Neft pulları necə həzmə verilir... .....                     Tramp savaşı udmaq üçün VAXT UDUR? .....                     Tramp İrana hücum etməsə... BİZ BATDIQ! .....                     ABŞ müharibə istəsə, biz də döyüşəcəyik .....                     İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq .....                     Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... .....                     YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. .....                     83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... .....                     ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır .....                     " “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." .....                     Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... .....                     Qurumların sayğac oyunu: Bunun sonu görünmür .....                     Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA .....                     Goranboyda məmur atası MEYDAN SULAYIR .....                     Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? .....                     ADSEA işçiləri ÖZBAŞINA QALIB .....                     İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib .....                     Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı .....                     Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib .....                     İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib .....                     Nə qədər alsaq da, çatmır: .....                     MİDA-nın direktoruna yeni müavin təyin olundu .....                     Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb .....                     Nail Kəmərli gördüyü dəhşəti danışdı: .....                     Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb .....                     44 ilin fotoqrafı anbardara çevrildi .....                     Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib .....                     Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin .....                     Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb .....                     "Hər aktyordan müəllim olmaz... .....                     “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir .....                     “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir” .....                     Xamenei hələ də dəfn edilməyib .....                     "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" .....                     Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var .....                     "Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi .....                     Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib .....                     Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının .....                     Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu .....                 

TƏBİB rəhbəri bu cinayətlərdən xəbərsiz ola bilərdimi? - İLGİNC GƏLİŞMƏ
Tarix: 23-04-2021, 10:15 | Çap et
TƏBİB rəhbəri bu cinayətlərdən xəbərsiz ola bilərdimi?
Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin TƏBİB-də keçirdiyi əməliyyat Azərbaycanın səhiyyə sisteminin və onun başında duranların rüşvət, korrupsiya, vicdansızlıq adlı “xroniki xəstəlik”dən heç cür sağala bilmədiklərini, əksinə, koronavirus pandemiyası dövründə bu “xəstəliyin” daha da şiddətləndiyini göstərdi.

Qurumun yaydığı məlumatda deyilir ki, əməliyyat nəticəsində koronaviruslu xəstələrin müalicə olunduğu xəstəxanaların baş həkimləri - “Yeni klinika” tibb müəssisəsinin direktoru Pərviz Abbasov və FHN-in Zığda yerləşən modul tipli xəstəxanasının baş həkimi İmran Ağayev, eləcə də onların çevrəsinə aid olan şəxslər həbs edilib. Rəsmi açıqlamada deyilir ki, bu şəxslər qabaqcadan əlbir olaraq, koronavirus xəstələrinin özlərinin rəhbəri olduqları tibb müəssisələrində yerləşdirilməsi müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə rüşvət alıblar. Söhbət hər xəstədən 3000-3500 manat məbləğində pul alınmasından gedir.

Əvvəlcə onu qeyd edək ki, reallıqda alınan məbləğlər pandemiyanın pik vaxtlarında 4000-5000 manatı da keçirdi. İkincisi, rəsmi məlumatda qeyd olunan “qabaqcadan əlbir olaraq” ifadəsini yalnız xəstəxana rəhbərlərinə və onların köməkçilərinə aid etmək doğru olmazdı. Azərbaycan reallıqları nəzərə alınsa, sözügedən xəstəxana rəhbərləri bütün ölkənin diqqət mərkəzində olan koronavirusla mübarizə kimi strateji əhəmiyyətli sahədə özbaşına, açıq-aşkar rüşvət cinayəti törədə bilməzdilər. Odur ki, bu işdən TƏBİB rəhbərliyinin və şəxsən Ramin Bayramlının xəbərsiz olduğu inanmaq, sadəlövhlük də yox, axmaqlıq olar. Həm də ona görə ki, “Yeni klinika”nın artıq həbsdə olan rəhbəri Pərviz Abbasovla Ramin Bayramlının çox yaxın olduqları bildirilir.

“AzPolitika.info”-ya səhiyyə sisteminə aid mənbələrdən daxil olan məlumata görə, P.Abbasovla TƏBİB rəhbərinin yaxın, hətta dostluq səviyyəsində münasibətləri var. Bildirilir ki, onlar bir müddət Bakıdakı özəl klinikaların birində birgə çalışıblar. Lakin külli miqdarda maxinasiya və maliyyə yeyintilərinə yol verdikləri üçün həmin klinikanın sahibi tərəfindən eyni vaxtda işdən kənarlaşdırılıblar. Ancaq görünür, buna baxmayaraq, hansısa əlaqələr, yaxud digər səbəblər hesabına yüksək vəzifələrə təyin olunublar... Bütün bunlardan çıxış edərək demək olar ki, TƏBİB-də keçirilən əməliyyat və həbs olunanların verəcəkləri ifadələr qurumun rəhbərliyinin, o cümlədən şəxsən R.Bayramlının da istintaqa cəlb edilməsilə nəticələnə bilər. Çünki yuxarıda qeyd etdiyimiz kimi, sözügedən xəstəxana rəhbərlərinin artıq çoxdan bəri heç kim üçün sirr olmayan korrupsiya cinayətlərini TƏBİB rəhbərindən gizlin şəkildə törətmələri qeyri-mümkün idi. Ümumiyyətlə, belə əməllər təkbaşına törədilmir. Əgər qurum rəhbərliyi bunu bilib də, heç bir tədbir görməyibsə, deməli bunun müqabilində maddi marağı olub. Və belə çıxır ki, R.Bayramlı ilə P.Abbasovun “əməkdaşlığı” TƏBİB-də də davam edib. Eynilə FHN-in Zığda yerləşən modul tipli xəstəxanasının baş həkiminin də məlum əməlləri R.Bayramlıdan gizli törətməsi mümkün deyildi...

