Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

Azercell “Qələbə ili”-nin nəticələrilə bölüşdü
Tarix: 6-03-2021, 08:50 | Çap et
Azercell “Qələbə ili”-nin nəticələrilə bölüşdü
diaaz.space: - Hələ bir il bundan öncə Azercell Telekom-un öz müştərilərinə rəqəmsal gələcəyi əlçatan etmək və dinamik şəkildə yenilənən dünyanın tələblərinə daha çevik reaksiya vermək vədəsi 2020-ci ilin qlobal cəmiyyətə gətirdiyi transformasiyada, heç şübhəsiz ki, özünü müvəffəqiyyətlə doğrultdu. Bəşəriyyəti bürümüş özünütəcrid şəraitində yeni yaşam və çalışma üsullarına ahəngdar şəkildə uyğunlaşan Azercell-in rəqəmsallaşma strategiyası həm təhsil, həm əyləncə, həm də işgüzar həyatda müxtəlif yaş katergoriyalarından olan insanlara rahat və cəld rabitə imkanı təklif etdi. Azercell-in aparıcı mobil operator olaraq innovativ xidmətlər və texnoloji həllər vasitəsilə müştərilərinin gündəlik həyatını daha da rahat etmək məqsədi şirkəti 2020-ci ildə özünün 5 milyonuncu abunəçisinə qovuşdurdu.

DİA.AZ xəbər verir ki, həm ölkə, həm də bütün dünya iqtisadiyyatı üçün ağır sınaq dövrü olan 2020-ci ili Azercell Telekom itkisiz və ciddi nailiyyətlərlə başa vurmağı bacardı. 2020-ci ildə ölkənin mobil kommunikasiya bazarında 49% faiz pay sahibi olan Azərbaycanın qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi Azercell 2020-ci ildə dövlət büdcəsinə 111.9 milyon AZN, 24 il ərzində isə ümumilikdə təxminən 2 milyard AZN vergi ödəyib. Mobil operator Azərbaycanda telekommunikasiyanın inkişafına 2020-ci ildə 58 milyon ABŞ dolları, 1996-2020-ci illər ərzində isə 1.7 milyard ABŞ dolları həcmində sərmayə yatırıb.

Azərbaycan xalqı üçün həm də şanlı qələbə ilə tarixə düşən 2020-ci ildə Azercell işğaldan azad olunmuş bölgələrimizdə, o cümlədən Qarabağın mirvarisi sayılan Şuşada ilk rabitə və mobil internet şəbəkəsini qurdu. İndi şirkətin coğrafi əhatə dairəsi ölkəmizin işğaldan azad olunmuş əraziləri də daxil olmaqla 94.8% əhali əhatəsi isə 98.8% təşkil edir. Keyfiyyətli və sürətli mobil internet xidmətləri ilə daim öndə olan “Azercell Telekom” il ərzində ölkəmizdə 4G şəbəkəsinin təkmilləşdirilməsi layihəsini uğurla həyata keçirib. Ötən il boyu Azercell-in 4G şəbəkəsinin əhatəsi dairəsi 74,2%-dən 85,1%-ə yüksəlib. Bununla yanaşı, 2020-ci ildə 4G texnologiyası üzərindən çalışan 784 yeni radio baza stansiyası quraşdırılıb, 4G şəbəkəsi üzərində çalışan stansiyaların ümumi sayı 2679-a çatdırılıb. Azercell şəbəkəsi üzərindən ötürülən məlumatın həcmi 2.25 dəfə artıb. Ümumilikdə, 2020-ci il ərzində yalnız 4G şəbəkəsi üzrə internet trafikində isə 60% artım müşahidə olunub.

2020-ci il ərzində Bakı metropoliteninin stansiya və tunellərinin də 4G şəbəkəsinin təmin edilməsi üzrə işlər uğurla davam etdirilib və hazırda paytaxtın artıq 14 metro stansiyasında Azercell 4G şəbəkəsi aktivdir.

30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızın azad olunması ilə 2020-ci ildə Azərbaycan xalqının tarixində tamamilə yeni səhifə açıldı. Bu səhifədə öz dəsti-xəttilə tarix yazan Azercell də yumruq kimi birləşən cəmiyyətimizin ən fəal üzvlərindən oldu. Şirkət Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat həcmində vəsait köçürdü. Eyni zamanda, Azercell-in “Kabinetim” mobil tətbiqində bu Fonda ianə etmək imkanı yaradıldı. Azercell müharibə dövründə kimsədən dəstəyini əsirgəmədi. Bərdə və Gəncə şəhərlərində baş verən terror aktları zamanı yerli sakinlərin balansını artırdı, o cümlədən cəbhə bölgələrinə ezam olunmuş bütün media nümayəndələrinin balansına 100 AZN köçürdü.

2020-ci ilin ilk yarısı isə digər düşmənimiz – bütün dünyanı cənginə alan COVID-19 virusu ilə mübarizə və sərtləşdirilmiş karantin rejiminin gətirdiyi çətinliklərlə yadda qaldı. Azercell Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat ianə etməklə bu cəbhədə də aktiv mübarizəyə qoşuldu. Şirkət həmçinin, hər kəsin bu fonda ianə etməsini asanlaşdırmaq üçün “Mobil ödəmə” xidmətini aktivləşdirdi. Bu dövrdə evdən çıxmaq qadağası ilə üz-üzə qalan yaşı 65-dən yuxarı abunəçilərə Mobil Müştəri Xidmətləri evində və tamamilə təmənnasız təqdim olundu.

Şirkətdən növbəti həmrəylik jesti karantinin tətbiq olunduğu ilk dövrdə xaricdə qalaraq ölkəyə qayıda bilməyən soydaşlarımıza yönəldi. Belə ki, Azercell rominqdə olan abunəçilərinin balansına 50 AZN yüklədi. Habelə, bütün Azercell abunəçiləri üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Qaynar xətt"inə pulsuz zənglər imkanı yaradıldı.

Koronavirusla mübarizə tədbirləri çərçivəsində Azercell virusla vuruşan 700-ə yaxın səhiyyə işçisinə 7 dəfə 50 AZN hədiyyə balans yüklədi. Həmçinin, sosial izolyasiya şəraitində onlayn tədris verən 30 000-ə yaxın müəllimə 5GB həcmində internet paketi təqdim olundu. Azercell karantin dövründə Abşeron yarımadası və bölgələrdə 11 000-ə yaxın aztəminatlı ailəyə və Böyük Vətən Müharibəsi veteranlarına Novruz, Ramazan bayramları və 28 may Respublika Günü münasibətilə ərzaq payı və bayram sovqatları çatdırdı.

2020-ci ilin böyük hissəsini əhatə edən sosial təcrid şəraitinə baxmayaraq, Azercell-in müxtəlif xidmət kanalları müştəri müraciətlərini daha intensiv və operativ cavablama sistemini tətbiq edərək bu sahədə yüksək göstəricilərə nail oldu. Beləliklə, 2020-ci ildə Azercell-in Telefon Mərkəzinə ümumilikdə təxminən 4 milyon zəng daxil olub, bunlardan 95%-i cavablandırılıb, onlayn müştəri xidmətləri üzərindən 449,337 sayda sorğu daxil olub və bunların 98%-i cavablandırılıb. Azercell şirkətinin il ərzində rəsmi Facebook, Instagram, Twitter, Youtube və Linkedin səhifələrindən toplam 135 min müraciət daxil olaraq əməkdaşlar tərəfindən cavablandırılıb. Bundan əlavə, 2020-ci il ərzində şirkətin Ön Masa, Azercell Ekspres, Azercell Eksklüziv ofislərində, eləcə də Mobil Müştəri Xidmətləri vasitəsilə təxminən 1 milyon nəfər abunəçiyə üz-üzə xidmət göstərilib. Qeyd etmək yerinə düşər ki, 44 günlük Vətən Müharibəsi zamanı gücləndirilmiş və gərgin iş rejiminə baxmayaraq, Azercell əməkdaşlarının səyi nəticəsində bütün kanallar vasitəsilə xidmət keyfiyyəti ən yüksək səviyyədə saxlanıldı. Belə ki, ən son statistikaya əsasən onlayn kanallar vasitəsilə daxil olmuş müraciətlər 100% cavablama göstəricisinə qədər yüksəlib. Hətta, COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan uzunmüddətli sərt karantin rejimində Azercell Müştəri Xidmətləri fasiləsiz olaraq onlayn şəkildə fəaliyyət göstərib. 2020-ci ildə Azercell şirkəti ölkədə qurduğu Müştəri Xidmətləri sisteminin ən yüksək dünya standartlarına uyğun olduğunun nümunəsi kimi ISO 10002:2018 Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılmasına dair təlimatlar standartına uyğunluq sertifikatına layiq görülməsi oldu.

Ötən il Azercell-in yeni versiyada təqdim etdiyi “Kabinetim” mobil tətbiqi müxtəlif çeşiddə digər rəqəmsal xidmətlərdən istifadə etməyə şərait yaratdı. "Mobil Ödəmə" xidməti abunəçilərə kommunal, rabitə və bank xidmətlərilə yanaşı, milli orduya və COVİD-19 ilə mübarizə fonduna ianə etmək imkanı da yaratdı. Dünya miqyasında məşhur “Busuu” tətbiqi abunəçilərə xüsusi şərtlərlə təklif edildi. Azercell il ərzində mobil televiziya sahəsində bəzi yeniliklər tətbiq etdi. Belə ki, uşaqlar üçün “Mobil TV” xidməti istifadəyə verildi. “BluTV” xidməti çərçivəsində isə populyar türk kino və serialları Azercell-lilər üçün

əlçatan oldu. “NNTV” tətbiqində televiziya kanallarının sayı artırıldı. Nəticədə, son bir il ərzində Azercell-in rəqəmsal həllərindən istifadə edən aktiv abunəçilərin sayı 18% artdı.

Azercell il boyunca abunəçilərini fərqli kampaniyalar, sərfəli tarif paketləri ilə sevindirib. Abunəçilərin yaxınları ilə ünsiyyətini daha da əlçatan edən “Yeni Hər Yerə” tarifi istifadəyə verilib. Bundan əlavə, lider mobil operator innovativ “Telegram Bot” xidmətini təqdim edib. Müxtəlif sərfəli aksiyalar çərçivəsində müştərilər əlverişli şərtlərlə ən son model Samsung və iPhone smartfonlarını əldə ediblər, onlara danışıq balansı və internet paketləri hədiyyə olunub. Keçirilmiş Smartfon kampaniyaları nəticəsində Azercell abunəçiləri arasında smartfon penetrasiyası 74%-dən yüksək oldu, Smartfon istifadəçilərinin sayı isə 3.9 milyon təşkil edir.

Qlobal pandemiya ilə əlaqədar sərt karantin rejimində iqtisadiyyata dəstək məqsədilə 12 000-dən artıq hüquqi şəxsə xidmət göstərən Azercell Biznes yenilənmiş Biznesim Veb həllini təqdim etdi ki, bu həll vasitəsilə öncədən ödəniş etmədən şirkətlər 3 gün ərzində öz saytını yarada bildi. Bizneslər üçün müxtəlif qurğularla rahat qoşulma və rabitə imkanlarının yaradılması ilə Azercell biznes abunəçiləri arasında mobil internet istifadəçilərini sayı ötən illə müqayisədə 14% artdı. Şirkətin korporativ müştərilərə istiqamətlənmiş fəaliyyəti Əşyaların interneti (IoT) ekosistemini ölkədə inkişaf etdirərək istifadəçi bazasının həcmini ötən illə müqayisədə 34% artırdı.

2020-ci ildə sosial layihələrə ümumilikdə 2.6 milyon ABŞ dollarından artıq vəsait sərf edilib ki, bu göstərici 24 il ərzində 21.8 milyon dolları keçib.

Qeyd edək ki, savaş ilində Azercell korporativ sosial məsuliyyət tədbirlərinə xüsusi diqqət ayırıb.

İlin əvvəlində “Azercell Telekom” Azərbaycan Milli Olimpiya Komitəsi tərəfindən Tokyo 2020 Olimpiya Oyunlarında Azərbaycan Milli Olimpiya və Milli Paralimpiya komandalalarının Qızıl tərəfdaşı seçildi. Qeyd edək ki, qlobal pandemiya ilə əlaqədar bu Olimpiya oyunları 2021-ci ilə keçirildi.

Müasir Azərbaycan qadının cəmiyyətdəki əhəmiyyətini layiqincə əks etdirmək üçün Azercell Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin və Milli Olimpiya Komandasının məğrur tərəfdaşı olaraq idmançı qadınların simasında #Qadın Dediyin layihəsini ərsəyə gətirdi. Layihə sosial media kanallarında yayımlanaraq cəmiyyətdə geniş əks-səda yaratdı.

Şirkətin ən sevilən sosial layihələrindən biri olan Mobil Göz və Mobil Diş səyyar Klinikalarında il ərzində Bakı və bölgələrdən 400 nəfərə yaxın kimsəsiz, aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan insan pulsuz müayinədən keçdi.

10 ildən çoxdur yaradılan Azərbaycan Uşaq Qaynar Xətt Xidməti Azercell-in dəstəyilə karantin dövründə fəaliyyətini davam etdirib və ümumilikdə 6657 uşağa psixoloji yardım göstərilib.

Ölkədə təhsilin inkişafı, yüksək ixtisaslı kadrların yetişdirilməsi, insan kapitalının formalaşması işinə xüsusi diqqət ayıran Azercell ADA Universitetinin təqaüd proqramına, informatika müəllimləri üçün xüsusi təlimin təşkilinə dəstəyini davam etdirib. Şirkət Beşinci Buktreyler Festivalının rəqəmsal tərəfdaşı qismində çıxış edib. Azercell-in Rəqəmsal Tərəfdaşlığı ilə 7-ci “womENcourage” beynəlxalq virtual toplantısı keçirilib. Eyni zamanda, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə partnyorluq çərçivəsində Azercell-in dəstəyilə İnformatika üzrə təlim keçən məktəblilərimiz 32-ci Beynəlxalq İnformatika Olimpiadası, 16-cı Beynəlxalq Jautikov Olimpiadası, Asiya Pasifik İnformatika Olimpiadası, İnformatika üzrə 12-ci Beynəlxalq Payız Turniri kimi nüfuzlu yarışmalarda il ərzində müxtəlif kateqoriyalı 10 medal qazanıblar. SABAH qruplarının “Qış Məktəbi” layihəsinin gənc iştirakçıları üçün Azercell master-klassların təşkilini dəstəkləyib. “Azercell Telekom” yeni dərs ilinin başlanması münasibətilə imtahanlarda fərqlənən 300 abituriyentə və şəhid övladlarına Busuu dilöyrənmə tətbiqinə pulsuz kodlar, ən çox bal yığan abituriyentlərə və şəhid övladlarına planşetlər və

pulsuz kodlar hədiyyə edib, təqaüdlər ayırıb. Eyni zamanda, 100-dən çox xüsusi qayğıya ehtiyacı olan uşaq da Azercell-dən dilöyrənmə tətbiqi üçün pulsuz kodlar və nömrələr alıb.

Ölkədə peşəkar kadrların inkişaf etdirilməsinə hər zaman xüsusi önəm verən Azercell 2020-ci ildə İnsan kapitalının inkişafına təxminən 700 min ABŞ dolları, 1996-2020-ci illər ərzində isə 26 milyon ABŞ dolları həcmində vəsait sərf edib. Şirkət güclü korporativ idarəçilik və mədəniyyətin, insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafı kimi 2020-ci il ərzində keçirilmiş audit nəticəsində bu ilin əvvəlində MDB məkanında ilk olaraq İnsana Sərmayə standartının ən yüksək Platin sertifikatına yiyələndi (IIP Platinum).

Azercell-in 2020-ci ildə əldə etdiyi nailiyyətlər sırasında nüfuzlu “STEVIE ” Beynəlxalq Biznes Mükafatının üçqat laureatı olmasını da qeyd etmək lazımdır. Belə ki, 2020-ci ildə lider operator yüzlərlə şirkət arasında “İlin telekommunikasiya şirkəti” qızıl mükafatını, “İlin ən innovativ şirkəti” və “Ən dəyərli korporativ məsuliyyətli şirkət” nominasiyaları üzrə bürünc mükafatını qazanıb.

Bundan əlavə, Azercell-in #QadınDediyin sosial layihəsi nüfuzlu beynəlxalq Red Jolbors festivalında Gümüş və Bürünc medal qazanıb.

Şirkət ötən il ölkəmizdə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatını alan ilk mobil operator olub.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Dünən, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Dünən, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Dünən, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Dünən, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Dünən, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Dünən, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Dünən, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Dünən, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Dünən, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Dünən, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Dünən, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Dünən, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Dünən, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Dünən, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Dünən, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Dünən, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Dünən, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru