Son bir ilə yaxın müddətdə “Azercell könüllüləri” minlərlə ailəni sevindirib
Tarix: 20-10-2021, 12:55 | Çap et
 DİA.AZ: - Müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli ilinin 9 ayını geridə qoyduq. Bu ilin başlanğıcında silahlı qüvvələrimizin işğalçıya qarşı apardığı ədalət savaşı xalq və ordu birliyinin təcəssümünə çevrildi. Xalqımız yumruq kimi birləşərək şanlı qələbə naminə bütün gücünü səfərbər edərək cəsur əsgərlərimizə dayaq, arxa oldu. Hər kəsin vətən fədaisinə çevrildiyi bu müddət ərzində “Azercell könüllüləri” xeyriyyə təşkilatı da aktiv fəaliyyət göstərib. Azercell əməkdaşlarından ibarət olan bu komanda həm müharibə iştirakçılarının özlərinə, həm də müharibənin çətinlikləri ilə üzləşmiş ailələrə xüsusi qayğı nümayiş etdirib.
DİA.AZ xəbər verir ki, “Azercell könüllüləri” 30 ilə yaxın fasilədən sonra üçrəngli bayrağımızın dalğalandığı əksər zonalara böyük həvəslə əsgər payı çatdırıblar. Şirkət əməkdaşlarının topladığı yardımlar Cəbrayıl, Şuşa, Zəngilan, Qubadlı, Füzuli, Laçın rayonlarında döyüş bölgəsində olan 1200-dən çox əsgərə göndərilib.
Ötən il Dünya Azərbaycanlıların Həmrəyliyi günü və Yeni il bayramı ərəfəsində “Azercell könüllüləri” Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın, eləcə də qazilərimizin övladlarına əsl bayram sevinci yaşadıblar. Bayramdan öncə Gəncə və Bərdə şəhərlərində erməni təxribatı nəticəsində raket zərbələrindən ziyan çəkmiş azyaşlıların, eləcə də “SOS Uşaq Kəndləri Azərbaycan” sakinlərinin arzuladıqları hədiyyə siyahısı sosial şəbəkələrdə açıqlanıb. Nəticədə könüllülər və sosial media vasitəsilə onlara dəstək verən dostların köməyilə ölkə üzrə ümumilikdə 500-dən çox uşağa məhz özünün istədiyi hədiyyələr təqdim olunub.
Gələcəyimiz olan körpələrimiz 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə də Azercell-in könüllülər tərəfindən unudulmayıb. Bu bayramda 100 uşağa müxtəlif hədiyyələr göndərilib.
Azercell könüllüləri uşaqlarla yanaşı, ikinci Vətən Müharibəsinin şəhid və qazi ailələrini də diqqətdən kənarda qoymayıblar. Azərbaycanın bütün bölgələrində reallaşdırılan aksiya çərçivəsində könüllülər Novruz bayramında 300 qəhrəmanımızın ailəsinə gündəlik ərzaq mallarından ibarət sovqat, 50 AZN dəyərində kupon təqdim ediblər. Hər kəsdə paylaşma ovqatını gücləndirən müqəddəs Ramazan və Qurban bayramlarında isə “Azercell könüllüləri”nin sayəsində 200-ə yaxın şəhid və qazi yaxınlarına, həmçinin aztəminatlı ailələrə bayram sovqatı çatdırılıb.
Eyni zamanda, könüllülər Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisi və mülki infrastrukturuna vurulan zərərdən əziyyət çəkən vətəndaşlarımıza da dəstək olublar. Gəncə və Bərdədə 130 belə ailəni ziyarət edərək, onları bayram sovqatı ilə təbrik ediblər.
Koronavirus pandemiyası dönəmində tətbiq edilən sərt karantin rejimində də “Azercell könüllüləri” nümunəvi fəaliyyətləri ilə yadda qalıblar. Onlar paytaxt və regionlarda 400 ailəyə baş çəkərək tənha yaşayan ahıllara, aztəminatlı ailələrə, fiziki məhdudiyyəti olan şəxslərə müxtəlif ərzaq məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstəriblər.
Xeyriyyəçilik missiyasının tərkib hissəsi kimi “Azercell könüllüləri” mütəmadi şəkildə aztəminatlı ailələrə maddi və mənəvi dəstəklərini əsirgəmirlər. 20-dən çox ailənin problemləri daimi olaraq təşkilatın diqqətindədir. Bəzi ailələrə maddi yardım göstərilir, bəzilərinə mənzil şəraitinin yaxşılaşması, sağlamlıqla bağlı problemlərin həlli üçün ödənişlərinin həyata keçirilməsi istiqamətində dəstək verilir.
“Azercell könüllüləri” bu cür fəaliyyəti ilə ölkəmizdə xeyriyyəçilik ənənələrinin inkişafı, həmrəylik prinsiplərinin güclənməsi istiqamətində aparılan işlərə öz əvəzolunmaz töhfəsini verirlər. Qeyd edək ki, təşkilat rəsmi olaraq 2004-cü ildən etibarən fəaliyyət göstərir, və minlərlə xüsusi qayğıya ehtiyacı olan insanlar dəstək olub. Aztəminatlı vətəndaşlarımıza, şəhid və qazi ailələrinə, həmçinin kimsəsiz və valideyn qayğısından məhrum olmuş uşaqlara yardım etmək, onları gələcək uğurlara istiqamətləndirmək “Azercell könüllüləri” üçün böyük önəm kəsb edir. Sosial məsuliyyət öhdəliklərinə sadiq qalan əməkdaşlarımız gələcəkdə də bu yanaşmanı davam etdirəcəklər. “Azercell Könüllüləri” keçirdikləri xeyriyyə aksiyalarına qoşulan və iştirak edən tərəfdaş şirkətlərə, sosial şəbəkə izləyicilərinə öz təşəkkürünü bildirir.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00 |
|
|
|
| • Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58 |
|
|
|
| • 21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57 |
|
|
|
| • Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51 |
|
|
|
| • İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47 |
|
|
|
| • Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36 |
|
|
|
| • Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35 |
|
|
|
| • SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28 |
|
|
|
| • Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23 |
|
|
|
| • Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19 |
|
|
|
| • İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15 |
|
|
|
| • Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06 |
|
|
|
| • Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02 |
|
|
|
| • Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54 |
|
|
|
| • ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49 |
|
|
|
| • Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45 |
|
|
|
| • BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41 |
|
|
|
| • Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38 |
|
|
|
| • BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32 |
|
|
|
| • Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26 |
|
|
|
| • Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12 |
|
|
|
| • Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10 |
|
|
|
| • Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04 |
|
|
|
| • Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02 |
|
|
|
| • Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52 |
|
|
|
| • Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46 |
|
|
|
| • FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44 |
|
|
|
| • Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43 |
|
|
|
| • Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40 |
|
|
|
| • Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28 |
|
|
|
| • "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25 |
|
|
|
| • Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19 |
|
|
|
| • Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13 |
|
|
|
| • Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05 |
|
|
|
| • “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04 |
|
|
|
| • "European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59 |
|
|
|
| • MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51 |
|
|
|
| • “Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47 |
|
|
|
| • Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42 |
|
|
|
| • Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35 |
|
|
|
| • Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33 |
|
|
|
| • Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16 |
|
|
|
| • Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13 |
|
|
|
| • Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09 |
|
|
|
| • TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04 |
|
|
|
| • Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57 |
|
|
|
| • Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52 |
|
|
|
| • Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08 |
|
|
|
| • Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07 |
|
|
|
| • Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04 |
|
|
|
|