Rüşvətxorluqda ittiham olunan bələdiyyə sədri qeybə çəkilib... - İndi zühuru gözlənilir
Tarix: 13-04-2016, 11:14 | Çap et
 Bakı şəhəri Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi, ev 95-də kirayədə yaşayan Əliyev Səfər Nəsib oğlu Qafqaz Xəbər Agentliyinə müraciət edib.
S.Əliyev Qafqaznews.az-a göndərdiyi şikayət məktubunda bildirib ki, Xocasən bələdiyyəsinin sədri Anar Abbasov onun pul verib sənədlə aldığı torpaq sahəsində ev tikməsinə imkan vermir.
“Binəqədi Rayon İcra hakimiyyətinin Mirpaşa adlı işçisi və Xocasən bələdiyyəsinin sədri Anar Abbasov qanunu qaydada aldığımız torpaqın üzərində ev tikmək üçün bizdən 4000 manat rüşvət istəyirlər. İmkanımız olmadığı üçün onun istədiyi pulu verə bilmədik, buna görə də ev tikməyimizə qanunsuz olaraq icazə vermir və utanmadan polisə bu barədə şikayət edib. Ancaq Binəqədi rayonu Höküməli qəsəbəsində yerləşən həmin 3 sot (300 kvadrat metr) torpağı sahibindən qanunu qaydada pulumuzu verib almışıq və buna dair IMG-20160406-WA0000sənədlərimiz də var. Həmin sənədlər həyat yoldaşımın adınadır. Qeyd edim ki, həmin ərazidə torpaqları vətəndaşlar bu qaydada satın alıb üzərində ev tikdirmişdilər. Əgər mənim sənədlərimin həmin sənədlərdən bir fərqi varsa buyurub yoxlayıb ondan sonra qadağa qoysunlar. Bunun bir səbəbi və fərqi var ki, ev tikənlər Binəqədi Rayon İcra Hakimiyyətinə və Xocasən bələdiyyəsinin sədri Anar Abbasova istədiyi pulu verib, mənim isə heç bir imkanım yoxdur deyə qanunsuzluqla üzləşmişəm. Evin tikintisini isə qohum-əqraba kömək edir.
Uzun illərdi ailəmlə iki azyaşlı uşaqla kirayədə yaşayıram.Özüm Qarabağın azadlığı uğrunda gedən döyüşlərin iştirakçısıyam. Həyat yoldaşım xəstədir, kirayədə yaşamaqdan zülm çəkirik. Bu korrupsiya cinayəti barədə başda Prezident cənab İlham Əliyev olmaqla, cənab Fuad Ələsgərova, Baş Prokuror cənab Zakir Qaralova, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevə, Bələdiyyələırlə İş Mərkəzinin rəisi cənab Mehdi Səlimzadəyə şikayət ərizəsi ilə müraciət etmişəm.Mətbuat vasitəsi ilə də prezident, Ali Baş Komandan cənab İlham Əliyevə müraciət edib xahiş edirəm bu korrupsiya faktını yerində yoxlanılıb qanunu tədbir görülməsinə göstəriş verəsiniz.Yoxlanılsın ki, həmin ərazidə tikilən evlərin mənim sənədlərimdən fərqi var, ya yoxdur”.
Biz S.Əliyevlə əlaqə saxladıq, o bildirdi ki, torpaq sahəsini qanuni şəkildə əldə edib və onun əlavə rüşvət verməyə imkanı yoxdur.
Səfər Əliyevin həyat yoldaşı Vəfa xanım Qafqaznews.az-ın əməkdaşına bildirdi ki, torpaq üçün min cür əziyyətlə topladıqları 4400 manat pul veriblər, əllərində qalan cüzi vəsaitlə isə ev tikmək arsusundadırlar.
“Lakin bələdiyyə sədri və Mirpaşa adlı RİH işçisi bizə imkan vermir. Deyir siz bizdən icazə almalısınız. Anar Abbasov hətta məndən polisə şikayət etdi ki, guya mən bələdiyyə ərazisini zəbt etmişəm. Gəlin, o ərazidə qonşuluqda olan evlərə, həyətlərə baxın. Necə olur ki, qanunu pozan bircə mənəm? Torpağın keçmiş sahibi digər insanlara da orda torpaq satıb, onlar da ev tikiblər. Mənim isə pulum yoxdur, deməli, mənə olmaz”, – deyə vətəndaş bildirib.
Biz məsələyə aydınlıq gətirmək üçün Xocasən Bələdiyyəsinə zəng etdik, mühasib işlədiyini deyən Gülnar xanım bildirdi ki, sədr Anar Abbasov əraziyə çıxıb, nahardan sonra gələcək. Əməkdaşımızdan mobil telefon nömrəsini alan bələdiyyə əməkdaşı məsələ ilə bağlı da maraqlandı və ona Səfər Əliyevin şikayəti barədə məlumat verildi.
Görünür ki, məhz bu məlumatdan sonra, Anar Abbasovla əlaqə saxlamaq ümumiyyətlə “möcüzə”yə çevrildi. Gün boyu dəfələrlə zəng etdik, lakin kim olduğumuzu soruşan bələdiyyə əməkdaşları dərhal “Anar müəllim əraziyə çıxıb” deyə cavab verdilər.
Anar Abbasovun ərazidən qayıtması və mətbuatın suallarına cavab verməsi ümidi ilə, Xocasəndə baş verən digər hallarla bağlı da şikayətləri toplamağa və araşdırmağa başlayacağımızı bildiririk.
İnanırıq ki, yaxın günlərdə hörmətli bələdiyyə sədrini iş yerində tapa biləcəyik.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək
Bu gün, 11:53 |
|
|
|
| • “Premium Bank”ın dövlətə vergi borcu var
Bu gün, 11:49 |
|
|
|
| • Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu - İNCƏLƏMƏ
Bu gün, 11:46 |
|
|
|
| • MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? - DEPUTATLAR AÇIQLADI
Bu gün, 11:45 |
|
|
|
| • Nazirliyin tenderini yenə həmin şirkət uddu – Bu dəfə 9,3 milyon manat alacaq
Bu gün, 11:43 |
|
|
|
| • Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:38 |
|
|
|
| • “Söz vermişdim qızımı xaricdə oxudacam” - Beş dəfə Məşhədə gedən Məleykə Əsədova
Bu gün, 11:36 |
|
|
|
| • İrəvanın bir ayağı yenə “gor”da
Bu gün, 11:33 |
|
|
|
| • Kür çayı bu rayonda bəndi uçurdu
Bu gün, 11:27 |
|
|
|
| • "Naxçıvan duzu" adı altında saxtakarlıq... - İşbazların yeni "planı"
Bu gün, 11:09 |
|
|
|
| • Serjik Azərbaycana qayıdır?
Bu gün, 11:06 |
|
|
|
| • İrana görə daha bir ölkə çətin vəziyyətdə – Yarım milyard dollar bloklandı
Bu gün, 11:00 |
|
|
|
| • Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək
Bu gün, 10:55 |
|
|
|
| • Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz - Hakim
Bu gün, 10:53 |
|
|
|
| • Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46 |
|
|
|
| • Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 10:44 |
|
|
|
| • Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq - KİV
Bu gün, 10:40 |
|
|
|
| • "Yeni Klinika"ya direktor təyin olundu - ƏMR
Bu gün, 10:36 |
|
|
|
| • Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28 |
|
|
|
| • Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA - TƏFƏRRÜAT
Bu gün, 10:17 |
|
|
|
| • Araz qırağının əcəb ZİBİLGAHI VAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:13 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Bu gün, 09:50 |
|
|
|
| • “Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” - ETİRAZ
Bu gün, 09:45 |
|
|
|
| • Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Bu gün, 09:39 |
|
|
|
| • “Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” -erməni politoloq
Bu gün, 09:33 |
|
|
|
| • Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34 |
|
|
|
| • Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11 |
|
|
|
| • Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…
Bu gün, 08:09 |
|
|
|
| • Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... - GƏLİŞMƏ
Bu gün, 08:07 |
|
|
|
| • "Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04 |
|
|
|
| • Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46 |
|
|
|
| • Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27 |
|
|
|
| • Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... - ŞƏRH
Bu gün, 07:20 |
|
|
|
| • Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16 |
|
|
|
| • ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib - "The War Zone"
Bu gün, 07:10 |
|
|
|
| • Azərbaycanda çörək bahalaşacaq? – İqtisadçı izah edir
Bu gün, 07:05 |
|
|
|
| • Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR - ONA GÖRƏ DƏ...
Bu gün, 06:58 |
|
|
|
| • Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? - Görünəni odur ki...
Bu gün, 06:55 |
|
|
|
| • Yerində sayan sektor: milyonları niyə itiririk? - AKTUAL
Bu gün, 06:52 |
|
|
|
| • "İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." - FAKT BUDUR!
Bu gün, 06:50 |
|
|
|
| • Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:48 |
|
|
|
| • "Verilişə gələrkən maşını vurdum..."
Bu gün, 06:45 |
|
|
|
| • TƏBİB-in TƏCİLİ olmayan yardımı... - "Ümid edək ki..."
Bu gün, 06:34 |
|
|
|
| • Niyazi Bayramovun korrupsiya ortaqları - SİYAHI
Bu gün, 06:28 |
|
|
|
| • Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25 |
|
|
|
| • Təzə başçı gələndə camaat düşündü ki... - FOTO
Bu gün, 06:24 |
|
|
|
| • Pensiyalarla bağlı vacib xəbər – İlin sonunda…
Bu gün, 06:19 |
|
|
|
| • Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir - Palata
Dünən, 18:06 |
|
|
|
| • Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: - 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
Dünən, 18:02 |
|
|
|
| • Bu gün BMT canlı meyitdir - Natiq Miri
Dünən, 17:55 |
|
|
|
|