Bu arada korrupsiya cinayətlərini vaxtında üzə çıxarmalı olan hüquq-mühafizə orqanlarının fəaliyyətini, daha doğrusu uzun müddət davam etmiş fəaliyyətsizliyini də qeyd etməmək olmur. Məsələ ondadır ki, xüsusilə də pandemiyanın pik vaxtlarında koronavirus xəstələrindən rüşvət alınaraq xəstəxanalara yerləşdirildiyini Azərbaycanda, demək olar, bilməyən yox idi. Evə təcili yardım çağıran vətəndaşların böyük əksəriyyəti şahidlik edə bilərlər ki, çağırışa gələn həkimlərin bir çoxu xəstələrin bu və ya digər xəstəxanaya pulla yerləşdirilməsi üçün vasitəçi olmağı təklif edirdilər. Sosial şəbəkələrdə, mətbuatda bununla bağlı saysız-hesabsız məlumatlar dərc olunub.

Məsələn, elə “AzPolitika.info”-da ötən ilin dekabrında bu mövzuyla bağlı böyük yazı dərc olunmuşdu. Həmin yazıda FHN-in Zığda yerləşən modul tipli xəstəxanasında koronavuirus xəstələrinin yerləşdirilməsi üçün 4000 manat rüşvət tələb olunduğu qeyd edilirdi. Qanunla mətbuatda dərc olunan bu cür materiallar hüquq-mühafizə orqanlarının göstərilən faktla bağlı araşdırma aparmasına əsas verir. Lakin heç bir orqan saytımızda gedən həmin məlumatla maraqlanmadı, soruşmadı ki, bu məlumat sizdə hardandır, pulu verən və alan kimlərdir. Yalnız pandemiyanın üçüncü dalğasının pik həddi yaşanan günlərdə, nəhayət ki, müvafiq orqanlar uzun müddətdir bütün ölkənin bildiyi faktlardan xəbər tutdu və məlum əməliyyatı keçirdi...

Hər halda, necə deyərlər, heç olmamaqdansa gec olmağı yaxşıdır. İndi çox irəliyə getmədən TƏBİB-lə bağlı keçirilən əməliyyatın gedişatını və sonunu gözləmək lazımdır. R.Bayramlının da istintaqa, hətta məsuliyyətə cəlb edilib-edilməyəcəyini zaman göstərəcək və bu barədə hələ ki, qəti bir şey demək mümkün deyil. Çünki Azərbaycanda ən azından Elmar Məmmədyarov, Əbülfəs Qarayev, Eldar Mahmudov, Əli Abbasov və digər bu qəbildən olan nümunələr var ki, onların rəhbərlik etdikləri qurumlarda külli miqdarda korrupsiya cinayətləri aşkarlansa da, özləri məsuliyyətdən kənarda qala biliblər...
AzPolitika.info”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Neft pulları necə həzmə verilir... - İTTİHAM RƏSMİDİR, amma...
Bu gün, 06:00
Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33
Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26
ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22
İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq - Tramp belə deyir...
Bu gün, 05:20
Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... - "Artıq 14 gündür..."
Bu gün, 05:17
YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:08
83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... - ARAŞDIRMA
Bu gün, 05:00
ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır - "CNN"
Bu gün, 04:57
" “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." - AXI NİYƏ?..
Bu gün, 04:56
Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... - BU DA FAKT...
Bu gün, 04:34
Qurumların sayğac oyunu: Bunun sonu görünmür - NƏ ETMƏLİ?
Bu gün, 04:24
Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 04:22
Goranboyda məmur atası MEYDAN SULAYIR - BU NƏDİ BELƏ?
Bu gün, 04:08
Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58
ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56
İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47
Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11
İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01
Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57
MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31
Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16
Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12
44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54
"Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48
“Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Dünən, 16:45
Xamenei hələ də dəfn edilməyib
Dünən, 16:36
"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Dünən, 16:27
Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Dünən, 16:26
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:24
Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Dünən, 16:20
Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Dünən, 16:09
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Dünən, 15:59
Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Dünən, 15:53
Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Dünən, 15:50
İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Dünən, 15:47
"Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Dünən, 15:43
Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 15:40
Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb - ƏMƏLİYYAT DAVAM EDİR
Dünən, 15:37
"Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" - Eldar Mansurov
Dünən, 15:35
Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb - Daha bir neçə rayonda da...
Dünən, 15:28
Mayda ƏFV OLACAQ? - MÜHÜM AÇIQLAMA
Dünən, 15:20
Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? - ARAŞDIRMA
Dünən, 15:16
500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur - KİV
Dünən, 15:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru