloji sabitlik yaradıb. Hesab edirəm ki, din sahəsində də sabitlik var. Əlbəttə, bununla yanaşı qeyd etmək yerinə düşər ki, bəzi xarici dairələrin təsiri ilə ölkəmizdə din sahəsinə müdaxilə etmək istəyən qruplar var. Ancaq bizim ölkəmizdə xalqımızın keçdiyi tarixi yol, dini-mənəvi dəyərlərimiz, prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasət ölkəmizin müxtəlif sahələrdə təhlükəsizliyini təmin edib. O cümlədən din vasitəsilə bizim ölkəmizə müdaxilə cəhdlərinin qarşısı alınıb və bundan sonra da alınacaq. Bizim xalqımız hansısa dini qrupların, qeyri-islami qrupların təsiri altına düşməyəcək.

- Dediniz ki, Azərbaycana hansısa xarici dairələrdən dini təsirlərə cəhdlər olub. Bilmək olarmı, hansı xarici dairələrdir, onların arxasında duran hansı qüvvələrdir?

- Mən xarici dairələr dedikdə xarici dövlətləri nəzərdə tutmuram. Azərbaycanın bütün ölkələrlə normal ikitərəfli münasibəti var, Ermənistan istisna olmaqla. Xarici dairələr dedikdə onları bir neçə qrupa bölə bilərik. Bir xarici dairə var ki, demokratiya pərdəsi altında müxtəlif ölkələrə təzyiq etmək istəyirlər. İkinci qrup dindən bir vasitə kimi istifadə etməklə müəyyən ərazilərə girməyə cəhd edirlər. Bu cür qrupları Yaxın Şərqdə müşahidə edirik. Dindən pərdə kimi istifadə edib terror əməliyyatları həyata keçirirlər. O qrupların bəzilərinin Qərbdəki mərkəzlərlə bağlı olduğu, geopolitik maraq naminə böyük dövlətlərin himayəsi altında fəaliyyət göstərdiyi aşkara çıxır. Əlbəttə, bu cür qruplar Azərbaycana da müdaxilə etmək, burda özünə yer tapmaq və ya Azərbaycan ərazilərindən başqa ölkəyə yol tapmaq niyyətindədirlər. Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəmizin sosial-iqtisadi çətinliklərindən istifadə edərək ərazimizə girib burada möhkəmlənməyə də cəhd ediblər. Amma Azərbaycan güclüdür. Ona görə də Azərbaycan hansısa xırda qrupların missionerlik mərkəzi və ya məkanı deyil.

- Amma konkret ad çəkmədiniz...

- Bu gün qeyri-islami qruplar, cərəyanlar hansıdır? Vəhhabilər deyirlər bunlara, nurçular, dəvətçilər, süleymançılar... Müxtəlif ad altında fəaliyyət göstərirlər. Onlar hamısı terrorçu deyil, maarifləndirmə aparanlar da var.

- Mübariz müəllim, yeri gəlmişkən, son zamanlar mətbuat nurçulardan çox yazır. Onların həbsindən, sıxışdırılmasından, işdən çıxarılmasından. Hətta yüksək çinli məmurların Elnur Aslanovun, Elşad İsgəndərovun adı çəkilir. Bu məsələyə aydınlıq gətirərdiz Komitə rəhbəri kimi.

- Elmi-nəzəri, siyasi mövzularda sizinlə istənilən qədər danışa bilərəm. Dedi-qodu xarakterli suallara cavab vermirəm.

- Yəni necə hesab edirsiz nurçular bu gün Azərbaycanda real təhlükə sayıla bilərmi?

- Azərbaycan üçün, müstəqilliyimiz üçün ciddi təhlükə törədəcək kənar və ya daxili qüvvə görmürəm.

- Son günlər sizin təşəbbüsünüzlə yas mərasimləri ilə bağlı müzakirələr açılıb. Kimi hesab edir ki, yaslarda doğrudan da israfçılıq var və dövlət də bu məsələni tənzimləməlidir, kimi də düşünür ki, bu özəl həyata müdaxilədir. Yəqin sizə də məlumatlar gəlir, yerlərdə bəzən yas mərasimlərinə sərt müdaxilələr olur, yas mərasimləri dağıdılır. Bu yöndə konkret qərarlar, rəsmi göstəriş ola bilərmi?

- Birincisi, mütəxəssislər deyir ki, bunun adını В«yasВ» yox, В«dəfn mərasimiВ» qoyaq. Mövqeyimiz budur ki, konsensus nəticəsində yeniliklər irəli sürək. Söhbət nədən gedir. В«QuranВ»da birbaşa göstəriş yoxdur ki, dəfndən sonra yemək olsun. O ki qaldı dəfnlə bağlı, o da aydın göstərilib. Həmin mərasim 3 gündən artıq çəkməməlidir, bununla bağlı hədis də var. Bu gün xalqın böyük əksəriyyəti dəfn mərasimlərinin sadələşdirilməsini istəyir, müzakirələr, mətbuatdakı yazılar da bunu göstərir. Biz də deyirik ki, yas mərasimləri 3 gündən artıq davam etməsin. Ən böyük borc dəfndə iştirak etmək, haqqını halal etməklə işini bitirməkdir. Bəzən cənazəyə qatılmayan adam yemək yeyir, В«başın sağ olsunВ» deyib gedir. Bu borc deyil. Bir insanı minlərlə adam tanıya bilər. O demək deyil ki, onların hamısı yüzlərlə kilometr məsafə qət edib mərasimə getməlidir. Siz qəzetdə, telefonla, sosial şəbəkədə başsağlığı verə bilərsiz. Ölkəmizdəki pravoslavları, katolikləri, yəhudiləri də buna çağırırıq.

- Konkretləşdirək. Deməli, gələn qonaqların sayında və vaxtla bağlı məhdudiyyət ola bilər? Dediniz 3 gündən artıq davam etməsin...

- Heç kim qonaqların sayına məhdudiyyət qoymur. Dəfn mərasimi qanunla tənzimlənmir. Əvvəllər qızları ərə verəndə В«başlıqВ» alınırdı, sonra bu öz-özünə aradan qalxdı. El mərasimləri qanunla tənzimləmir. Amma dəfn mərasimlərinin ikinci hissəsi qanunla tənzimlənəcək. Qəbiristanlıqlar, qəbir daşları, qəbirüstü abidələr, dəfnin icrası və s. bağlı qanun layihəsi var və inşallah Milli Məclisə təqdim ediləcək. Ancaq yas mərasimləri qanunla tənzimlənmir. Biz sadəcə tövsiyə veririk.

- Dediniz adətlər qanunla tənzimlənmir. Amma sizin çıxışınızdan sonra yerlərdə yas mərasimlərinə icra qurumlarının kobud müdaxiləsi halları oldu.

- Biz araşdırdıq. Məlum oldu ki, bəzən kimlərsə axundun, imamın tövsiyəsini qəbul edib, bəzən də qəbul etməyiblər. Kimsə çıxıb icra nümayəndəsinə deyib ki, sən kimsən, biz sənin tövsiyəni qəbul etmirik. Biz də tapşırmışıq ki, həmin adamlarla işiniz olmasın, toxunmayın. Zaman öz sözünü deyəcək. Burda kobud müdaxilədən yox, tövsiyədən söhbət gedir.

- Yeni qanun layihəsi haqda məlumat verərdiz.

- Payızda müzakirələr ediləcək layihədə dəqiq göstəriləcək: məzarlıq necə olmalıdır, dəfn hansı saatda keçirilmədir, qəbir daşı necə olmalıdır, onun ölçüləri necə olmalıdır... Yəni qəbiristanlığa yenilik gətirilmir. Qəbir daşları bir-birindən fərqlənməyəcək sadəcə. Biz qəbirüstü abidələri götürməyəcəyik, yəni indiyədək qoyulanlar qalacaq. Bir də, millət qarşısında xidmətləri olanların qəbirüstü abidələri qoyulmalıdır, bu normaldır. Bundan başqa, qanunda qəbir yerləri, vəfat edənlərə vəsait verilməsi də əksini tapacaq. Bizim başladığımız iş kampaniya deyil, məqsədyönlü siyasətdir. Yozurlar ki, hökumət adamların bir yerə yığışmasını istəmir. Avam-avam danışırlar. Nərimanov, Mirzə Cəlil sağ olsaydı, bunları ələ salardı... Kimsə bu məsələni süvari qılıncla həll etmək istəmir. Yas mərasimləri qadağan deyil, biz mərasim evlərinin saylının artmasını istəyirik, bələdiyyələrin mərasim evləri ola bilər.

- Və sonda... Azərbaycandan İŞİD-ə qoşulanlar haqda vaxtaşırı mətbuatda, sosial şəbəkələrdə məlumatlar gedir. Bunu araşdırırsızmı?

- Bizim xüsusi-xidmət orqanları bununla ciddi məşğul olurlar. Eyni zamanda, Komitənin yerli şöbələri bununla məşğuldur. Həmin şöbələr hüquq-mühafizə orqanı deyil təbii ki. Bizim silahımız sözdür. Biz hansısa gəncin bir qrupa qoşulub getməsi və s. haqda məlumat aldıqda profilaktik söhbətə üstünlük veririk. İzah edirik ki, Suriyada baş verənlər din söhbəti deyil, İŞİD din altında pərdələnmiş terrorçu qrupdur. Onun arxasında Qərbdəki bəzi mərkəzlər, geopolitik maraqlar, neft mafiyası, bəzən də dövlətlərin maraqları dayanır, İŞİD İslama zərbədir... Azərbaycandan İŞİD-ə gedən də bilməzlikdən gedir, müəyyən qrupların toruna düşüb və ya macəra axtarır. Saf ürəklə inanıb gedirsə o, bilsin ki, bu, din məsələsi deyil. Bizim idmançımız 23 saniyədə erməninin kürəyini yerə vurub əsgəri salamı verdi. Erməniyə bundan böyük ideoloji sillə vurmaq olmazdı. Bizim idmançı çox böyük hərəkət etdi. Mən çox ləzzət aldım bundan. Budur hərəkət. Yoxsa hansısa ölkədə geopolitik mübarizənin qurbanına çevrilirsənsə, sən dindən xəbərsizsən.

- İŞİD-ə qoşulmaq istəyənlərdən nə qədərini fikrindən daşındırmısız? Belə statistika var?

- Bununla xüsusi-xidmət orqanları ciddi, səmərəli məşğul olur. Bizdə o dediyiniz statistika var, amma bu, mətbuata açıqlamaq üçün deyil.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müdafiə Nazirliyinin əməkdaşı iş vaxtı damarlarını niyə doğrayıb? – ELMAN QULİYEV ŞOK FAKTLARI AÇIQLADI
Bu gün, 07:36
Ermənistanda absurd savaş xəyalları... - NƏ QƏDƏR REALDIR...
Bu gün, 07:27
Fərhad Əhmədovun 20 milyonluq mülkü əlindən alınır - Ramiz Mehdiyevin adı hallanır
Bu gün, 07:25
Revanşist ermənilər: nə qədər praqmatikdirlər? - AKTUAL
Bu gün, 07:16
Zəngəzur dəhlizi an məsələsidir... - Görünəni odur ki...
Bu gün, 07:12
Peşə təhsili siyasəti iflas həddində... - BU FAKTDIR...
Bu gün, 07:08
Əlyazmalar İnstitutunda NƏ BAŞ VERİR? - Teymur Kərimli Nigar Babaxanlını özündən sonra direktor təyin edilməsini istəyir?
Bu gün, 07:02
Zəngəzur dəhlizi Tehran üçün hansı əhəmiyyətə malikdir? - İNCƏLƏMƏ
Bu gün, 06:55
Məktəbli formaları anbarda qalıb: Alan yoxdur? - BU NƏDİ BELƏ?
Bu gün, 06:46
"Nepal hadisələrinin Ermənistanda eyni ssenari ilə təkrarlanması real deyil" - ÇÜNKİ...
Bu gün, 06:44
ABŞ “Tramp dəhlizi” üçün Ermənistana ilk yardım tranşını ayırıb - GƏLİŞMƏ
Bu gün, 06:40
Regionda ciddi risk: yeni ərazi bölgüsü yaxınlaşır – Azərbaycanı nə gözləyir?
Bu gün, 06:37
"Ola bilər Rusiya PUA-ları Polşaya yanlışlıqla keçib" - Tramp MALALAYIR
Bu gün, 06:32
Paşinyan bir sıra məmurları vəzifələrindən azad edib - KİV
Bu gün, 06:21
ABŞ-da sabiq senator Menendesin erməni həyat yoldaşı azadlıqdan məhrum edilib - “Bloomberg”
Bu gün, 01:43
Ermənistan daha bir türk ölkəsi ilə yollarını açır
Dünən, 18:12
Təcili yardım maşınlarının təmiri 1 milyona başa gələcək
Dünən, 18:06
Zaxarova Alla Puqaçovanı riyakar adlandırdı
Dünən, 18:04
“Azərbaycan Sənaye Bankı”nın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:59
“Sea Breeze”ə yaxın daha bir şirkət təsis edilib
Dünən, 17:57
Ter-Petrosyan Zəngəzur Nəqliyyat Qovşağı ifadəsindən istifadəni daha düzgün hesab edir
Dünən, 17:51
"Bu cür bacarıqsız işçilərə “gözün üstə qaşın var” deyən olmur" - ETİRAZ VAR...
Dünən, 17:48
Müdafiə Nazirliyindən iki şirkətə 2,8 milyon manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:41
"Buna ciddi ehtiyac var" - Ekspert danışır...
Dünən, 17:37
Porno saytın təsisçisi həbs olundu
Dünən, 17:19
Keçmiş arvadı barışmadığı üçün onu bıçaqlayan kişi HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 17:13
Eks-sevgilisindən Hidayətə ittihamlar: “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” - FOTOLAR
Dünən, 17:02
İmişlidə başçının adamı İTTİHAM OLUNUR - "Biabırçı vəziyyətdir..."
Dünən, 16:58
Bu şirkətin 600 min borcu var: Rəhbərinə "stop" qoyuldu - TƏFƏRRÜAT
Dünən, 16:49
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Dünən, 16:34
Kremlin Azərbaycandakı şəbəkəsi necə iflasa uğradı? - ŞOK FAKTLAR
Dünən, 16:18
“Məktəbin bir hissəsində məcburi köçkün 2 min toyuq saxlayır, aidiyyəti orqanlar isə susur” - deputat
Dünən, 16:16
Agentlik peyin almaq üçün tender keçirib - ALLAH BAZAR VERSİN...
Dünən, 16:09
İcazəsiz klinikaların SONU: - “Biri əməliyyatxanada ad günü qeyd edir, digəri isə...”
Dünən, 16:07
Hər iki ölkədə sülhə qarşı çıxanlar var - ŞƏRH
Dünən, 16:04
Zəngəzur dəhlizi açılır: - Bakı və Vaşinqton “ikinci yola” çıxır
Dünən, 15:57
Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb - HESABAT
Dünən, 15:49
Paşinyan hökuməti Moskva ilə körpüləri tam yandırmamağa çalışır - ONA GÖRƏ DƏ...
Dünən, 15:45
Sənət adamları bu klublara azarkeşlik edirlər - SİYAHI
Dünən, 15:42
Ermənistan və NATO Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib - KİV
Dünən, 15:40
Dron hücumu ilə NATO-ya mesaj: - cəzasızlıq Moskvanı cəsarətləndirir
Dünən, 15:38
Rus politoloq sarsaqladı – Azərbaycanın gücünü görməməzliyə vurmaq cəhdləri
Dünən, 15:33
Yusif Məmmədovun şok fırıldağı: İnsanları belə aldadır - DİQQƏT!
Dünən, 15:13
Rusiyada benzin sürətlə bahalaşır – Azərbaycanda da qiymətlər arta bilərmi?
Dünən, 15:07
Daş-qaş içində "üzən" müğənnilər: Görməmişliyin sərhədi görünmür - Ekspert
Dünən, 15:00
Deputat özünə yeni sayt yaratdı - FOTO
Dünən, 14:58
Suriyada Hizbullah üzvləri həbs olunub - Dəməşqdən Tel-Əvivə JEST?
Dünən, 14:55
ƏSLİNDƏ HƏBSXANADA YATMALI OLAN BİR ŞƏXSƏ MEDAL NECƏ VƏ NİYƏ VERİLDİ? - İLGİNC
Dünən, 13:36
"Beş-on naşükür adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!" - ETİRAZ
Dünən, 13:19
Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan komandir və xidmət rəisi azadlığa buraxılıb
Dünən, 13:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru