Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                 

SADƏLÖVH İNSANLARIMIZI NECƏ ƏLƏ SALIRLAR
Tarix: 26-06-2012, 11:47 | Çap et
SADƏLÖVH İNSANLARIMIZI NECƏ ƏLƏ SALIRLAR

BAŞÇI İLƏ İŞİNİ EYNİ GÜNDƏ İTİRAN MASALLI SAKİNİNİN BAŞINA GƏLƏNLƏR

DİA.AZ: - 46 gün Türkiyədən olan sahibkara aid şirkətdə çalışan Hikmət Babayev indi sübut edə bilmir ki, o, həqiqətən də bu təşkilatda çalışıb. Bununla bağlı vətəndaş DİA.AZ-a şikayətlənib.

Hikmət kimdir? Babayev Hikmət Masallı rayonunun Musaküçə kəndində anadan olub. Ali təhsilli mühəndisdir. Bir müddət Rusiyadakı türk şirkətlərində ixtisası üzrə təhlükəsizlik mühəndisi işləyib. Sonra ailə vəziyyətilə bağlı doğma rayona qayıdıb. Uzun müddət işsiz olub. Həm də bir vətəndaş kimi fəal olub və bu ilin əvvəlində Masallıda keçirilən aclıq kampaniyasında, eləcə də digər etiraz aksiyalarında iştirak edib.

Hikmət Babyev bir sıra ünvanlara, o cümlədən redaksiyaya təqdim etdiyi məktubda yazır: “İşsizliklə əlaqədar 3 dəfə Masallı rayonunun sabiq icra başçısı Qəzənfər Agayevin qəbulunda oldum. O da mənə dedi ki, indi demokratiyadır. Hamı kimi get, gəz, özünə iş tap və nə qədər rüşvət istəsələr, gələrsən, mən sənə verərəm. İcra başçısının, çoxlu adamın içində məni ələ saldığını görüb qəbul otagından çıxdım və bir daha ora getmədim.

SADƏLÖVH İNSANLARIMIZI NECƏ ƏLƏ SALIRLAR

2012-ci ilin fevral ayında eşitdim ki, içməli su və kanalizasiya layihəsini həyata keçirmək üçün “ESER Taahhut ve Sanayi A.Ş” adlı bir Türkiyə inşaat firması Masallıda fəaliyyətə başlayıb. Firmaya gedib iş ücün müraciət etmək qərarına gəldim ve orada sahə rəisi, Türkiyə vətəndaşı Murat Daşanla görüşdüm. O, mənim telefon nömrəmi götürdü və söz verdi ki, bu barədə layihənin rəhbəri Bülent Torunla danışacaq, sonra mənə telefonla cavab verəcək. 26 fevral 2012- ci ildə Murat Daşan mənə telefon etdi və dedi ki, firmaya gəl, Bülent Torun səninlə görüşmək istəyir. Mən sevincək halda firmaya gəldim və Bülent bəylə görüşüb ona “CV” təqdim etdim. O, mənə dedi ki, Ankaradakı Baş ofisə (Holdinq rəhbərliyinə) məruzə edəcək və mənə cavab verəcək. 27 fevralda mənə telefon edib təbrik elədi ki, Ankaradan cavab gəldi və mən 28 fevraldan işə çıxa bilərəm. Mən və ailə üzvlərim çox sevindik və Allaha dualar etdik ki, nəhayət, mən iş tapdım!

Fevral ayının 28-də Firmada Texniki Təhlükəsizlik mühəndisi olaraq işə başladım. 20-21 mart Novruz bayramı xaric, bir gün belə işdən qalmadım.

Məlumat üçün bildirim ki, bu şirkətdə işə başladığımdan neçə vaxt keçməsinə baxmayaraq, həm mənimlə, həm də digər işçilərlə əmək müqaviləsi bağlanmır, digər sənədləşdirmələr aparılmırdı.

Nəhayət, təxminən mart ayının ortalarında Bakıdan gələn Rauf adlı kadrlar şöbəsinin rəisi hər kəs kimi mənim də sənədlərimi aldı və əmək müqaviləsinə doldurulmamış şəkildə imza etdirib Bakıya apardı. Surətini isə sonra gətirəcəyini söylədi.

Aprel ayının, səhv etmirəmsə, 9-da iş sahəsində kiçik bir hadisə oldu. Bir azərbaycanlı topoqrafçı, təxminən, dərinliyi 2 metrlik bir qazıntıda iş görərkən üstünə torpaq töküldü. Mən təcili onu maşına qoyub Masallı Rayon Mərkəzi Xəstəxanasına apardım. Həkim və rentgen müayinəsi edildikdə, məlum oldu ki, bu şəxs heç bir xəsarət almamışdır. Mən qanunauyğun şəkildə bu hadisəni aktlaşdırdım.

12 apreldə bu hadisə ilə əlaqədar, Masallı rayon 10 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin Müfəttişi Əhsən Əhədov Firmaya gələrək məndən izahat və aktın surətini aldı. Sonra bərabər gedib topoqrafçıdan da izahat aldıq. Əhsən mənə dedi ki, onun da kiçik qardaşı Rusiyadan yeni gəlib və işsizdir, mümkünsə, onun da qardaşını firmada işə düzəldim. Mən dedim ki, bu məsələni firma müdirləri ilə danış. Sonra onu firmanın maliyyə işlər müdiri Yılmaz Yazıçı və Bakıdan gəlmiş kadrlar şöbəsinin rəisi Raufla görüşdürdüm.

14 apreldə səhər işə gələn zaman, maliyyə işlər müdiri Yılmaz Yazıçı məni otağına çağırdı və bildirdi ki, sən bu gündən işdən azadsan. Mən müdir Bülent Toruna telefon edib səbəbini soruşdum. O da mənə bildirdi ki, sən ingilis dilini yaxşı bilmədiyin üçün Dünya Bankı sənin CV-ni təsdiq etmədi. (Baxmayaraq ki, oradakı türk mühəndislərin 90%-i ingilis dilini bilmir). 23 apreldə mənə işdən bir dostum zəng edib dedi ki, sənin yerinə Əmək Müfəttişi, həmin Əhsən Əhədovun kicik qardaşını işə qəbul etdilər. Mən 25 apreldə Masallı rayon 10 saylı Əmək Müfəttişliyinə ərizə ilə müraciət etdim və qanunsuz işdən çıxarılmağım barədə məlumat verdim. İdarənin müdiri Ərəstun Əbilovun qəbuluna girib, Əhsənin çirkin əməllərini və məni işdən çıxartdırıb qardaşını mənim yerimə verdirdiyini söylədim. Söz verdi ki, araşdıracaq. Mənim ərizəmlə bağlı firmaya başqa bir müfəttiş göndərdi və orada Yılmaz Yazıçıdan və kadrlar şöbəsinin işçisi Vurğun Talıbovdan izahat aldırdı ki, guya mən hec orada işləməmişəm. Mənə aid bütün sənədlər məhv edilmişdi.

Halbuki, həm Yılmazın, həm də Vurğunun məndən təhlükəsizlik təlimatı aldıqları barədə hal-hazırda məndə olan kitabda imzaları var. Mən orada işləməmişəmsə, 135 nəfər firma işçiləri necə olub ki, məndən təhlükəsizlik təlimatı alıb, kitabda imza etmişlər?

Mən orda işləməmişəmsə, niyə Əmək Müfəttişliyi məndən izahat alırdı, akt tərtib edirdi. Sonra bu sənədləri də itirdilər”.

Onu da bildirək ki, Hikmət Babayevə işlədiyi 45 gün üçün, qeyri-rəsmi olsa da, əvvəldən razılaşdırılmış məbləğ ödənilib. Hazırda Hikmət Babayev olayla bağlı Masallı məhkəməsinə müraciət də edib. Hazırlıq iclası da keçirilib. Bir məqam da maraqlıdır ki, Hikmət Babayevin işdən azad edildiyi gün Masallıda icra başçısının dəyişdirildiyi günə təsadüf edib.

Yazıda adları çəkilən şəxsləri də dinləməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Bu gün, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Bu gün, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Bu gün, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Bu gün, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Bu gün, 08:13
"Gül salonum var..."
Bu gün, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Bu gün, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Bu gün, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Bu gün, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Bu gün, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Bu gün, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Dünən, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Dünən, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Dünən, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Dünən, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Dünən, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Dünən, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Dünən, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Dünən, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Dünən, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Dünən, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Dünən, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Dünən, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Dünən, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Dünən, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Dünən, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Dünən, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Dünən, 09:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru